Məhkəmə qərarları › İş №2(103)-7096/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7096/2022

27.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7096/2022 27.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı, Cavabdeh4, Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və sair” dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mərhum anası X8 məxsus olmuşdur. X6 7 övladı olmuş: Eyvaz, Elyaz, Elmira, Zərnişan, Knyaz, Zərxanım və Eldar. X1 xx.xx.2015-ci il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus olan bütün əmlakını onunla eyni ünvanda yaşayan oğlu Cavabdeh5 və Ukrayna vətəndaşı Cavabdeh1 Məmməd oğluna vəsiyyət etmişdir. Knyaz və Elyaz vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi almışlar, Zərnişan və Elmira isə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Digər üç övlad Eyvaz, yəni iddiaçı, Zərxanım və Eldar mirası nə faktiki qəbul etmiş, nə də bununla bağlı notariat kontoruna müraciət etməmişlər. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 211564 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 sentyabr 2006-cı il tarixdə ölmüşdür. 1 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 058088 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 19 yanvar 2020-ci il tarixdə ölmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 016779 nömrəli xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X8 məxsus olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8 X6 adına xx.xx.2020ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-179 № ilə qeyd edilmiş, xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 4-cü Aşırım, 2-ci döngə ev 13-də yaşayan X13 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: Ölən günədək ona məxsus olan bütün əmlakını– onunla eyni ünvanda yaşayan Cavabdeh5 və Ukrayna vətəndaşı Cavabdeh1 Məmməd oğluna vəsiyyət etmişdir. 53 saylı MKİS-in xx.xx.2020-ci il tarizli, arayışından görünür ki, X1 ölən gününə qədər 4-cü Aşırım küçəsi, ev 15-də yaşamış və qeydiyyatda olmuşdur. Ölümündən əvvəl və hazırda qeydiyytda olan ailə üzvlərindən 4 nəfərdir. Oğlu – Cavabdeh5, gəlini-Cavabdeh4, nəvəsi- X14, nəvəsi- X2r. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Məmməd oğlu vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət edmişdir. xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən xx.xx.2015 tarixdə təsdiq edilən və reyestrdə 179 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş- X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Cavabdeh1dur (RUS 754446876, xx.xx.2017 - FMX 52004, FİN:, d/t xx.xx.1961) və o miras əmlakdan 3/8 hissədə pay almalıdır. 3/8 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-si yanında DƏDRX tərəfindən xx.xx.2020 tarixdə X8 verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Novruzov Qardaşları küçəsi,13 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh5oviç vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət etmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-155 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X9 Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən xx.xx.2015 tarixdə təsdiq edilən və reyestrdə 179 nömrəsi ilə qeyd olunan vsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Cavabdeh5oviçdir. **********, xx.xx.2017 - 520-001, FİN: XXXXXX d/t xx.xx.1972) və o miras əmlakdan 3/8 hissəyə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: - ƏMDKsı yanında DƏDRX tərəfindən xx.xx.2200 tarixdə X8 verilmiş **********85- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir. xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət edmişlər. Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-105 № ilə qeyd edilmiş, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020ci il tarixdə vəfat etmiş-X6 vərəsələri: Azərbaycan Respublikası, ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh3 (AZE0*******, xx.xx.2008 - Xətai, FİN:xxxxxxx, d/t:xx.xx.1956) ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE********, xx.xx.2016 Asan2, FİN:xxxxxxx, d/t: xx.xx.1966) və onların hər biri nvras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-si yanında DƏDRX tərəfindən xx.xx.2020 tarixdə X8 verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Novruzov Qardaşları küçəsi. 13 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evidən ibarətdir. Cavabdeh5oviç ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 79,3 kv.m olan fərdi yaşayış evini hədiyyə alana bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8-ə Cavabdeh2 1/8 hissədə, Cavabdeh3 1/8 hissədə, Cavabdeh1 3/8 hissədə, Cavabdeh4 adına 3/8 hissədə payları qeydə alınmışdır. Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu Ü.F.Kərimovun xx.xx.2021-ci il tarixli, 1729 №-li qərarından görünür ki, “Vətəndaş İddiaçı Bakı şəhəri 51 saylı notariat ofisinə ünvan 9 ünvanda yaşamış 19 yanvar 2020-ci il tarixdə vəfat etmiş anası X5 qalmış mirası qəbul etmək və qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 10 iyul 2021-ci il tarixdə ərizə təqdim etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı miras açıldıqdan sonra və əvvəl göstərilən yaşayış evində yaşamamışdır. Bununla yanaşı qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış İddiaçı notariat ofisinə mirası faktik qəbul və ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı qanunvericiliyin tələbi izah edilmişdir. Lakin İddiaçı tələbini dəyişməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq «Notariat haqqında» qanunun 40-cı maddəsinin 1-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.” Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və Cavabdeh5oviçə Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 40-022 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh5çin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və X3 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, mərhum anası X5 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin,Cavabdeh1 və Cavabdeh5oviçə Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 4Ə-922 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh5çin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və X3 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, mərhum anası X5 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və X7 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 4Ə-922 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh5 Məmmodiçin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və Cavabdeh3 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evində 1/11 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, Döngə 2 ev 13, indiki Novruzov Qardaşları ev 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun anasının X6 şəxsi mülkiyyətində olmuşdur. Anası xx.xx.2020-ci il tarixində vəfat etmişdir, atası isə xx.xx.2006-cı il tarixində ondan əvvəl vəfat etmişdir. Valideynləri və o qeyd edilən ünvanda yaşamış, oradan daimi olaraq istifadə edərək təsərrüfat aparmışlar. Anasının vəfatından sonra o, elə hesab etmişdir ki, onun vərəsəsi kimi artıq əmlak üzərində sərəncam vermək səlahiyyəti bütün övladlarına məxsusdur. Onun xəbəri olmadan iş üzrə cavabdehlər mübahisəli fərdi yaşayış evinə dair 51 saylı notariat ofisinə müraciət etmişlər və oradan özlərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmış və onun əsasında 1 saylı Bakı Ərazi İdarəsindən çıxarışlar əldə etmişdirlər. O, bundan məlumatlı olmamış və məlumat əldə edən kimi adiyyatı üzrə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-6172/2021 saylı qərardadı ilə sənədlər geri qaytarılmış və bildirilmişdir ki, əmlak Nərimanov rayonu ərazisində yerləşdiyi üçün adiyyəti olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edilməlidir. Bundan sonra o, Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 4302/2021 saylı qərardadı ilə ərizəsi baxılmamış saxlanılmış və ona izah edilmişdir ki, iddia icraatı qaydasında müraciət edilməlidir. O, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, fərdi yaşayış evində hamı birlikdə yaşamış sonralar isə ailə qurduqca öz evlərinə köçmüş, anası X13 2020-ci ildə vəfat etmiş həmin vaxt onlar övladlar orada yaşamamış bir dənə ancaq iş üzrə cavabdeh Əsədova (Paşayeva) Sevda Salman qızı mübahisəli ünvanda yaşamış və hazırda da o ünvanda yaşamaqda davam etmişdir. Onun həyat yoldaşı qardaşı Cavabdeh5 3/8 pay verilmiş və Cavabdeh4 həmin pay bağışlanmışdır. Bacıları həmin miras əmlakdan 1/8 hissə Cavabdeh3, 1/8 hissə Cavabdeh2, 3/8 hissə Cavabdeh1 məxsusdur, Cavabdeh5 3/8 hissə verilmişdir, Cavabdeh5 öz payını Cavabdeh4 bağışlamışdır. Bütün bu əməliyyatlar 51 saylı notariat ofisində edilmişdir. O və iki övladı gizlədilmişlər, bu barədə notariat ofisinə məlumat verilməmişdir. Bundan sonra o, müvafiq sənədlərlə bərabər maraqlı şəxs Bakı şəhəri 51 saylı Notariat Ofisinə müraciət etmişdir ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilsin. Notarius vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində rəsmi olaraq xx.xx.2021-ci il tarixində imtina etmişdir. Hesab edir ki, Notariusun imtinası əsassızdır və bu ərizə məhkəmə qaydasında öz həllini tapa bilər. Bildirir ki, qeyd edilən ev onun anasının şəxsi mülkiyyətində olmuşdur. Hazırki cavabdehlərdən vəsiyyətnamə üzrə vərəsəlik olanları qəbul edir, çünki anası onlara vəsiyyətnamə vermişdir, digər qanun üzrə vərəsəlik almış Cavabdeh2 və Ədilova Zərnişan isə anasının sağlığında hazırki mübahisəli evdə uzun illər o, və digər övladlar kimi yaşamamış və qeydiyyatda olmamışdırlar. Bildirir ki, Elmira və Zəmişanda ölmüş şəxslə birlikdə uzun illər yaşamamış və qeydiyyatda olmamışdırlar, ölmüş şəxslə birlikdə təsərrüfat işləri aparmamış və onunla yaşamamışdırlar. Elmira və Zərnişan hər ikisi notariusda ərizə verərək hər biri ancaq özlərinin vərəsə olması barədə yalan məlumat vermişlər. Qeyd edir ki, vərəsəlik işi tam olaraq qanunsuz və əsassız aparılmış vərəsələr gizlədilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qanun və vəsiyyət üzrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilərək paylar yenidən müəyyən edilməli, vəsiyyət üzrə paylar verildikdən sonra qanun üzrə olan vərəsəlik hüququ haqqında şəhadətnamələr ölmüş şəxsin övladları arasında bərabər bölünməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, 24 fevral 2022ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, fərdi yaşayış evinə payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3, 340.2, 352, 354.1, 1133.1, 1133.2, 1134.1. 1134.2, 1145, 1146, 1151, 1159, 1160, 1166, 1168, 1179.1, 1193, 1194, 1195, 1196, 1198, 1202.1, 1202.2, 1243.1, 1243.2, 1243.3, 1274, 1321.1, 1321.2, 1324.3-cü maddələri və Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən vərəsəlik şəhadətnamələri, onların əsasında verilmiş çıxarışlar və bağışlanma müqaviləsinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı anasının ölümü barədə məlumatlı olduğu halda qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməmiş, bunun üçün aktiv hərəkətlərə cəhd göstərməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçının apellyasiya şikayəti onun iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3655/2022 saylı 26 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili tərəfindən kassasiya şikayəti verilərək məhkəmə kollegiyasının qərardadının ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4562/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3655/2022 saylı 26 may 2022-ci il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə görə apellyasiya şikayətindən imtina yalnız yazılı formada olmalıdır. İşdən isə görünür ki, iddiaçının apellyasiya şikayətindən imtinası barədə yazılı ərizə olmasa da, apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatına xitam vermişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatına xitam verərkən Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinin tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsində sonrakı icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 izahat verərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 və Cavabdeh2 vəkili Vəkil1 ayrı-ayrılıqda izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir; 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər; 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır; 1198-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir; 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir; 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun; Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mərhum anası X8 məxsus olmuşdur. İş materiallarından müəyyən olunur ki, X1 xx.xx.2015-ci il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus olan bütün əmlakını onunla eyni ünvanda yaşayan oğlu Cavabdeh5 və Ukrayna vətəndaşı Cavabdeh1 Məmməd oğluna vəsiyyət etmişdir. Bundan əlavə mərhumun ölümündən sonra onun digər vərəsələri olan Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Kontoruna müraciət etmiş və miras əmlaka paylarının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişlər. Bakı şəhəri 51 saylı Notariat Kontorunun notariusu tərəfindən X1nın xx.xx.2015-ci il tarixli vəsiyyətnaməsi əsasında xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, digər cavabdehlərin müraciətləri əsasında isə eyni tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı mübahisəli mənzilə dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında alınmış çıxarışların etibarsız hesab edilməsini və miras əmlaka öz payının müəyyən edilməklə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək (Cavabdeh2, Cavabdeh3) iddiaçı vərəsə olaraq anası Zinanın rəhmətə getməsini ilk gündən bilmiş, onun dəfnində və yas mərasimində iştirak etməsini, qanunla müəyyən olunmuş 3 ay müddətində Notariat ofisinə müraciət etməməsini, faktiki olaraq mirasdan imtina etməsini, həmin miras əmlakı faktiki olaraq qəbul etməməsini, öz evində yaşamasını, şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş 6 ay müddətində də mirasla əlaqədar müraciət etməməsini göstərmişlər. Digər Cavabdeh4 (Cavabdeh5 yoldaşı) məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, Elmira və Zərnişan pay almaq üçün notariusa müraciət etmişdirlər və evin qeydiyyat vəsiqəsi onda olmağına baxmayaraq gizlin şəkildə vərəsəlik işinin açılmasına nail olmuşlar və reyestr xidmətindən yeni çıxarış alaraq notariusa təqdim edərək vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə etmələrini göstərərək iddia ərizəsinə heç bir etirazı olmamasını bildirmişdir. İş üzrə üçüncü şəxslər X4 və X12 də birinci instansiya məhkəməsində verdikləri izahatlarında iddia tələbini qəbul etməyərək iddiaçının anasının ölümündən və miras əmlakdan məlumatlı olduğunu göstərmişlər. İddiaçı apellyasiya şikayətininin birinci instansiya məhkəməsinin həmçinin 01 mart 1965-ci ildən 01 sentyabr 2000-ci il tarixindək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinin tələblərinin pozulmasına dair dəlilinə məhkəmə kollegiyası qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, mübahisəli hüquq münasibəti X6 19 yanvar 2020-ci il tarixdə vəfat etməsi ilə (yaranmaqla), hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən xx.xx.1964-cü il tarixində qəbul edilmiş, xx.xx.1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilə bilməzdi. Lakin hazırda qüvvədə olan Mülki Məcəllənin 1133.1,1159.1, 1159.1.1 və 1248.1-ci maddələrini hazırki mübahisəyə tətbiq edən birinci instansiya məhkəməsi normaların tələblərinə uyğun iddiaya düzgün hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən vərəsəlik şəhadətnamələri, onların əsasında verilmiş çıxarışlar və bağışlama müqaviləsinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mirası qəbul etmə ilə bağlı dəlillərinə də düzgün qiymət vermişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı anasının ölməsi barədə məlumatlı olduğu halda qanunla nəzərdə tutulmuş (MM 1202, 1246-cı maddələr) müddət ərzində mirası qəbul etməmiş, bunun üçün aktiv hərəkətlərə cəhd göstərməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli,könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki mübahisəyə həmçinin iddia müddəti tətbiq etməklə mübahisəni düzgün hüquqi qiymət vermişdir. Belə ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasg Mğlki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Qərara əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4302/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı “buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində apellyator əsasən qanun normalarını sadalasa da onların pozulmasının və ya düzgün tətbiq edilməməsinə dair əsaslı və ətraflı dəlillər göstərməmiş, işə apellyasiya icraatı qaydasında baxılarkən də apellyasiya şikayətinin dəlillərinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyasının iclasında birinci instaniya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, 24 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar