Məhkəmə qərarları › İş №2(103)-7105/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7105/2025

10.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7105/2025 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əlavə razılaşmanın, çıxarışın ləğv edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdeh cavabdeh3, cavabdehin nümayəndəsi-vəkili vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əlavə razılaşmanın etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və “xxxx İnşaat Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əlavə razılaşmanın, maliyyə arayışının etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 Ağayəddin oğlu ilə cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzil (yeni qaydalarla; ünvan 3) barədə **** saylı, ##.##.2007-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/**-**-** saylı, ##.##.2020-ci il tarixli əlavə razılaşmanın etibarsız hesab olunması, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzil (yeni qaydalarla; ünvan 3) barədə verilmiş ##.##.2022-ci il tarixli, **** saylı maliyyə arayışının etibarsız hesab olunması və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzilə (yeni qaydalarla; ünvan 3) dair cavabdeh cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944 A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzilə (yeni qaydalarla; ünvan 3) iddiaçı İddiaçı mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı (nümayəndəsi və vəkili) daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (iddia tələbinin həcminin azaldılması) barədə ərizə verərək, cavabdehlər cavabdeh2 Ağayəddin oğlu ilə cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzil (yeni qaydalarla; ünvan 3) barədə **** saylı, ##.##.2007-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/**-**-** saylı, ##.##.2020-ci il tarixli əlavə razılaşmanın etibarsız hesab olunması, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzil (yeni qaydalarla; ünvan 3) barədə verilmiş ##.##.2022-ci il tarixli, **** saylı maliyyə arayışının etibarsız hesab olunması və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzilə (yeni qaydalarla; ünvan 3) dair cavabdeh cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunmasını məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən cavabdeh2 ilə “xxxx İnşaat Sənaye” MMC arasında bağlanmış müvafiq müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944 A məhəlləsində yerləşən, bina 4.5, *** nömrəli mənzil (ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı) cavabdeh2 satılmışdır. Bu barədə cavabdeh2 AMS ****** nömrəli mənzil sertifikatı verilmişdir. Qeyd edilən mənzil cavabdeh2 adına rəsmiləşdirildikdən sonra, cavabdeh2 tərəfindən mənzilin alınması üçün “xxxx”da ayrılmış kredit müqaviləsi üzrə hər ay olmaqla uzun müddət ödənişlər edilmişdir (mənzilin dəyərinin hissə-hissə ödənilməklə satılması razılaşdırıldığından). Daha sonra, onunla cavabdeh cavabdeh2 arasında olan razılaşmaya əsasən, cavabdeh2 sözügedən mənzili iddiaçıya satmaq, iddiaçı həmin mənzili almaq qərarına gəlmişlər. Belə ki, iddiaçı ilə cavabdeh2 arasında ##.##.2015-ci il tarixdə əldə olunmuş razılığa əsasən, ümumilikdə mənzilin alınması üçün iddiaçı tərəfindən cavabdeh2 ilkin olaraq 88.000 manat məbləğində pul verilmişdir. Qeyd edilən pul vəsaitinin cavabdeh2 ödənilməsi Bakı şəhəri ** saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Eyni zamanda, cavabdeh2 mənzilə dair iddiaçının gələcəkdə hər hansı bir növbəti hüquqi addımların atılmasının asanlaşdırılması və ya mənzilin dəyərinin tam ödənilməsindən sonra rəsmiləşdirilməsi üçün həm də ** saylı notariat kontorunda ##.##.2015ci il tarixdə iddiaçının adına etibarnamə də vermişdir. Etibarnamə AR-İ ****** nömrəli olmaqla, reyestrdə 7E-*** nömrəsi ilə rəsmiləşdirilmişdir. Etibarnamənin də mətnindən birbaşa görünür ki, verilmiş vəkalət məhz elə haqqında danışılan mənzillə bağlı olmuş və cavabdeh2 ona məxsus mənzilə dair sonradan iddiaçını rahat və heç bir maneə yaratmadan bütün hüquqi hərəkətləri etməsinə şərait yaradılması üçündür. Həmçinin, etibarnamənin müddəti 80 il olmuşdur. Mənzilin alqı-satqısı ilə bağlı tərəflərin razılaşması rəsmiləşdirildikdən sonra, “xxxx”a olan aylıq ödənişlər artıq iddiaçı tərəfindən icra olunmuş və hər ay 930 manat məbləğində pul vəsaiti ödənilməyə başlamışdır. Hətta, bəzi hallarda aylıq ödənişlərdən də artıq vəsaitlər ödənilməklə aylıq ödənişlərin məbləğləri ona verilmiş ödəniş cədvəlinə uyğun olaraq da azalmağa başlamışdır (öhdəliyi vaxtından qabaq icra etdiyi üçün). Qeyd olunan bu ödənişlər ##.##.2015-ci ildən başlayaraq, ##.##.2018-ci il tarixə kimi davam etmişdir. Çünki ##.##.2018ci il tarixdə iddiaçının barəsində cinayət işi açılmış və o, AR CM-nin müvafiq maddəsi ilə məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsində olduğu dövrlərdə mənzilə olan ödənişlər davam etdirilmiş və bu zaman mənzilin aylıq ödənişləri iddiaçının qızı şahid2 tərəfindən icra olunmuşdur. Çünki şahid2 əmək fəaliyyəti ilə məşğul olduğundan, həmin vəsaitləri ödəmək iqtidarında olmuşdur. Ancaq aylıq ödənişlərin çox olması və iddiaçının da cəzaçəkmə müəssisəsində olması çətinliklər yaratdığından, vaxtı ilə iddiaçının özü tərəfindən alınmış qeyriyaşayış sahəsini satmaq qərarına gəlmişdir. Həmin qeyri-yaşayış sahəsi ##.##.2017-ci il tarixdə “xxxx” MTK tərəfindən inşa edilmiş və həmin MTK-dan da iddiaçı tərəfindən alınmışdır. Məqsəd həmin sahənin satılmasından əldə ediləcək pul vəsaiti ilə “xxxx”a olan borcun tam bağlanması olmuşdur. Bunun üçün iddiaçı digər qızı, cavabdeh cavabdeh3 ##.##.2019-cu il tarixli, AR-İ ****** nömrəli etibarnamə vermişdir. Etibarnamə Bakı şəhəri ** saylı notariat ofsinin xüsusi notariusunun (X3) iştirakı ilə, iddiaçının cəza çəkdiyi müəssisədə verilmişdir. Qeyd olunan etibarnamədən istifadə edən cavabdeh cavabdeh3 iddiaçıya məxsus olan və “xxxx” MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən, 2 C saylı binada olan qeyri-yaşayış sahəsini ilk öncə öz adına rəsmiləşdirməklə, MTK ilə onun arasına ##.##.2020-ci il tarixli müqavilə imzalamışdır. Daha sonra, həmin ildə də qeyd olunan qeyriyaşayış sahəsini cavabdeh3 digər şəxsə satmışdır. Satışdan sonra, əvvəlcə 5000 manat, sonra 3000 manat və daha sonra isə aylıq 936 manat olmaqla, “xxxx”a ödənişlər edilmişdir. Həmin ödənişləri cavabdeh3 satılmış qeyri-yaşayış sahəsindən əldə edilmiş vəsaitlər hesabına icra etmişdir. Bu barədə cavabdeh cavabdeh3 iddiaçıya bildirərkən, iddiaçı buna öz etirazını qeyd etməklə, banka olan borcun hamısının bağlanmasını tələb etmişdir. Bundan sonra, cavabdeh cavabdeh3 qeyri-yaşayış sahəsindən götürülmüş pul vəsaitindən yerdə qalmış vəsaitdən daha 10.000 manat məbləğinin ödənilməsini də həyata keçirmişdir. Sonuncu bu ödənişlə iddiaçının banka borcu tam bağlanmışdır. Qeyd olunan bütün ödənişlərdən iddiaçının daim xəbəri olmuş və bu barədə cavabdeh cavabdeh3 ona hər dəfə məlumat vermişdir. İddiaçı ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ##.##.2023-cü il tarixdə bitirib azadlığa çıxdıqdan sonra, mənzilə dair sənədlərlə maraqlanmışdır. Bu zaman cavabdeh cavabdeh3 artıq mənzilin öz adına rəsmiləşdiyini və bu barədə onun mülkiyyət hüquqlarının qeydə alınmasını təsdiq edən çıxarışın olduğunu bildirmişdir. Bu barədə dəfələrlə bunun hansı əsaslar və necə baş verdiyinin açıqlanmasını istəsə də, cavabdeh cavabdeh3 qəsdən hər dəfə bəhanələr gətirərək yayınmışdır. Hətta vaxtı ilə 2015-ci il tarixdən 2018-ci il tarixə kimi (iddiaçının azadlıqdan məhrum edildiyi vaxtadək) iddiaçının özünün ödədiyi aylıq pul vəsaitlərini, digər cavabdeh cavabdeh2lə bağlanmış müqaviləni və bu kimi digər sənədləri də götürərək bu günə kimi qaytarmamış və bundan imtina etmişdir. Çünki cavabdeh cavabdeh3 yaxşı bilir ki, həmin sənədlər birbaşa təsdiq edir ki, mənzil cavabdeh2 tərəfindən iddiaçı tərəfindən alınmışdır. Beləliklə, iddiaçı hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944 A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzil (yeni qaydalarla; ünvan 3) barədə ##.##.2022ci il tarixli **** saylı maliyyə arayışı və **** saylı ##.##.2007-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/**-**-** saylı, ##.##.2020-ci il tarixli əlavə razılaşma etibarsız hesab olunmalı və cavabdehlərdən cavabdeh3 adına mülkiyyət hüquqlarının rəsmiləşdirilməsini özündə əks etdirən çıxarış ləğv olunmalıdır.

4. Cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944A məhəlləsində, bina 4.5-də yerləşən, ümumi sahəsi 120,6 kv.m olan, *** nömrəli mənzilə dair “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə cavabdeh2 oglu arasında **** saylı, ##.##.2007-ci il tarixli müqavilə imzalanmışdır. Bağlanmış müqavilə mahiyyət etibarilə podrat müqaviləsi olmuşdur. Mübahisə predmeti olan mənzilə dair ödənişin həyata keçirilməsi tam şəkildə başa çatmamış həmin müqavilə əsasında yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/**-**-** saylı, ##.##.2020-ci il tarixli üçtərəfli əlavə razılaşma imzalanmış, cavabdeh2 ogluna məxsus olan bütün hüquq və öhdəliklər cavabdeh3 ötürülmüşdür. Buna müvafiq olaraq, cavabdeh3 ötürülmüş hissədə öhdəliklərini tam şəkildə icra etdiyindən mənzil ilkin olaraq müqaviləyə əsasən onun (cavabdeh3) mülkiyyətinə keçmiş və buna müvafiq olaraq da onun mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin tarixədək (ödənişin tam şəkildə icra edildiyi tarix) nə cavabdeh2, nə də hər hansı digər üçüncü şəxs qanuna və müqaviləyə əsasən mənzilin tam mülkiyyətçisi statusu almışdır. Digər tərəfdən, ilkin müqavilənin bağlandığı ##.##.2007-ci il tarixdən üçtərəfli razılaşmanın imzalandığı ##.##.2020-ci il tarixədək iddiaçı İddiaçı və ya hər hansı üçüncü şəxs tərəfindən “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə mübahisə predmeti olan mənzilin başqa şəxsə satılması, hüquq və öhdəliklərin ötürülməsi və ya buna bənzər formada hər hansı müraciət daxil olmamışdır. cavabdeh2 və cavabdeh3 sərbəst iradələri əsasında etdiyi müraciət rəhbər tutularaq, ##.##.2020-ci il tarixdə hüquq və öhdəliklərin ötürülməsinə dair üçtərəfli razılaşma imzalanmışdır. Qeyd edilən şəxslər üçtərəfli razılaşmanı bütün hüquq və vəzifələr, onların nəticələri barədə xəbərdar olmaqla imzalamış, daha sonra mənzilin cavabdeh3 adına rəsmiləşdirilməsi üçün müvafiq dövlət qurumuna müraciət edilmişdir. Nəticədə, mənzilə ilkin olaraq cavabdeh3 tam mülkiyyət hüququ əldə etmişdir. Mənzilə dair ödənişlərin iddiaçı və ya digər şəxslər tərəfindən icra edilməsi ilə bağlı isə qeyd edilmişdir ki, **** saylı, ##.##.2007-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş məbləğlərin cavabdeh2 oglu, cavabdeh3, İddiaçı, şahid2 və ya hər hansı üçüncü şəxs tərəfindən ödənilməsinin mənzilə dair mülkiyyət hüquqlarının qazanılması və ya ötürülməsi ilə hər hansı hüquqi bağlılığı yoxdur. Çünki cavabdeh3 və cavabdeh2 istisna olmaqla, digər hər hansı şəxslə mənzilin ilkin mülkiyyətçisi olan “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında hər hansı hüquqi bağlılıq və ya razılaşma olmamışdır. Belə ki, hər hansı şəxsin adından (onun xeyrinə) ödənişlərin edilməsi onların bir-birinə qarşı gələcəkdə “üçüncü şəxsin xeyrinə icra”, “bağışlama yönündə icra”, “əsassız varlanma”, “reqres tələb” və ya əlaqəli digər hüquqi institutlardan yaranan tələblərinin formalaşması üçün əsas təşkil edə bilər. Hazırkı işdə ilkin müqavilənin bağlandığı tarixdən edilən bütün ödənişlər cavabdeh2 xeyrinə, üçtərəfli razılaşmanın bağlandığı tarixdən isə cavabdeh3 xeyrinə edilmişdir. Yəni mənzilə dair ilkin müqavilə (podrat münasibətləri üzrə) tərəfi cavabdeh2 olmuş, daha sonra isə onu cavabdeh3 əvəz etmişdir. Nəticədə, müqavilə öhdəliklərinin tam şəkildə icra edildiyi tarixdə əmlakın ilkin hüquq sahibi statusunu ilk dəfə cavabdeh3 əldə etmişdir. İddiaçı İddiaçı “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus olan hər hansı mənzili əgər həqiqətən də öz adına rəsmiləşdirmək istəsə idi, müvafiq qaydada müraciət edərək hüquq və öhdəliklərin ona ötürülməsini rəsmiləşdirə bilərdi. Lakin onun mənzili almasını iddia etdiyi tarixdən hazırkı tarixədək mübahisə predmeti olan mənzilə dair bu məzmunda hər hansı müraciəti, eləcə də, cavabdeh2 və ya cavabdeh3 aralarında bağlanmış üçtərəfli müqavilənin etibarsız olması ilə bağlı hər hansı tələbi olmamışdır. Yekun olaraq, cavabdeh etirazında iddiaçının iddia tələbinə dair subyektiv hüququ olmadığından və iddia tələbi tamamilə əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında məhkəmədə mübahisələndirilən əlavə razılaşma bağlanarkən əqdin subyekt tərkibinə, məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmamış, müqavilə bağlanarkən tərəflərin əqdi pərdələmək, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaq kimi niyyətlərinin mövcudluğu sübut edilməmişdir. Yəni tərəflərin müqavilə bağlanarkən gəldikləri hüquqi nəticə məhz mənzil əldə etmə ilə bağlı olmuş, rəsmiləşdirilməsindən tərəflər məlumatlı olmuş və şüurlu şəkildə müqaviləyə imza etməklə, öz iradələrini sərbəst şəkildə bəyan etmişlər. Mübahisə üzrə tərəflərin hər hansı başqa əqdi pərdələmək məqsədləri müəyyən olunmamışdır. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 194.1, 194.4, 386.3, 387.2, 522.2, 522.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mənzili cavabdeh2 həqiqi əldə edən iddiaçı – İddiaçı – olmuşdur. Bunu cavabdeh2 məhkəməyə təqdim etdiyi etirazında olan etirafı, eləcə də keçirilmiş bütün məhkəmə iclaslarında təsdiq etməsidir. Yəni, mənzilin əldə edilməsi təşəbbüsü cavabdeh3 deyil, iddiaçıya aid olmuşdur. İkinci tərəfdən, mənzili iddiaçı cavabdeh2 aldığı vaxt Adil Şahgəlidyevin mənzilə dair mül k i y yət hüquqları təsdiq edilməmişdir. Bu səbəbdən də, nəzərdə tutulan alqı-satqı etibarnamənin verilməsi ilə rəsmiləşdirilmişdir (Familə ilə Adilin birgə razılığına əsasən). Özü də etibarnamənin də mətnindən birbaşa görünür ki, etibarnamə məhz elə mənzilin gəlcəkdə banka olan borcunun ödənilməsindən sonra rəsmiləşdirlməsi və digər hərəkətlərin edilməsinə yönəlmişdir. Daha sonra, 2015-ci ildən 2018-ci ilin may ayına kimi iddiaçı tərəfindən də mənzilin banka olan borcu hər ay iddiaçı tərəfindən ödənilmişdir. Əgər iddiaçının mənzilə dair subyektiv hüququ yoxdursa, onda necə oldu ki, mənzilin bütün ödənişlərini iddiaçı həyata keçirdi? Bundan başqa, iş materiallarından da görünür ki, iddiaçı hətta çəzaçəkmə müəssissəsində olduğu dövrlərdə ona məxsus olan qeyri-yaşayış sahəsi satılmış və həmin satışdan götürülən pul vəsaiti banka olan borca yönəlmişdir. cavabdeh3 da həmin dövrlərə gəlirlərini təsdiq edəcək heç bir sənəd olmamışıdır. Əksinə, iddiaçının gəlirlərini təsdiq edən vergi ödəyicisi olması, bundan başqa, ona məxsus olan və müxtəlif ərazilərdə yerləşən mənzillərin satışlarını həyata keçirməsi sübut etmişdir ki, bunlar da qətnamədə məhkəmə tərəfindən xüsusi olaraq bir-bir göstərilir. Bütün bu xüsusatlar və mənzilin iddiaçı ilə bağlılığı onun subyektiv hüququnun olduğunun əsasıdır. Subyektiv hüququ hansısa bir müqavilə və ya mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir başqa əqdin olub-olmaması ilə müəyənləşmir. Subyektiv hüququn olması mübahisə predmeti ilə birbaşa bağlılığın olmasıdır. Əgər belə bir bağlılıq varsa, onda subyektiv hüquqdan danışmaq olar. Çünki subyektiv hüquqa dair hal-hazırda AR-nın mülki qanunverciliyində tənzimlənən nə hüquq normaları, nə də ki konkret normativ akt yoxdur. S a d ə c ə olaraq, Avropa Məhkəməsinin bəzi qərarlarının tətbiqi hissəsində bu məsələyə toxunulduğundan, bu günləri Ölkənin məhkəmlərinin ilkin hüquqi cəhətdən aydınlaşdırılması nəzərdə tutulan məsələ kimi subyektiv hüquq ilk öncə aydınlaşdırılır. Burada subyektiv hüququn yaranmasının ilkin şərti, mübahisə predmeti olan əşyaya dair bağlılığın olmasıdr. Bu bağlılıq istər hüquqi, istərsə də hüquqla rəsmiləşdirilmiş olsa da faktik olaraq bağlılığı özündə əks etdirir. Əgər, ancaq hüquqi bağlılıq götürülmüş olsa da, onda subyektiv hüququn mahiyyəti tam itəcəkdir. Çünki hüquqi hüququn mahiyyəti tam itəcəkdir. Çünki hüquqi bağlılıq hanısa bir rəsmi müqavilə (əqd), hüquqların qeydiyyatını təsdiq edən istənilən növ sənədə (çıxarış, ilkin müqavilə və s.) görədir. Bu zaman elə subyektiv hüquq da bununla da yekunlamış olur. Lakin, hazırki vəziyyətdə İddiaçı subyektiv hüququ məhz elə həm faktiki, həm də hüquqi bağlılıqla yanaşıdır. Belə ki, faktkik olaraq mənzili almaq niyyəti ilə cavabdeh2 pul vəsaitinin ödənilməsi və bunun da cavabdeh2 tərəfindən qəbul olunması (sonradan da məhkəmə proseslərində bunun etiraf edərək təsdiq edilməsi), cavabdeh2 də buna görə etibarnaməni notariat orqanında rəsmiləşdirməsi (bir tərəfli əqdin verilməsi, yəni hüquqi bağlılığın yaranması), daha sonra mənzilə dair banka olan borcun ödənilməsi və s., bu hallar artıq subyektiv hüququn olmaması fikrinin üstündən tam xətt çəkmişdir. Beləliklə, açıq şəkildə məhkəmə heç bir hüquqi əsas olmadan subyektiv hüquq adı altında iddianı rədd etmiş və bu da işə düzgün olmadan, qeyri-obyektiv yanaşmanı özündə əks etdirir.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 və cavabdehin nümayəndəsivəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İş üzrə digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər (nümayəndələri) heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, işə digər cavabdehlərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş ##.##.2015-ci il tarixli, 7E-*** reyestr nömrəli etibarnamədən görünür ki, cavabdeh2 Ağaydin oğlu tərəfindən İddiaçı qüvvədə olma müddəti 80 il olan etibarnamə verilmişdir.

11. ** saylı notariat ofisində təsdiq edilmiş ##.##.2019-cu il tarixli, 7E-**** reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən cavabdeh3 qüvvədə olma müddəti 2 il olan etibarnamə verilmişdir.

12. “xxxx” Mənzil-Tikinti Yaşayış binasında mənzil tikintisi haqqında ##.##.2017- ci il tarixli müqavilədən görünür ki, “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri X14 ilə iddiaçı X4 arasında müqavilə bağlanmış, müqavilə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov 2C binasında q/y saylı mənzil alıcıya verilməli, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil qeyri-yaşayış sahəsi otaqdan ibarətdir. Mənzilin 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsidir, mənzilin ümumi sahəsi 30 kv.m-dir. Mənzil son variantda təmirsiz vəziyyətdə alıcının özünə verilmiş və dəyəri 12.500 manat şərti vahid məbləğində müəyyən olunmuşdur.

13. “xxxx” Mənzil-Tikinti Yaşayış binasında mənzil tikintisi haqqında ##.##.2020-ci il tarixli müqavilədən görünür ki, “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri X14 ilə cavabdeh cavabdeh3 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov 2C binasında q/y saylı mənzil alıcıya verilməli, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən qeyriyaşayış sahəsi 1 otaqdan ibarətdir. Mənzilin 1 mərtəbəsi vardır, mənzilin ümumi sahəsi 30 kv.mdir. Mənzil son variantda təmirsiz vəziyyətdə alıcının özünə verilmişdir və dəyəri 12.500 manat şərti vahid məbləğində müəyyən olunmuşdur.

14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944A məhəlləsində yerləşən sahəsi 120,6 kv.m olan mənzil üzərində cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə 11220294589 nömrəsi ilə qeydiyyata alınmış və bununla bağlı müvafiq reyestr çıxarışı verilmişdir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli Bakı şəhəri ** saylı vəkil bürosuna ünvanladığı məktubundan görünür ki, **** saylı müqaviləyə, ##.##.2022-ci i il tarixli **** saylı maliyyə arayışına və **** saylı ##.##.2007-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/**-**-** saylı ##.##.2020- ci il tarixli əlavə razılaşmaya əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4.5, *** saylı mənzil (yeni qaydalarla; Bakı şəhəri, Xətai rayonu. Xudu Məmmədov küçəsi, 186, M12, m4) ilkin olaraq cavabdeh3 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir.

16. Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınmış AMS ****** nömrəli, ##.##.2007-ci il tarixli cavabdeh cavabdeh2 Ağayəddin oğlu ilə “xxxx İnşaat Sənaye” MMC arasında bağlanmış müvafiq müqaviləyə əsasən verilmiş mənzil sertifkatından görünür ki, cavabdeh cavabdeh2 Ağayəddin oğlu ümumi sahəsi 120,6 kv.m olmaqla, yaşayış sahəsi 66,7 kv.m və qeyri-yaşayış sahəsi 53,9 kv.m olan 3 otaqlı 12-ci mərtəbədə olmaqla Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küç, 2944 a məhəlləsində yerləşən mənzilin xüsusi mülkiyyətini ##.##.2009-cu il tarixdən gec olmayaraq qeyd şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Mənzil sertifkatının sahibinə verilmə tarixi ##.##.2007-ci il olmuşdur.

17. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2020-ci il tarixli qərarı məhkum X6 aid hissədə dəyişdirilməsi, məhkum X6 əməlinin Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 177.3.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır.

18. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri ** saylı Vəkil Bürosunun “xxxx” ASC-yə ünvanladığı ##.##.2023-cü il tarixli, *** nömrəli sorğuya verilmiş HTİD-OUT- 01903-2023 saylı, ##.##.2023-cü il tarixli cavabla bildirilmişdir, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən bank sirrini təşkil edən məlumatlar yalnız müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən yalnız həmin Qanunun 41.2.1-41.2.17-ci yarımbəndlərində sadalanan şəxslərə müvafiq yarımbəndlərdə göstərilən həcmdə verilir. Belə ki, sorğu ilə tələb etdiyiniz məlumatlar bank sirrini təşkil etdiyinə görə həmin məlumatların məhkəmə qərarı olmadan təqdim olunması “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin tələbləri baxımından mümkün deyil. Qeyd olunanlara əsasən bildirilmişdir ki, sorğu ilə tələb edilən məlumatların təqdim edilməsi cavabdeh2 notarial qaydada verdiyi etibarnamə əsasında mümkündür.

19. ##.##.2020-ci il tarixdə **** saylı, ##.##.2007-ci il tarixli mənzilin alqı-satqısı üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair əlavə razılaşmaya əsasən satıcı qismində “xxxx” ASC, ikinci tərəf cavabdeh2, üçüncü tərəf qismində isə cavabdeh3 müəyyən olunmuşdur. Bu mənada ikinci tərəfin mənzillə bağlı öz üzərinə götürdüyü hüquq və öhdəliklərin üçüncü tərəfə ötürüldüyü göstərilmişdir.

20. ##.##.2022 tarixli, KP/AK/**-**-** saylı maliyyə arayışına əsasən, cavabdeh cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2944 “A” saylı məhəllədə “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən inşa olunmuş bina 5, blok 2, 12-ci (qeyri-yaşayış daxil olmaqla 13-cü) mərtəbə, 120.60 kv.m ümumi sahəsi olan, alqı-satqı müqaviləsində göstərilən (köhnə) 103, dəyişdirilmiş (yeni) *** saylı mənzilin **** saylı, ##.##.2007-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. Həmçinin maliyyə arayışında qeyd edilmişdir ki, tərtib olunan yeni verilmiş maliyyə arayışı “xxxx”xxxx” ASC tərəfindən verilmiş UB- NRM/İKT/154* saylı, ##.##.2021 -ci il tarixli maliyyə arayışına əsasən verilmişdir

21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri ** saylı Vəkil Bürosuna ünvanladığı *-**-*-**/*-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A-saylı məhəllə, ev 4.5, 151 mənzilə dair (yeni qaydalarla; Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 186, M12, m4) sənəd surətlərinin verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Lakin müvafiq sənədlərin surətləri yalnız məhkəmə sorğusunun əsasında verilməsinin mümkünlüyü bildirişmişdir.

22. ** saylı notariat ofisinin xüsusi notariusunun iştirakı ilə ##.##.2011-cu il tarixli, 7E15781 reyestr nömrəli etibarnamədən görünür ki, X7 tərəfindən İddiaçı qüvvədə olma müddəti 30 il olan etibarnamə verilmişdir.

23. “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbərliyinə iddiaçı İddiaçı ##.##.2014-cü il tarixli ərizə ilə **** saylı müqaviləyə əsasən X10 “xxxx” şirkətindən aldığı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, bina 1, blok 1, ** saylı mənzilin etibarnamayə əsaslanaraq X10 adından çıxararaq Abdullayeva Səmayə İspəndiyar qızının adına keçirilməsini xahiş etmişdir.

24. ##.##.2007-ci il tarixli, **** nömrəli müqaviləyə əsasən görünür ki, ünvan 2 12 ünvanında yerləşən mənzil “xxxx İnşaat Sənaye” MMC tərəfindən alıcı X10.

25. ##.##.2014-cü il tarixli, ***** nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən görünür ki, ünvan 2 12 ** saylı 1 otaqdan ibarət, ümumi sahəsi 64,6 kv.m olan mənzil “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Abdullayeva Səmayə İspəndiyar qızına satılmışdır.

26. xxxx” MTK tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı İddiaçı həqiqətən, ##.##.2017-ci il tarixli müqavilə ilə “xxxx”MTK-dan Xətai rayonu, Telnov 2C ünvanında inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 30 kv.m qeyriyaşayış sahəsi almışdır. ##.##.2019-cu il tarixdə AR-L №****** saylı etibarnamə ilə qızı cavabdeh3 həmin qeyri-yaşayış sahəsini X5 28.500 manata satdığı üçün qeyri-yaşayış sahəsi X5 adına rəsmiləşdirirlmişdir.

27. Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı İddiaçı ##.##.2012-ci il tarixdə ** saylı Ərazi Vergilər İdarəsində 4000719612 VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir.

28. Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin filalının, nümayəndəliyinin və tədərrufat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında *********** nömrəli, ##.##.2012-ci il tarixli arayışından görünür ki, iddiaçı İddiaçı VÖEN ********** olan ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq etmişdir. Təsərrüfat subyekti elə alqı-satqı ofisidir.

29. Bəyannəmlərin (hesabatların) qəbul edilməsi haqqında ##.##.2012-ci il tarixli bildirişdən görünür ki, iddiaçı İddiaçı 1211010096123700 nömrəsi ilə ##.##.2012-ci il tarixdə vergi ödəyicisi olmaqla vergi orqanında qeydiyyatdan keçmişdir.

30. ** saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubundan görünür ki, iddiaçı İddiaçı ##.##.2019-cu il tarixli ərizəsinə əsasən onun fəaliyyəti ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixə qədər dayandırılmışdır.

31. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan ##.##.2021-ci il tarixli, ******** nömrəli müqavilədən görünür ki, ünvan 6 ünvanına dair xidmətin tərəfi qismində “xxxx” ASC və cavabdeh cavabdeh3 çıxış edir.

32. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə ##.##.2021-ci il tarixli, AKX-*******/**-**** nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 2944 “A” məhəllə-****-**** nömrəli ünvanına dair tərəflər qismində “Azəriqaz” İB və cavabdeh cavabdeh3 çıxış edir.

33. Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsindən görünür ki, sahəsi 110,9 kv.m, dövlət reyestr nömrəsi 010011005075-05301-093208 və qeydiyyat nömrəsi 1122029459 olan ünvan 4 ünvanını cavabdeh cavabdeh3 sğıortaçı “xxxx” ASC-yə sığorta vasitəçisi “X1 İp Consultancy” MMC vasitəsilə sığorta etdirmişdir.

34. - ##.##.2018-ci il tarixli ödəniş qəbzinə əsasən, 650 manat, ##.##.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 500 manat, ##.##.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 1060 manat, ##.##.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 250 manat, ##.##.2019-cu il tarixli ödəniş qəbzinə əsasən, 650 manat, ##.##.2019-cu il tarixli ödəniş qəbzinə əsasən, 150 manat, ##.##.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 170 manat, ##.##.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 90 manat, ##.##.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 5000 manat, ##.##.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 650 manat, ##.##.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 936 manat, ##.##.2020-ci il tarixli ödəniş qəbzinə əsasən 3000 manat, ##.##.2021-ci il tarixli ödəniş qəbzinə əsasən 10.099,76 manat məbləğində ödəniş cavabdeh3 tərəfindən “xxxx”xxxx ASCyə ödənilmişdir.

35. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin “xxxx” ASC-yə ünvanladığı e-*(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qərarının icrası ilə əlaqədar verilmiş HTİDOUT-03755- 2023 saylı, ##.##.2023-cü il tarixli cavabla bildirilmişdir, məhkəmə qərarında qeyd edilmiş cavabdeh2 “xxxx” ASC tərəfindən ***AKN/** nömrəli kredit müqaviləsi ilə ##.##.2007-ci il tarixdə 65523,89 manat kredit verilmişdir.

36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2022-ci il tarixdə tərtib edilmiş, reyestr nömrəsi 010011005075- 05301- 093208 olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4.5, bina 5, mənzil 151 (yeni qaydalarla; ünvan 3) ünvanın hüquq subyekti cavabdeh cavabdeh3dır.

37. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanladığı məktubundan görünür ki, **** saylı müqaviləyə, ##.##.2022-ci i il tarixli **** saylı maliyyə arayışına və **** saylı ##.##.2007-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/**-**-** saylı ##.##.2020- ci il tarixli əlavə razılaşmaya əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4.5, *** saylı mənzil (yeni qaydalarla; Bakı şəhəri, Xətai rayonu. Xudu Məmmədov küçəsi, 186, M12, m4) ilkin olaraq cavabdeh3 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir.

38. ##.##.2007-ci il tarixli, **** nömrəli, “xxxx İnşaat Sənaye” MMC və cavabdeh cavabdeh2 arasında bağlanmış müqavilədən görünür ki Bakı şəhəri, Xətai rayon, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 5 bina 2 blok 12-ci mərtəbədə *** saylı mənzilin cavabdeh cavabdeh2 adına rəsmiləşdirilməsi üçün hər ay 921,25 manat olmaqla 180 ay müddətinə cəmi 165.825 manat ödəməlidir.

39. “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin cavabdeh cavabdeh2 verdiyi ##.##.2014-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ****A saylı məhəllə, bina 5, blok 2, 12-ci mərtəbə, *** saylı, ümumi sahəsi 120,60 kv.m olan 3 otaqlı mənzil üçün **** saylı müqavilə bağlanmış, lakin sonra mənzilin nömrəsi dəyişdirilərək 151 olmuşdur.

40. “xxxx” MMC-nin yaşayış binasında mənzil tikintisi haqqında ##.##.2017-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-nin direktoru X9 ilə iddiaçı X4 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşmiş “xxxx” MMC- nin tikilməkdə olan binasında – nömrəli mənzil alıcıya verilməli, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

41. “xxxx” MMC-nin ##.##.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən yaşayış binası “xxxx” MMC-yə məxsusdur. Bu binanın - girişi, - mərtəbəsində ümumi sahəsi 60 kv.m olan - otaqlı, - saylı mənzilin pay dəyərinin 52.000 manatı iddiaçı İddiaçı tərəfindən ödənilmişdir.

42. “xxxx” MTK-nın yaşayış binasında mənzil tikintisi haqqında ##.##.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” MTK-nın sədri X9 ilə iddiaçı X4 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş “xxxx” MTK -nın tikilməkdə olan binasında *** nömrəli mənzil alıcıya verilməli, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 138 kv.m-dir. Binanın 1 girişi var və mənzil 15-ci mərtəbədə yerləşir. Mənzil son variantda təmirsiz vəziyyətdə alıcının özünə verilmiş və dəyəri 89.700 manat şərti vahid məbləğində müəyyən olunmuşdur.

43. “xxxx” MTK-nın ##.##.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, xxxx yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Bu binanın 1 girişi, 15 mərtəbəsində ümumi sahəsi 138 kv.m olan 3 otaqlı, *** saylı mənzilin pay dəyərinin 89.700 manatı iddiaçı İddiaçı tərəfindən ödənilmişdir.

44. “xxxx” ASC-nin “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ünvanladığı ##.##.2021-ci il tarixli arayışından görünür ki, cavabdeh2 “xxxx” ASC-nin Nərimanov filialı ilə ##.##.2007-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ****A saylı məhəllədə yerləşən bina 5, blok 2, mərtəbə 12, ümumi sahəsi 120,6 kv.m olan, 3 otaqlı, *** saylı mənzilinə məxsus AMS №****** saylı mənzil sertifkatının alınması üçün 212 AKN/** saylı kredit müqaviləsi bağlanmışdır. AMS №****** saylı mənzil sertifkatı indossament olunmamışdır. cavabdeh2 212 AKN/** saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi ##.##.2021-ci il tarixdə tam olaraq yerinə yetirmişdir və ##.##.2021-ci il tarixinə 212 AKN/** saylı kredit müqaviləsi üzrə bank qarşısında borcu qalmamışdır.

45. “xxxx” ASC-nin qəbzindən görünür ki, sayğac nömrəsi A480970286M2 olan, ödəyicisi cavabdeh cavabdeh3 olan ünvan 7 ünvanının ödəniləcək heç bir borcu yoxdur.

46. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin cavabdeh cavabdeh3 ünvanladığı ***-HH-*/*-Q-****/**/** saylı, ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru Babək Abbasov tərəfindən qanunazidd hərəkətlərə məruz qalması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinə ünvanladığı müraciətə Bakı Şəhər Baş Polis İdarəsində baxılmış və bildirilmişdir ki, onun müraciətində göstərdiyi xüsusatlar üzrə zəruri araşdırma aparılmış və xidmətdə yol verdiyi nöqsana görə sahə inspektoru Babək Abbasov ciddi intizam məsuliyyətinə cəlb edilmişdir.

47. Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət Müalicə Müəssisəsinə ünvanladığı ##.##.2025-ci il tarixli, ** nömrəli sorğuya verilmiş *-**-**/**/*-***/**** saylı, ##.##.2025-ci il tarixli cavabla bildirilmişdir, müəssisədə cəza çəkmiş məhkum İddiaçı cəza çəkdiyi müddətdə hərhansı şəxslərlə görüşlərinin tarixçəsi barədə məlumatın əldə edilməsi üçün aidiyyatı üzrə müraciət edilməsi tövsiyə edilmişdir.

48. Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinə ünvanladığı ##.##.2025- ci il tarixli, ** nömrəli sorğuya verilmiş *-**-**/*-****/**** saylı, ##.##.2025-ci il tarixli cavabla bildirilmişdir ki, Pentensiar Xidmətin tabeliyində olan müəssisələr xüsusi rejimli obyektlər kateqoriyasına aid olduğundan, İddiaçı ilə görüşə gələn şəxslər barədə məlumatın verilməsi üçün qanunvericilikdə hüquqi əsaslar yoxdur.

49. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin *-**-**/*-*****/**** saylı, ##.##.2025-ci il tarixli məktubu ilə müalicə müəssisəsində saxlanılmış İddiaçı cəza çəkdiyi müddətdə övladları X8 və şahid2 ilə olan telefon danışıqları və görüşləri barədə məlumatlar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir.

53. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

54. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipliəri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 56.Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh cavabdeh2 ilə iddiaçı arasında mübahisəli mənzilin faktiki olaraq iddiaçı üçün əldə edilməsinə dair ilkin razılaşma olmuş, həmin hal cavabdeh2 məhkəmə iclasında verdiyi izahatla da təsdiq edilmişdir. Cavabdeh cavabdeh2 izahatında mənzilin onun adına rəsmiləşdirilməsinin formal xarakter daşıdığını, iddiaçının mənzilin əldə olunmasında maliyyə iştirakının olduğunu və tam ödənişdən sonra mənzilin iddiaçının adına keçirilməsinin razılaşdırıldığını etiraf etmişdir. 57.Beləliklə, iddiaçı mübahisəli hüquq münasibətinin kənar şəxsi deyil, həmin hüquq münasibətində birbaşa hüquqi marağı olan şəxsdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı azadlıqdan məhrumetmə yerində olduğu dövrdə cavabdeh qızına etibarnamə vermiş, etibarnamənin məqsədi mənzil üzrə ödənişlərin həyata keçirilməsi olmuşdur. Lakin cavabdeh verilmiş etimaddan və nümayəndəlik səlahiyyətindən istifadə edərək, etibarnamənin məqsədindən kənara çıxmış, cavabdeh cavabdeh2 ilə əlavə razılaşma bağlayaraq mübahisəli mənzilə dair hüquqları öz adına keçirmişdir. 58.Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin belə hərəkətləri vicdanlılıq, ağlabatanlıq və ədalət prinsiplərinə zidd olmaqla etimaddan sui-istifadə kimi qiymətləndirilməlidir. Cavabdeh cavabdeh2 də iddiaçı ilə ilkin razılaşmanın mövcudluğunu bilməsinə baxmayaraq, əlavə razılaşmanı cavabdeh ilə bağlaması onun da bu hüquqi nəticələrin yaranmasında iştirakını təsdiq edir. Bu səbəbdən cavabdehlər arasında bağlanmış əlavə razılaşma iddiaçının hüquq və qanuni mənafelərinin pozulmasına yönəlmiş əqd olmaqla etibarlı hesab edilə bilməz. 59.Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərində iştirak edən şəxslər öz hüquqlarını vicdanla həyata keçirməli, digər şəxslərin hüquq və qanuni mənafelərinə zərər vurmaq məqsədi ilə hüquqdan istifadə etməməlidirlər. Bu prinsip Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə qorunan əsas mülki-hüquqi prinsiplərdəndir. 60.İş materialları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilin əldə edilməsində faktiki maliyyələşdirən şəxs olmuş, cavabdeh cavabdeh2 ilə əldə olunmuş razılaşmaya uyğun olaraq tam ödənişdən sonra mənzilin onun adına rəsmiləşdiriləcəyinə dair əsaslı və hüquqi cəhətdən qorunan gözləntiyə malik olmuşdur. Cavabdeh cavabdeh2 məhkəmə iclasında verdiyi etirafedici izahatla iddiaçı ilə belə razılaşmanın mövcudluğu təsdiq olunmuşdur. Həmin etiraf digər sübutlarla birlikdə qiymətləndirildikdə iddiaçının mübahisəli əmlak üzərində sadəcə faktiki marağa deyil, hüquqi müdafiəyə layiq legitim əmlak gözləntisinə malik olduğu müəyyən edilir. 61.Məhkəmə kollegiyası bu zaman Kopecký v. Slovakia və Stretch v. United Kingdom işlərində formalaşdırılmış hüquqi mövqeyə istinad edir; həmin mövqeyə görə şəxsin kifayət qədər əsaslandırılmış, konkret hüquqi və faktiki əsaslara söykənən əmlak gözləntisi də mülkiyyət marağı kimi müdafiə oluna bilər. 62.Beləliklə,cavabdeh cavabdeh2 iddiaçı ilə ilkin razılaşmanın mövcudluğunu bilməsinə baxmayaraq əlavə razılaşmanı bağlaması, hər iki cavabdehin iddiaçının qanuni əmlak maraqlarının pozulmasına yönəlmiş razılaşdırılmış davranışını təsdiq edir. Belə şəraitdə cavabdehlər arasında bağlanmış əlavə razılaşma qanunun qoruduğu vicdanlı mülki dövriyyə prinsiplərinə zidd olduğundan etibarlı hesab edilə bilməz. Həmin əlavə razılaşma əsasında aparılmış daşınmaz əmlakın dövlət qeydiyyatı törəmə hüquqi nəticə yaratdığından, əsas əqd etibarsız hesab edildiyi halda sonrakı dövlət qeydiyyatının qüvvədə saxlanılması da hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. 63.Məhkəmə kollegiyası qeyd edir ki, Əlavə razılaşma əsasında aparılmış dövlət qeydiyyatı da törəmə xarakter daşıdığından, əsas əqd etibarsız hesab edildiyi halda sonradan aparılmış dövlət qeydiyyatının hüquqi qüvvədə saxlanılması mümkün deyildir. 64.Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi – Mülki qanunvericiliyin əsas prinsipləri Mülki Məcəllənin 6-cı maddəsi mülki hüququn təməl prinsiplərini müəyyən edir. Bu prinsiplər mülki qanunvericiliyin bütün normalarının tətbiqi zamanı rəhbər tutulmalı olan ümumi hüquqi başlanğıclardır. Həmin prinsiplərə vicdanlılıq, hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, tərəflərin hüquqi bərabərliyi və məhkəmə müdafiəsi hüququ daxildir. Müqavilə azadlığı prinsipi şəxslərə istənilən məzmunlu əqd bağlamaq üçün qeyri-məhdud səlahiyyət vermir. Bu prinsip digər şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına xidmət edən əqdləri əhatə etmir. Buna görə də tərəflərin formal olaraq müqavilə bağlamaq hüququna malik olmaları həmin müqavilənin məzmununun və məqsədinin qanuna uyğun olmasını istisna etmir. Hazırkı işdə cavabdehlər iddiaçının mübahisəli daşınmaz əmlaka dair mövcud hüquqi vəziyyətini və ilkin razılaşmanı bildikləri halda əlavə razılaşma bağlamışlar. Belə davranış müqavilə azadlığı prinsipinin vicdanlı şəkildə həyata keçirilməsi tələbinə uyğun olmadığından Mülki Məcəllənin 6-cı maddəsinin məqsəd və məzmununa zidd hesab edilməlidir. -Mülki Məcəllənin 16-cı maddəsi – Mülki hüquqların həyata keçirilməsi və hüquqdan sui-istifadənin yolverilməzliyi Bu maddə mülki hüququn ən mühüm qoruyucu normalarından biridir. Maddənin mahiyyətinə görə, hüquq yalnız formal mövcudluğu ilə deyil, həm də onun həyata keçirilməsinin məqsədi və üsulu ilə qiymətləndirilir. Şəxs öz hüququndan başqa şəxsə zərər vurmaq, qanunun məqsədini dolanmaq və ya vicdansız nəticə əldə etmək üçün istifadə etdikdə, həmin davranış hüquqdan sui-istifadə hesab olunur. Belə hallarda məhkəmə həmin hüququn müdafiəsindən imtina edə bilər. İş materialları göstərir ki, cavabdehlər iddiaçının qanunla qorunan əmlak marağını bildikləri halda əlavə razılaşma bağlamaqla hüquqlarını vicdanlı şəkildə deyil, iddiaçının hüquqi vəziyyətini pisləşdirmək məqsədilə həyata keçirmişlər. Bu isə Mülki Məcəllənin 16-cı maddəsinin birbaşa pozulmasıdır. -Mülki Məcəllənin 337-ci maddəsi – Etibarsız əqdlərin anlayışı və nəticələri Bu maddəyə əsasən, qanunun tələblərinə uyğun olmayan və ya hüquqi əsaslardan məhrum olan əqdlər etibarsız hesab edilir. Etibarsız əqd bağlandığı andan etibarən hüquqi nəticə yaratmır. Belə əqd yalnız onun etibarsızlığı ilə bağlı qanunun müəyyən etdiyi nəticələri yarada bilər. Hazırkı işdə əlavə razılaşmanın məqsədi iddiaçının qanunla qorunan əmlak maraqlarını aradan qaldırmaq olduğundan, həmin razılaşma qanunun qoruduğu vicdanlı mülki dövriyyə prinsiplərinə uyğun hesab edilə bilməz. Buna görə də həmin əqd hüquqi nəticə yaratmayan etibarsız əqd kimi qiymətləndirilməlidir. -Mülki Məcəllənin 339-cu maddəsi – İradə qüsuru ilə bağlanmış əqdlər Bu maddə iradənin sərbəst formalaşmadığı və ya tərəflərin vicdansız davranışı nəticəsində bağlanmış əqdlərin etibarsızlığını nəzərdə tutur. Əgər iş üzrə müəyyən olunursa ki, cavabdehlər əvvəlcədən razılaşdırılmış şəkildə iddiaçının qanunla qorunan maraqlarını pozmaq məqsədilə hərəkət etmişlər, həmin hal məhkəmə tərəfindən əqdin həqiqi məqsədinin müəyyən edilməsində nəzərə alınmalıdır. Əqdin zahiri forması deyil, onun iqtisadi və hüquqi mahiyyəti qiymətləndirilməlidir. -Mülki Məcəllənin 560-cı maddəsi – Hüquqdan sui-istifadənin qadağan edilməsi (Vicdanlı davranış prinsipi) Bu maddə müasir mülki hüquqda vicdanlı davranış prinsipini ümumi hüquqi standart kimi müəyyən edir. Şəxslər mülki hüquqlarını həyata keçirərkən öz əvvəlki davranışlarına zidd hərəkət etməməli, digər şəxslərdə formalaşdırdıqları hüquqi etimada hörmət etməlidirlər. İddiaçı ilə əldə olunmuş ilkin razılaşmanın mövcudluğunu bilən cavabdehin sonradan həmin əmlak barədə başqa razılaşma bağlaması iddiaçının hüquqi gözləntisini pozur və vicdanlı davranış prinsipi ilə uzlaşmır. -Mülki Məcəllənin 152 və 157-ci maddələri – Mülkiyyət hüququnun müdafiəsi Bu maddələr mülkiyyət hüququnun və onun pozulması təhlükəsi yaradan halların məhkəmə müdafiəsini təmin edir. Məhkəmə təcrübəsində qəbul edilmiş hüquqi yanaşmaya görə, müdafiə yalnız artıq dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ ilə məhdudlaşmır. Qanunla qorunan əmlak marağı və əsaslı hüquqi gözlənti də müvafiq hallarda müdafiə olunur. Hazırkı işdə iddiaçının hüquqi marağı cavabdehlərin sonrakı vicdansız hərəkətləri nəticəsində pozulduğundan, həmin marağın məhkəmə qaydasında bərpası mülki qanunvericiliyin məqsədlərinə tam uyğundur. -Daşınmaz əmlak üzərində dövlət qeydiyyatının hüquqi mahiyyəti Daşınmaz əmlak üzərində dövlət qeydiyyatı hüququ yaradan müstəqil hüquqi fakt deyil. Dövlət qeydiyyatı hüququn yaranmasının səbəbi deyil, onun mövcudluğunu təsdiq edən hüquqi institutdur. Buna görə də qeydiyyatın hüquqi qüvvəsi onun əsaslandığı hüquqi əqdin etibarlılığından asılıdır. Əsas əqd etibarsız hesab edildikdə, həmin əqd əsasında aparılmış dövlət qeydiyyatı da hüquqi əsasını itirir və müstəqil qaydada qüvvədə saxlanıla bilməz. Əks yanaşma etibarsız hüquqi əqdin nəticələrinin hüquqi müdafiəsinə gətirib çıxarar ki, bu da hüquqi müəyyənlik, vicdanlı mülki dövriyyə və ədalət prinsipləri ilə uzlaşmır.

65. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğvi üçün əsas təşkil edir.

66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, cavabdehlər cavabdeh2 Ağayəddin oğlu ilə cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzil (yeni qaydalarla; ünvan 3) barədə **** saylı, ##.##.2007-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/**-**-** saylı, ##.##.2020-ci il tarixli əlavə razılaşma etibarsız hesab olunmalı, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzilə (yeni qaydalarla; ünvan 3) dair cavabdeh cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv olunmalıdır. 67.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 68.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və ***.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər cavabdeh2 Ağayəddin oğlu ilə cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzil (yeni qaydalarla; ünvan 3) barədə **** saylı, ##.##.2007-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/**-**-** saylı, ##.##.2020-ci il tarixli əlavə razılaşma etibarsız hesab olunsun. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəlləsində yerləşən, ümumi sahəsi 120,6 kv.m, yerləşdiyi mərtəbə 12, 3 otaqlı, bina 4.5, *** nömrəli mənzilə (yeni qaydalarla; ünvan 3) dair cavabdeh cavabdeh3 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv olunsun. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar