Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7108/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasan və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4283/2018 mülki işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı” ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-2318 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, 99-AX- 610 dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594955 ban, 0037 mühərrik nömrəli, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması və Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL- 2318 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2018-ci il tarixə 5160.14 manat əsas, 3223.59 manat mükafat və həmin günə hesablanmış 5617.29 manat dəbbə pulu, cəmi 14001.02 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı ASC-si ilə cavabdeh X5 arasında xx.xx.2014-cü il tarixli, AL/2318 saylı daxili lizinq müqaviləsi (səh.8), xx xxxx 2015-ci il tarixdə X5, X6 və İddiaçı ASC arasında bağlamış AL-2318(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi (səh.12), xx xxxxxxx 2015-ci il tarixdə X6, X1 və İddiaçı ASC arasında bağlanmış AL-2318(2) saylı Öhdəliklərin ötürülməsi” müqaviləsi (səh.13), xx xxxxxx 2015-ci il tarixdə X3 ]oğlu, Cavabdeh və İddiaçı ASC arasında bağlamış AL- 2318(3) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi (səh.14), xx.xx.2015-ci il tarixli təhviltəslim aktı (səh.16), İddiaçı ASC-si tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, 800 nömrəli arayış (səh.34) tədqiq olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4283/2018 mülki işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxxxx 2014-cü il tarixli AL- 2318 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı, XWB5V319DLA594955 ban, 0037 mühərrik nömrəli, qara rəngli avtomobil İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh 5160.14 manat əsas, 3223.59 manat mükafat və 561 manat dəbbə pulu, cəmi 8944.73 manat borc İddiaçı ASC-nin xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün İddiaçı ASC-i tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 63 %, yəni 19 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 37 %, yəni 11 manat iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 385.1, 442, 462.1, 467, 747.1, 748-2.1, 748-2.3, 748-1.11-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği 10%-dək azaldılaraq cavabdehdən 561 manat cərimə tutulmalıdır.Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı daxili lizinq müqaviləsinin ləğv edilməsini və lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbləri həmin hissədə də təmin edilərək, daxili lizinq müqaviləsinin ləğv edilməli və lizinq obyekti iddiaçıya qaytarılmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edib, Xətai rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(011)-4283/2018 saylı qətnaməsinin ləgv edilməsinə, iddiaçının iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-nin 14.1, 14.2, 76.1, 77.1, 88, 217.1, 217.4, 385, 386-ci maddələrinə istinadən qeyd edilmişdir. Lizinq obyekti onun tərəfindən 2016-cı ilin fevral ayına kimi istifadə olunmuş, ödəniş cədvəlində göstərilən aylıq sabit məbləğ ödəniş tarixində tərəfindən tam olaraq ödənilmiş və 2016-cı ilin fevral ayında Lizinq Şirkətində olmaqla həmin avtomobili digər şəxsin istifadəsinə və sahibliyinə verilməsi üçün İddiaçı ASC-yə təhvil vermiş,“İddiaçı" ASC həmin avtomobilə görə müvəqqəti sahiblik və istifadə üçün həmin şəxsə etibarnamə vermiş və 2016-cı ilin fevral ayından etibarən avtomobil sahibliyindən və istifadəsindən çıxmışdır. İddiaçı ASC 2016-cı ilin fevral ayında avtomobilin üzərində apadığı ondan sonra sonuncu sənəd və ödəniş əməliyyatlarını gizlədərək ona qarşı məhkəmədə əsassız iddia qaldıraraq qətnamə qəbul etməsinə nail olmuşdur. Lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq obyektindən istifadə və sahiblik yalnız bir aylıq ödəniş olunandan sonra müəyyən edilir ki, lizinq şirkətinin indiki halda tələb etdiyi bu məbləğdə yigilan pul qeyri-qanuni tələbdən başqa bir sey deyildir. Məhkəmə bu iş üzrə işə baxarkən iştirakını təmin etməmiş qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə bildirişi və çıxarılmış qətnamə rəsmi qaydada çatdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şirkətlə razılığa gələ bilmədiklərini, avtomobili 2016-cı ildə şirkətə təhvil verdiyini, ancaq təhvil-təslim aktıının təqdim edə bilmədiyini, avtomobili şirkət vasitəilə aldıqdan sonra 1 il ödəniş etdiyini, həmin vaxt gecikdirməsinin olmadığını, yuxarı faizlər müəyyən edildiyini, bu rəqəmlərlə razılaşmadığını, ekspertiza keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasan apellyasiya şikayətini qəbul etməyərək, şirkətin arxivində qarşı tərəfə məxsus etibarnamənin tapilmadığını, avtomobilin şirkətə təhvil verilmədiyini, 2015-ci ilin dekabr ayında sonuncu ödəniş olduğunu, borcun 2018-ci ilin fevral ayına kimi hesablandığını, 2017-ci ildə borcun ödənilməsi barədə xəbərdar edildiyini bildirmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 424, 425, 446, 385-388, 560, 747-751; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 107-125, 217.4, 372, 385, 386, 388, 390-ci maddələrinə istinadən qeyd edilməldir ki, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti rədd edilməldir. Diqqətə çatdırılmalıdır ki, müqavilə münasibətlərinin və tələb edilən məbləğin mübahisələndirilməsi səciyyəsini daşıyan apellyasiya şikayətində cavabdeh tərəfindən dəlillərə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən bu münasibətlər mübahisələndirilməmiş, mükafatın mövcudluğu müqavilə ilə müəyyən edilir, nəqliyyat vasitəsinin təhvil verilməsi sübuta yetirilmir, cavabdehin müəyyən edilmiş mülki məsuliyyəti üzrə apellyasiya şikayətinin yekun qayyəsi məbləğlərin yüksəkliyi təşkil etsə də onun əksini sübut edən (buna işarə edən) sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan onun üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4283/2018 mülki işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7108/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7108/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver