Məhkəmə qərarları › İş №2(103)-712/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-712/2021

05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-712/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X15 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, "X30" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-173/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, "X30" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə "X30" MMC arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış 02.10.2017-ci il tarixli, 307 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən "X30" MMC-nin adına verilmiş 03.05.2018-ci il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxanşın ləğv edilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 26.07.2007-ci il tarixli, MA ******* seriyalı, qeydiyyat nömrəsi ********* olan və 28.10.2010-cu il tarixli, MA ******* seriyalı, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən Gəncə şəhəri, Cavadxan küçəsi 34 saylı binanın birinci mərtəbəsində yerləşən, sahələri 29,4 kv.metr və 16,6 kv.metr olan iki qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin bina 2011-ci ildə, Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin qanunsuz göstərişi əsasında uçurulmuşdur. Bununla əlaqədar olaraq, İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinə qarşı uçururlmuş binanın yerində inşa edilməklə müvafiq qeyriyaşayış sahələri ilə təmin olunma və sair barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia irəli sürmüş və hazırda həmin iddia tələbi üzrə məhkəmə baxışı Gəncə Apellyasiya Məhkəməsində davam edir. Lakin sonradan əldə etdiyi məlumata əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə "X30" MMC arasında bağlanılmış 02.10.2017-ci il tarixli, 307 nömrəli alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri, Cavadxan küçəsi, 34 saylı binanın yerləşdiyi 733.8 kv.metr torpaq sahəsi "X30" MMC-yə satılmış və DövlətReyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində həmin torpaq sahəsinə MMC-nin mülkiyyət hüququ qeydə alınaraq, 03.05.2018-ci il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi qanunsuz və əsassızdır. Belə ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvanındakı uçurulmuş bina ikimərtəbəli çoxmənzilli yaşayış binası olmuş, ikinci mərtəbəsində yaşayış evləri, birinci mərtəbəsində isə qeyri-yaşayış sahələri yerləşmişdir. Binanın yerləşdiyi torpaq sahəsi 422.0 kv.m. olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış binasının ümumi mülkiyyətdə olan əmlakın, o cümlədən binanın yerləşdiyi torpaq sahəsinin idarə edilməsində, ona sahiblik, istifadə və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə sərəncam verilməsində yaşayış sahələrinin mülkiyyətçiləri ilə bərabər iştirak edir və sahə mülkiyyətçilərinin tərkib hissəsinə aid edilir. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə həmin binanın sahə mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onlann hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaştllaşdtrma və abadlaşdtrma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binamn ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Mənzil Məcəlləsinin 35.6-cı maddəsində isə göstərilir ki, çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdınlması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Mənzil mülkiyyətçilərinin həmin hüququ Əmlak Məsələləri Dövlət Komitəsinin məsul işçiləri tərəfindən də təsdiq edilir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin internet saytında, ən çox verilən suallar bölməsində vətəndaşların - "Çoxmənzilli yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin mülkiyyətçisi kimdir?" sualına aşağıdakı cavab verilmişdir:Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir”. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1ci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin- dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, malqara düşərgələrinin və köç yollarının torpaqları; meşəfondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar;təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Torpaq Məcəlləsinin 33-cü maddəsində dövlət ehtiyat fondu torpaqlarına da aydınlıq gətirilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən dövlət ehtiyat fondu torpaqlarına - bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. Göründüyü kimi, Torpaq Məcəlləsinin nə 33-cü, nə də 46.1-ci maddələrində çoxmənzilli yaşayış binalarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətində saxlanılan torpaq sahələrinə aid edilməmişdir. Bundan başqa, özəlləşdirilmiş dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, dövlətə məxsus olan digər torpaq sahələri ümumiyyətlə alqı-satqının predmeti deyildir. Belə ki, "Torpaq bazarı haqqında"Qanunun 4-cü maddəsində yalnız özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaqlar alqı-satqının predmeti kimi qeyd olunmuşdur. Digər dövlət torpaqları işə älqı-satqının predmeti kimi nəzərdə tutulmamışdır. Buna baxmayaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyət həddini aşaraq, hətta dövlət mülkiyyətində olmayan, çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinə, o cümlədən həmin binanın mülkiyyətçilərindən biri kimi iddiaçıya məxsus olan torpaq sahəsini, tamamilə qanunsuz olaraq, "X30" MMC-yə satmışdır. Həmçinin, Gəncə şəhəri, Cavadxan küçəsi, 34 saylı ünvanda inşa edilən "Biznes Mərkəzi" binasının tikintisinə icazə sərəncamı verilməmişdir. 20.11.2014-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilən tikinti işlərinə başlanılması üçün əsas olan 2 saylı xüsusi nişan tikintiyə icazə sərəncamının əsasında deyil, qanuna zidd olaraq Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının "Biznes Mərkəzi" binasının yerləşdirilməsi (layihələndirilməsi) haqqında 03.04.2014-ci il tarixli 377 saylı sərəncamı əsasında verilib. Həmin tikintiyə icazə icraatı şəhərsalma və tikinti normalarının tələblərini kobud şəkildə pozmaqla aparıhb. Yəni, sifarişçi 840 kv.m torpaq sahəsi üzərində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədi və Gəncə Şəhər İcra Hakimiyyətindən tikintiyə icazə sərəncamını almadan tikintiyə başlamış və tikinitini başa çatdırmışdır. Lakin buna baxmayaraq DƏDRX-nin 3 saylı Ərazi İdarəsi 19.09.2017-ci il tarixində, tamamilə qanunsuz və əsassız olaraq, qabaqcadan qeydiyyat apararaq "X30" MMC-yə həmin binanın barəsində qeydiyyat arayışı vermişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi öz qanunsuz hərəkətlərini pərdələmək məqsədi ilə, "X30" MMC-yə satdığı torpaq sahəsinin ünvanında da saxtakarlığı yol vermişdir. Yəni, qeyd olunan torpaq sahəsi Cavadxan küçəsi 34 ünvanda yerləşdiyi halda, həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilən qeyriyaşayış sahəsinin ünvanı alqı-satqı müqaviləsində, məqsədli şəkildə Cavadxan küçəsi 34 "A" kimi qeyd olunmuşdur. Halbuki həmin qeyri-yaşayış sahəsi məhz Cavadxan küçəsi 34 ünvanda, yəni uçurulan binanın yerləşdiyi torpaq sahəsi üzərində inşa edilmişdir. Qeyd edilən qanun pozuntuları Cavadxan küçəsi 34 ünvandakı uçurulmiş binanın mülkiyyətçilərinin, o cümlədən iddiaçının mülkiyyət hüquqlarını kobud qaydada pozur. Buna görə də qeyd olunan torpaq sahəsinə dair cavabdeh təşkilatlar arasında bağlanılmış alqısatqı müqaviləsi etibarsız hesab edilməli və həmin torpaq sahəsinə mülkiyyət hüququ barədə cavabdeh "X30" MMC-nin adına verilmiş çıxarış ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-173/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamədən "X30" MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, iddiaçının mübahisəli torpağın ona məxsus olmasını təsdiq edən heç bir sübut təqdim edə bilmədiyi, bu baxımdan da iddiaçının belə bir iddia tələbi ilə çıxış etməyə subyektiv hüququnun olmadığı arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər, şikayətlərini oxşar məzmunla əsaslandıraraq qeyd etmişlər ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34 A ünvanında yerləşən qeyriyaşayış binası “X30” MMC-nin mülkiyyətində olmaqla həmin tikilinin yerləşdiyi 733.8 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qeyd edilən Fərmana və onunla təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi ilə “X30” MMC arasında Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34 A ünvanında yerləşən qeyri-yaşayış binasının alqı-satqına dair 02.10.2017-ci il tarixli, 307 nömrəli müqavilə bağlanılmış və müqaviləyə əsasən torpaq sahəsi MMC tərəfindən satın alınmışdır. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 12-ci abzasına uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. İddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi sübut kimi məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilən Əsasnaməyə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri həmin sahələrdə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə satıla bilər. Beləliklə, mübahisənin predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi Komitə tərəfindən qanunvericiliyə uyğun həyata keçirilmişdir. Bundan əlavə, iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd olunur ki, ümumi iddia müddəti 10 il müəyyən edilmişdir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Belə ki, İddiaçı ayrı-ayrı iddia tələbləri ilə müxtəlif məhkəmə instansiyalarına müraciət etdiyi zaman mübahisəli torpaq sahəsində yerləşən “X30” MMC-yə məxsus qeyri-yaşayış binası artıq mövcud idi. Digər tərəfdən mübahisəli torpaq sahəsində tikinti işlərini aparılması müvafiq dövlət orqanlarının icazəsi, həmin sahədən istifadə üçün hüquqi əsaslar olmadan mümkünsüz idi. Beləliklə, iddiaçı mübahisəli torpaq sahəsi üzərində “X30” MMC tərəfindən qeyri-yaşayış binası inşa edilərkən həmin sahə üzərində hüquqlarının pozulmasını bilməli idi, mülki qanunvericiliyin tələblərinə əsasən hüquqlarının pozulmasını bildiyi gündən bir il ərzində məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi iddia əsassız olmaqla yanaşı iddia müddəti də üzrsüz səbəbdən ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Araz Hüsiyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Əlibala Rzayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlərin nümayəndələri məhkəməyə gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində istifadədə olan 0.0422 ha torpaq sahəsində yerləşən 34 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində 29.4 kv.m ümumi, 29.4 kv.m əsas sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçın adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində 26.07.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34 ünvanında 16.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində 28.10.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 08.04.2015-ci il tarixli, **********95 saylı məktubundan görünür ki, İddiaçı adına Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34 saylı binada iki qeyriyaşayış sahəsi qeydiyyata alınmışdır. 29.4 kvm sahəli qeyri-yaşayış sahəsinə dair ona 26.07.2007-ci il tarixli ********* qeydiyyat nömrəli və 16.6 kvm sahəsi olan qeyri-yaşayış sahəsinə dair 28.10.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. 2007ci ilin arxiv məlumatlarına əsasən Cavadxan küçəsi 34 saylı binanın yerləşdiyi torpaq sahəsi 422.0 kvm olmuşdur. Bu torpaq sahəsi dövlətə aiddir, onun başqa şəxsə satılması və ya istifadəyə verilməsi barədə 3 saylı Ərazi İdarəsində heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş satıcı Azərbaycan Respublikasının Əmlak Məselələri Dövlət Komitəsi, sədr müavini X19 ilə "X30" MMC-nin direktoru X9 arasında bağlanmış 02.10.2017-ci il tarixli, 307 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin aiqı-satqı müqaviləsi”nin surətindən görünür ki, müqavilənin predmetini 19.09.2017-ci il tarixli, ********** saylı hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən alıcının adına qeydiyyata alınmış ünvan 5 ünvanındakı qeyriyaşayış binasının altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən 733.8 m2 torpaq sahəsi təşkil edir. Satıcı müqavilənin göstərilən torpaq sahəsini 50000 manata satır, alıcı isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın alır. Satıcı torpaq sahəsinin dəyəri alıcı tərəfindən ödəndikdən sonra alqı-satqı müqaviləsinin bir nüsxəsini müvafiq sənədiərlə birlikdə əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə göndərilməsini, alıcı alqı-satqı müqaviləsi imzalandığı andan etibarən 30 bank günü müddətində alınmış torpaq sahəsinin dəyərini satıcı tərəfindən müəyyən edilmiş hesablara ödənilməsini, alqı-satqı müqaviləsi imzalandıqdan sonra torpaq sahəsi barəsində bütün məsuliyyətin öz üzərinə götürülməsiniöhdəsinə götürür.. İş materiallarına əlavə olunmuş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında sahəsi 0.07338 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "X30" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində 03.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 13.05.2019-cu il tarixli, **********58 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi DBLİ “Azərdövlətlayihə” Gəncə filialının 2017-ci il tarixli layihəsinə əsasən “X30” MMC-nin adına Gəncə şəhəri, Cavadxan küçəsi, 34A saylı ünvanda yerləşən qeyri-yaşayış binasına dair 19.09.2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Torpaq sahəsi üzərində hüququn növü istifadə olmaqla torpaq sahəsinin ümumi ölçüsü 0.07338 ha göstərilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış özəlləşdirilən dövlət müəssisə və obyektlərin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 02.10.2017-ci il tarixli 307 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu əmlakın yerləşdiyi 733.8 kvm torpaq sahəsi “xxxx” MMC-yə satılmışdır. “X30” MMC-nin adına Gəncə şəhəri, Cavadxan küçəsi,34A saylı ünvanda yerləşən 0.07338 ha torpaq sahəsinə dair 03.05.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavadxan küçəsi, 34 saylı ünvanda yerləşmiş və hal-hazırda sökülmüş binanın 1-ci mərtəbəsində yerləşən ticarət obyektləri (o cümlədən, İddiaçı məxsus 16.6 kvm və 29.4 kvm sahəli obyektlər) daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahələri kimi qeydiyyatdan keçmişdirlər. Həmin binanın yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması barədə 3 saylı Gəncə Ərazi idarəsində məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 10.03.2020-ci il tarixli, **********09 saylı məktubundan görünür ki, Gəncə şəhəri Cavadxan küçəsi 34 ünvanlnda yerləşən və 2007-ci ildə **********7-05101- 083002 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış mülk ünvan 8 ünvandakı qeydiyyata alınmış mülkün torpaq sahəsinin bir hissəsidir. Kollegiyanın sorğusuna əsasən məhkəməyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş **********66 nömrəli, 28 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 26.07.2007-ci il tarixli **********57-05101-083002 və 28.10.2010-cu il tarixli **********57-05101-083003 reyestr nömrəli; X10 mülkiyyət hüququ 22.08.2008-ci il tarixli **********57-05101-083001 reyestr nömrəli; X11 mülkiyyət hüququ 23.02.2011 -ci il tarixli **********57-05101-083004 reyestr nömrəli; X13 mülkiyyət hüququ 14.05.2020-ci il tarixli **********57-05101-083005 reyestr nömrəli çıxarışlar ilə qeydiyyata alınmışdır. ünvan 10 ünvanında yerləşən mənzil Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17.06.1992-ci i! tarixli, 3141 nömrəli sərəncamına əsasən əvəzsiz olaraq X5 mülkiyyətinə verilmişdir. ünvan 12 ünvanında yerləşən 2 nömrəli mənzil üzərində Zeynalova Hicran Camal qızının mülkiyyət hüququ 19.05.2006-cı il tarixli **********00-05101-093001 reyestr nömrəli çıxarış ilə qeydiyyata alınmışdır. ünvan 10 ünvanında yerləşən 2 nömrəli mənzil ünvan 13i ıl tarixli, 4Ə-2-170 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 tərəfindən X6 özgəninkiləşdirilmişdir. Gəncə şəhər 1 saylı Dövlət Notariat Kontorunun 02.06.1998-ci il tarixli, 3M-2-240 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1 şəhəri, Cavadxan (keçmiş Gəncə küçəsi) küçəsi, ev 34 ünvanında yerləşən “A” literli tikilidə yaşayış sahəsi 37,8 kv.m olan iki yaşayış otağı, 11,8 kv.m dəhliz, 4,9 kv.m mətbəxdən ibarət olan fərdi yaşayış evini X2 və sahəsi 9,0 kv.m olan anbarı Həsənov Həsən ismayıl oğlunun adına özgəninkiləşdirmişdir. Qeyd olunan müqaviləyə əsasən X3 16.06.1998-ci il tarixli, 9662 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 10 ünvanında yerləşən 2-3 nömrəli mənzil ünvan 14-cu il tarixli, 3M-1- 81 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Həsənov Həsən ismayıl oğlu tərəfindən X12 adına özgəninkiləşdirilmiş və 22.04.1999-cu il tarixli, 13423 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 15 ünvanında yerləşən əvvəllər mövcud olmuş binanın altındakı torpaq sahəsi dövlət mülkiyyəti olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair 02.10.2017ci il tarixli, 307 nömrəli müqaviləyə əsasən ünvan 5 ünvandakı qeyri-yaşayış binasının altında yerləşən 0,07338 ha torpaq sahəsi “X30” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmış, həmin müqavilə əsasında “X30” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına 03.05.2018-ci il tarixli, **********52 reyestr nömrəli çıxarış verilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34 ünvandakı qeyri-yaşayış binası söküldükdən sonra onun altında yerləşən 0,07338 ha torpaq sahəsi “X30” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, habelə bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu mübahisə mövzusu deyildir, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə ümumiyyətlə irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.2-ci maddəsinə görə fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Həmin Məcəllənin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə yaştllaşdtrma və abadlaşdtrma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Həmin Məcəllənin 35.6-cı maddəsinə görə isə, çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdınlması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Yuxarıda sadalanan qanunvericilik normalarının mənasından da göründüyü kimi, binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyətçilərin mülkiyyət hüququnun paylarına mütənasib olaraq bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək və ya sökülənədək saxlanması nəzərdə tutulmuş, bina dağıldıqdan sonra həmin pay hüququnun saxlanması nəzərdə tutulmamışdır. Hazırki işin müəyyən edilən və mübahisələndirilməyən halları isə ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 26.07.2007-ci il tarixli, MA ******* seriyalı, qeydiyyat nömrəsi ********* olan və 28.10.2010-cu il tarixli, MA ******* seriyalı, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən Gəncə şəhəri, Cavadxan küçəsi 34 saylı binanın birinci mərtəbəsində yerləşən, sahələri 29,4 kv.metr və 16,6 kv.metr olan iki qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuş, sözügedən bina 2011-ci il tarixdə sökülmüşdür. Sözügedən binanın altında yerləşən topaq sahəsinə dair alqı-satqı müqaviləsi isə 02.10.2017-ci il tarixdə bağlanmışdır. Bu o deməkdir ki, mübahisəli ünvandaki bina söküldükən sonra həmin binanının birinci mərtəbəsində yerləşən 29,4 kv.metr və 16,6 kv.metr olan iki qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı Pərvanə İsgəndəovanın binanın altında yerləşən torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ qalmamışdır. Belə olan halda isə iddiaçı mübahisəli torpaq sahəsinə aid heç bir hüququ qalmadığından onun hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ olmamışdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, "X30" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-173/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, "X30" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələblərinə dair iddiası təmin edilməsin. İddia ərizəsi, habelə apellyasiya şikayətlərii üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar