Məhkəmə qərarları › İş №2(103)-7120/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7120/2020

02.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7120/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Müstəqil tələblər irəli sürən İİİ şəxs X3 vəkili X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2 Farzalı oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsinə və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq cavabdehlərdən 3.500.000 (üç milyon beş yüz min) manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edilməsi ilə bağlı hər hansı hərəkətlərin aparılmasının cavabdehlərə və başqa şəxslərə qadağan edilməsinə və cavabdehlər Cavabdeh2 adında olan; Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 2/6 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 1 saylı qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 38 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 2 saylı qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 13,4 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 3 saylı qeyriyaşayış sahəsinin (ümumi sahəsi 34,5 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 4 saylı qeyriyaşayış sahəsinin (ümumi sahəsi 29,1 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 98 a saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 104 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 b saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 94,9 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 34A saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 98 a evin 10 saylı mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 saylı envanda yerləşən qeyri-yaşayış binasının (1/2 hissə), “A.S.A” X1 (VOEN **********) olan 50% (əlli) təsis payının, habelə Cavabdeh5 adında olan; Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 7a ünvanında yerləşən 45 a saylı mənzilinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi, 63 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 7a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 87,2 kv.m.) “Orxan-El” X1 (VOEN **********) olan 2 (iki) təsisçi payının üzərinə həbs qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin təsis edilməsindən 17 il keçməsinə və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ötən 17 il müddətində milyonlarla manat mənfəət əldə etməsinə, habelə həmin mənfəətin digər kooperativ üzvləri və kooperativin fəaliyyətinə bütün 17 il müddətində faktiki sahibliyi etmiş kooperativ üzvü olmayan Cavabdeh2 arasında bölünərək götürülməsinə baxmayaraq, kooperativin fəaliyyətindən əldə edilib bölüşdürülmüş mənfəətdən bu günə qədər ona hər hansı məbləğdə vəsait ödənilməmişdir. İddia tələblərindən biri olaraq Cavabdeh1 Mənzil Tikinti Kooperativinin bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq cavabdehlərdən 3.500.000 (üç milyon beş yüz min) manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsindən də göründüyü kimi cavabdehlər kooperativin fəaliyyətindən əldə edilmiş mənfəətdən ona düşən payı ona ödəməkdən 17 il müddətində yayınmış, digər tərəfdən də onun payını nə hazırda, nə də gələcəkdə ona ödəmək niyyətində də deyillər. Hesab edir ki, iddia tələblərinin təmin olunacağı halda, gələcəkdə qətnamənin icrasının heç olmasa, məhkəmə qaydasında təmin edilməsini təmin etmək üçün iddiannı təmin etmə tədbiri qismində cavabdehlərə məxsus əmlak özgəninkiləşdirilməsi qadağan edilməlidir. Məndə olan məlumata görə hazırda qanunsuz da olsa ləğv prosesində olduğundan Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesablarında hər hansı məbləğdə pul vəsaiti yoxdur. Digər tərəfdən bu illər ərzində Cavabdeh1 Mənzil Tikinti Kooperativinin bütün əmlakı satıldığından kooperativə məxsus hər hansı əmlak da yoxdur. Lakin ona məlum olmuşdur ki, Cavabdeh2 adında Bakı şəhəri , Səbail rayonu, Kiçik Qala küçəsi, 2/6 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 1 saylı qeyriyaşayış sahəsi (ümumi sahəsi 38 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 2 saylı qeyri-yaşayış sahəsi (ümumi sahəsi 13,4 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 3 saylı qeyri-yaşayış sahəsi (ümumi sahəsi 34,5 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 4 saylı qeyri-yaşayış sahəsi (ümumi sahəsi 29,1 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 98 a saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 104 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 b saylı ünvanda yerləşən qeyriyaşayış sahəsi (ümumi sahəsi 94,9 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 34A saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 98 a evin 10 saylı mənzili, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 saylı envanda yerləşən qeyri-yaşayış binası (1/2 hissə), “A.S.A” X1 (VOEN **********) olan 50% (əlli) təsis payı, Cavabdeh5 adında Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 7a ünvanında yerləşən 45 a saylı mənzili, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi, 63 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 7a ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 87,2 kv.m.), “Orxan-El” X1 (VOEN **********) olan 2 (iki) təsisçi payı kimi əmlakları vardır. Hesab edir ki, kooperativ üzvü olmayan Cavabdeh2 adında olan həmin qeyri-yaşayış sahələri əslində Cavabdeh1 Mənzil Tikinti Kooperativinin fəaliyyətindən əldə edilmiş mənfəətindən ona ayrılıb verilməli olan əmlaklardır. Odur ki, qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədilə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edilməsi ilə bağlı hər hansı hərəkətlərin aparılması cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi, Cavabdeh2 adında olan; Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 2/6 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 1 saylı qeyriyaşayış sahəsinin (ümumi sahəsi 38 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 2 saylı qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 13,4 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 3 saylı qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 34,5 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 a saylı ünvanda yerləşən 4 saylı qeyriyaşayış sahəsinin (ümumi sahəsi 29,1 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 98 a saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 104 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 b saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi 94,9 kv.m.), Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 34 A saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 98 a, 10 saylı mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının (1/2 hissə) özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh5 adında olan; Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 7a ünvanında yerləşən 45 a saylı mənzilinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi, 63 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 7a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 87,2 kv.m.) özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Hazırda Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 908/2020 saylı qərardadından şikayətlər verərək, qərardadın ləğv edilməsini və ya baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, onun həmin iddia tələbinə heç bir aidiyyəti və bağlılığı mövcud deyildir. İddia predmeti ilə bağlılığı olmayan əmlakların üzərinə həbs qoyulması nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında nəzərdə tutulan mülkiyyət huquları kobud şəkildə pozulur. Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətlər təmin edilməmiş, şikayətlər işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 şikayətləri müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələblər irəli sürən İİİ şəxs X3 vəkili X4 şikayətlərin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışının həcmi ilə bağlı bildir ki, hazırda birinci instansiya məhkəməsinin qərardadı yalnız iddia təmin tədbirinin təmin edilməsi hissəsində yoxlanılır. Belə ki, iddia təmin tədbirinin təmin edilməməsi hissəsi iddiaçı tərəfindən mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 2594/20 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 908/2020 saylı qərardadından iddiaçı tərəfindən verilən şikayət qismən təmin edilərək şikayət olunan qərardad apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilmiş, “A.S.A X1 Cavabdeh2 məxsus 50 faiz təsis payı və “Orxan-El” X1 (VOEN **********) olan Cavabdeh5 məxsus 2 (iki) təsisçi payının özgəninkiləşdirilməsi qadağan edilmişdir və həmin qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 110-3.4-cü maddəsinə əsasən Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. 110.4-cü maddəsinə əsasən kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehlərdə və ya digər şəxslərdə olan cavabdehlərə məxsus əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə işə mahiyyəti üzrə baxılıb qurtarana qədər müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan edə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə Cavabdeh1 edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə qeyd edir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Bu mənada, tərəflər arasında mübahisənin gedişi zamanı qeyd olunan əmlakın özgəninkiləşdirilməsi ehtimalı mövcuddur. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli Qərarında qeyd edilir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş sadalanan normalardan da göründüyü kimi məhkəmə iddianı təmin etmək üçün cavabdehlərdə və ya digər şəxslərdə olan cavabdehlərə məxsus əmlak üzərinə həbs qoya bilər. Ona görə də kollegiya hesab edir ki, qeyd edilən müvafiq Plenum Qərarında göstərilən əsasları da nəzərə almaqla cavabdehə məxsus əmlaklar üzərində iddianı təmin tədbiri ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh iddia tələbinə heç bir aidiyyəti və bağlılığının mövcud olmadığını qeyd etsə də, iddia ərizəsindən göründüyü kimi iddiaçı iddia ərizəsində Cavabdeh2 da cavabdeh qismində qoymuş və eyni zamanda mübahisənin yaranması əsaslarına həmin şəxsin aid olduöunu əsaslandırmağa çalışmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********85 nömrəli xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh5 mülkiyyətində iddia tələbində qeyd olunan əmlaklar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı baxılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar