Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7126/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X4, Cavabdehlər Cavabdeh1 Bünyamin oğlu və Cavabdeh2 Bünyamin oğlunun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi-vəkili X7 iştirakı ilə, İddiaçı Əsgərov X5 cavabdehlər Cavabdeh1 Bünyamin oğlu, Cavabdeh2 Bünyamin oğlu, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyestrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-835/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Əsgərov X11 cavabdehlər Cavabdeh1 Bünyamin oğlu, Cavabdeh2 Bünyamin oğlu, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər Cavabdeh1 Bünyamin oğlu, Cavabdeh2 Bünyamin qızına verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı notariat kontorunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hərəkətlərinin qanunsuz hesab edilməsi, buna dair həmin notariat kontoru tərəfindən daşınmaz əmlakın reyestr xidmətinə ünvanlamış göstəriş məktubları və vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin notariat hərəkətləri əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində cavabdehlər Cavabdeh1 Bünyamin oğlu və Cavabdeh2 Bünyamin qızının 1/4 hissədə paylarının müəyyən edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* və ******* nömrəli çıxarışların ləğv edilməsi, dəymiş mənəvi ziyana görə Bakı şəhəri 13 saylı notariat kontorundan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bərabər hissələrdə cəmi 15.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun və X1 birgə mülkiyyətində olmuş, sonuncunun xx.xx.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar 13 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır və cavabdehlər Cavabdeh1 Bünyamin oğlu və Cavabdeh2 Bünyamin qızı X1 vərəsələridirlər. Azərbaycan Respublikası Dövlət X8 üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli şəhadətnaməsi ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun və X1 birgə mülkiyyətinə verilmiş, ******* saylı Çıxarışdan da görünür ki, həmin qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında onların birgə mülkiyyətində olmuşdur. Həmin mülkiyyət sənədlərində payların müəyyən edilməməsinə baxmayaraq 13 saylı notariat tərəfindən əmlak üzərində paylar müyyən edilməklə miras bölgüsü aparılmış, daha sonra müvafiq məlumatlar daşınmaz əmlakın reyestr xidmətinə ötürülmüşdür. Nəticədə, qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə deyil, paylı mülkiyyət kimi qeydiyyatdan keçirilmiş, cavabdehlər Cavabdeh1 Bünyamin oğlu və Cavabdeh2 Bünyamin qızının həmin əmlak üzərində 1/4 payı müəyyənləşdirilmişdir. ******* saylı çıxarışla Cavabdeh2 Bünyamin qızının 1/4 payı, ******* saylı çıxarışla Cavabdeh1 Bünyamin oğlunun 1/4 payı müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 835/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən iddia müddətinin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)- 1277/2018 nömrəli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3479/2019 saylı,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5860/2019 saylı qərarının preyudisiallığının tətbiqinə görə iddia tələblərinin təmin olunmadığı hissələrdə ləğv edilməsini, qeyri-yaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilməsi barədə notariat kontorunun hərəkətlərinin və buna dair həmin notariat kontoru tərəfindən DƏDRX-ə ünvanlanmış göstəriş məktublarının və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair hərəkətlərin Mülki Məcəllənin 213.5-ci maddəsinin tələblərinə uyğun olmaması hissəsində dəyişdirilmədən saxlanılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsində iddia tələbinin əsaslı olması birmənalı şəkildə qeyd edilsə də, məhkəmə hazırki iddiaya aidiyyəti olmayan qərarların preyudisiallığına və iddia müddətinə əsaslanaraq qanunsuz olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, notariat orqanının ümumi əşyaya tərəflərin paylı mülkiyyətini müəyyənləşdirmək səlahiyyəti olmamışdır, paylar ya tərəflərin razılığı ilə, ya da məhkəmənin qərarı əsasında müəyyənləşdirilə bilərdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlsə də, Mülki Məcəllənin 213.5-ci maddəsinə istinad etməklə maddi hüquq normasını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi-vəkili isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı və X1 ümumi birgə mülkiyyətində olmuş, sonuncu xx.xx.2017-ci il tarixdə ölmüş, xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmış və mərhumun əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyri-yaşayış sahəsinə ******* saylı çıxarışla Cavabdeh2 Bünyamin qızının 1/4 payı, ******* saylı çıxarışla Cavabdeh1 Bünyamin oğlunun 1/4 payı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-1277/2018 nömrəli qətnaməsi ilə Abbas və Cavabdeh2lərin iddia tələblərinin təmin edilməməsi, İddiaçı iddia tələblərinin təmin edilərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində onun tam mülkiyyət hüququnun tanınması, X3, həmçinin Cavabdeh1 Bünyamin oğlunun və Cavabdeh2 Bünyamin qızının həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət reyestrindəki qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədikləri dövlət rüsumunun onların özünə aid olunması, ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh1 Bünyamin oğlundan və Cavabdeh2 müştərək qaydada 200 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-3479/2019 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1 Bünyamin oğlunun, Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-1277/2018 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh1 Bünyamin oğlunun və Cavabdeh2 iddia tələblərinin təmin olunması, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikilidən 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7, 9 saylı tikililərin Cavabdeh1 Bünyamin oğluna və Cavabdeh2, 3, 4, 8, 10, 11, 12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə İddiaçı verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh1 Bünyamin oğluna və Cavabdeh2 qarşı «mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi» tələblərinə dair iddiasının rədd edilməsi qət edilmiş, iş üzrə keçirilmiş ekspertiza xərci qismində 200 manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5860/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3479/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər Cavabdeh1 Bünyamin oğlu, Cavabdeh2 Bünyamin qızına verilməsi barədə Bakı şəhəri 13 saylı notariat kontorunun hərəkətlərini və buna dair həmin notariat kontoru tərəfindən daşınmaz əmlakın reyestr xidmətinə ünvanlamış göstəriş məktubları və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair hərəkətlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinin tələblərinə uyğun olmaması qənaətinə gələrək, qeyd etmişdir ki, notariat orqanının ümumi əşyaya tərəflərin paylı mülkiyyətini müəyyənləşdirmək səlahiyyəti olmamış, buna baxmayaraq ümumi əşyaya digər mülkiyyətçinin (İddiaçı) razılığı olmadan payları müəyyən etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, hazırki iş üzrə Mülki Məcəllənin 223.3-cü maddəsini tətbiq etmək əvəzinə Mülki Məcəllənin 213.5-ci maddəsini tətbiq etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bu hal qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələbinə görə isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Mübahisəli əmlak İddiaçı və X1 ümumi birgə mülkiyyətində olmuşdur. Mülki Məcəllənin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Göründüyü kimi, birgə mülkiyyətdə olan əmlak bölünərkən və ya ondan pay ayrılarkən birgə mülkiyyətin iştirakçıları arasında ayrı qayda nəzərdə tutulmamışdırsa, birgə mülkiyyətdə onların payları bərabər sayılır. Yəni, nəqədərki bunun əksi sübuta yetirilməyib, birgə iştirakçılıqda birgə mülkiyyətçilərin paylarının bərabər sayılması prezumsiyası qüvvədədir. Bunun əksini sübut etmək yükünü payının artıq olduğunu iddia edən tərəf, yəni hazırki halda iddiaçı daşıyır. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə İddiaçı və X1 hər birinin payı bərabər olmaqla 1/2 hissə üzrə olmuşdur. Notarius da məhz buna əsaslanaraq, haqlı olaraq, mərhum X1 1/2 payına vərəsəlik iş açaraq, həmin payı vərəsələri (övladları) arasında bərabər hissədə müəyyən edib, hər birinə 1/4 pay barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh tərəf məhkəmədə ərizə verərək, vərəsəlik hüququ haqqında şəhadətnamələri və çıxarışları mübahisələndirmək üçün müddətin ötürülməsini nəzərdə tutmaqla etibarsız (əhəmiyyətsiz) əqdlər üzrə iddia müddətinin tətbiqini tələb etmişdir. Kollegiya qeyd edir ki, qeyd edilən hallar hazırda mövcud olmadığından, müddətin ötürülməsi barədə məhkəmənin gəldiyi nəticə yalnışdır və cavabdeh tərəfin bununla bağlı ərizədə qeyd etdikləri əsassızdır, çünki hazırki işdə söhbət etibarsız (əhəmiyyətsiz) əqddən yox, notariusun hərəkətlərindən (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən) gedir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-835/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddiaçı Əsgərov X5 cavabdehlər Cavabdeh1 Bünyamin oğlu, Cavabdeh2 Bünyamin oğlu, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadıətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyetrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” barədə iddia tələbləri rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7126/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7126/2020
21.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver