Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7128/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadındaniddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, 70.000 ABŞ dollarının (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmiçinin, iddianı təmin etmə tədbiri haqqında ərizə verərək, işə baxılıb yekun məhkəmə aktı qəbul olunanadək “X3” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək “X3” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh1, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Məhkəmənin xx xxxx 2020-cu il tarixli qərardadı ilə, sözügedən avtomobilin özgəninkiləşdirilməsinin cavabdehlər və digər şəxslərə qadağan edilməsi növündə görülmüş iddianı təmin etmə tədbiri ləğv edilmişdir. İddiaçı, həmin qərardaddan şikayəti verərək, onun ləğv olunmasını, sözügedən avtomobilin özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə, qərardadını iddianın təmin etmə tədbirinin əsas tələbə mütənasibliyi ilə əsaslandırsa da, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti. 35 saylı evin 8 saylı mənzilinin və X3’" markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avomobilin bazar qiyməti və onların əsas tələbə münasibliyini araşdırmamış, yalnız fərziyyə irəli sürməklə iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianın təmini tədbiri, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə onun icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırda iddiaçı, 70.000 ABŞ dolları məbləğində pulun cavabehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı, işə baxılıb qurtaranadək X3’" markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avomobilin üzərinə həbs qoyulmasını xahiş edir. Birinci instasiya məhkəməsi, sözügedən avtomobilin özgəninkiləşdirilməsinin cavabdehlərə və başqa şəxslər qadağan edilməsi barədə qərardadını ləğv edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 35 saylı evin 8 saylı mənzilinin özgəninkiləşdirilməsi cavabdehlər və digər şəxslərə qadağan edilmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, “X3” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin cavabdehlər və digər şəxslərə qadağan edilməsi növündə görülmüş iddianı təmin etmə tədbirinin qüvvədə qalmasına ehtiyac qalmamışdır. Əksinə, qərardadın mövcudluğu cavabdehlərin hüquqularının artıq yüklənməsi ilə nəticələnəcəkdir. Halbuki, təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır, ona görə ki, MPM-in 9.1ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Baxılan işdə isə, məhkəmə, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 35 saylı evin 8 saylı mənzilinin özgəninkiləşdirilməsinin qadağan edildiyini əsas gətirərək, Cavabdeh1 məxsus sözügedən avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə iddianın təmin tədbirinin saxlanılmasının iddia tələbinin həcminə mütənasib olmadığını və onlar hər ikisinin tətbiq olunmasının cavabdehlərin hüquqlarının həddindən artıq yüklənməsinə səbəb olacağını qeyd etsə də, işin hansı halları baxımından bu qənaətə gəliyini əsaslandırmamışdır. Belə ki, qeyd olunan əşyaların hazırkı bazar dəyərinin müəyyən olunmasına dair iş materiallarına hər hansı mötəbər sübut (qiymətləndirilmə rəyi, hesabat və s.) əlavə olunmamışdır. Ona görə də, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə, iddianın təmin tədbirinə dair ərizəyə yuxarıda göstərilən hallar nəzərə alınmaqla yenidən baxılması (zəruri olduqda tərəflərin iştirakı ilə) və müvafiq qərarın qəbul olunması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3745/2020 nömrəli, xx xxxx 2020ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7128/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7128/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver