Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7133/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı “xxxx Bank” (əvvəlki adı: İddiaçı İKB) X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iş üzrə iddiaçı Bankın və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh1 apellyasiya şikayəti Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişdir. İddiaçı Bank da həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bankın apellyasiya şikayəti qaytarılmışdır. Rayon Məhkəməsi gəldiyi bu nəticəni isə onunla əsaslandırmışdır ki, iddiaçı Bankın apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. İddiaçı Bank və Cavabdeh1 ayrı-ayrılıqda ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, apellyasiya şikayətinin verilmə müddətinin buraxılmasının üzürlü hesab edilərək, müddətin bərpa edilməsini və apellyasiya şikayətlərinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Bankın apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətinin bərpası barədə ərizəsi təmin edilmiş və mülki iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (iş v. 200-201). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, Bankın apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün olsa da, Cavabdeh1 apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Rayon Məhkəməsinə təqdim etdiyi “apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə” ərizəyə Rayon Məhkəməsi tərəfindən baxılmamış, baxılmışsa da həmin qərardad işə əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-ci maddəsinin tələbinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir (maddə 133.2.). Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (maddə 133.3.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir (maddə 133.4.). Müddətin bərpasından imtina barədə qərardad çıxarılır (maddə 133.5.). Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər (maddə 133.6.). Cavabdeh1 “apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə” ərizəsinə Rayon Məhkəməsi tərəfindən qiymət verilməməsi səbəbindən isə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı MPM-nin 130.3-cü maddəsinin tələbinə görə qeyri-mümkündür. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, Bankın apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün olsa da, Cavabdeh1 apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyrimümkündür. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” Bank ASC-nin Cavabdeh1 və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin apellyasiya şikayətinin qaytarılması üçün iş Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7133/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7133/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver