Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7135/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1877/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu X8 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən götürülməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2019-cu ilin oktyabr ayından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1877/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 23.09.2017-ci il tarixli 13 nömrəli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu X8 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılmaları, iddia tələbinin - Bakı şəhəri Yasamal rayonu X8 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin Cavabdeh1 qanunsuz sahibliyindən götürülməsi və Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu X8 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2019-cu ilin oktyabr ayından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissələrində rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1877/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi aşağıda qeyd edilən əsas və səbəblərə görə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, 2019-cu ilin oktyabr ayından Cavabdeh1 ilə rəsmi nikahı pozulduqdan sonra Cavabdeh1 valideyinləri Cavabdeh2 və Cavabdeh3 ilə həmin evdə yaşamağa başlamışlar. Tərəfindən bir neçə dəfə onlara mənzili tərk etmələrini bildirsə də, buna məhəl verməyərək mülkiyyətində olan mənzildə yaşamaqda davam edirlər. Buna gırə Bakı şəhərində kirayələrdə qalmaq məcburiyyətində qalmışdır. Bununla bağlı məhkəməyə arayışlar təqdim edərək, kirayə qaldığı mənzilə görə hər ay 350 manat məbləğində pulun ödənilməsi və cavabdehlərin zəbt edərək yaşadıqları mənzilin hər ay üçün 400-450 manat məbləğində kirayə qiyməti olması bildirilmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən çıxarılmasını qeyd etsə də, mənzildə yaşadıqları müddətdə onun mənzilində yaşamaq hüquqlarını məhdudlaşdırdıqları üçün onlardan pulun tutulması hissəsini rədd etməsinin səbəblərini əsaslandırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlərin həmin mənzilə dair hüquqlarını pozmaları səbəbindən o, məcburiyyət qarşısında kirayədə qalmış və buna görə də hər ay pul ödəmək məcbur olmuşdur. Cavabdehlərin qanunsuz hərəkətlərinin nəticəsi olaraq onlardan 2019-cu ilin oktyabr ayından etibarən ona vurulmuş ziyanın əvəzi kimi ödədiyi kira xərcləri tutulmalıdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1877/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin qismən iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili X2 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1877/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin qismən iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 23.09.2005ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan onların 02.01.2008-ci il təvəllüdlü X3 və 30.10.2009-cu il təvəllüdlü X4 adlı iki uşaqları vardır. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 23.09.2017-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu X8 Dairəvi yolda inşa etdiyi 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilini İddiaçı 43.123 manata satmışdır. Müqaviləyə əlavə edilmiş maliyyə arayışından müəyyən edilir ki, həmin mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş onun "xxxx" MTK-ya borcu yoxdur. İddiaçı və Cavabdeh1 birgə nikahdan doğulmuş övladları Mədinə Sadıqova və Saleh Sadıqovla birlikdə birgə nikah dövründə 23.09.2017-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən "xxxx" MTK-dan aldıqları və pay dəyərini tam ödədikləri mübahisəli mənzilə 04.10.2017-ci il tarixdən köçərək yaşamışlar. Ağdaş Rayon Məhkəməsinin 2(014)-58/2020 saylı, 04.05.2020-ci il tarixli qətnaməsi ilə İddiaçıla Cavabdeh1 arasında Ağdaş rayon VVADQ şöbəsində 23.09.2005-ci ildə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları Mədinə Sadıqova və Saleh Sadıqov anaları Cavabdeh1 himayəsində saxlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 21.12.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasıdır. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Yuxarıda qeyd olunan hüquq normalarını əsas tutaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə və birgə vəsait hesabına əldə etdikləri ümumi birgə mülkiyyətidir. Bu səbəbdən Cavabdeh1 övladları Mədinə Sadıqova və Saleh Sadıqovla birlikdə mübahisəli mənzildə qanuni əsaslarla yaşayır, həmin mənzilin üzərində sahiblik və istifadə hüquqlarını qanuni əsaslarla həyata keçirir, mənzil Cavabdeh1 qanunsuz sahibliyində deyildir. Odur ki, iddia tələbləri - Cavabdeh1 qarşı olan hissədə tamamilə əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu X8 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilindən çıxarılmalarına dair hissədə əsaslı olduğu nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülkiyyətçi kimi iddiaçının mənzil üzrərində sərəncam vermək hüququ dövlət qeydiyyyatına alınmasa da, o, həmin mənzil üzərində sahiblik və istifadə hüququna malik olduğuna və mənzilin pay dəyərini tam şəkildə ödədiyinə görə, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları iddiaçıya məxsusdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni də qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə cavabdehlərin həmin mənzilə dair onun hüquqlarını pozmaları səbəbindən onun kirayədə qalmasını və buna görə də hər ay pul ödəməyə məcbur olmasını nəzərə almamış, cavabdehlərin qanunsuz hərəkətlərinin nəticəsi olaraq onlardan 2019-cu ilin oktyabr ayından etibarən ona vurulmuş ziyanın əvəzi kimi ödədiyi kirayə xərcləri tutulmamışdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını təhlil edərək hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Belə ki, İddiaçı apelyasiya şikayətində cavabdehlər tərəfindən ona ziyan vurulduğunu qeyd etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bundan başqa İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1877/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1877/2021 saylı, 29 aprel 2021-ci i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7135/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7135/2021
31.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver