Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7136/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, X5 və X1 qarşı 13 saylı Dövlət Notariat ofisi və “xxxxxxx” Firmasının üçüncü şəxs qismində cəlb edildiyi “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi arasında ərazi aidiyyətinə dair fikir ayrılığı məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi və ona əlavə təqdim edərək, onun etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli; Cavabdeh2 imtina ərizəsi əsasında “xxxxxxx” Firması ilə İlham Qasımov arasında Bakı şəhəri, Ş.Abdullayev küçəsi, 382-383 məhəllə ünvanında yerləşən “xxxxxxx” Firması tərəfindən inşa olunan 18 mərtəbəli yaşayış evinin 2-ci girişi, 14-cü mərtəbəsindəki 3 otaqdan və 165 kv.m. sahədən ibarət olan 105 saylı mənzilin alqısatqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli; Cavabdeh2 imtina ərizəsi əsasında “xxxxxxx” Firması ilə Nurlan Vəliyev arasında Bakı şəhəri, Ş.Abdullayev küçəsi, 382-383 məhəllə ünvanında yerləşən “xxxxxxx” Firması tərəfindən inşa olunan 18 mərtəbəli yaşayış evinin 2-ci girişi, 14-cü mərtəbəsindəki 4 otaqdan və 200 kv.m. sahədən ibarət olan 106 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2018-ci il tarixli və “xxxxxxx” Firması ilə Səfiyyə Ağamirzəyeva arasında Bakı şəhəri, Ş.Abdullayev küçəsi, 382-383 məhəllə ünvanında yerləşən “xxxxxxx” Firması tərəfindən inşa olunan 18 mərtəbəli yaşayış evinin 2-ci girişi, 14-cü mərtəbəsindəki 4 otaqdan və 200 kv.m. sahədən ibarət olan 106 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə isə ərazi aiddiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddiaların iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin yaşadığı yerin məhkəməsinə aid olduğu müəyyən edilir. İddia ərizəsindən göründüyü kimi iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 Şərur rayonu, Zeyvə kəndində; Cavabdeh2 ünvan 2 ünvanında; İlham Qasımov ünvan 3 ünvanında; X7 rayonu, Kürkəndi kəndində və Səfiyyə Ağamirzəyeva ünvan 4 ünvanında rəsmi qeydiyyatdadırlar. Mübahisələndirilən alqı-satqı-müqaviləsinin Nəsimi rayonunun ərazisində yerləşən 13 saylı notariat ofisində bağlanmış olması isə hazırkı işə Nəsimi Rayon Məhkəməsində baxılmasına əsas deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlmədiklərindən, MPMin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını araşdıraraq hesab edir ki, iş Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunverici ümumi aidiyyət qaydasını məhz cavabdehin rəsmi qeydə alındığı yeri nəzərə alaraq müəyyənləşdirmişdir. Bundan əlavə, qanunverici, ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə iddiaçının seçməsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə,mütəsna, müqavilə və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Bu qaydalar, ərazi aidiyyəti ilə bağlı məsələlərdə pərakəndəliyin və məhkəmələr tərəfindən müxtəlif növlü qərarlar qəbul edilməsinin qarşısının alınmasına yönəlmişdir. Sabunçu Rayon Məhkəməsi işi aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərərkən qərardadını onunla əsaslandırılmışdır ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 13 saylı notariat ofisində bağlanmış olduğundan iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya, birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq ik növbədə qeyd edir ki, mülki prosessual qanunvericiliyin işlərin ərazi aidiyyəti ilə bağlı məsələləri tənzimləyən “Ərazi aidiyyəti” başlıqlı 4-cü fəslində iddia ərizəsinin üçüncü şəxsin qeydə alındığı ünvan üzrə verilməsi ilə bağlı aidiyyət qaydası müəyyən edilməmişdir. Baxılan işdən isə görünür ki, 13 saylı notariat ofisi cavabdeh olmamaqla, üçünü şəxs qismində cəlb edilmişdir. Digər tərəfdən, işdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlara əsasən, cavabdehlər: Cavabdeh1 Şərur rayonu, Zeyvə kəndində; Cavabdeh2 ünvan 2 ünvanında; İlham Qasımov ünvan 3 ünvanında; X7 rayonu, Kürkəndi kəndində, Səfiyyə Ağamirzəyeva isə ünvan 4 ünvanında rəsmi qeydiyyatdadır. Göründüyü kimi, iş üzrə cavabdeh qismində cəlb edilmiş şəxslərdən heç birinin rəsmi qeydiyyatda olduğu ünvan Nəsimi rayonu ərazisində yerləşməməklə bərabər, Sabunçu rayonuna da aidiyyəti yoxdur. Lakin birinci instansiya məhkəməsi, yuxarıda qeyd olunan halları nəzərə almayaraq, işin ərazi aidiyyəti ilə bağlı məsələsini həll etmədən işi icraata götürmüş və iddianın təmin tədbiri barədə ərizələrə baxmış və bundan sonra Cavabdeh1 nümayəndəsinin vəsatəti əsasında işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə işə baxan hakim ilk növbədə iddia ərizəsinin aidiyyət qaydalarına uyğun olaraq verilib-verilməməsini müəyyən etməlidir. (MPM, maddə 152.1.3.) Həmin məhkəməyə aid olmayan iş üzrə iddianın təmini tədbiri haqqında ərizəyə baxılması isə yolverilməzdir. Odur ki, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı, işin ərazi aidiyyəti ilə bağlı məsələyə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin aparılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2089/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, işin ərazi aidiyyəti məsələsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin aparılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7136/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7136/2020
16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver