Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7142/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Şıxıyev Şükür Babacan oğlunun, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 7.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 23 saylı evin, 118 saylı mənzilindən istifadə hüququna xitam verilərək mənzildən çıxarılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və cavabdeh onun valideynləri ilə birgə yaşadığı Balakən şəhəri, Nərimanov küçəsi, 24 saylı evə gəlin köçmüşdür. Birgə nikahdan xx xxxxxx 2006-cı il tarixdə Fərid, xx xxx 2008-ci il tarixdə Fuad, xx xxxx 2015-ci il tarixdə isə Nuray adlı üç uşaqları anadan olmuşdur. Dolanışıqları çətin olduğundan həmin ilin sonlarında işləmək üçün birlikdə X1 şəhərinə getmişlər. Böyük uşaqları da orada anadan olmuşdur. Bir müdətdən sonra işləri getmədiyindən ondan böyük qardaşı Vüqar Bakı şəhərində yerləşən hazırda mülkiyyətində olan yaşadığı mənzili ona bağışlamışdır ki, köçüb Bakı şəhərində yaşamaqla iş qurub ailəsini saxlasın. Mənzil qardaşı tərəfindən ona xx xxxx 2009-cu il tarixdə bağışlansa da mənzilə dair çıxarışı xx xxxxxx 2019-cu il tarixdə almışdır. Cavadehin tələbi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-1698/2019 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla hər uşağa görə ayda 120 manat olmaqla cəmi 360 manat alimentin tutulması qət edilmişdir. Mənzil mülkiyyətində olsa da cavabdeh onu mənzilə buraxmır, poblemlər yaratdığından onunla bir evdə yaşamağı mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etməklə cavabdehə müəyyən miqdar kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması qərarına gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 7.000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 23 saylı evin, 118 saylı mənzilindən istifadə hüququna xitam verilərək, Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçının məhkəməyə təqdim etdiyi qiymətləndirmə arayışını qəbul etmir. Çünki həmin arayışda göstərilən kirayə məbləği tam yanlışdır və reallığı əks etdirmir. Onun tərəfindən aparılmış araşdırma zamanı mütəxəssis rəyi ilə Məhəmməd Hadi küçəsində mənzillərin kirayəsinin qiymətinin 500 manat məbləğində olması müəyyən olunmuşdur. İddiaçı onların birgə nikahından doğulmuş uşaqların saxlanması üçün gələcəkdə ümumilikdə 6.246 manat məbləğində pul ödəməlidir. Bundan başqa iddiaçı ərizəsində kirayə haqqının ödənilmə müddətini 3 il üçün hesablamışdır ki, o da bunula razı deyil. Kirayə haqqının ümümi məbləğinin ən azı 10 il üçün müəyyən olunmasını məqbul sayır. Hətta kompensasiya 3 il üçün müəyyən olunsa belə aylıq 500 manatdan 18.000 manat məbləğində kompensasiya müəyyən olunmalı idi. Bütün məbləğlər toplansa cəmi 80.640 manat kompensasiya hesablanmalıdır. Belə olan halda mübahisəli mənzil onun adına keçirilsə, o gələcəkdə ödəniləcək aliment və digər xərclərdən imtina edəcəkdir. Əks halda məhkəmə kompensasiyanı ən az 50.000 manat məbləğində hesablamalıdır. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası iddianın rədd olunmasına dair qətnamə qəbul etməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, onun və birgə nikahlarından doğulmuş uşaqlarının Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 23 saylı evin, 118 saylı mənzilindən istifadə hüquqlarının bərpa olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1780/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd olunması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və onun vəkili Şıxıyev Şükür Babacan oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3970/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) cavabdeh İddiaçı kassasiya şikayətinin təmin olunması, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1780/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 23 saylı evin 118 saylı mənzilinin şəraitinə uyğun həmin ərazidə mənzilin kirayə haqqı minimum 500 manat təşkil edir. Bundan aşağı qiymətdə həmin şəraitdə mənzil tapmaq qeyri mümkündür.Hətta kompensasiya 3 il üçün müəyyən olunsa belə aylıq 500 manatdan 18.000 manat məbləğində kompensasiya təşkil edir. Lakin, həmin məbləğ, yəni 18.000 manat konpensasiya məbləğidə ona bəs eləmir ki, üç uşaqla özünə yaşamaq üçün şərait qursun. Uç uşağı ilə yaşamağa minumal şəraət qurması üçün ən azı 25.000 manat müəyyən olunmalıdır. Lakin, mənzil adına keçirilsə o, gələcəkdə cavabdehin ödəməli olduğu alimetdən də, imtina edər. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Şıxıyev Şükür Babacan oğlu Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı tərəfindən Cavabdeh təklif olunan 7.000 manat məbləğində konpensasiyanın məğləği artırılaraq 10.000 manata qaldırılmışdır. Hazırda iddiaçı cavabdehə 10.000 manat konpensasiya ödəməyə hazırdır. Bundan artıq İddiaçı imkanı yoxdur. Əks halda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasıbarədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir”. Hazırki halda Cavabdehapelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Şükür Şıxıyevin və Cavabdeh izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx xxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan onların xx xxxxxx 2006cı il tarixdə Fərid, xx xxx 2008-ci il tarixdə Fuad, xx xxxx 2015-ci il tarixdə isə Nuray adlı üç uşaqları anadan olmuşdur. Tərəflər birgə nikahda yaşadıqları dövrdə iddiaçının qardaşı X7 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 23 saylı evin, 118 saylı mənzili qardaşı İddiaçı bağışlamış və bununla bağlı aralarında xx xxxx 2009-cu il tarixli mənzil bağışlama müqaviləsi bağlanmışdır. Mübahisəli mənzilə dair çıxarış xx xxxxxx 2019-cu il tarixdə alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1698/2019 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli nikah pozulmuş, cavabdeh üç azyaşlı uşaqları ilə mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İddiacı İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehə müəyyən miqdarda kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. İş materiallarında olan, X2 ilə X7 arasında bağlanmış 095977 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Xuraman Dadaşova Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 23 saylı evin, 118 saylı mənzilini İddiaçı satmış və onların arasında xx xxxxxxx 1999-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan, mənzil bağışlama müqaviləsinin surətindən görünür ki, X7 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 23 saylı evin, 118 saylı mənzilini qardaşı İddiaçı bağışlamış və onların arasında xx xxxx 2009-cu il tarixdə mənzil bağışlama müqaviləsi bağlanmışdır. İş materiallarında olan seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 23 saylı evin, 118 saylı mənzilinə dair çıxarış verilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyesrtində 1162 nömrəli reyestr kitabının 105470 nömrəli vərəqində xx xxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1698/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxx 2005-ci il tarixdə qeydə alınmış nikahın pozulması, xx xxxxxx 2006-cı il təvəllüdlü X3, xx xxx 2008-ci il təvəllüdlü X5 və xx xxxx 2015-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanması və onların saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan, daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olan Daşınmaz Əmlak Mərkəzinin (sahibkar X8 oğlu) xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 23 saylı evin, 118 saylı mənzilinin şəraitinə uyğun həmin ərazidə mənzilin kirayə haqqı 150-200 manat arasıdır. İş materiallarında olan, qiymətləndirici “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 23 saylı evin, 118 saylı mənzilinin orta bazar qiyməti 90.000 manat, orta aylıq kirayə haqqı 500 manat təşkil edir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər xx.xx.2005-ci ildə birgə nikaha daxil olmuş, birgə nikahdan 3 uşaqları doğulmuş, nikahları məhkəmə qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə pozulmuş, uşaqların ananın yanında qalması qərara alınmışdır. Cavabdeh və tərəflərin birgə nikahdan doğulmuş uşaqları valideyinləri ilə birlikdə 2009-cu ildən mübahisəli mənzildə yaşayırlar. İddiaçı mübahisəli mənzilin faktiki olaraq mülkiyyətçisidir, Cavabdeh isə mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü kimi həmin yaşayış sahəsinə daimi yaşamaq üçün köçərək, orada yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu əldə etmişdir. Odur ki, Cavabdeh və tərəflərin birgə nikahdan doğulmuş uşaqları mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi həmin mənzildən istifadə hüququna malik olan Cavabdeh kompensasiya verilməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 23 saylı evin, 118 saylı mənzilindən istifadə hüququna xitam verilməsi müqabilində ona 7.000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Lakin, məhkəmə kollegiyası iddiaçının cavabdehə kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaqda haqlı olması barədə birinci instansiya məhkəməsinin nəticəsini əsaslı hesab etsə də, təklif olunan kompensasiya məbləğini yetərli,ədalətli və ağlabatan hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin işdə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə razılaşdırılmaqla təmin olunmalıdır. Göründüyü kimi, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında şərh edilmişdir ki, “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2 maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Məhkəmə kollegiyası iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh təklif etdiyi 10.000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Hazırkı işin apelyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçı tərəfə kompensasiyanın daha artıq məbləğə (18.000 manata) qaldırılması təklifini irəli sürmüşdür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflərin birgə nikahlarından üç uşaqları var, onlaryetkinlik yaşına çatmamışlar, Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqlar da mübahisəli yaşayış sahəsində mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdir. Qeyd olunan halları, uşaqların mənafeyini nəzərə alaraq məhkəmə kollegiyası kompensasiya məbləğinin qaldırılmasını təklif etmiş, buna baxmayaraq iddiaçı tərəf daha artıq kompensasiya məbləğinin təklif olunması ilə razılaşmamışdır. Məhkəmə kollegiyası təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır və hesab edir ki, həmin məbləğ yuxarıda qeyd olunanlar nəzərə alınmaqla daha artıq olmalıdır. Lakin, iddiaçı rəsmi olaraq daha artıq məbləğdə kompensasiya təklif etmək niyyətində olmadığı üçün onun iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticəsi işin faktiki hallarına uyğun olmamış və məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibərləri üzrə səhv nəticəyə gəlmişdir. Bu da, apelyasiya şikayətində sadalanan dəlillər və işin halları birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 390.0.2-ci maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair” iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7142/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7142/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver