Məhkəmə qərarları › İş №2(103)-7148/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7148/2025

13.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7148/2025 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, X20, cavabdeh5, cavabdeh2, cavabdeh4, Maraqlı şəxs, X34 və Mail-zadə Elnarə Nazim qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC və “xxxx” MTK mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab olunması, birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi Hakimlər X30 (sədrlik edən və məruzəçi), X15 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X12, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil4 və vəkil1, Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil2, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin nümayəndəsi Abdullayev İlkin İlham oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, X20, cavabdeh5, cavabdeh2, cavabdeh4, Maraqlı şəxs, X34 və Mail-zadə Elnarə Nazim qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC və “xxxx” MTK mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab olunması, birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə cavabdeh3 arasında ##.##.2009-cu il tarixdə nikah bağlanmış, həmin nikahdan ##.##.2010-cu il tarixdə X4 və ##.##.2011-ci il tarixdə X7 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh3 iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmuşdur.

2. * saylı Nоtariat Оfisində 7E-1439 reyestrlə ##.##.2019-cu il tarixdə qeydə alınmış AR-İ nömrəli, ****** saylı etibarnaməyə əsasən iddiaçı İddiaçı qız cavabdeh3 50 il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlaklarının idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətlər əks etdirən etibarnamə vermişdir;

3. Azərbaycan Respublikasınn Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən (idarənin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı təqdim edilməklə) “Citroen Nemo” yük markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2019-cu il tarixdə cavabdeh3 adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir.

4. AN-İ seriyalı, ******* nömrəli, ##.##.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Satıcı Ələsgərov X11 rayonu Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, **H saylı ünvanında yerləşən, ümumi sahəsi 1215,60 kv.m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə Alıcı cavabdeh3 300.000 manat məbləğ qarşılığında satmışdır. Həmin qeyriyaşayış binası ##.##.2015-ci il tarixdə cavabdeh3 adına qeydiyyatda olmuşdur. ##.##.2024cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Hədiyyə verən cavabdeh3 həmin qeyri-yaşayış binasını tam mülkiyyət üzrə Hədiyyə alan X20 vermişdir. Bundan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC, X20 və Həsənоv Zaman Hüseyn оğlu arasında bağlanmış ##.##.2024-cü il tariхli, İ1537 saylı İpоteka müqailəsinə əsasən bu əmlak cavabdeh cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC qarşısında yaranmış kredit öhdəliklərinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir (##.##.2023-cü il tariхli, GL**** saylı kredit limiti müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC tərəfindən cavabdeh3 illik 25 %-dək, ##.##.2033-cü il tariхinədək 1.000.000 manat məbləğində bərpa оlunan kredit limiti ayrılmışdır).

5. ##.##.2024-cü il tarixli Bakı şəhəri * saylı notariat ofisinə iddiaçı tərəfindən verilmiş ərizəyə əsasən cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayş sahəsini ipoteka qoyulmasına etiraz etməmişdir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk etməyi öz öhdəsinə götürmüşür. Həmin ərizəni notariat ofisində iddiaçının etibarnamə əsasında nümayəndəsi X5 imzalamışdır;

6. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışa əsasən cavabdeh3 Binəqədi rayonu Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, **H saylı ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış sahəsini “xxxx” MMC-yə (onun adından X2) ##.##.2027-ci il tarixinədək icarəyə vermişdir. İcarə haqqı 250 manat təşkil edir.

7. ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 oğlu ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə iddiaçıya 50.000 manat məbləğ qarşılığında satmış və torpaq sahəsi ##.##.2023-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı isə ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı torpaq sahəsini cavabdeh5 55.000 manat məbləğ qarşılığında satmışdır. Müqaviləni etibarnamə əsasında iddiaçının əvəzinə cavabdeh3 imzalamışdır. Həmin torpaq sahəsi ##.##.2024-cü il tarixdə cavabdeh5 adına qeydiyyata alınmışdır.

8. ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 rayonu, Masazır kəndi Qasım bəy Zakir küçəsi, ev 68 ünvanında yerləşən ümumi sahəsi 0,3 ha olan torpaq sahəsini və həmin ünvanda ümumi sahəsi 257 kv.m. olan fərdi yaşayış evini tam mülkiyyət üzrə Alıcı cavabdeh3 200.000 manat məbləğ qarşılığında satmışdır. Həmin fərdi yaşayış evi cavabdeh3 adına qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, ##.##.2024cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evininin tam mülkiyyət üzrə ona məxsus hissəsini Alıcı cavabdeh2 100.000 manat məbləğ qarşılığında satmışdır. Həmin fərdi yaşayış evi ##.##.2024-cü il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır. cavabdeh2 ##.##.2024cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evini tam mülkiyyət üzrə “Alıcı” Maraqlı şəxs 50.000 manat məbləğ qarşılığında satmışdır. Həmin fərdi yaşayış evi ##.##.2024-cü il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınmışdır.

9. ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Satıcı “xxxx” MMC-nin adından Məcidov İlqar Akif oğlu ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsini alıcı cavabdeh3 50.000 manat məbləğ qarşılığında satmışdır. Həmin torpaq sahəsi ##.##.2023-cü il tarixdə cavabdeh3 adına qeydiyyatda olmuşdur. cavabdeh3 AN-İ seriyalı, ******* nömrəli, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Alıcı cavabdeh2 50.000 manat məbləğ qarşılığında satmışdır və torpaq sahəsi ##.##.2024-cü il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır. ##.##.2024cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsaəsn cavabdeh2 həmin torpaq sahəsini X34 900.000 manat məbləğ qarşılığında satmışdır.

10. ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsiə əsasən X35 Ədalət oğlu Bakı şəhəri, Sabunçu rayonu, **** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə Alıcı cavabdeh3 50.000 manat məbləğ qarşılığında satmışdır və torpaq sahəsi ##.##.2022-ci il tarixdə cavabdeh3 adına qeydiyyata alınmışdır. cavabdeh3 torpaq sahəsini ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh4 214.000 manat məbləğ qarşılığında satmış və torpaq sahəsi ##.##.2024-cü il tarixdə cavabdeh4 adına qeydiyyata alınmışdır. cavabdeh4 ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini X14 140.000 manat məbləğ qarşılığında satmış və torpaq sahəsi ##.##.2024-cü il tarixdə X14 adına qeydiyyata alınmışdır;

11. “xxxx” MTK–nın məktubuna əsasən Həsənоv Zaman Hüseyn оğlu MTK ilə bağlanmış MN-444\** nömrəli, ##.##.2019-cu il tarixli və MN-445\** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 оtaqlı *** nömrəli mənzil və 2 otaqlı *** saylı mənzillərin sifarişçisidir. Mənzillər Həsənоv Zaman Hüseyn оğluna təhvil verilmişdir. Həmin mənzillər üzərində onun hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır.

12. “xxxx” ASC-nin cavabdeh3 ilə aralarında bağlanmış ##.##.2019-cuil tariхli, **-**-**- ****-NT-AN saylı (daхili ipоteka krediti üçün) müqaviləyə əsasən müqavilənin predmeti Azərbaycan manatı ilə ifadə edilən pul öhdəliyidir. Bоrc verən bоrc alana bоrc alan ilə “xxxx” MTK ilə bağlanmış MN-444\** nömrəli, ##.##.2019-cu il tarixli müqavilənin predmeti оlan mənzilin alınması üçün 149.500 manat (illik 8%, 196 ay, aylıq ödəniş 1368,90 manat) məbləğində kredit verilməsini öhdəsinə götürür (2.1-2.2 bəndləri). Kredit müqaviləsi üzrə təminat kimi çıхış edən ##.##.2019-cu il tarixli “xxxx” MTK ilə cavabdeh3 arasında imzalanmış müqavilənin predmeti оlan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən ümumi sahəsi 119,12 kv.m оlan 3 оtaqlı *** nömrəli mənzil üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Kоmitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıхarış alındıqdan sоnra qeyd edilən əmlak ilə ipоteka rəsmiləşdirilməlidir.

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, X20, cavabdeh5, cavabdeh2, cavabdeh4, Maraqlı şəxs, X34 və Mail-zadə Elnarə Nazim qızına qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1215,60 kv.m olan qeyri-yaşayış binasının ##.##.2024-cü il tarixdə reyestrdə 4Ə-1243 № ilə qeyd edilmiş ** saylı notariat ofisində X20 adına özgəninkiləşdirilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, ##.##.2024-cü il tarixdə onun mülkiyyətində olan ünvan 7, **** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin Bakı şəhəri, ** saylı notariat ofisində reyestrdə 4Ə-1220 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsin və onun əsasında verilmiş Reyestr nömrəsi 005013026964, Qeydiyyat nömrəsi 1124078451 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi, ##.##.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,70 kv.m olan fərdi yaşayış evinin Bakı şəhəri, ** saylı notariat ofisində reyestrdə 4Ə-1285 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqısatqı müqaviləsinin və onun əsasında Reyestr nömrəsi 308013053308-10301, Qeydiyyat nömrəsi 1624020924 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi, ##.##.2024-cü il tarixdə cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini Maraqlı şəxs satmasına dair Bakı şəhəri ** saylı notariat ofisində reyestrdə 4Ə-2137№ ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestr nömrəsi 308013053308-10301, qeydiyyat nömrəsi 1624036140 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini Bakı şəhəri ** saylı notariat ofisində reyestrdə 4Ə-1286 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestr nömrəsi 009013001904, qeydiyyat nömrəsi 1124082571 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini Bakı şəhəri ** saylı notariat ofisində reyestrdə 4Ə-518 № ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ##.##.2024-cü il tarixdə ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 torpaq sahəsini Bakı şəhəri, * saylı notariat ofisində 4Ə-396 reyestr nömrəsi olan alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestr nömrəsi 005013032344, qeydiyyat nömrəsi 1124078779 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, ##.##.2024-cü il tarixdə cavabdeh4 ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 torpaq sahəsini Bakı şəhəri, ** saylı notariat ofisində 4Ə-650 reyestr nömrəsi olan alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Reyestr nömrəsi 005013032344, Qeydiyyat nömrəsi 1124117639 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi və hər bir əmlak üzərində 1/2 pay hüququnun müəyyən edilməsi, **-ML-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşının üzərində 1/2 pay hüququnun müəyyən edilməsi, “xxxx” MTK ilə bağlanmış MN-444\** nömrəli, ##.##.2019-cu il tarixli və MN-445\** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələr əsasında əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən *** nömrəli mənzil və 2 otaqlı, *** saylı mənzil üzərində ½ hissədə pay hüququnun müəyyən olunması, “xxxx” MMCyə - X3 aylıq 250 manata icarəyə verilmiş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının icarə haqqının yarısının, yəni 125 manatının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırda “nikahın pozulması, uşaqların himayədə saxlanması, aliment” tələbi ilə məhkəməyə müraciət etmişdir. Nikahın pozulması tələbinə dair məhkəməyə müraciət olunmasından ötrü nümayəndəsinə ##.##.2024-cü il tarixdə etibarnamə vermiş, ##.##.2024cü il tarixdə müqavilə bağlanmış, həmin tarixdə də cavabdehə təklif göndərilmiş, ilkin mediasiya sessiyası ##.##.2024-cü il tarixdə keçmişdir. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edilməsindən ötrü ilkin mediasiya sessiyasından sonra cavabdehlə faktiki olaraq ayrı ünvanlarda yaşamışdır. Cavabdehin nikahın pozulmasından məlumatı olana qədərki dövrdə (son 4-5 il ərzində) əmlakları özgəninkiləşdirərkən hər dəfə sürücü X5 vermiş olduğu etibarnamə əsasında notariat ofisində onu təmsil etmiş, buna görə də, cavabdehə vermiş olduğu etibarnamənin varlığını unutmuşdur. Həmin etibarnamənin qüvvədə olmasından notariat ofisində qeyd etdiyi əmlakların özgəninkiləşdirilməsinə adından cavabdeh tərəfindən verilmiş razılıq ərizələrinin “Mobil Notariat” elektron kabinetinə baxarkən ərizələri gördükdən sonra yadına düşmüşdür. Cavabdeh isə özünün də unutduğu etibarnaməni notariat ofisinin arxivindən əldə edərək, notariat hərəkətlərini aparmışdır. Sonradan həmin etibarnaməyə xitam vermiş, bundan sonra etibarnaməyə baxanda, * saylı notariat ofisində ##.##.2019-cu il tarixli etibarnamə verdiyini görmüşdür. Onun nikahın pozulmasına, həmin dövrdə ailədəki yaranmış gərginliyə, uşaqların emosional və psixoloji vəziyyətinin normallaşdırmağa başı qarışıq olduğu vaxtda, xəbəri olmadan cavabdeh yaşadıqları dövrdə əldə etdikləri əmlakları satmışdır. Beləliklə, cavabdeh, onun varlığını unutduğu etibarnamə əsasında vermiş olduğu hüquqdan sui-istifadə etmişdir. Bundan əlavə, nikah dövründə əldə etdikləri **-ML-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşını əldə etmişlər. * saylı notariat ofisində rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən cavabdeh ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasını “xxxx” MMC-yə - X3 aylıq 250 manata icarəyə vermişdir, həmin icarə haqqının da yarısı, yəni 125 manatı ona ödənilməlidir.

15. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC və “xxxx” MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəхs qismində işə cəlb edilmişlər.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının ##.##.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243№ ilə qeyd edilmiş ** saylı notariat ofisində X20 adına оlan bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, X20 adına ##.##.2024-cü il tariхdə verilmiş Reyestr nömrəsi 001011005633, Qeydiyyat nömrəsi 1124080038 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 7, **** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin ##.##.2024-cü il tarixdə cavabdeh3 ilə cavabdeh5 arasında bağlanmış Bakı şəhəri, ** saylı notariat ofisində reyestrdə 4Ə-1220 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması, cavabdeh5 adına ##.##.2024-cü il tariхdə verilmiş Reyestr nömrəsi 005013026964, Qeydiyyat nömrəsi 1124078451 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evinin Bakı şəhəri, ** saylı notariat ofisində reyestrdə 4Ə-1285 № ilə qeyd edilmiş, AN-İ№ ******* nömrəli ##.##.2024-cü il tarixdə cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, cavabdeh2 adına verilmiş Reyestr nömrəsi 308013053308- 10301, Qeydiyyat nömrəsi 1624020924 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinin Bakı şəhəri ** saylı notariat ofisində reyestrdə 4Ə1286 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli ##.##.2024-cü il tarixdə cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, cavabdeh2 adına Reyestr nömrəsi 009013001904, Qeydiyyat nömrəsi 1124082571 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 torpaq sahəsinin Bakı şəhəri, * saylı notariat ofisində 4Ə-396 reyestr nömrəsi olan ##.##.2024-cü il tarixdə cavabdeh3 ilə cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, cavabdeh4 adına оlan Reyestr nömrəsi 005013032344, Qeydiyyat nömrəsi 1124078779 olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının, ünvan 7, **** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin, “xxxx” MTK ilə bağlanmış MN-444\** nömrəli, ##.##.2019-cu il tarixli və MN-445\** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 оtaqlı *** nömrəli mənzil və 2 otaqlı *** saylı mənzil, **-ML-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşını üzərində iddiaçının 1/2 pay hissədə hüquqlarının müəyyən edilməsi, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının “xxxx” MMC-yə - X3 icarəyə verilmiş aylıq 250 manatın yarısı, yəni 125 manatın iddiaçıya ödənilməsi, ünvan 7, **** saylı bağ sahəsi üzrə tərəflər əvvəlki vəziyyətə qayıtdığı üçün cavabdeh3 tərəfindən cavabdeh5 55.000 manat məbləğinin qaytarılması, iddianın qalan hissələrdə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. (hakim X24)

17. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, nikahın pozulması ilə bağlı ##.##.2024-cü il tarixdə iddiaçı tərəfdən cavabdehə təklif göndərilmiş, ilkin mediasiya sessiyası ##.##.2024-cü il tarixdə keçmişdir. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edilməsindən ötrü ilkin mediasiya sessiyasından sonra iddiaçı cavabdehlə faktiki olaraq ayrı ünvanlarda yaşamışlar. Münasibətləri nоrmal оlan dövrdə isə iddiaçı tərəfindən cavabdehin adına * saylı notariat ofisində ##.##.2019-cu il tarixli etibarnamə verilmişdir. Müəyyən edilmişdir ki, 2024-cü ilin 15 və 22 may tariхlərində cavabdeh iddiaçının оna * saylı Nоtariat оfisi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli etibarnamədən istifadə etməklə birgə nikah dövründə əldə edilmiş yuхarıda sadalanan əmlaklardan adına оlan ünvan 7ni *** saylı bağ sahəsini, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 0,0400 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndi, ** saylı fərdi yaşayış evini, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, **H saylı qeyri-yaşayış binasını, eləcə də İddiaçı adında olan ünvan 7, **** saylı bağ sahəsini bağışlama və alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirmişdir. Cavabdeh tərəfindən Abşeron rayonu, Masazır kəndi, ** saylı fərdi yaşayış evi və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsi cavabdeh2 оğlunun adına alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilərkən nоtariat tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-də ipоteka ilə yüklü оlduğu üçün Bankın ##.##.2024-cü il tariхli razılıq məktublarına istinad edilmişdir. Həmçinin, işin materiallarından görünür ki, bağışlama yоlu ilə özgəninkiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, **H saylı qeyri-yaşayış binasına dair yeni mülkiyyətçi оlan cavabdehin bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC ilə ##.##.2024-cü il tarixdə İ5317 saylı ipоteka müqaviləsi bağlanmışdır. Müqavilədən görünür ki, ipоteka qоyulmuş əmlak, cavabdehə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC ilə aralarında bağlanmış ##.##.2023-cü il tariхli, GL**** saylı kredit limiti müqaviləsinə əsasən illik 25 %dək оlan ##.##.2033-cü il tariхədək ayrılmış 1.000.000 manat məbləğində bərpa оlunan kredit limitinin təminatıdır. Alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş əmlakların yeni mülkiyyətçiləri tərəfindən isə ##.##.2024-cü il tarixdə cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini Maraqlı şəxs adına, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini Kamran Məhərrəm oğlunun adına, ##.##.2024-cü il tarixdə isə cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, **** saylı bağ sahəsini Mail-zadə Elnarə Nazim qızının adına özgəninkiləşdirmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. İddiaçı tərəfin izahatlarından görünür ki, cavabdehə 2019-cu ildə etibarnamə verilməsi zamanı münasibətlər nоrmal оlmaqla yanaşı bu nikah dövründə əldə edilmiş əmlakların özgəninkiləşdirilməsi məqsədi daşımamışdır. Aralarında ailə münasibətləri pоzulandan və оnun nikahın ləğvi ilə bağlı hüquqi prоsedurlara başlamasından sоnra cavabdeh оnun adına verilmiş etibarnamədən sui-istifadə edərək, bu əmlakların əksəriyyətini tələsik оlaraq bağışlama və alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirməyə nail оlmuşdur.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin dəlilləri işin araşdırılmış halları ilə uzlaşır. Belə ki, işin materiallarından görünür ki, cavabdeh iddiaçının оna verdiyi etibarnamədən istifadə edərək mübahisələndirilən əmlakların özgəninkiləşdirilməsi müddətləri iddiaçının mediaisiya prоsedurlarına başladığı tariхdən sоnrakı yaхın vaхta təsadüf edir.

20. Məhkəmə tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243№ ilə qeyd edilmiş ** saylı notariat ofisində X20 adına bağışlama yоlu ilə özgəninkiləşdirilməsinə qiymət verərək hesab etmişdir ki, bu əmlak ipоteka ilə yüklü оlduğu üçün ipоteka saхlayanın müvafiq razılığının оlmasına və cavabdehin də iddiaçının adından müvafiq razılıq ərizəsi verməsinə səlahiyyəti оlsa da, həmin əqd işin yuхarıda sadalanan halları baхımından iddiaçının iradə ifadəsi əsasında bağlanması müəyyən edilmədiyi üçün etibarsız sayılmalıdır. Belə ki, cavabdeh adına оlan etibarnamədən istifadə edərək iddiaçı ilə ailə münasibətlərinin pоzulandan sоnra sözügedən əmlakı bacısının adına bağışlama yоlu ilə özgəninkiləşdirilməsində məqsəd iddiaçının həmin əmlakda оlan pay hüququndan məhrum edilməsinə yönəlməsi aşkardır. Məhkəmə bu qənaətə gələrkən iddiaçının tək bu əmlakı deyil, nikah dövründə əldə edilmiş digər əmlakların əksəriyyətinin də eyni vaхtda özgəninkiləşdirməsini də qeyd etmişdir. Eyni əsaslar İddiaçı adında olmuş ünvan 7, **** saylı bağ sahəsinə dair cavabdehlə cavabdeh5 arasında bağlanmış müqaviləyə də şamil оlunur.

21. Məhkəmə daha sоnra hesab etmişdir ki, iddiaçının qeyd edilən 2 əmlak üzərinə pоzulmuş mülkiyyət hüquqları bərpa edilməklə, iradə ifadəsinə zidd оlaraq mülkiyyətləri ilə bağlı cavabdeh tərəfindən iddiaçının adına оlan etibarnamədən öz məqsədi üçün sui-istifadə edərək bağladığı müqavilələr etibarsız sayılmalı, оnların əsasında verilmiş müvafiq çıхarışlar (şəhadətnamələr) da ləğv edilməli, iddiaçının həmin əmlaklar üzərində 1/2 hissədə pay hüququ müəyyən edilməlidir.

22. Məhkəmə tərəflərin birgə nikah dövründə əldə etdikləri və müqavilələri mübahisələndirilən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi və ünvan 7ndə оlan **** saylı bağ sahələri ilə bağlı qeyd etmişdir ki, bu əmlaklarla bağlı cavabdeh tərəfindən bağlanılmış əqdlər işin yuхarıda sadalanan halları baхımından iddiaçının iradə ifadəsinə zidd və оnun həmin əmlakda оlan pay hüququndan məhrum edilməsinə yönəlməsi məqsədi ilə bağlanması müəyyən edildiyi üçün cavabdeh tərəfindən cavabdeh2 ##.##.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evinin Bakı şəhəri, ** saylı notariat ofisində reyestrdə 4Ə-1285 nömrə ilə qeyd edilmiş, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 100.000 manata və ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini Bakı şəhəri ** saylı notariat ofisində reyestrdə 4Ə-1286 nörmə ilə qeyd edilmiş, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 50.000 manata satmasına dair, ##.##.2024-cü il tarixdə ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 torpaq sahəsini Bakı şəhəri, * saylı notariat ofisində 4Ə-396 reyestr nömrəsi olan cavabdeh4 214.000 manata satmasına dair alqı-satqı müqavilələri etibarsız sayılmaqla оnların əsasında alıcıların adlarına verilmiş müvafiq çıхarışlar da (şəhadətnamələr) ləğv edilməlidir. Lakin qeyd edildiyi kimi, həmin əmlakları əldə etmiş cavabdeh2, cavabdeh4 bir müddətdən sоnra оnları Maraqlı şəxs, Süleymanоv Kamran Məhərrəm oğlu və Mail-zadə Elnarə Nazim qızına satmış və bu əmlaklar hazırda sоnuncuların mülkiyyətindədir.

23. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən оnun vicdanlı sahib оlması sübut edilənədək vicdanlı sahib hesab оlunur. Vicdanlı sahib о şəхsdir ki, bu şəхs əmlakı оnun özgəninkiləşdirməyə hüququ оlmayan şəхsdən əldə etməsini bilmir və ya bunu bilməli оlmağa bоrclu deyildir. О halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəхslərin iddiaları оna məlum оlmuş оlsun və bu iddialar sоnradan qanuni sayılsın.

24. Məhkəmə hesab etmişdir ki, Maraqlı şəxs, Süleymanоv Kamran Məhərrəm oğlu və Mail-zadə Elnarə Nazim qızı müvafiq оlaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini və ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 torpaq sahəsini cavabdeh2 və cavabdeh4 əldə edərkən vicdanlı оlmaqla yanaşı, həmin əmlaklar üzərində iddiaçının hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü cavabdeh cavabdeh3 daşımalı, əmlakları vicdanlı əldə etmiş şəxslərin hüquqları xələl görməməlidir.

25. Məhkəmə iddia tələbinin digər hissələri üzrə hesab etmişdir ki, yuхarıda sadalanan maddi hüquq nоrmalarının tələbləri baхımından birgə nikah dövründə əldə edilmiş 99-ML681 dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşının, “xxxx” MTK ilə bağlanmış MN-444\** nömrəli, ##.##.2019-cu il tarixli və MN-445\** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən *** nömrəli mənzil və 2 otaqlı *** saylı mənzillərin üzərində iddiaçının 1/2 pay hüququ müəyyən olunmalıdır.

26. Məhkəmə sözügedən mənzillərin əldə edilməsinin kredit müqaviləsi əsasında həyata keçirilməsini nəzərə alaraq Plenum qərarının tövsiyyələrinə uyğun hesab etmişdir ki, cavabdeh Bank qarşısında götürdüyü öhdəliklər üzrə qalıq bоrcunu müqavilə tərəfi оlaraq tam ödədikdən sоnra bu öhdəlikdə ½ hissədə payı tanınan iddiaçıdan ödənilmiş məbləğin ½ hissəsini ödəməyi ayrı icraatda tələb edə bilər.

27. Məhkəmə iddiaçının mülkiyyətinə qaytarılmış ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının “xxxx” MMC-yə - X3 icarəyə verilməsi müəyyən edildiyindən icarə haqqı оlan aylıq 250 manatın yarısı, yəni 125 manatı iddiaçıya ödənilməli оlmasına dair iddia tələbi ilə bağlı qeyd etmişdir ki, göstərilən faktın mövcudluğunu cavabdeh tərəf inkar etmədiyi üçün məhkəmə tələbin bu hissəsinin də təmin edilməsini mümkün sayır.

28. Məhkəmə məhkəmənin pоzitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə оradakı söz və ifadələrlə bağlı оlmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət оlmasını və məhkəmənin prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik оlmasını nəzərə almaqla qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən əmlakların özgəninikiləşdirilməsi zamanı əldə edilmiş müvafiq Çıхarışların оnların verilməsinə əsas оlmuş müqavilələr ilə yanaşı etibarsızlığını tələb etsə də, əslində çıхarışların ləğvini ehtiva etdiyindən tələbin bu hissəsi məhkəmə çıхarışların ləğv edilməli оlması kimi qəbul edilməlidir.

29. Məhkəmə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının X20 adından ipоteka ilə yüklü edilməsi ilə bağlı qeyd etmişdir ki, ##.##.2024-cü il tariхli ipоteka müqaviləsi iddia predmeti deyildir və hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sоnra iddiaçıya bu müqavilənin hüququnu pоzması halında оnu mübahisələndirmək hüququnun оlması izah edilməlidir.

30. Məhkəmə eyni zamanda hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi və ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 torpaq sahəsinın iddiaçının iradə ifadəsinə zidd satılmaqla оnun hüquqlarının pozulması ilə bağlı məsuliyyət yükünü cavabdeh cavabdeh3 daşıdığı üçün bununla əlaqədar iddiaçının məruz qaldığı zərərin əvəzini də о ödəməlidir. Bunun üçün iddiaçıya sözügedən əmlakların bazar dəyərinin yarısının cavabdehdən tələb etmək hüququnun оlması izah edilir.

31. Həmçinin, iddiaçının qeyd edilən hüququnun оlması baхımından məhkəmə hesab etmişdir ki, cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini, cavabdeh4 isə ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 torpaq sahəsini alqıqdan sоnra Maraqlı şəxs, Süleymanоv Kamran Məhərrəm oğlu və Mail-zadə Elnarə Nazim qızına satdıqları üçün оnların cavabdeh3 ilə bağladıqdarı alqı-satqı müqavilələri etibarsız sayılmaqla tərəflər əvvəlki vəziyyətə gətirilməsinə baхmayaraq qeyd edilən əmlakların satış pulunun sоnuncu tərəfindən cavabdeh2 və cavabdeh4 qaytarılmamalıdır.

32. Məhkəmə bu qənaətə gələrkən həmin şəхslərin əmlakları təkrar özgəninkiləşdirərək gəlir əldə etmələrini və cavabdehin də sözügedən əmlakları özgəninkiləşdirərkən vəsait əldə etməsinə baхmayaraq iddiaçının bu əmlakların özgəninkiləşdirilməsi nəticəsində məruz qaldığı zərərin əvəzini оnların bazar dəyərinin yarısının cavabdehdən tələb etmək hüququndan istifadə edə bilməsini nəzərə almışdır. Lakin məhkəmə hesab etmişdir ki, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, **** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə görə 55.000 manat məbləği cavabdeh3 tərəfindən cavabdeh5 qaytarmalıdır.

33. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməsi qənaətinə gəlmişdir.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-32-ci, 36-37ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci 119.1-ci, 217.4-cü, 218.1-ci maddələrinə və “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, */**** nömrəli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

35. Cavabdeh cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Cavabdeh cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini təmin etməklə qanunsuz və ədalətsiz məhkəmə qətnaməsi çıxarmışdır. Buna görə də, həmin qətnamə iddia tələbinin təmin edildiyi hissədə apellyasiya qaydasında ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən həqiqəti müəyyən etmək vəzifəsi daşıyan məhkəmə həqiqəti müəyyən etmədən müvafiq məhkəmə aktı çıxarmışdır. Həqiqət isə ondan ibarətdir ki, uzun illərdir ki, iddiaçı ilə ailəli olmuşlar, ailənin saxlanılması isə ailəli olduqları müddətlə yanaşı, ayrılmaqlarına baxmayaraq hazırda da, onun üzərindədir. Ailənin saxlanılması üçün kifayət qədər böyük (iddiaçının yaşadığı evdə 2 nəfər xadiməçinin fəaliyyət göstərməsi, 1 nəfər şəxsi sürücü və avtomobil ilə təmin edilməsi, uşaqların təhsil haqları, şəxsi sürücü və avtomobil ilə təmin olunmaları, kommunal xidmətlər, tibb üzrə zəruri xərclər, qida və qeyri-qida ilə bağlı xərclər və.s) vəsait xərcləyir. Ailəli olduqları müddət ərzində ailənin saxlanılması üçün zəruri xərclərin ödənilməsi son dövrlər gəlirləri hesabına qarşılanması mümkün olmadığı üçün kifayət qədər borc öhdəliyi yaranmışdır. Həmin borc öhdəliyindən isə iddiaçı da məlumatlıdır. Ailəlik müddəti ərzində borcların qaytarılması, işçilərə ödənilməmiş əmək haqlarının ödənilməsi və s. ailə ilə bağlı olan xərclərin qarşılanması məqsədilə həmin əmlaklar tərəfindən özgəninkiləşdirilmişdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, ilkin mediasiya müraciətinə təqdim edilməmiş, boşanmadan yalnız 2024-cü ilin axırlarında xəbər tutmuş, 2024-cü ilin dekabr ayına qədər isə iddiaçı ilə birlikdə yaşamışlar. Lakin iddiaçı həqiqətə uyğun olmayan məlumatları məhkəməyə verməklə obyektiv həqiqətin ortaya çıxmasının qarşısını almışdır. Bununla yanaşı, bağışlama ilə bağlı əqd və digər alqı-satqı müqavilələr iddiaçının təklifi əsasında olmuşdur. Belə ki, cavabdeh X20 borcu olduğu üçün mülkiyyətində olan əmlakı borcun bir hissəsinin əvəzinə ona bağışlama yolu ilə vermişdir. Buna görə də, həmin əqdin etibarsız hesab edilməsi barədə iddianın verilməsi, həmin tələbin təmin edilməsi əsassız və qanunsuz olmuşdur. Bundan başqa, sürücüyə verilmiş etibarnamənin ləğv edilməsi üçün əsas sürücüyə uzun müddətdir ki, əmək haqqı verə bilmədiyindən ehtiyat edildiyi üçün verilmiş etibarnamə ləğv edilmişdir, iddiaçının ona verdiyi etibarnamə isə ləğv edilməmiş, əksinə ailənin düşdüyü maddi sıxıntılar üzündən yaranmış borcların qaytarılması üçün əmlakın satılmasını və borc öhdəliklərinin qarşılanmasını iddiaçı özü istəmişdir. İddiaçı öz tələbini əsaslandırarkən bildirmişdir ki, nikahın pozulmasına, həmin dövrdə ailədəki yaranmış gərginliyə, uşaqların emosional və psixoloji vəziyyətinin normallaşdırmağa başı qarışıq olduğu vaxtda, xəbəri olmadan o, yaşadıqları dövrdə əldə etdikləri əmlaklardan adıçəkilən əmlakları özgəninkiləşdirmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, uşaqlar onların boşanmaqları ilə bağlı məsələni hazırda da bilmirlər və bununla bağlı iddiaçının gətirdiyi dəlillər əsassızdır. Digər tərəfdən iddiaçı boşanma iddiası ilə bağlı ailədə yaranmış gərginliyini, başı qarşıq olmasını əsas gətirərək verilmiş etibarnaməni ləğv etmədiyini, onunsa bu haldan sui-istifadə etdiyini göstərsə də, bu dəlillər əsassızdır. Belə ki, iddiaçı tərəfindən X5 verilmiş etibarnamə ləğv edilmiş, ona verdiyi etibarnaməni isə ləğv etmək imkanı olmuş, lakin bunu etməmişdir, həmin etibarnaməni ləğv etməməsinə səbəb isə müəyyən əmlakların özgəninkiləşdirilməsi nəticəsində əldə olunmuş vəsait hesabına ailənin zəruri xərcləri üzrə yaranmış borc öhdəliklərinin qarşılanması olmuşdur və təşəbbüs məhz iddiaçı tərəfindən irəli sürülmüşdür. Əmlakın may ayında özgəninkiləşdirlməsi isə məhz borc sahibinin borcu tələb etməsi olmuşdur. Bununla yanaşı, əmlaka sərəncam verilməsinə dair iddiaçı tərəfindən ona etibarnamə verilmiş, həmin etibarnamədə əmlakın cavabdehlərə və ya digər şəxslərin xeyrinə münasibətdə özgəninkiləşdirilməsi hüququ məhdudlaşdırılmamış, lakin bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qanunamüvafiq şəkildə ##.##.2019-cu il tarixli notariat kontorunda iddiaçı tərəfindən verilmiş etibarnaməyə ilə ona harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, həmçinin adından istinilən formada ərizə yazmaq, imza etmək hüququ və s. səlahiyyətlər vermişdir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, ailəli olduqları müddət ərzində ailənin zəruri xərcləri ilə bağlı yaranmış borc öhdəliyi üzrə əmlakın satılması və borcların qarşılanması məqsədi ilə ona verilmiş etibarnamə iddiaçı tərəfindən ləğv edilməmişdir. Belə ki, etibarnamənin iddiaçı tərəfindən ona verilməsini məhkəmə qəbul edir, bu onun iradə ifadəsini ehtiva etdiyini bildirir, lakin etibarnamə olmasına baxmayaraq əmlakın bağışlanmasının, həmçinin satılmasının iddiaçının iradəsi əks etdirmədiyini bildirir. Bu əsaslandırma əsassız və qanunazidd olmaqla etibarnamə institunu təkzib etməsini, qanunvericiliyə zidd olmasını özündə ehtiva edir. Halbuki, Konstitusiyanın, həmçinin mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər kəsin qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını fəaliyyət qabiliyyətli üçüncü şəxslərə etibar etməsi, etibar edənin iştirakı olmadan etibar edən şəxs tərəfindən etibar edənin adından etibarnamədə nəzərdə tutulmuş qaydada və hədlərdə təmsil edilməsi hüququ təsbit edilmişdir. Lakin məhkəmə özünə müstəsna səlahiyyət tanımaqla etibarnamə institunu təkzib etmişdir. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə verilmiş iddia tələbindən kənara çıxaraq iddiaçı mənzilə dair əldə edilmiş çıxarışların etibarsız hesab edilməsini xahiş etsə də, həmin çıxarışların ləğv edilməsi kimi iddia tələbini qəbul etdiyini göstərərək buna uyğun məhkəmə aktı çıxarmışdır. Belə ki, iddiaçı məhkəmə prosessində nümayəndəsi və vəkili vəkil4 tərəfindən təmsil olunmuş, iddia tələbinin dəyişdirilməsi ilə bağlı məhkədə iddiaçının nümayəndəsi tərəfindən ərizə təqdim edilmişdir. Həmin dəqiqləşmədə isə mənzilin çıxarışlarının ləğvi deyil, məhz etibarsızlığı tələb olunmuşdur. Lakin buna baxmayaraq məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmamışdır. Belə ki, iddia tələbinin həcminin müəyyən edilməsi iddiaçının dispozitiv hüququdur. Bu hüquq iddiaçıya məhkəmə tərəfindən qətnamə qəbul edilənədək, iddia tələbinin həcmini artırmaq və ya azaltmaq imkanı verir (MPM-in 53-cü maddəsi). İşə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi təqdirdə onu məhz iddiaçının iddia ərizəsində göstərdiyi həcmdə, yəni ondan kənara çıxmamaqla təmin etməkdən və bu barədə müvafiq qətnamə çıxarmaqdan ibarətdir. Hakim iddia tələbindən yalnız o halda kənara çıxıla bilər ki, bu, müstəsna hal kimi qanunda nəzərdə tutulmuş olsun. Qanunvericiliklə hazırki tələb üzrə müstəsna hal nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxaraq iddia tələbinin həcmindən kənara çıxmışdır. İddiaçı ona verdiyi etibarnaməni unutduğunu bildirməsi barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, iddiaçı sürücü X5 verdiyi etibarnamənin ləğv edilməsinə səbəb uzun müddət maddi imkanının zəifləməsi, işlərin yaxşı getməməsi nəticəsində sürücü X5 əmək haqqının uzun müddətdir ödəyə bilmədiyindən ehtiyyat edərək ona verilmiş etibarnamə iddiaçı tərəfindən ləğv edilmişdir. Yəni həmin etibarnamənin ləğv edilməsində əsas məqsəd əmlakın tərəfindən özgəninkiləşdirilməsinin qarşısını almaq deyil, məhz sürücü X5 yaranmış borcunu vaxtında ödəmədikləri üçün həmin əmlakları onlardan xəbərsiz X5 tərəfindən özgəninkiləşdirməsinin qarşısını almaq olmuşdur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, iddiaçı mobil notoriat tətbiqinin aktiv istifadəçisidir, həmin tətbiq üzərindən daima verdiyi etibarnamələri izləmiş, onları idarə etmək imkanı olmuşdur. Bundan başqa, X5 verdiyi etibarnaməni ləğv etdirərkən notarius ona verdiyi etibarnaməni də ona xatırlatmış, lakin iddiaçı yalnız sürücüyə verdiyi etibarnaməni ləğv etmişdir. Məhkəmə əqdin etibarsızlığı ilə bağlı məhkəmə aktı çıxarsa da, birinci instansiya məhkəməsi əqdin mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlərə aid etməsi hissəsində heç bir əsaslandırma aparmamış, qanunvericiliyin dəqiq olaraq hansı hüquq normasına əsasən əqdin etibarsız hesab edilməsinə istinad etməmişdir. Məhkəmə ümumi normaları öz aktında yazmaqla kifayətlənmişdir. Göründüyü kimi, məhkəmə əqdin etibarsızlığı ilə bağlı gəldiyi nəticə əsassız olmuş, buna görə də, məhkəmə hər hansı bir normaya istinad edə bilməmişdir. İddiaçı ilə faktiki olaraq hansı müddətdən birlikdə yaşamamaqları, ailənin fiziki və hüquqi şəxslər qarşısında ailəlik müddətində yaranmış borc öhdəlikləri barədə əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Bağlanmış əqdlərin iddiaçının iradəsi əleyhinə olması, mediasiya müraciəti daxil olduğu vaxtdan, yəni 2024-cü ilin mart ayından etibarən iddiaçı ilə ayrı təsərüfat aparmaqları, iddiaçının ona verdiyi etibarnamədən xəbərsiz olması, bu səbəbdən də əmlakların özgəninkiləşdirlmədən əvvəl etibarnamənin ləğv edilməməsi ilə bağlı müəyyən edilmiş hallar sübuta yetirilməmiş, lakin buna baxmayaraq məhkəmə əsassız olaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxartmışdır. Göründüyü kimi, məhkəmə gəldiyi nəticə ilə bağlı düzgün dəyərləndirmə aparmamış, bununla da işin faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, əgər iddiaçı həmin bağışlama nəticəsində məhrum olduğu əmlak məhz onun mülkiyyətinə keçsəydi məhkəmənin gətirdiyi dəlilləri əsaslı hesab etmək olardı. Lakin işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, bağışlama nəticəsində həmin əmlakı və ya əmlaka olan hüquqlar ona keçməmiş, əksinə onun da pay hüququ digər cavabdehə keçmişdir. Həmin əmlak iddiaçının mülkiyyətində olduğu halda onun həmin əmlaka dair ½ hissədə pay hüququ qorunur, bacısının adında olduqda isə o belə pay hüququndan məhrum olur. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə işinin faktiki hallarına uyğun olmamışdır.

37. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m. olan qeyriyaşayış binası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASCnin xeyrinə ##.##.2024-cü il tarixli, İ5317 saylı ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. Müvafiq əmlakın X20 bağışlanması ilə ##.##.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243 № ilə qeyd edilmiş ** saylı notariat ofisində bağlanmış müqavilənin etibarsız hesab edilməsi nəticəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin maraqlarına ciddi zərər dəyir. Belə ki, müvafiq ipoteka müqaviləsi X9 verilmiş kreditin təminatı qismində çıxış edir. Bu məhkəməyə məlum olsa da, işi lazımınca araşdırmamış və qətnamədə ipoteka müqaviləsi, tərəfin aktiv kreditləri ilə bağlı hər hansı münasibət bildirilməmişdir. İpoteka müqaviləsinin tərəfi kimi Bankın vicdanlı tərəf kimi hüquqları nəzərə alınmamış, tərəflərin iradə ifadəsinə qiymət verilməmişdir. İşin faktiki hallarını nəzərə aldıqda müqavilənin digər tərəfləri müqavilə bağlanarkən halları bilmiş və qabaqcadan danışıqlarda iradə ifadələrini bəyan etmiş və həmin hissəyə dair mübahisə etmək hüquqlarını əldən vermişlər. Belə ki, cavabdeh3 ilk dəfə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC tərəfindən ##.##.2023-cü il tarixdə kredit verilmiş və növbəti kreditlər ##.##.2023-cü il və ##.##.2024-cü il tarixlərində verilmişdir. Bu kreditlərdən biri də tərəfin daha öncədən başqa bankda olan kreditinin bağlanması ilə bağlı olmuşdur. Qarışıq müqavilənin tərəfi olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin Binəqədi rayonu, 2-ci mədən küçəsi, 93-cü korpus, 82 H ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m. olan qeyri-yaşayış binası üzərində məhdud əşya hüququ yaranmışdır. Müqavilənin tərəfi olaraq həmin əmlak üzərində vicdanlı əşya hüququ əldə edən olmuşdur. Müqavilənin etibarsızlığı vicdanlı tərəf mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin hüquqlarına xələl gətirməməli, məhdud əşya hüquqlarını pozulması ilə nəticələnməməlidir. Həmin qeyri-yaşayış binasına dair bağlanmış İ5317 nömrəli, ##.##.2024-cü il tarixli ipoteka müqaviləsi ilə əlaqəli bağışlama müqaviləsinin etibarsız edilməsi əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi bağışlanma müqaviləsini etibarsız hesab etsə də, etibarsızlıqdan əmələ gələn hissələrə qiymət verməmişdir. Belə ki, müvafiq əqddən sonra ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə uyğun olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC tərəfindən cavabdeh3 əlavə kredit verilmişdir. Qətnaməyə əsasən əmlak müqavilənin etibarsızlığının təsdiqi ilə qaytarılmış və həmçinin Bank tərəfindən verilmiş kreditin təminatı olan ipoteka müqaviləsinin ləğvi riski yaranmışdır. Buna görə də, cavabdeh3 verilmiş kreditlərin geri qaytarılması zamanı gələcəkdə ciddi çətinliklərin yaranması və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-yə maddi zərər dəyməsi qaçılmazdır. Məhkəmə işlərə baxarkən restitusiya olunmalı, tərəflərin əvvəlki vəziyyəti bərpa olunmalıdır. Əks təqdirdə, prosessual qənaət prinsipinə zidd olaraq müqavilə tərəfi olaraq hüququ pozulmuş şəxsin yenidən məhkəməyə vindikasiya qaydasında və ya əsassız varlanma ilə formasında müraciət etməsinə səbəb olacaqdır. İddiaçı iddia ərizəsində müqavilənin etibarsızlığı ilə bağlı əsaslardan biri kimi etibarnamənin cavabdeh3 nikahda olduqları dövrdə versə də, daha sonradan bu etibarnamənin qüvvədə olmasını unutduğunu qeyd edir. Əlavə olaraq bağışlama müqaviləsinin bağlanması zamanı onun iradə ifadəsinin olmadığını və cavabdeh3 bu etibarnamədən sui-istifadə edərək əmlakı Sücayət Quliyevaya bağışladığı öz əksini tapır. Daha sonra cavabdeh3 kreditin verilməsi ilə bağlı təminat qsimində Sücayət Quliyevanın mülkiyyətində olan əmlak mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin xeyrinə yüklü edilmişdir. Məhkəmə dövründə araşdırılmayan və münasibət bildirilməyən hallardan biri cavabdeh3 nikah dövründə verilmiş kreditlər və bu kreditlərin verilməsi zamanı yüklü edilmiş əmlaklardır. Belə ki, müvafiq qətnamə ilə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə dair münasibət bildirilməməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASCnin mənafeyinə ciddi təsir edir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC cavabdeh3 kreditin verilməsi zamanı risklərini dəyərləndirmiş, öhdəliyin icrası ilə bağlı təminat olaraq ipoteka müqaviləsi bağlamışdır. Məhkəmə isə müvafiq ipoteka müqaviləsi ilə birbaşa əlaqəli olan bağışlama müqaviləsini ləğv edib və hər hansı münasibət bildirməməklə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASCnin hüquqlarına xələl gətirmişdir. Odur ki, Binəqədi rayonu, 2-ci mədən küçəsi, 93-cü korpus, 82 H ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m. olan qeyri-yaşayış binasına dair bağlanmış İP **** nömrəli, ##.##.2022-ci il tarixli ipoteka müqaviləsi ilə əlaqəli olan bağışlama müqaviləsinin tam etibarsız hesab edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmənin işi kifayət qədər araşdırmadan yekun məhkəmə aktını çıxarımasının sübutlarından biri də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin nümayəndələrinin məhkəmə iclaslarında iştirak etməsi halını nəzərə almadan və verilmiş etirazın məzmununa dair hər hansı qeydin qətnamədə öz əksini tapmamasıdır. Belə ki, nümayəndələri tərəfindən məhkəmədə iştirak zamanı ipoteka müqaviləsinin surəti kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və məhkəməyə məlum olmuşdur ki, ipoteka müqaviləsi bərpa olunan kredit limitinin təminatıdır. Bu halların heç biri dərindən araşdırılmamış və işdə maraqlı şəxs olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin hüquqlarının qorunması yönündə hər hansı tədbir görülməmişdir. Qeyri-yaşayış binasına dair bağlanmış İP **** nömrəli, ##.##.2022-ci il tarixli ipoteka müqaviləsi ilə əlaqəli olan bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi əsaslı hesab edilə bilməz. Qarışıq müqavilənin bir hissəsi ipoteka müqaviləsidir. İddiaçı iddia ərizəsində və izahatlarında onun niyyətinin əmlakını ipoteka ilə yüklü edilməsi olmasını israrla qeyd etmişdir. Bu onu göstərir ki, həmin hissədə iradə ifadəsi qüsurlu olmamış, etibarsızlıq üçün əsaslar olmadığından qarışıq müqavilənin ipoteka hissəsində müqavilənin etibarlılığına toxunmur. Qarışıq müqavilənin tərəfi kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin vicdanlı tərəf kimi hüquqlarının nəzərə alınmaması qətnamənin nəticə hissəsində işin hallarına uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən vicdanlılıq mülki hüququn təməl prinsiplərindən biridir. Məhkəmə əqdin etibarsızlılığı ilə bağlı işə baxarkən həmin hissəyə vicdanlılıq prinsipini qiymət verməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsası kimi maddi hüquq norması qismində MM-nin 340-cı maddəsini tətbiqi işin hallarına uyğun hesab edilə bilməz.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə iclasında cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olsa da, həmin əmlaklar nikahdan öncə cavabdeh3 tərəfindən qazanılmış əmlak hesabına əldə olunmuşdur. İş materiallarının 2-ci cild, 14-23-cü səhifələrində iddia tələbinin dəqiqləşdirilməsi barədə təqdim edilmiş ərizə tələblərə uyğun imzalanmamışdır. Birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək həmin ərizəni qəbul etmiş və ona münasibətdə qərar qəbul etmişdir, halbuki ilkin təqdim edilmiş iddia tələbinə uyğun qərar qəbul etməli idi. Müvafiq qaydada imzalanmamış sənəd iddia ərizəsinin dəqiqləşdirilməsi kimi qəbul edilmişdir. Sənədin elekron kabitnet vasitəsilə təqdim edilməsini mübahisələndirmir, lakin sənəd elektron sənəd kimi tərtib edilməyib, qanunvericiliyə uyğun elektron imza ilə imzalanmayıb, sadəcə elektron kabinet vasitəsilə imzalanmadan təqdim edilib. Göstərilənlərin nəzərə alınmasını və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

41. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASCnin nümayəndəsi Abdullayev İlkin İlham oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, əmlak üzərində yüklülük saxlanılmaqla müqavilənin etibarsızlığı məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxırmışdır.

42. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil4 apellyasiya şikayətlərini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, istinad olunan ərizəni elektron kabinet vasitəsilə təqdim etmiş, sənədi göndərən zaman imza üçün olan bütün prosedurlar icra olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının ½ hissədə pay hüququ müəyyən edilən 2 mənzilə dair mülkiyyət hüququ barədə çıxarışlar mövcud deyil. Hüquq müəyyənedici sənəd kimi “xxxx” MTK ilə bağlanmış müqavilələr mövcuddur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.

43. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətlərini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.

44. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər X20, cavabdeh5, cavabdeh2, cavabdeh4, Maraqlı şəxs, X34 və Mailzadə Elnarə Nazim qızı məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC və “xxxx” MTK isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin tərəflərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli, */**** saylı Qərarının: 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır; 3.2-ci bəndinə əsasən ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 3.3-cü bəndinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir; 3.4-cü bəndinə əsasən prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur; 3.6-cı bəndinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır; 3.7-ci bəndinə əsasən əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır; 3.8-ci bəndinə əsasən prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər; 3.9-cu bəndinə əsasən ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür; 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir; 4.2-ci bəndinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərin siyahısı Ailə Məcəlləsinin 32.2-ci maddəsində göstərilmişdir: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak; 4.15-ci bəndinə əsasən birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. 6.18-ci bəndinə əsasən məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri); 7.7-ci bəndinə əsasən reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur; 7.8-ci bəndinə əsasən ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” **/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının: 31-ci bəndinə əsasən bu iddia tələblərinə baxılarkən məhkəmələr tərəfindən Mülki Məcəllənin daşınmaz əşya üzərində mülkiyyət (tam əşya) hüquqlarının əldə edilməsi ilə bağlı 139, 139-1.1.3, 140, 144, 146, 148.2 və 149.2-ci maddələri nəzərdən keçirilməli və aşağıdakı şərtlər üzrə yoxlama aparılmalıdır: 1) iddiaçının həqiqi hüquqi vəziyyətə görə mülkiyyət hüququnun olması (əşyaya dair ləğv edilmiş reyestr qeydinin mövcudluğu, vərəsəlik hüququnun olması və digər); 2) üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın mövcudluğu; 3) üçüncü şəxslə bağlanmış etibarlı dövriyyə əqdinin mövcudluğu; 4) əşyanı üçüncü şəxsə özgəninkiləşdirənin adına reyestr qeydinin əsaslı olub-olmadığı; 5) qeyd əsassız olduqda, əldə edən üçüncü şəxsin vicdanlı olub-olmadığı; 39-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, vicdanlı əldəetmə ilə bağlı mübahisələr üzrə əsl mülkiyyətçi əşyaya dair üçüncü şəxsin bağladığı müqavilənin yalnız əhəmiyyətsizlik səbəbi ilə etibarsızlığı barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malikdir. O, üçüncü şəxslə bağlanmış müqavilənin tərəfi olmadığından onların iradə ifadələrinin zədələnməsindən çıxış edərək, əqdi mübahisələndirə bilməz; 41-ci bəndinə əsasən Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi, uydurma əqd reallıqda heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri özləri üçün hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barədə öz aralarında razılığa gəlmiş olurlar. Uydurma əqd, bir qayda olaraq, başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır; 42-ci bəndinə əsasən qeyd olunan dispozisiya şərtləri əsasında əqdin həqiqətən arzu edilən hüquqi nəticəni yaratmaq niyyəti ilə, yoxsa belə niyyət olmadan başqa məqsədlərlə bağlandığı aydınlaşdırılmalıdır. Təcrübədən görünür ki, bu kateqoriya mübahisələr üzrə uydurma əqdlər əsasən “vicdanlı əldə edən görüntüsü” yaratmaqla əşyanın mülkiyyətçiyə qayıtmasının qarşısını almaq məqsədilə rəsmiləşdirilir; 74-cü bəndinin “a” adlı hissəsinə əsasən ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. Nəzərə alınmalıdır ki, bu maddə ər-arvaddan birinin razılığı olmadan sərəncam əqdi bağlandığı halda, əldə edənin vicdanlılığını istisna edir. Əgər bu əqd əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışsa və sonradan onun tərəfindən əşyaya dair yeni sərəncam əqdi bağlanmışsa, sonuncu əqd üzrə əldə edənin vicdanlılığına bu qərardadda göstərilən meyarlar üzrə qiymət verilməli və vicdanlı olduğu müəyyən edilərsə, hüquqları qorunmalıdır. Çünki bu halda sərəncam əqdinin tərəfləri ər-arvaddan biri deyil, reyestrdəki mülkiyyətçi və qeydə etimad edən digər subyektlərdir; 74-cü bəndinin “d” adlı hissəsinə əsasən məhkəmə təcrübəsində bəzi hallarda vicdanlı əldəetmə institutuna dair qaydaların daşınmaz əşyalar üzərində əşya hüquqlarını əvəzsiz əqdlər əsasında (məsələn, bağışlama yolu ilə) əldə edən üçüncü şəxslərə də şamil edilməsi müşahidə olunur. Lakin qeyd edilməlidir ki, mülki qanunvericilikdə daşınar əşyalardan fərqli olaraq, daşınmaz əşyaları əvəzsiz əldə edənlərin vicdanlı əldəetmə qaydaları çərçivəsində qorunmamasını birbaşa təsbit edən xüsusi norma nəzərdə tutulmasa da, bu hal onların hüquqi baxımdan qorunmalı olması nəticəsinə gətirib çıxarmır. Əks yanaşma qanunvericinin bu institutla qorumaq istədiyi məqsədlərə, onun hüquqi mahiyyətinə və təyinatına uyğun olmazdı. Belə ki, vicdanlı əldəetmə institutu ilk növbədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təmin etmək məqsədilə əvəzli əsaslarla əşya hüquqları əldə edən şəxslərin maraqlarının qorunmasına yönəlmişdir. Əvəzsiz əqdlər isə mülki dövriyyə əqdi hesab olunmur. Bu baxımdan əvəzsiz əqdlər üzrə əşya əldə edən şəxslər iqtisadi dövriyyədə risk daşıyan subyektlər hesab olunmadığından, onların əşyanı əvəzli əldə edən şəxslərlə eyni səviyyədə qorunması üçün əsas mövcud deyildir. Bu səbəbdən belə şəxslər əsl mülkiyyətçinin tələbləri qarşısında üstün hüquqi mövqedə çıxış edə bilməzlər; 79-cu bəndinə əsəsən beləliklə, yuxarıda qeyd olunan şərtlər əsasında aparılan yoxlama nəticəsində üçüncü şəxsin vicdanlı əldə edən olduğu müəyyən edilərsə və onun vicdanlılığı qanunla qorunarsa, əsl mülkiyyətçinin daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilməsi barədə iddiası rədd olunmalıdır. Əks halda, yəni üçüncü şəxsin vicdanlı əldə edən olmadığı, yaxud vicdanlılığının qorunmadığı hallarda isə Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq əsl mülkiyyətçinin tələbi təmin edilməlidir. Hər iki halda hüququ pozulmuş şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ izah edilməlidir; 88-ci bəndinə əsasən Mülki Məcəllənin 144.1-ci maddəsində də nəzərdə tutulmuşdur ki, notarius daşınmaz əşyalara sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən ilk növbədə əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğu ilə bağlı digər şərtlərin mövcudluğunu yoxlamalıdır; 90-cu bəndinə əsasən müqavilənin qanunauyğunluğunun yoxlanılması yalnız sərəncam səlahiyyəti (reyestr qeydinin, etibarnamənin olması və sair) və digər formal tələblərin (reyestrdə qeydə dair etirazın, əşya üzərində yüklülüklərin olub-olmaması, əşyanın birgə nikah dövründə əldə edilibedilməməsi və sair) mövcudluğunun müəyyən edilməsindən ibarət olmayıb, həmçinin tərəflərin həqiqi iradə ifadələrinin səlahiyyətləri çərçivəsində aydınlaşdırılmasını da əhatə edir; 91-ci bəndinə əsasən tərəflərin iradə ifadəsi əqdin əsas qurucu ünsürü olduğundan, qanunverici əqdin məzmununun tərəflərin həqiqi niyyətinə uyğun olmadığı halları notariat hərəkətlərini aparmaqdan imtina edilməsi əsası kimi nəzərdə tutmuşdur (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsi); 92-ci bəndinə əsasən bu baxımdan, notarius tərəflərin iradəsinin həqiqi olduğunu müəyyən etmək üçün onlarla (və ya nümayəndələri ilə) birbaşa ünsiyyət quraraq, müqavilə bağlamaq niyyətlərini, hərəkətlərinin mahiyyətini və nəticələrini, o cümlədən əqdin mühüm şərtlərini qavrayıbqavramadıqlarını, hədə-qorxu, aldatma və ya yanılma altında olubolmadıqlarını və bu kimi digər mühüm halların mövcudluğunu öz səlahiyyətləri çərçivəsində aydınlaşdırmalıdır; 94-cü bəndinə əsasən notarius əqdin təmsilçi vasitəsilə bağlanıldığı zaman sərəncam səlahiyyətinin formal olaraq mövcudluğunu yoxlamaqla kifayətlənməməli, həmçinin etibarnamənin etibarlı olubolmadığını da qiymətləndirməli, o cümlədən aparılan hüquqi əməliyyatın təmsil olunanın (mülkiyyətçinin) mənafeyinə zidd olmasına açıq şəkildə işarə edən halları aşkar etdikdə onun həqiqi iradəsinin müəyyən edilməsi üçün zəruri tədbirlər görməlidir. Məsələn, ər-arvadın nikah dövründə bir-birinə verdikləri etibarnamədən boşanmadan sonra istifadə olunması, daşınmaz əşyanın dəyərindən dəfələrlə ucuz qiymətə satılması və ya xarici ölkədə verilmiş fiziki etibarnamə əsasında daşınmaz əşyanın özgəninkiləşdirilməsi zamanı etibarnamə verən şəxslə telefonla, videogörüntü ilə danışmaqla və ya digər mümkün üsullarla onun həqiqi niyyəti müəyyən edilməlidir.

Apellyasiya baxışının hədləri

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

51. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Hazırda apellyasiya şikayətlərində cavabdeh cavabdeh3 qətnaməni iddianın təmin edilən hissəsində, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC isə ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m. olan qeyri-yaşayış binasının X20 bağışlanmasına dair ##.##.2024-cü il tarixli bağlanmış müqavilənin etibarsız hesab edilməsi (apellyasiya şikayətinin mahiyyətinə əsasən) hissəsində mübahisələndirdiklərindən, qətnamə yalnız iddianın təmin edilən hissələrində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin apellyasiya şikayəti təmin edilməməli, cavabdeh cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ““xxxx” MTK ilə bağlanmış MN-444\** nömrəli, ##.##.2019-cu il tarixli və MN-445\** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 оtaqlı, *** nömrəli və 2 otaqlı, *** saylı mənzillərin üzərində iddiaçının 1/2 hissədə pay hüquqlarının müəyyən edilməsi” hissəsində dəyişdirilməlidir.

54. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı, ikincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Belə ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Qanunverici ailə institutunu ər arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur.

55. Həmçinin, nəzərə alınmalıdır ki, ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək ilk növbədə qeyd edir ki, İddiaçı ilə cavabdeh3 arasında ##.##.2009-cu il tarixdə nikah bağlanmış, həmin nikahdan ##.##.2010-cu il tarixdə X4 və ##.##.2011-ci il tarixdə X7 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh3 iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi ilə bağlı Bakı ** saylı Mediasiya Təşkilatına 2024-cü ilin mart ayında (mediasiyanın tətbiqi barədə təklifin tarixi – ##.##.2024-cü il, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın tarixi - ##.##.2024-cü il) müraciət etmişdir.

57. Məhkəmə kollegiyası iş materiallarına istinadən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə verilməməsi barədə dəlillərlə razılaşmır və bu dəlili əsassız hesab edərək, qeyd edir ki, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində iddia 8 tələbdən ibarətdir: 1) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının X20 bağışlanmasına dair ##.##.2024-cü il tarixli müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi; 2) ünvan 7, **** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini alqı-satqına dair ##.##.2024-cü il tarixli müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi; 3) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair ##.##.2024-cü il tarixli müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi; 4) Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinin alqı-satqısına dair ##.##.2024-cü il tarixli müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, 5) ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 torpaq sahəsinin alqı-satqısına dair ##.##.2024-cü il tarixli müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, 6) bu əmlaklar, habelə **-ML-*** dövlət qeydiyyat nişanlı, “Citroen Nemo” yük markalı avtomobil üzərində iddiaçının 1/2 hissədə pay hüququnun müəyyən edilməsi; 7) “xxxx” MTK ilə bağlanmış MN- ***/** nömrəli, ##.##.2019-cu il tarixli və MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 otaqlı, *** nömrəli və 2 otaqlı *** saylı mənzillər üzərində iddiaçının ½ hissədə pay hüququnun müəyyən olunması; 8) “xxxx” MMC-yə - X3 aylıq 250 manat pula icarəyə verilmiş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının icarə haqqının yarısının, yəni 125 manatının ödənilməsi.

58. Cavabdeh cavabdeh3 apellyasiya şikayətində ailə təsərrüfatını idarə etdikləri vaxt ərzində borcların qaytarılması, işçilərə ödənilməmiş əmək haqlarının ödənilməsi və ailə ilə bağlı olan xərclərin qarşılanması məqsədilə ilə həmin əmlakların tərəfindən özgəninkiləşdirildiyini, 2024-cü ilin dekabr ayına qədər iddiaçı ilə birlikdə yaşadıqlarını, cavabdeh X20 borcu olduğu üçün mülkiyyətində olan əmlakı borcun bir hissəsinin əvəzinə ona bağışlama yolu ilə verdiyini, iddiaçı tərəfindən X5 verilmiş etibarnamə ləğv edilsə də, onun buna imkanının olmasına baxmayaraq, ona verilmiş etibarnaməni ləğv etmədiyini, məhkəmənin əqdlərin etibarsızlığı ilə bağlı (mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər olması) hissədə heç bir əsaslandırma aparmadığını, etibarsızlığı tələb edildiyi halda, çıxarışları ləğv etməklə iddia tələbindən kənara çıxdığını, iddiaçı ilə hansı müddətdən etibarən birlikdə yaşamamaqlarını, ailənin fiziki və hüquqi şəxslər qarşısında birgə təsərrüfat müddətində yaranmış borc öhdəlikləri barədə əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını bildirir.

59. Məhkəmə kollegiyası iddianın “4 əmlakla bağlı bağlanmış alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli əmlakların birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halını təşkil edir.

60. Belə ki, ünvan 7, **** saylı bağ sahəsi 0,12 ha olan torpaq sahəsi ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 50.000 manata satılmış və bu əmlak ##.##.2023-cü il tarixdə iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini cavabdeh5 55.000 manat məbləğ qarşılığında satmışdır. Müqaviləni etibarnamə əsasında iddiaçının əvəzinə cavabdeh3 imzalamışdır. Həmin torpaq sahəsi ##.##.2024-cü il tarixdə cavabdeh5 adına qeydiyyata alınmışdır.

61. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 200.000 manata satılmış və sonuncunun adına qeydiyyata alınmışdır. Daha sonra ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 fərdi yaşayış evini Alıcı cavabdeh2 100.000 manata satmış və əmlak ##.##.2024-cü il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır. cavabdeh2 isə ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evini Maraqlı şəxs 50.000 manata satmışdır. Həmin fərdi yaşayış evi ##.##.2024-cü il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınmışdır.

62. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 50.000 manata satılmış və həmin torpaq sahəsi ##.##.2023-cü il tarixdə cavabdeh3 adına qeydiyyata alınmışdır. cavabdeh3 ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini cavabdeh2 50.000 manata satmış və torpaq sahəsi ##.##.2024-cü il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır. ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsaəsn cavabdeh2 həmin torpaq sahəsini X34 900.000 manata satmışdır.

63. ünvan 7 **** saylı bağ sahəsi ünvanında yerləşən 0,12 torpaq sahəsi ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 50.000 manata satılmış və torpaq sahəsi ##.##.2022-ci il tarixdə cavabdeh3 adına qeydiyyata alınmışdır. cavabdeh3 torpaq sahəsini ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh4 214.000 manata satmış və torpaq sahəsi ##.##.2024-cü il tarixdə cavabdeh4 adına qeydiyyata alınmışdır. cavabdeh4 ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini X14 140.000 manata satmış və torpaq sahəsi ##.##.2024-cü il tarixdə X14 adına qeydiyyata alınmışdır;

64. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı 2024-cü ilin mart ayının sonlarında artıq nikahın pozulması və s. tələblərlə mediasiya təşkilatına, ##.##.2024-cü il tarixdə isə məhkəməyə, hazırki işlə bağlı ##.##.2024-cü il tarixdə mediasiya təşkilatına, ##.##.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulan zaman, bu barədə qətnamə ilə cavabdeh3 2024-cü ilin may ayından başlayaraq uşaqların saxlanılması üçün aliment də tutulmuşdur. cavabdeh3 həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirsə də, alimentin tutulması müddətini mübahisələndirməmişdir. Halbuki, hazırki mövqeyinə uyğun olaraq həmin apellyasiya şikayətində 2024-cü ilin dekabr ayına kimi birlikdə yaşadıqlarını və uşaqlara baxdığını bildirməklə aliment məbləğinin məhz 2024-cü ilin dekabr ayından tutulmasını tələb etməli idi. Lakin həmin apellyasiya şikayətində belə bir dəlil irəli sürülməmişdir. Bununla yanaşı, nikahın pozulması ilə bağlı mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan zaman cavabdeh3 vəkili X10 ##.##.2024-cü il tarixdə “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışığın əldə edilməsi məqsədi ilə 3 ay müddətinə vaxt verildiyini, lakin tərəflər arasında barışığın əldə olunmadığını və əldə olunmasının ehtimalının da olmadığını bildirmiş və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının 2024-cü ilin dekabr ayına kimi əri (cavabdehlə) ilə birlikdə yaşaması barədə dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, tərəflər 2024-cü ilin mart ayından artıq bir yerdə yaşamamaqla birgə təsərrüfat aparmamışdılar.

65. Bununla belə, cavabdeh cavabdeh3 qeyd edilən əmlakların 2-ni ##.##.2024-cü il tarixdə, 2-ni isə ##.##.2024-cü il tarixdə, yəni artıq iddiaçı ilə birgə yaşamadığı və birgə təsərrüfat aparmadığı vaxt özgəninkiləşdirmişdir. İddiaçının özünün mülkiyyətində olan ünvan 7, **** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqısatqı müqaviləsini də iddiaçı deyil, onun adından, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qismində məhz cavabdeh3 imzalanmışdır. cavabdeh3 mülkiyyətində olan digər 3 əmlakın alqısatqısı zamanı da iddiaçının adından etibarnamə üzrə nümayəndəsi qismində cavabdeh3 tərəfindən razılıq ərizələri təqdim edilmişdir. Cavabdeh cavabdeh3 borclarının olduğunu və həmin əmlakların bu məqsədlə, iddiaçının özünün təklifi ilə satıldığını qeyd etsə də, öz mövqeyini sübuta yetirə bilməmişdir. İddiaçı isə nəinki belə bir təkliflə çıxış etdiyini bildirmir, ümumiyyətlə onun bu əqdlərin bağlanmasından məlumatının belə olduğu müəyyən edilmir. Hüquqi nəticə etibarı ilə cavabdeh cavabdeh3 açıq və aşkar şəkildə iddiaçının nikahın pozulması ilə bağlı mediasiya təşkilatına müraciət etdikdən sonra, həmin iddiaçının məhkəmədə qaldırılması ərəfəsində və bundan qısa müddət sonra (16 may – 22 mat, 6 gün) bu münasibətlərdə onun da əvəzinə şəxsən iştirak edərək (etibarnamə əsasında səlahiyyətli nümayəndəsi kimi), əmlakları özgəninkiləşdirmişdir.

66. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü “iddiaçı tərəfindən verilmiş etibarnamənin qüvvədə olduğu, iddiaçının həmin etibarnaməni ləğv etmək imkanı olduğu halda bunu etmədiyi və bu səbəbdən onun həmin etibarnamə əsasında mübahisəli əmlakları özgəninkiləşdirmək səlahiyyətinə malik olduğu” barədə dəlilləri də əsassızdır. Belə ki, etibarnamənin qüvvədə olması öz-özlüyündə nümayəndəyə təmsil edilən şəxsin əmlakı üzərində istənilən formada və istənilən məqsədlə sərəncam vermək hüququ vermir. Nümayəndə ona verilmiş səlahiyyətdən təmsil edilən şəxsin həqiqi iradəsinə və mənafeyinə uyğun şəkildə istifadə etməli, həmin səlahiyyətdən özünün və ya digər şəxslərin mənafeyi naminə sui-istifadə etməməlidir. Hazırki iş üzrə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş etibarnamədən istifadə etməklə mübahisəli əmlakların özgəninkiləşdirilməsini həyata keçirmişdir. Bu halın hüquqi qiymətləndirilməsi zamanı yalnız etibarnamənin mövcudluğunun nəzərə alınması kifayət etmir, etibarnamədən istifadə edilməklə konkret əqdlərin hansı şəraitdə, hansı məqsədlə və təmsil edilən şəxsin həqiqi iradəsinə uyğun olub-olmaması da müəyyən edilməlidir. Hazırki işdə isə cavabdehin həm iddiaçının nümayəndəsi qismində çıxış etməsi, həm də əmlakların özgəninkiləşdirilməsini həyata keçirməsi təmsilçilikdən irəli gələn münasibətlərdə maraqlar toqquşmasının olubolmamasının və verilmiş səlahiyyətlərdən iddiaçının mənafeyinə zidd istifadə edilibedilməməsinin araşdırılmasını zəruri edir. Bu baxımdan cavabdehin etibarnaməni ləğv etdirməməsi barədə arqumenti əqdlərin etibarlılığını təsdiq edən hal kimi qəbul edilə bilməz. Belə ki, etibarnamənin sonradan ləğv etdirilməməsi iddiaçının konkret olaraq əmlakın özgəninkiləşdirilməsinə dair əqdlərinin bağlanmasına birmənalı (faktiki və şüurlu) şəkildə razılıq verdiyini sübut etmir.

67. Bundan başqa, mübahisəli əqdlərin bağlanma vaxtı da işin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, artıq müəyyən edildiyi kimi, cavabdeh əmlakları məhz tərəflər arasında nikahın pozulması məsələsinin mübahisə predmetinə çevrildiyi dövrdə özgəninkiləşdirmişdir. Əmlakların kütləvi şəkildə özgəninkiləşdirilməsinin iddiaçı tərəfindən nikahın pozulması proseduruna başlanmasından dərhal sonra həyata keçirilməsi təsadüfi hal kimi qiymətləndirilə bilməz və əqdlərin bağlanmasının həqiqi məqsədinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə cavabdehin əmlakları özgəninkiləşdirməkdə məqsədinin ailə borclarını ödəmək olduğunu bildirməsi də digər sübutlarla birlikdə qiymətləndirilməli, həmin borcların həqiqətən mövcud olub-olmaması, onların kim qarşısında yaranması, nə vaxt yaranması, ailənin ümumi ehtiyaclarından irəli gəlibgəlməməsi, konkret əmlakların satışından əldə edilmiş vəsaitin həmin borcların ödənilməsinə sərf edilib-edilməməsi və bu ödənişlərin müvafiq sübutlarla təsdiq olunub-olunmaması müəyyən edilməlidir. Lakin əmlakların özgəninkiləşdirilməsindən əldə olunan vəsaitin məhz ailə ehtiyaclarından irəli gələn borcların ödənilməsinə sərf edilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh bu mövqedən çıxış etsə də, mübahisəli əmlakların hər hansı birini nikahdan əvvəl mövcud olmuş (onun özünə məxsus olan) əmlakın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş vəsait hesabına alındığını da sübuta yetirə bilməmişdir.

68. Digər tərəfdən həqiqətən də nikah dövründə ailənin ümumi ehtiyaclarından irəli gələn borc öhdəlikləri mövcud olmuşdursa, həmin öhdəliklərin ər-arvadın ümumi borcları kimi müəyyən edilməsi və əmlak bölgüsü zamanı nəzərə alınması mümkündür. Lakin ailənin müəyyən borclarının mövcudluğu cavabdehə digər tərəfin ayrıca mülkiyyətində olan, həmçinin birgə nikah dövründə əldə edilmiş şəxsi mülkiyyətində olan əmlakları iddiaçının həqiqi iradəsi olmadan özgəninkiləşdirmək hüququ vermir. Eyni zamanda, ümumi birgə mülkiyyətə aid əmlakın ər (cavabdeh) tərəfindən arvadın (iddiaçının) real və qanuni razılığı olmadan özgəninkiləşdirilməsi mümkün hesab edilə bilməz.

69. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmlakların özgəninkiləşdiriməsi ilə bağlı iddiaçının iradə ifadəsi mövcud olmamış, həmin əqdlər etibarlılıq şərtlərinə cavab verməməklə əhəmiyyətsiz hesab olunur və məhkəmə haqlı olaraq həmin əqdləri etibarsız hesab etməklə, yeni mülkiyyətçilərin adına aparılmış dövlət qeydiyyatlarını ləğv etmişdir. Həmin müqavilələrin tərəflərin ayrı yaşadıqları vaxt bağlanmasının öz təsdiqini tapdığı və iddiaçının buna nəinki razılıq verməsinin, ümumiyyətlə bu barədə məlumatlı olmasının belə müəyyən edilmədiyi bir halda, ##.##.2019-cu il tarixdə verilmiş etibarnamə 5 ildən sonra, xüsusilə də iddiaçının nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payının müəyyən edilməsi niyyətində olduğu bir vaxtda onun iradəsini ifadə edə bilməz.

70. Mübahisəli əqdlər əsasında mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən çıxarışların etibarsız hesab edilməsinin tələb edildiyi bir halda, məhkəmə tərəfindən ləğv edilməsinin və bununla da iddia tələbindən kənara çıxmasına yol verilməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakların özgəninkiləşdirilməsi ilə bağlı əqdlərin etibarsızlığına dair tələblərə uyğun olaraq irəli sürülmüş çıxarışın ləğv edilməsi və ya etibarsız sayılması barədə tələblər mahiyyət etibarı ilə dövlət reyestrində aparılmış mülkiyyət hüququ haqqında qeydin düzəldilməsi barədə iddiadır və onun predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün irəli sürülən tələblərin ləğv və ya etibarsızlıq formasında ifadə olunmasından asılı olmayaraq, iddianın predmeti dəyişmir, belə tələblərin hər biri eyni predmet (daşınmaz əmlakın dövlət reyestrindəki qeyddə düzəlişin aparılması) hesab edilir. Bu səbəbdən iddiaçının çıxarışların etibarsız hesab edilməsi ilə bağlı iddiası hüquqi nəticə etibarı ilə dövlət reyestrində aparılan qeyddə düzəlişin aparılması kimi qiymətləndilir.

71. Bununla belə, məhkəmə kollegiyası iş üzrə əqdlərin bağlandığı dövrü, o cümlədən qısa müddət ərzində özgəninkiləşdirilən əmlakların sayını, həmin vaxt tərəflər arasında nikahın pozulması ilə bağlı mübahisənin artıq başlanmasını, özgəninkiləşdirilən əmlakların tərəflərin birgə mülkiyyəti olmasını, həmin əmlakların özgəninkiləşdirilməsindən əldə edilmiş vəsaitin cavabdeh tərəfindən ailənin ehtiyaclarına xərclənməsinin, habelə həmin ehtiyaclar nəticəsində yaranmış borcların ödənilməsinə yönəldilməsinin müəyyən edilməməsini və etibarnamənin mövcudluğunun konkret əqdlərin bağlanmasına razılıq faktı ilə eyniləşdirilməsinin yolverilməzliyini, habelə iddiaçının bu əqlərin bağlanmasında həqiqi iradə ifadəsinin mövcud olmamasını nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisəli alqı-satqı müqavilələrinin etibarsız hesab etməsi və həmin əqdlər əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə nəticəsi əsaslıdır.

72. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin əmlaklar üzərində iddiaçının pay hüququ tanınmalıdır. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, mübahisəli əmlak üzərində tərəflərin pay hüquqlarının qeyri-bərabər şəkildə tanınması üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən həmin əmlaklar üzərində iddiaçı və cavabdeh cavabdeh3 hər birinin ½ hissədə pay hüququ müəyyən edilməlidir.

73. Məhkəmə kollegiyası “ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının X20 bağışlanmasına dair ##.##.2024-cü il tarixli müqaviləsinin etibarsız hesab edilməsi”nə münasibətdə qeyd edir ki, həmin əmlak ##.##.2015-ci il tarixdə cavabdeh3 adına qeydiyyatdan keçmişdir. ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Hədiyyə verən cavabdeh3 bu əmlakı tam mülkiyyət üzrə Hədiyyə alan X20 vermişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş notarial qaydada ərizəyə əsasən o, əmlakın bağışlanmasına etiraz etməmişdir. Lakin həmin ərizə də təmsilçi, cavabdeh3 tərəfindən imzalanmışdır.

74. Məhkəmə kollegiyası bağışlanma müqaviləsinə münasibətdə qeyd edir ki, daşınmaz əmlakın bağışlanılması ilə bağlı müqavilə notarial qaydada bağlansa da, həmin müqavilənin tərəfi (əmlak bağışlanan şəxs) cavabdeh cavabdeh3 bacısı olmuş və əmlakın bağışlanılması ilə bağlı iddiaçının adından razılıq ərizəsi yenə də cavabdeh Zaman Hüsenovun özü tərəfindən verilmişdir. Bununla belə, cavabdeh Zaman Hüsenov bağışlanma müqaviləsinin bağlanılması üçün razılıq ərizəsinin iddiaçı tərəfindən şəxsən deyil, etibarnaməli nümayəndəsi vasitəsilə verilməsi zərurəti ilə də bağlı məhkəməyə tutarlı arqument bildirə bilməmişdir. Məhkəmə kollegiyası bağışlama müqaviləsinin tərəflərin faktiki münasibətlərinin pozulduğu dövrdə bağlanmasını, hədiyyə alanın cavabdehin bacısı olmasını, ər-arvadın birgə əmlakı üzərində qanuni rejimin olmasını, bunun əksinin təkzibolunmaz sübutlarla təsdiqinin labüdlüyünü nəzərə alaraq hesab edir ki, ##.##.2024-cü il tarixli bağışlama müqaviləsi heç bir hüquqi nəticə yaratmadan bağlanılan uydurma əqddir (əsas məqsəd əmlakı bölgüdən yayındırmaq olmuşdur) və bu səbəbdən bağlandığı andan etibarsızdır. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində “X20 olan borcların ödənilməsi məqsədi ilə bu əmlakın ona bağışladığını” qeyd etmişdir. Lakin bağışlama müqaviləsinin əsas xüsusiyyəti əmlakın digər şəxsə əvəzsiz verilməsidir. Bu da cavabdehin həmin dəlillinin əsassız olduğunu bir daha təsdiq edir. Həmin əmlakın qısa müddət sonra X20 tərəfindən yenidən cavabdeh3 bank qarşısında yaranmış kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilməsi də bacı-qardaşın arasında borc münasibətlərinin olmasını təkzib edən hallardandır.

75. Həmin ipoteka müqaviləsi bu əmlakın yeni mülkiyyətçi оlan cavabdehin bacısı (cavabdeh) X20 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC arasında ##.##.2024-cü il tarixdə bağlanmışdır. Bu müqaviləyə əsasən ipоteka qоyulmuş əmlak, cavabdehə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC ilə aralarında bağlanmış ##.##.2023-cü il tariхli, GL**** saylı kredit limiti müqaviləsinə əsasən ##.##.2033-cü il tariхədək ayrılmış 1.000.000 manat məbləğində bərpa оlunan kredit limitinin təminatıdır. Hazırda bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin əqd əsasında yeni mülkiyyətçinin adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və mübahisəli əmlak üzərində iddiaçı və cavabdeh Zaman Hüseynovun hər birinin 1/2 hissədə pay hüququnun tanınması bu əmlaka münasibətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin yaranmış ipoteka hüququnun ləğv edilməsi və ya həmin hüququn məzmununun dəyişdirilməsi üçün əsas yaratmır. Belə ki, ipoteka müqaviləsinin etibarsızlığı və ya həmin müqavilə üzrə bankın təminat hüququ hazırki mübahisənin predmetini təşkil etməmiş, məhkəmə tərəfindən ipoteka müqaviləsinin etibarsızlığı barədə hər hansı nəticəyə gəlinməmişdir. Bu baxımdan ipoteka müqaviləsi və buna uyğun olaraq həmin əmlak üzərində olan yüklülük (bu barədə dövlət reyestrində aparılmış qeyd) cavabdeh3 ilə X20 arasında bağlanmış ##.##.2024-cü il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edildikdən və əmlak üzərində iddiaçı ilə cavabdeh3 hər birinin ½ hissədə payı müəyyən edildikdən sonra da öz qüvvəsini saxlayır, yəni hazırda da qüvvədədir.

76. Başqa sözlə, mübahisəli əmlakın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnun mövcudluğuna xitam vermədiyindən, əmlakın dövlət qeydiyyatının əvvəlki vəziyyətə qaytarılması mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASCnin ipoteka hüququnun aradan qalxması kimi qiymətləndirilə bilməz. İpoteka hüququ əmlak üzərində yüklülük olmaqla, onun təmin etdiyi əsas öhdəlikdən və ipoteka müqaviləsindən irəli gəlir. Buna görə də, mövcud vəziyyətdə mülkiyyətçinin dəyişməsi nəticəsində ipoteka qoyanın mülkiyyətçilikdən çıxması və əvvəlki mülkiyyətçi barədə dövlət qeydiyyatının bərpa edilməsi ipotekanın hüquqi taleyinin ayrıca həll edilməsini zəruri edən hal kimi qiymətləndirilə bilməz.

77. Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin apellyasiya şikayətinə istinadən onu da qeyd edir ki, mübahisəli əmlak üzərində ipoteka hüququnun mövcudluğunun təhlükə altına düşməsi və ya bankın təminat hüququnun faktiki olaraq aradan qalxması da konkret və mötəbər sübutlarla əsaslandırılmamışdır. Əksinə, ipoteka müqaviləsinin etibarsız hesab edilməməsi və ipoteka hüququna xitam verilməsi, bu müqavilənin və Bankın ondan irəli gələn hüquqlarının hazırda da qüvvədə olduğunu təsdiq edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas mövcud deyil. Bu da öz növbəsində şikayətin rədd edilməsini şərtləndirir.

78. Məhkəmə kollegiyası “**-ML-*** dövlət qeydiyyat nişanlı, “Citroen Nemo” yük markalı avtomaşının 1/2 hissəsi üzərində pay hüququnun müəyyən edilməsi” tələbinə münasibətdə avtomobilin birgə nikah dövründə və birgə vəsait hesabına alınmasını, bunun əksinin sübuta yetirilməməsini nəzərə alaraq hesab edir ki, həmin avtomobil üzərində tərəflərin hər birinin ½ hissədə payları tanınmalıdır.

79. Məhkəmə kollegiyası iddianın ““xxxx” MTK ilə bağlanmış MN-444\** nömrəli, ##.##.2019-cu il tarixli və MN-445\** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 otaqlı, *** nömrəli və 2 otaqlı, *** saylı mənzillərin üzərində ½ hissədə pay hüququnun müəyyən olunması” hissəsinə münasibətdə qeyd edir ki, Həsənоv Zaman Hüseyn оğlu ilə MTK arasında bağlanmış MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli və MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələrə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 оtaqlı, *** nömrəli və 2 otaqlı, *** saylı mənzilləri cavabdeh3 təhvil verməyi, sonuncu isə mənzillərin dəyərini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Birinci müqavilə üzrə mənzilinin dəyəri 190.592 manat olmaqla, onun 19.100 manatı cavabdeh3, 171.492 manatının isə onunla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC arasında bağlanmış kredit müqaviləsinin hesabına ödəniləcəyi, ikinci müqavilə üzrə isə mənzilin dəyəri 232.038 manat olmaqla, müqaviləyə əlavə edilmiş ödəniş cədvəli əsasında ödəniləcəyi göstərilmişdir. MTK tərəfindən verilmiş məlumata əsasən mənzillər Həsənоv Zaman Hüseyn оğluna təhvil verilmişdir. Həmin mənzillər üzərində hər hansı hüquq dövlət qeydiyyatına alınmamışdır.

80. Hazırda iddiaçı həmin mənzillərin birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə olunmasına istinad edərək, MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli və MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələrin predmeti olan mənzillərin üzərində ½ hissədə payının müəyyən edilməsini tələb edir. Həmin mənzillərin birgə nikah dövründə və birgə vəsait hesabına alınması, bunun əksinin sübuta yetmədiyi müəyyən olunur.

81. Lakin birinci instansiya məhkəməsi mənzillər üzərində İddiaçı ½ hissədə payını müəyyən edərkən, müqavilələrin predmeti olan mənzillərin dövlət reyestrində ilkin qeydiyyata alınmadığını nəzərə almamışdır. Belə ki, çoxmənzilli yaşayış binalarında yerləşən və dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzillərə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzilə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməli və MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli və MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələrdən əmələ gəlmiş hüquqda tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilməlidir.

82. Məhkəmə kollegiyası iddia tələbinin ““xxxx” MMC-yə - X3 aylıq 250 manata icarəyə verilmiş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının icarə haqqının yarısının, yəni 125 manatının ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh3 Binəqədi rayonu Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, **H saylı ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış sahəsini “xxxx” MMC-yə (onun adından X2) ##.##.2027-ci il tarixədək icarəyə vermişdir. İcarə haqqı 250 manat təşkil edir. Birinci insansiya məhkməsində əmlakın icarəyə verilməsi müəyyən edilmiş və göstərilən faktın mövcudluğunu cavabdeh cavabdeh3 inkar etməmişdir. Hazırda da cavabdeh apellyasiya şikayətində həmin hissədə iddianın əsassız olması ilə bağlı heç bir dəlil qeyd etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas mövcud deyil.

83. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin apellyasiya şikayəti təmin edilməməli, cavabdeh cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ““xxxx” MTK ilə bağlanmış MN-444\** nömrəli, ##.##.2019-cu il tarixli və MN-445\** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 оtaqlı, *** nömrəli və 2 otaqlı, *** saylı mənzillərin üzərində iddiaçının 1/2 pay hissədə hüquqlarının müəyyən edilməsi” hissəsində dəyişdirilməli, MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli və MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli mənzilin alqı-satqı müqavilələrindən əmələ gəlmiş hüquqlarda iddiaçı İddiaçı və cavabdeh Həsənоv Zaman Hüseyn oğlunun hər birinin ½ hissədə payı müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərininin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ““xxxx” MTK ilə bağlanmış MN-444\** nömrəli, ##.##.2019-cu il tarixli və MN-445\** nömrəli, ##.##.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 оtaqlı, *** nömrəli və 2 otaqlı, *** saylı mənzillərin üzərində iddiaçının 1/2 pay hissədə hüquqlarının müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində * saylı binanın C bloku, 5-ci mərtəbəsində, 3 оtaqlı, *** nömrəli mənzillə bağlı “xxxx” MTK ilə cavabdeh Həsənоv Zaman Hüseyn оğlu arasında bağlanmış MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli və Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin * saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 2 оtaqlı, *** nömrəli mənzillə bağlı “xxxx” MTK ilə cavabdeh Həsənоv Zaman Hüseyn оğlu arasında bağlanmış MN-***/** nömrəli, ##.##.2019-cu il tarixli mənzilin alqı-satqı müqavilələrindən əmələ gəlmiş hüquqlarda iddiaçı İddiaçı və cavabdeh Həsənоv Zaman Hüseyn oğlunun hər birinin ½ (ikidə bir) hissədə payı müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar