Məhkəmə qərarları › İş №2(103)-7149/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7149/2022

28.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7149/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və 9 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi Vəkil1, Cavabdeh1 və Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və 9 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1923/2022 saylı işi üzrə 10 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və 9 saylı Notariat Ofisinə qarşı Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış əmlaka dair Cavabdeh1 tərəfindən mirasın qəbul edilməsinin etibarsız hesab edilməsi; xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış əmlakın 1/2 hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun ayrılmasının etibarsız hesab edilməsi; Cavabdeh2 xüsusi notariusu X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-435 reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli, 2V-436 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli, 2V-394 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli, 2V-395 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış 13.556,58 manat pulun 1/2 hissəsi olan 6778.29 manat hissəsinin Cavabdeh1 alınıb, X20 vərəsələrinə verilməsi barədə iddiası (iş səh.129) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1923/2022 saylı işi üzrə 10 iyun 2022-ci il tarixli qətnaməsi təmin edilməmişdir. 2.Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151, 1159.1, 1159.1.1, 1160, 1243.1, 1243.2, 1243.3, 1274, 1321.1, 1321.2, 1321.3; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar İddiaçı2 mərhum X20 anası, İddiaçı1 qeyri-rəsmi nikahdan olan arvadı, Cavabdeh1 rəsmi nikahda olduğu arvadıdır. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. İdiaçı İddiaçı1 hazırkı iddia ərizəsində xx.xx.2013-cü il təvəllüdlü X21 qanuni nümayəndəsi kimi deyil, özü iddia qaldırmış və mübahisə edilən vərəsəliklə bağlı iddiaçı vərəsələr sırasına daxil olmamışdır. Belə ki, ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Bu baxımdan, İddiaçı1 hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Cavabdeh1 mərhum əri X15 miras qalmış və onların birgə nikah dövründə əldə etdikləri əmlaklara mülkiyyət hüququ yaranmışdır. Eyni zamanda Cavabdeh1 mərhum əri X20 qanun üzrə 1-ci dərəcəli vərəsəsidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 X15 qalmış miras əmlaklara dair mülkiyyət və vərəsəlik hüquqlarının ləğvi, həmçinin vərəsəlik şəhadətnamələrinin etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Bundan əlavə iddiaçılar iddia ərizəsində Cavabdeh1 ilə mərhum əri X37 arasında ər-arvad münasibətlərinin pozulduğunu, birgə təsərrüfat aparmadığını iddia edir. Lakin məhkəmə araşdırması zamanı alınmış şahid ifadələri ilə bu hal təkzib edilmişdir. Belə ki, şahid ifadələrində Cavabdeh1 ilə mərhum əri X20 birgə yaşamaqla birgə təsərrüfat apardığı təsdiq edilmişdir. X20 Cavabdeh1 ilə nikah münasibətlərinin kəsilməsi və davam etməməsinə dairməhkəməyə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmiş, A.Qurbanovun F.Qurğanova ilə nikah münasibətinə son qoymağa niyyətinin olmasını göstərən dəlillər iş materialları ilə müəyyən olunmamışdır. Bundan əlavə, məhkəməyə X20 iş yerindən təqdim olunmuş kadrlar uçot vərəqəsi və tərcümeyi-halından görünmüşdür ki, miras qoyan həmin sənədlərdə arvadı olaraq Cavabdeh1 göstərmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mülkiyyət və vərəsəlik şəhadətnamələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Hazırkı iş üzrə iddiaçılar tərəfinfən iddia müddəti ötürülməmişdir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: xx.xx.2021-ci il tarixli ər- arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə vəfat etmiş-X6 qalmış əri (arvadı) ünvan 1 ünvanında qeydiyyatda olan arvadı- Cavabdeh1 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır; xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, vəfat etmiş- X20 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı- Cavabdeh1 miras əmlakdan 3/10 pay irs almalıdır; - xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, vəfat etmiş- X20 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası İddiaçı2 -1/10 pay və onların hər biri miras əmlakdan irs almalıdırlar; xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə vəfat etmiş- X20 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası İddiaçı2 -1/10 pay Balakən r-n, Qullar k. ünvanında qeydiyyatda olan oğlu X38 -1/10 pay (və onların hər biri miras əmlakdan irs almalıdırlar; - xx.xx.2020-ci il tarixli AD791533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi və buraxılış ili 2000-ci il olan MERCEDES BENZ S430 MİNİK markalı 90XV930 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir; - xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X20 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı-Cavabdeh1 miras əmlakdan 3/10 pay irs almalıdır; - xx.xx.2021-ci il tarixli ər- arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş X6 qalmış arvadı Bakı, Nərimanov, V.Əmirsəyədov küç, ev 3 qeydiyyatda olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X20 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı - "xxxx" Əməliyyat Departamenti tərəfindən verilən 31-6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X20 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** olan hesabda 13556.58 pul məbləğindən ibarətdir; - Cavabdeh2 xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Cavabdeh1 ərizəsinə əsasən, xx.xx.2021-ci ildə onun ünvan 3 ünvanda qeydiyyatda olan əri X37 ölmüşdür. Mirasın tərkibi: ondan irs qalmış mirası: daşınar və daşınmaz əmlakları qəbul edir; - Cavabdeh2 xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli İddiaçı2 ərizəsindən görünür ki, xx.xx.2021-ci ildə onun ünvan 3 ünvanda qeydiyyatda olan əri X37 ölmüşdür. Mirasın tərkibi: ondan irs qalmış mirası: daşınar və daşınmaz əmlakları qəbul edir; - Cavabdeh1 **********697 saylı xx.xx.2021-ci il tarixli 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəsi ilə, əri X15 ona miras qalmış daşınar və daşınmaz əmlakları qəbul etdiyini və ondan başqa X22, X39 adlı vərəsələrinin olduğunu bildirmişdir; - İddiaçı2 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəyə əsasən, 90XV930 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ S430 minik markalı avtomobili və “Azərbaycan Beynəlxalq” bankında əmək haqqı olan pul vəsaitini oğlu X15 irs qalmış mirası qəbul etdiyini bildirmiş və həmin ərizədə Cavabdeh1 vərəsə olduğunu qeyd etmişdir; - X21 əvəzinə İddiaçı1 xx.xx.2021-ci il tarixli 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizədə 90XV930 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ S430 minik markalı avtomobili və “Azərbaycan Beynəlxalq” bankında əmək haqqı olan pul vəsaitini atası X15 irs qalmış mirası qəbul etdiyini bildirmiş və həmin ərizədə Cavabdeh1 vərəsə olduğunu qeyd etmişdir;-1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 177822 N°-li ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X37 09 mart 2021-ci il tarixdə ölmüşdür; - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamə ilə, X37 ilə X23 arasında xx.xx.1990-ci il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1139 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir; - doğum haqqında şəhadətnamənin surətinə əsasən, X37 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X29, anası İddiaçı2 qeyd edilmişdir; - "Azərbaycan Beynəlxalq Bank'’ Əməliyyat Departamenti tərəfindən 31-6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X20 adına "xxxx" ASC-nin Mərkəzi filialında ********** ********** olan hesabda 13556.58 AZN pul məbləğindən ibarətdir; - Nərimanov Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04/22 N-li arayışı ilə, ünvan 4 ünvanında yaşayan Cavabdeh1 xx.xx.2021-ci il tarixli ərizəsini nəzərə alaraq xx.xx.2021- ci il tarixdə dünyasını dəyişmiş həyat yoldaşı X20 dəfn mərasiminin bütün xərclərini mərhumun həyat yoldaşı Cavabdeh1 tərəfindən keçirilmişdir (səh.20, 22, 24, 26, 27, 33, 34, 35, 36-38, 39, 43, 46, 57, 82)

4. Dindirilmiş şahid X30 ifadə verərək bildirmişdir ki, Fatma xanım və Adil müəllimin keçmiş kürəkənidir. Montində 2011-ci ildən onlarla birgə yaşamışdır. Hazırda Fatma xanımın qızı ilə boşansa da, bir həyətdə yaşayırlar. 2013-ci ildə Adil müəllim mütəmadi olaraq evinə gəlib gedirdi. Adilin ikinci həyat yoldaşının olmasını uşağı olanda bilmişdir. Fatma xanımla Adil müəllimin ailə münasibətləri daim davam etmişdir. Adil müəllimin yas mərasimi onların yaşadıqları evdə olmuşdur. Hətta bacısının rayondakı toyuna (2014-ü il) Adil müəllim və Fatma xanım birgə gəlmişdir.--- şahid X16 ifadə verərək bildirmişdir ki, Tahirə xanım onun xalasıdır. Fatma xanımı tanımır, Adil müəllim xalası ilə ailə qurub birgə yaşamışdır, Adilin vəfatı il bağlı hüzr mərasimi də xalasının evində olmuşdur. Adil müəllim xalası ilə evli olduğu müddətdə onunla yaşayıb, başqa yerə gedib glməsindən xəbərsizdir.--- şahid X1 ifadə verərək bildirmişdir ki, Tahirə onun bibisidir. Bibisi ilə Adil müəllim 2012-ci ildən öldüyü vaxta qədər birgə yaşamışdır.--- şahid X8 ifadə verərək bildirmişdir ki, Amalyanın qardaşı arvadı, Adilin bibisidir. Adil həmişə Montindəki evində yaşamışdır, ora ilə əlaqəsi kəsilməmişdir. Bəzi vaxtlar Ləhiş bağlarında olan evinə də gedirdi. Lakin Fatma xanımla münasibətləri pis olmamış, əlaqələri kəsilməmişdir. Adilin dəfn mərasimini onun övladları, arvadı, özünün uşaqları təkşil etmişdir.--- şahid X5 ifadə verərək bildirmişdir ki, Fatma xanımı tanıyır, Adilin arvadıdır. Adilə məxsus bağda 2005-2006-cı illərdə işləmişdir.Həmin vaxt evdə yaşayış yox idi. 2019-ci il yenidən təmir üçün getmişdir. Həmin vaxtlar Adil müəllim, oğlu yaşayırdı, onda ikinci dəfə ailə qurduğunu bilmişdir. Lakin bu barədə Adil daima gileylənirdi. Evin təmir xərcini, Adil müəllim və Fatma xanım verirdi. Adil müəllimin yas mərasimini Fatma xanim keçirmişdir.--- X2 ifadə verərək bildirmişdir ki, Adil müəllimin Montində yerləşən evinin yaxınlığında mağazası vardır. Özünün nisyə dəftəri də mövcuddur. Bəzi vaxtlar uşaqları gəlib mağazadan ərzaq götürmüş, həmin ərzaqların pulunu isə Adil müəllim gəlib verirdi. Həmin dəftəri məhkəməyə təqdim edir. O dəftərdə Adil müəllimin adı yazılmışdır.--- şahid X24 ifadə verərək bildirmişdir ki, o, Fatma xanım və onun mərhum əri Adil bəylə qonşu olmuşdur. Anasına baş çəkməyə gəldikdə Fatma xanımgilə də gələrdi. Bu ailə ilə daimi gediş-gəlişlərib olmuşdur. Fatma xanımla Adil bəyin arasında normal ailə münasibətləri olmuş, evlərinə gedərkən Adil bəyi orada görmüşdür.--şahid X25 ifadə verərək bildirmişdir ki, Adilin kiçik əmisidir. Adilin 2-ci dəfə ailə qurmasını bilməmiş, Tahirəni tanımır. Tahirə əvvəllər kafedə işləyib. Bildiyinə görə Adillə orda tanış olmuşdur. Adil Montində olan evlərinə gedib gəlirdi, oranı daimi tərk etməmişdir.--- şahid X31 ifadə verərək bildirmişdir ki, iş üzrə iddiaçı olan Amalya onun nənəsidir. Tahirəni 2012-ci ildən tanıyır. 2011-ci ilə kimi Adil əmisi onlarla qonşuluqda olan evdə yaşayırdı. O, 2012-ci ildən evi tərk etmiş, evə ildə 1-2 dəfə nadir hallarda gəlirdi. Hüzr mərasimində iştirak etmək üçün iddiaçı tahirənin evlərində olmuşlar, buna baxmayaraq Fatma xanımın yaşadığı evə də başsağlığı üçün gələnlər var idi.--- şahid X18 ifadə verərək bildirmişdir ki, Adil onun qardaşıdır. O, 2012-ci ildən Ləhişdə bağında yaşayır. Xəstə olduğu üçün daim ora gedib gəlirdi. Fatma isə Nərimanovda qalırdı.--- şahid X32 ifadə verərək bildirmişdir ki, mərhum şəxs onun əmisi olmuşdur. Onlar qapı qonşudurlar. Əmisinin evdə yaşadığını və evə bazarlıq etdiyinin dəfələrlə şahidi olmuşdur. Əmisigildə birlikdə yemək yemiş, çay içmişlər. Ailə üzvlərinin gözəl günlərində onu da dəvət etmişdir. Əmisi bağ evinin tikintisi ilə əlaqədar olaraq bağa gedib gəlsə də, rəhmətə getdiyi günə qədər öz evində yaşamışdır.--- X4 ifadə verərək bildirmişdir ki, iş üzrə digər X26 məhkəmədə şahid qismində izahat verən X13 anası, həmçinin mərhum X20 qardaşının həyat yoldaşıdır. Onlar 1990-cı illərdən qonşu olmuşdurlar. X11 ifadəsindən görünür ki, onun qaynı Adilin Fatma xanımla və uşaqları ilə münasibətləri çox yaxşı olmuşdur. İfadə də bildirilir ki, mərhum X37 öz ailəsinə Fatma xanıma, uşaqlarına, nəvələrinə qarşı bundan savayı evin bazarlıq və təmir işlərinə qarşı da daim diqqətcil olmuşdur. Həmçinin bildirmişdir ki, X37 uşaqlarının işlərində daim yaxından maraqlanan şəxs olmuşdur. Onu da bildirmişdir ki, qayınanası İddiaçı2 onun ailəsi ilə birgə evdə qalmasına mane olmağa çalışmışdır. X26 bildirir ki, qayınanası saatlarda avtomobilin qarşısında dayanaraq onu bağa aparmasını təkid etmiş, bununla da onu evdən uzaqlaşdırmaq cəhdləri göstərmişdir. Buna baxmayaraq mərhum dünyadan köçənə kimi öz ailə münasibətlərini qoruyub saxlamışdır. Şad və bayram günlərini mərhum və ailəsi X26 ilə birgə keçirmişdir. X26 qeyd edir ki, qayınanası bu münasibətlərə qarşı idi (səh.107-110, 142-144, 149, 156). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İddiaçılar apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin -2(005)- 1923/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixi qətnaməsinin ləğv edilməsi iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Şikayətdə Mülki Məcəllə 1164, 1244; Ailə Məcəlləsinin 32.1, 32.2.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı; Mülki Prosessual Məcəllənin 9.3, 77.1, 88, 104.1, 104.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir.

6. Mülki işdə olan sənədlər, ailə fotoşəkilləri, mərhum Adil Qurbanova aid şəxsi əşyalar, sənədlər (pasport, diplom, çanta, geym əşyaları), şahid ifadələri ilə təsdiq olunmuşdur ki, mirasqoyan X37 2012-ci ildə Cavabdeh1 ilə ailə-nikah münasibətlərinə son qoymuş, onunla ər-arvad münasibətlərində olmamış, ondan ayrı yaşamış, birgə təsərrüfat aparmamış, 2012-ci ilin fevral ayında İddiaçı1 ilə faktiki nikah münasibətlərinə girmiş, bu nikahdan bir övladlarıxx.xx.2013-cü il tarixində X38 doğulmuşdur. X3 Tahirə Qurban qızı ilə vəfat edən günə qədər Bakı şəhəri Pirşağı qəsəbəsində ailə kimi birlikdə yaşamışlar, birgə təsərrüfat aparmışlar, övladları X33 böyüdüb boya başa çatdırmışlar. Müalicə almaq üçün birlikdə İran İslam Respublikasına getmişlər, birlikdə toyara, şənliklərə getmişlər. Nərimanov rayon Məhkəməsi Cavabdeh1 ilə mərhum əri X20 birgə yaşamaqla birgə təsərrüfat apardığı qeyd etsə də, birgə təsərrüfat aparmaqlarının nədə ifadə olunduğunu qeyd edə bilməmişdir. İddiaçı1 münasibətdə iddia qaldırmaqla bağlı düzgün qənaətə gəlməmişdir, onun oğlu X38 mərhumun övladıdır və işdə olan Notariat işindəki sənədlərlə də təsdiq olunur ki, xx.xx.2013-cü il təvəllüdlü X21 qanuni nümayəndəsi kimi çıxış etmişəm. Əgər Mülki Məcəllənin 1244-cü madəsində, fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul etmələrini təsdiq edirsə, deməli onların vərəsəlik hüququndan irəli gələn hüquq və mənafelərinin məhkəmədə müdafiəsini də qanuni nümayəndələri müdafiə edə bilərlər. Mersedes markalı avtomobili mərhum cavabdehlə nikah münasibətlərinə faktiki son qoyandan sonra alınmış, əmək haqqı da cavabdehlə birgə nikahda qazanılmış əmlak hesab edilə bilməz. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumu 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilir ki, ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Onların məhkəməyə təqdim etdiyi mərhum Adil Qurbanovla 2013-cü ildən birgə evdə və toy şənliklərində, novruz bayramlarında, ad günlərində İddiaçı1 qız və övladları Qurbanov Aqillə birlikdə çəkdikləri ailə fotoşəkilləri, 2017. 2018, 2019-cu illərdə İran İslam Respublikasına getməkləri barədə mərhum Adil Qurbanovun və İddiaçı1nn ümumvətəndaş pasportlarındakı giriş çıxış tarixləri, mərhum Adil Qurbanova məxsus şəxsi sənədlərin (pasport, avtomobilə aid texniki pasport, Adilin diplomu, hərbi bileti.), əl çantası, qol saatları, mobil telefonları, geyim əşyaları və həmin əşyaların İddiaçı1 ilə birlikdə yaşadığı Bakı şəhəri Pirşağa qəsəbəsindəki evdə olması sübut edir ki, Adil Qurbanov 2012-ci ildən vəfat edən günə kimi, Cavabdeh1 ilə deyil, İddiaçı1 ilə birlikdə ailə kimi yaşamışdır. İş üzrə tərəflərindən dəvət edilmiş şahidlər X13, X14 və MəhərrəmovaYeganə Sədrəddin qızının ifadələri onların iddiası öz təsdiqini tapmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 7.İddiaçıların nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh1 ilə mərhum Qurbanov Adil 2012-ci ildən faktiki nikah münasibətində olmadıqlarından vərəsəliyin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etdiklərini, Nərimanov Rayon Məhkəməsinin şahid ifadələri və digər sübutlara lazimi qiymət vermədiyini, mərhum Qurbanov Adil ilə İddiaçı1 2012-ci ildən faktiki nikahda olduqlarını, Pirşağı ərazisində yerləşən bağ evində birlikdə yaşayaraq birgə təsərrüfat apardıqlarını və bu nikahdan bir övladlarının oluğunu, Cavabdeh1 ilə mərhum Qurbanov Adil arasında şəxsi münasibətlərdən irəli gələn ərarvad münasibətlərinin olmadığını, mərhum Qurbanov Adilə məxsus sənədlərin, şəxsi geyim əşyalarının İddiaçı1 olduğunu, eyni zamanda mərhum Qurbanov Adilin toy şənliklərində də İddiaçı1 ilə ər-arvad kimi iştirak etdiyini, digər İddiaçı2 mərhum Qurbanov Adilin anası olduğunu, onun da mərhumun Cavabdeh1 ilə faktiki nikahda olmadığını bildirdiyini, eyni zamanda mərhumun bacısı tərəfindən verilən ifadəsində də mərhumun Cavabdeh1 ilə birlikdə yaşadıqları evdən çıxdığı gündən həmin evə qayıtmadığını və ər-arvad münasibətində olmadıqlarını bildirdiyini, mərhumun qardaşı qızının da şahid ifadəsi verdiyini, əmisinin həmin evdən çıxdıqdan sonra o evə gəlib-gətmədiyini bildirdiyini, birinci instasiya məhkəməsinin mövqeyinə görə mərhum və Cavabdeh1 arasında nikaha son qoymağa dair niyyət mövcud olmadığını qeyd etdiyini, lakin məhkəmənin mərhumun İddiaçı1 ilə birlikdə yaşamasını, övladlarının dünayaya gəlməsini nikahın pozulması niyyəti kimi nəzərə almadığını, Mülki Məcəllənin 1164-cü maddəsinin müddəaları baxımından Cavabdeh1 vərəsəlik hüququndan məhrum edilməsini tələb etdiklərini, miras hüququndan məhrum edilən zaman mirasın qəbulunun etibarsız hesab edilməsi faktının yaranacağını, miras açılan zaman faktiki halların yəni İddiaçı1 ilə faktiki nikahda olmasının və bu nikahdan övladının nəzərə alınmadığını, mərhum tərəfindən yazılmış tərcümeyi-halda Cavabdeh1 adının qeyd edilmədiyini bildirmişdir. 8.İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, birinci instasniya məhkəməsi zamanı ifadəsinin alınmadığını, mərhumun geyim əşyalarının, sənədlərinin onda olduğunu, mərhumla 2012-ci ildə tanış olduqlarını, həmin dövrdən faktiki olaraq evli olduqlarını və birlikdə yaşadıqlarını, bu nikahdan bir övladlarının olduğunu, İddiaçı2 yəni qaynanasının indiyə kimi onunla yaşadığını, rəsmi nikaha daxil ola bilməmələrinə səbəbin mərhumun dövlət qulluqçusu olması və yeni işə daxil olması ilə bağlı boşana bilməməsi olduğunu, ancaq ona nikaha daxil olmaq istədiyini bildirdiyini, mərhumla 3-4 dəfə İran İslam Respublikasına getdiklərini, mərhumun Cavabdeh1 yaşadığı mənzilə gedib gəlmədiyini bildirmişdir. 9.Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, mərhumun yas mərasiminin onun tərəfindən keçirildiyini, həmin mərasimdə mərhumun bibilərinin, əmilərinin də iştirak etiklərini, İddiaçı2 mərhumun onunla birlikdə yaşamasına mane olduğunu, lakin mərhumun həmin mənzilə gedib-gəldiyini bildirmişdir.

10. Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətində qeyd edilən arqumentlərin qətnamənin ləğv edilməsi üçün əsas olmadığını, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı1 miras əmlaka subyektiv hüququnun tanınmadığını, bağ evinin xərcinin mərhumla yanaşı eyni zamanda Cavabdeh1 tərəfindən də ödənildiyini, mərhuma yas mərasiminin Cavabdeh1 tərəfindən təşkil edildiyini, mərhumun hərbi bilet və əmək kitabçasının Cavabdeh1 olduğunu, mərhumun Cavabdeh1 ilə birlikdə yaşadıqları mənzili tam tərk etmədiyini, bağla yanaşı həmin mənzilə də gəlib- getdiyini,mərhum 2020-ci ildə iş yerini dəyişərkən tərcümeyi-halda arvadı qismində Cavabdeh1 adının qeyd etdiyini, eyni zamanda həmin tərcümeyi-halda yaşadığı yer olaraq hazırda Cavabdeh1 yaşadığı ünvanı qeyd etdiyini, lakin həmin tərcümeyi-halda İddiaçı1 ilə olan övladının adının qeyd edilmədiyini bildirmişdir. 11.Cavabdeh1 etiraz ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən, iddiaçıların apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı1 münasibətdə düzgün nəticəyə gələrək göstərmişdir ki, İddiaçı1 iddia ərizəsində xx.xx.2013-cü il təvəllüdlü X21 qanuni nümayəndəsi kimi deyil, özü iddia qaldırmış və mübahisə edilən vərəsəliklə bağlı iddiaçı vərəsələr sırasına daxil olmamışdır. MM- nin1159-cu maddəsinə uyğun olaraq İddiaçı1 hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Eyni zamanda birinci instansiya məhkəmsində onun mərhum əri ilə nikah münasibətlərinin kəsilməsi, birgə təsərrüfat aparmamağı barədə iddiaçılarin göstərdikləri hallar öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştrak edən onun tərəfindən dəvət olunan şahidlər, eyni zamanda iddiaçılar tərəfindən dəvət olunan şahidlər ifadələrində mərhum ərinin həm Ləhiş bağ massivində olan bağda İddiaçı1 ilə, həm də onun yaşadığı Nərimanov rayonu, V.Əmirsayyadov küçəsi 3 saylı evdə yaşayaraq, onunla birgə təsərrüfat apardığını təsdiq etmişlər.Belə ki, iddiaçıların məhkəməyə dəvət etdiyi X31 ifadə verərək göstərmişdir ki, iş üzrə iddiaçı olan Amalya onun nənəsidir. Tahirəni 2012-ci ildən tanıyır. 2011-ci ilə kimi Adil əmisi onlarla qonşuluqda yaşayırdı. O, 2012-ci ildən evi tərk etmiş, evə ildə 1-2 dəfə nadir hallarda gəlirdi. Hüzr mərasimində iştirak etmək üçün iddiaçı Tahirənin evində olmuşlar, buna baxmayaraq Fatma xanımın yaşadığı evə də başsağlığı üçün gələnlər var idi.X4 göstərmişdir ki, mərhumun qardaşının həyat yoldaşıdır, şahid X13 anasıdr, Amalya qaynanasıdır, qaynanası ilə daimi münasibətləri yaxşı olmuşdur. Mərhum öz ailəsinə, Fatma xanıma, uşaqlarina, nəvələrinə qarşı yaxşı olmuş, evə bazarlıq etmiş, evin təmirini həyata keçirmişdir. Qaynanası İddiaçı2 Fatma xanımın ailəsinin bir yerdə qalmasına mane olmağa çalışmışdır. Qaynanası saatlarla Adilin avtomobilinin qarşısında dayanaraq onu bağa aparmasını təkid etmiş, Adili evdən uzaqlaşdırmaq üçün cəhdlər göstərmişdir. Buna baxmayaraq mərhum dünyadan köçənə kimi Fatma xanımla ailə münasibətlərini qoruyub saxlamışdır.Şad və bayram günlərində mərhum ailəsi ilə birgə keçirmişdir.Şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, Fatma Adilin arvadıdır. Adilə məxsus bağda usta kimi 2005-2006-cı illərdə işləmişdir. Həmin vaxt evdə yaşayış yox idi. 2019-cu il yenidən bağı təmir etmək üçün gedib işləmişdir. Həmin vaxtlar Adl oğlu yaşayırdı. Onda ikinci dəfə ailə qurduğunu bilmişdir. Lakin bu barədə gileylənirdi, ilişmişəm aralana bilmrəm deyirdi. Bağ evinin təmir xərcini Adil müəllim və Fatma xanım verirdi. Adil müəllimin yas mərasimini Fatma xanım keçirmişdir.X2 ifadəsində göstərmişdir ki, Adil müəllimin Montində yerləşən evinin yaxınlığında mağazası vardır. Özünün nisyə dəftəri də vardır. Bəzi vaxtlar uşaqları gəlib mağazadan ərzaq götürmüş, həmin ərzaqların pulunu Adil müəllim və Fatma xanım verirdi. Həmin dəftəri məhkəməyə təqdim etmişdir. Dəftərdə Adil müəllimin adı da yazılmışdır.-Şahid qismində ifadə verən X25 göstərmişdir ki, Adilin kiiçik əmisidir, Tahirə əvvəllər kafedə işləyib, bildiyinə görə Adil Tahirə ilə kafedə tanış olmuşdur. Adil Montində olan evlərinə gedib gəlirdi, oranı daimi tərk etməmişdir.-İş üzrə ifadə verən digər şahidlər də təsdiq etmişlər ki, Adil müəllimn Montində olan evdə altıncı, bazar günləri, bayram günləri və digər tədbirlərdə mənimlə birgə yaşamış, birgə təsərrüfat aparmişdır. Hər dəfə İrana müalicə üçün gedərkən ona bildirirdi və qayıdandan sonra müalicəsi ilə əlaqədar məsləshətləşimişlər, iynləlrini bəzən özü vurmuşdur. O, həkim işləyir. Mərhum içkiyə meyilli idi, Tahirə ilə kafedə tanış olmuş, işsiz qaldığı müddət Tahirəni kafedə işlətmiş, sonradan onunla yaşamağa başlamışdır.-Son dövrdə işə düzələrkən şəxsi uçot vərəqəsində, həm də tərcümeyi hal vərəqəsində həm qediyyatyda olduğu yer üzrə, həm faktiki yaşayış yeri, həm də evin telefon nömrərlrini birgə yaşadıqları ünvanı, həyat yoldaşı kimi onu göstərmişdir. Həmin sənədləri yazarkən onun qohumlarını onun köməyi ilə ora yazmışdır.-Birinci instansiya məhkəməsi İddiaçı2 münasibətdə MM-nin mras üzrə vərəsələrin dairəsini müəyyən edən və mirasın qəbulunu, bölünməsini tənzimləyən normaları düzgün tətbiq edərək, düzgün nəticəyə gəlmişdir.-Azərbaycan Respublıikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019~cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında göstərilmişdir ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız MM-nin 1164-cü maddəsinə üyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.-Məhkəmə araşdırması zamanı ona münasibətdə mülkiyyət və vərəsəlik şəhadətnamələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçılar tərəfindən sübuta yetirilməmişdir.

12. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, 9 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: təqdim olunmuş sübutlar əsasında, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən,qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 15.Məcəllənin 1243.2 və 1243.3-cü maddənin tələblərinə əsasən: Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 16.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.Məcəllənin 1164-cü maddəsinə əsasən,əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məcələnin 1267-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Məcələnin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məcələnin 1273-cü maddəsinə əsasən, mMirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məcələnin 1302-ci maddəsinə əsasən, miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Məcələnin 1321-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Məcələnin 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məcələnin 1323-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Məcələnin 1324-cü maddəsinə əsasən, əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Məcələnin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. 17.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80- 82, 106.2, 119, 216, 217, 372, 385- 390-cı maddələrinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün faktiki və hüquqi istinadlar müəyyən etmədiyindən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

18. İlkin olaraq tələbin özünün və tələb hüququ olan şəxslərin, hər bir cavabdehə qarşı olan tələbin nədən ibarət olması üzrə hüquqları nəzərdən keçirilərək qeyd edilməlidir ki, burada iddiaçılar özlərinin vərəsəlik hüquqlarının, bu hüquqlarının üstünlüyü, son nəticədə miras payların bölgüsü üzrə aydın ifadə olunmuş və qənaəti müəyyən edən təfsilatlar təsbit etməmişlər. Belə ki, artıq miras qoyanın əmlaklarının qəbulu notarial orqanında həyata keçirilmiş və bu mənada cavabdehin mülkiyyət hüququnun ayrılmasının etibarsızlığının qanuni əsasları tələbdə əks edilməmişdir. İkincisi tələbin mahiyyətindən irəli gələn nəticə aparılan notarial hərəkətlərin qanunsuzluğu olsa da bunun nədə ifadə olunduğu müəyyən edilməmişdir. Bunun əksi olaraq, iş materiallarından müəyyən edilir ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə daşınar və daşınmaz əmlakların qəbul edilməsi üzrə iddiaçıların Notariusa ünvanıladığı ərizələrində özləri Cavabdeh1 vərəsə olduğunu qeyd etmiş, bu zaman iddia edilən mübahisənin olması barədə notariusa məlumat verməmiş, bununla da qanunla müəyyən edilmiş mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisənin açıla bilməsinə dair iki aylıq müddəti ötürmüşlər. Üçüncüsü arvadın – Cavabdeh1 miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyini və ərlə arvadın ayrı yaşadıqlarını təsdiq edən, habelə Cavabdeh1 miras qoyanla onun sağlığında birgə nikah dövründə əldə edilmiş mülkiyyətin ümumiliyini istisna edən mötəbər sübutlar təqdim etməmişlər.

19. Kollegiya hesab edir ki, dövlət rüsumlarının ödənilməsi ilə əlaqədar məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1923/2022 saylı işi üzrə 10 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar