Məhkəmə qərarları › İş №2(103)-7150/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7150/2021

15.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7150/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh nümayəndəsi-Vəkil oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərardadından iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 oglu Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləgvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş çıxarışın ləgv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçılar cavabdehlər Cavabdeh və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək əvvəlki iddia tələbləri ilə bərabər “X1” MMC ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili Bəhruz Bayramov eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulması və “X1” MMC-nin hər hansi söküntü işi aparılmasına qadağa qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(005)-1046/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 oglu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31.03.2021ci il tarixli 2(005)-1046/2021 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 15 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(103)-4921/21 saylı qəraradı ilə İddiaçı1 və İddiaçı2 şikayəti qismən təmin edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1046/2021 saylı işi üzrə 31.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianı təmin tədbiri barədə iddiaçıların ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(005)-1046/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 1 ünvanda yerləşən mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi, qalan hissədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili X2 17.06.2021-ci il tarixdə şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1046/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin və təmin tədbir barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1046/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən məhkəmə işə mahiyyəti üzrə baxılıb qurtarana qədər müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. İddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqənin mövcud olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər iddianı təmin etmə tədbiri barədə ərizəni qismən təmin edərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 1 ünvanda yerləşən mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsini qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə Cavabdeh nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1046/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar