Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7152/2025 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 və Bakı Şəhəri ** saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payın müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli qətnamədən cavabdehlərdən biri olan cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat
1. İddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, keçmiş gəlini olan cavabdeh cavabdeh1 cavabdeh ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” cavabdeh1 adına verilmiş “Çıxarışın” ləğv edilməsi, Bakı şəhəri, İnqilab küçəsi, bina № ***-də yerləşən ** saylı mənzilin mübahisəli 1/2 hissəsi üzərində onun (iddiaçının) miras payının müəyyən edilməsi və ona “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh ** saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X2 1999-cu ildə cavabdeh cavabdeh1 ilə nikaha daxil olmuşdur. Bundan sonra cavabdeh1 iddia ərizəsində qeyd edilən mənzilə gəlin qismində köçmüş, Oqtay Babayevlə və iddiaçı ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Oqtay Babayevlə cavabdeh1 övladları olmamışdır. Bundan sonra mənzil vərəsəlik qaydasında iddiaçının və onun övladı Oqtay Babayevin paylı mülkinə keçmiş və bu barədə onlara “Daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış verilmişdir (qeydiyyat tarixi: ##.##.2023-cü il). “Çıxarışdan” göründüyü kimi, mənzil üzərində onların hər birinin payı 1/2 hissədədir. Oqtay Babayev ##.##.2011-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddiaçı və cavabdeh cavabdeh1 mərhum Oqtay Babayevin birinci növbə vərəsələridir. X6 mülkiyyətində avtomobil və bağ-torpaq sahəsi də olmuşdur. İddiaçı, həmin avtomobilə və torpaq sahəsinə münasibətdə vərəsəlik hüququndan cavabdeh1 xeyrinə imtina etmiş və həmin əmlaklar tam olaraq cavabdeh1 mülkiyyətinə keçmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh1 ona məlumat vermədən ** saylı Notariat Ofisinə müraciət edərək, Oqtay Babayevin mənzil üzərində 1/2 hissədə payı ilə bağlı ##.##.2024-cü il tarixdə “Vərəsəlik hüququ haqqında” şəhadətnamə almışdır. Halbuki, iddiaçı, həmin miras əmlak üzərindəki vərəsəlik hüququndan imtina etməmiş, əksinə həmin mənzildə yaşamaqla mənzilin miras qalmış 1/2 hissəsini miras əmlak kimi faktiki qəbul etmişdir. Bununla da iddiaçı ilə cavabdeh1 arasında mülki mübahisə yaranmışdır. Onlar mübahisəni öz aralarında həll edə bilmədikləri üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin tərəfin iddia tələbinə dair münasibəti haqqında məlumat
3. Cavabdeh cavabdeh1 iddia tələbinə qarşı verdiyi yazılı etirazda bildirmişdir ki, Oqtay Babayevin ölümündən sonra, iddiaçı, ərizə ilə notariat kontoruna müraciət edərək, miras qalmış əmlakın bir hissəsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə görə, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Belə olan halda hesab edilməlidir ki, iddiaçı, mübahisəli mənzilin miras qalmış 1/2 hissəsindən də imtina etmişdir və bunu nəzərə almış notarius, ona, yəni mirası qəbul etmiş vərəsəyə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddia əsassızıdır.
5. Cavabdeh ** saylı Notariat Ofisi iddiaya dair yazılı etirazını və ya mülahizəsini verməmişdir. c) birinci instansiya məhkəməsində iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat
6. İddiaçının vəkili (nümayəndəsi) Vəkil məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
7. Cavabdeh cavabdeh1 məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə iddia tələbinə qarşı verilmiş yazılı etirazın məzmununa uyğun izahat vermişdir.
8. Cavabdeh ** saylı Notariat Ofisi və iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs X1 məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Buna görə də, Rayon Məhkəməsi işə onların nümayəndələrinin iştirakı olmadan baxmışdır. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdeh cavabdeh1 adına cavabdeh ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin və şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” cavabdeh1 adına verilmiş “Çıxarışın” ləğv edilməsini, miras əmlakın – Bakı şəhəri, İnqilab küçəsi, bina № ***-də yerləşən ** saylı mənzilin mərhum Oqtay Babayevin mülkiyyətində olmuş 1/2 hissəsi üzərində iddiaçının və cavabdeh cavabdeh1 hər birinin 1/2 hissədə miras paylarının müəyyən edilməsini, qətnamənin yeni “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi üçün əsas olmasını qət etmişdir.
10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm iddiaçı, həm cavabdeh cavabdeh1 mərhum Oqtay Babayevin birinci növbə vərəsələri olmaqla hər ikisi miras əmlakı – mənzilin miras qalmış 1/2 hissəsini faktiki qəbul etmişlər. Buna baxmayaraq cavabdeh ** saylı Notariat Ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə vərəsə kimi yalnız cavabdeh cavabdeh1 qeyd edilmişdir. Bununla da, iddiaçının vərəsəlik hüququ pozulmuşdur. e) apellyasiya şikayəti haqqında məlumat
11. Cavabdeh cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
13. İş üzrə cavabdeh apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.
14. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdiyi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi.
15. Cavabdeh ** saylı Notariat Ofisi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs PHŞ işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclaslarında öz nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçının övladı Oqtay Babayev 1999-cu ildə cavabdeh cavabdeh1 ilə nikaha daxil olmuşdur. Bundan sonra cavabdeh1 iddia ərizəsində qeyd edilən mənzilə gəlin qismində köçmüş, Oqtay Babayevlə və iddiaçı ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Oqtay Babayevlə cavabdeh1 övladları olmamışdır. Bundan sonra mənzil vərəsəlik qaydasında iddiaçının və onun övladı Oqtay Babayevin paylı mülkiyyətinə keçmişdir. Oqtay Babayev ##.##.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçının və Oqtay Babayevin adına “Daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış atıq Oqtay Babayevin ölümündən sonra verilmişdir (qeydiyyat tarixi: ##.##.2023cü il). “Çıxarışdan” göründüyü kimi, mənzil üzərində onların hər birinin payı 1/2 hissədədir.
18. Həmin əmlakdan başqa Oqtay Babayevin mülkiyyətində avtomobil və bağtorpaq sahəsi də olmuşdur.
19. İddiaçı, həmin torpaq sahəsinə münasibətdə vərəsəlik hüququndan ##.##.2012-ci il tarixdə cavabdeh1 xeyrinə imtina etmiş və buna görə də Bakı Şəhəri ** saylı Notariat Kontoru tərəfindən cavabdeh1 adına ##.##.2013-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə vermişdir (reyestr №-si V-421).
20. İddiaçı, avtomobilə münasibətdə vərəsəlik hüququndan ##.##.2013-cü il tarixdə cavabdeh1 xeyrinə imtina etmişdir (Qeyd: Həmin imtina ərizəsi işdə var. Lakin avtomobillə bağlı vərəsəlik işini əldə etmək mümkün olmamışdır. Torpaq sahəsinə münasibətdə vərəsəlik hüququndan imtina etmə ilə bağlı sənədlərin olması mövcud mülki mübahisənin həlli üçün kifayət etdiyindən, Məhkəmə, avtomobillə bağlı vərəsəlik işinin mütləq əldə olunmasını zəruri hesab etməmişdir).
21. İddiaçı və cavabdeh cavabdeh1 mərhum Oqtay Babayevin birinci növbə vərəsələridir. Onların hər ikisi yuxarıda qeyd edilən mənzildə yaşayırlar.
22. Qeyd edilənlər işin mübahisəsiz halını təşkil edir.
23. İşin mübahisəli halı isə yuxarıda qeyd edilən mənzilin Oqtay Babayevin ölümündən sonra miras qalmış 1/2 hissəsinin vərəsələrdən kim tərəfindən miras əmlak kimi qəbul edib-etməməsindən ibarətdir.
24. İddiaçı bildirir ki, o, onunla mərhum övladının paylı mülkiyyətində olan mənzildə yaşamaqla mənzilin Oqtay Babayevin mülkiyyətində olmuş 1/2 hissəsini miras əmlak olaraq faktiki qəbul etmişdir.
25. iddiaçı, cavabdeh cavabdeh1 da mənzilin Oqtay Babayevin mülkiyyətində olmuş 1/2 hissəsini miras əmlak olaraq qəbul etməsi faktını inkar etmir.
26. Cavabdeh cavabdeh1 mövqeyi isə ondan ibarətdir ki, iddiaçı, mərhum Oqtay Babayevin ölümündən sonra miras qalmış əmlakın bir hissəsini qəbul etməkdən imtina etdiyi üçün, hesab edilməlidir ki, iddiaçı, mənzilin Oqtay Babayevin mülkiyyətində olmuş 1/2 hissəsindən də imtina etmişdir.
27. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Oqtay Babayev ##.##.2011-ci il tarixdə vəfat etməklə, həmin tarixdə miras açılmışdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin zaman qüvvədə olmuş tələbləri aşağıdakı kimi olmuşdur: “Ölənin uşaqları (o cümlədən onun ölümündən sonra doğulmuş uşaqları), arvadı (əri), valideynləri (bioloji valideynlər və ya övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı ölənin bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1.). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır (maddə 1247.). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1.). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2.). Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (maddə 1269)”.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hazırda qüvvədə olan tələbləri isə aşağıdakı kimidir: “Ölənin uşaqları (o cümlədən onun ölümündən sonra doğulmuş uşaqları), arvadı (əri), valideynləri (bioloji valideynlər və ya övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı ölənin bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1.). Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər (maddə 1261). Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir (maddə 1257.1.). Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir (maddə 1257.2.). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (maddə 1256.). Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir(maddə 1269)”.
30. Göründüyü kimi, istər əvvəllər qüvvədə olmuş, istər hazırda qüvvədə olan maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, iddiaçı, onunla mərhum övladının bərabər hissələrlə paylı mülkiyyətində olan vahid mənzildən (mənzil naturada bölünməyib, mənzildə yerləşən yaşayış sahəsindən istifadə qaydaları müəyyən edilməyib) övladının – paylı mülkiyyətçinin vəfatından sonra da faktiki istifadə və mənzilə sahiblik etməklə mirası qəbul etmişdir. İddiaçı, mirası (mənzilin mərhum Oqtay Babayevə məxsus olmuş 1/2 hissəsini) qəbul etdikdən sonra mirasın bir hissəsindən (mərhum Oqtay Babayevə məxsus olmuş torpaq sahəsindən və avtomobildən) digər vərəsənin – cavabdeh cavabdeh1 xeyrinə imtina etsə də, iddiaçının bu kimi hərəkəti onun tərəfindən artıq qəbul edilmiş mirasdan imtina kimi qiymətləndirilə bilməz (imtina yuxarıda qeyd edilən normaların istər əvvəlki, istərsə də hazırkı redaksiyada nəzərdə tutulmuş müddətlər ərizndə baş verməmişdir). g) apellyasiya baxışının nəticəsi
31. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməklə qanuni, əsaslı və işin faktiki hallarına uğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.
32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Buna görə də şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh cavabdeh1 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.