Məhkəmə qərarları › İş №2(103)-7159/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7159/2025

02.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7159/2025 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə və qanunsuz qoşulma halları müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus 100465600100240 abonent hesabına “Azəriqaz” İB tərəfindən 2016-cı il üçün 1 akt üzrə 172,80 manat, 2017-ci il üçün 2 akt üzrə 287,40 manat, 2018-ci il üçün 1 akt üzrə 746,60 manat, 2020-ci il üçün 2 akt üzrə 1.051,20 manat, 2021-ci il üçün 8 akt üzrə 3.024,00 manat, 2022-ci il üçün 2 akt üzrə 5.832,00 manat, 2023-cü il üçün 8 akt üzrə 4.821,12 manat, 2024-cü il üçün 2 akt üzrə 1.036,80 manat, ümumilikdə 16.971,92 manat dəymiş zərər olaraq hesablanmışdır.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı, ## ####### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının ##.##.2026-cı il tarixli sorğuya cavabdan müəyyən edilir ki, sözügedən ünvanda həmin illərdə 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi və 1 ədəd 24 kvt gücündə kombi tipli su qızdırıcı növündə qaz qurğularından istifadə olunmşdur. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış hesablanması aşağıdakı qaydada aparıla bilər: qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ- 4 məişət tipli qaz plitəsi üçün-1 x 1,2 m³ x 12 saat x 30 gün =432 m³; 1 ədəd 24 kvt gücündə kombi tipli su qızdırıcı üçün - 1 x 2,6 m³ x 12 saat x 30 gün = 936 m³; Cəmi 1368 m³ təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: Yay aylarında kombi tipli su qızdırıcısından istifadə edilmədiyini nəzərə alsaq, aylıq qaz sərfiyyatı 432 m³ təşkil edə bilər

4. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2016-cı il üzrə: 1 yay x 432 m³ =432 m³ 2017-ci il üzrə: 1 qış x 1368 m³ + 1 yay x 432 m³ = 1800m³ 2018-ci il üzrə: 1 qış x 1368 m³ =1368 m³ 2020-ci il üzrə: 2 qış x 1368 m³ =2736 m³ 2021-ci il yanvar-iyun ayları üzrə: 3.5 qış ayı x 1368 m³ + 2.5 yay x 432 m³ = 5868 m³; İyul-oktyabr ayları üzrə: 2 ay x 432 m³ =864 m³;

5. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla həmin illər üzrə itirilmiş qazın dəyəri: 2016-cı il üzrə: 432 m³ x 0.10 manat =43,20 manat 2017-ci il üzrə: 1700 m³ x 0.10 manat + 100 m³ x 0.20 manat = 190 manat 2018-ci il üzrə: 1368 m³ x 0.10 manat = 136,80 manat 2020-ci il üzrə: 2200 m³ x 0.10 manat + 536 m³ x 0.20 manat = 327,20 manat 2021-ci il yanvar-iyun ayları üzrə: 2200 m³ x 0.10 manat +3668 m³ x 0.20 manat =953,60 manat İyul-oktyabr ayları üzrə: 864 m³ x 0.10 manat =86,40 manat olmaqla cəmi 1.737,20 manat təşkil edə bilər.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə cərimə kimi yazılmış 17.212,60 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək, 2016-cı ilin mart ayında akt tərtib edərək ona 172,80 manat məbləğində əsassız borc yazmışlar. Bundan sonra 2017-ci ilin may və noyabr aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ona ümumilikdə 287,4 manat borc yazmışlar. Bundan sonra 2018ci ilin fevral ayında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ona 746,6 manat borc yazmışlar. Bundan sonra 2020-ci ilin fevral və mart aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ona ümumilikdə 1.051,2 manat borc yazmışlar. Bundan sonra 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ona ümumilikdə 3.724 manat borc yazmışlar. Bundan başqa 2022ci ilin iyun və dekabr aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ümumilikdə 5.832 manat borc yazmışlar. Daha sonra 2023-cü ilin yanvar, fevral, mart, iyun, iyul, sentyabr, noyabr və dekabr aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ümumilikdə 3.360,96 manat borc yazmışlar. Bundan sonra 2024-cü ilin yanvar və mart aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ümumilikdə 1.036,8 manat borc yazmışlar. Həmin aktlar hər biri iddiaçının iştirakı olmadan tərtib edilmişdir, ona məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadəyə yol verilməmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanı üzrə (abonent kodu: 100465600100240) hesablanmış 16.971,92 manat məbləğində borcun silinməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Lakin iddiaçı aktların tərtib olunmasından xəbərinin olmamasını, akt tərtib edilərkən onun iştirakının hər hansı formada cavabdeh tətəfindən təmin olunmamasını bildirmiş, cavabdeh isə bu halın təkzib edilməsini sübuta yetirə bilməmişdir. “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni “Azəriqaz” İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün “Azəriqaz” İB tərəfindən müvafiq örtüklə örtülməlidir.

10. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının */**** saylı, ## ####### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

11. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, abonent saldosuna əsasən iddiaçıya hesablanmış 16.971,92 manat məbləğində akt borcu silinməlidir. Belə ki, iddia ərizəsində iddiaçı məhz 2016-cı ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək hesablanmış akt borcunun silinməsini xahiş etmişdir ki, həmin tarixlərdə iddiaçıya 16971,92 manat akt borcu hesablanmışdır. İş materiallarında iddiaçının adına tərtib edilmiş 0350356, 0354705, 0374036, 0372001, 0380348, 0393478, 0406581, 0412001, 0420105 və ******* saylı aktlar aşkar edilmişdir. Borcun hesablandığı digər aktlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Abonentə hesablanmış akt borclarının mövcudluğunu, onların hansı pozuntuya və akta əsasən hesablandığını sübut etmək cavabdehin vəzifəsidir. Lakin abonent saldosunda iddiaçıya 16.971,92 manat məbləğində akt borcunun hesablanmasına olmasına baxmayaraq, həmin məbləği əhatə edən bütün aktlar məhkəməyə təqdim edilməmiş, eləcə də mövcud aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Odur ki, məhkəmə ekspert rəyi ilə qaz sayğacından kənar xəttin mövcudluğunun sübut olunmadığını da nəzərə alaraq, hesab etmişdir ki, cavabdeh tərəfindən hesablanmış 16971,92 manat məbləğində akt borcunun iddiaçının təqsirindən yaranması sübut olunmur və həmin borc silinməlidir.

12. Beləliklə, məhkəmə qeyd etmişdir ki, silinməsi tələb edilən 17212,6 manat borcdan 240,68 manat borc (17212,6 – 16971,92 = 240,68) sərfiyyat borcu olmaqla, təbii qazdan istifadəyə görə hesablanmışdır və sərfiyyat borcunun silinməsinə əsas ola biləcək sübutlar iş materiallarında aşkarlanmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8, 4.9, 5.2 və 6.7-ci bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

14. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə “Azəriqaz” İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o həmin evdə yaşamırdı. Sadəcə bağ evi kimi istifad edirdi. O, müraciət etdikdən sonra sayğac qoyulmasına nail oldu. Sayğac 2024-cü ildə quraşdırılmamışdır, ondan daha əvvəl də quraşdırılmış idi. Sayğacı kartla idi. O, heç nəyə müdaxilə etməmişdir. Oraya gedib-gələn zaman qazdan cuzi istifadə etmişdi. Həmin evdə 1988-ci ildə onun adına işıq sayğacı olmuşdur. Həftədə bir dəfə gedib-gəlmişdir. O, evə gələn zaman işığı yandırırdı. Gecələr işığı yandırırdı. Evin həyətində işıq var idi. Qaz sayğacı yox idi, cavabdeh tərəf sayğacı apardı ki, yoxlanılsın. Həmin ərəfədə özləri evə birbaşa şlanq qoşmuşdur. 18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 25.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 26.560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 27.1096, 1096.2 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

28.1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir 29.1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 30.3.4.1-cü bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 31.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 32.4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 33.4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 34.4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 35.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 36.5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 37.5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 38.6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 39.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

40.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə (aktlar tərtib edildiyi zaman qüvvədə olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “09.2016cı, 05.2017-ci, 11.2017-ci, 02.2018-ci, 02.2020-ci, 03.2020-ci, 01.2021-ci, 02.2021-ci, 03.2021ci, 04.2021-ci, 05.2021-ci, 06.2021-ci, 07.2021-ci və 08.2021-ci aktlar üzrə hesablanmış borcun silinməsi tələbinə dair iddianın təmin edilməsi” hissəsində ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir.

42. Belə ki, iş materiallarından göründüyü kimi “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə və qanunsuz qoşulma halları aşkar edilərək müvafiq aktlarla rəsmiləşdirilmişdir. Həmin aktlara əsasən iddiaçıya məxsus 100465600100240 abunə hesabına “Azəriqaz” İB tərəfindən 2016-cı il üçün 1 akt üzrə 172,80 manat, 2017-ci il üçün 2 akt üzrə 287,40 manat, 2018-ci il üçün 1 akt üzrə 746,60 manat, 2020ci il üçün 2 akt üzrə 1.051,20 manat, 2021-ci il üçün 8 akt üzrə 3.024,00 manat, 2022-ci il üçün 2 akt üzrə 5.832,00 manat, 2023-cü il üçün 8 akt üzrə 4.821,12 manat, 2024-cü il üçün 2 akt üzrə 1.036,80 manat məbləğində zərər hesablanmış, ümumilikdə isə 16.971,92 manat məbləğində zərərin yarandığı müəyyən edilmişdir.

43. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndi ““Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanuna əsasən 2022-ci il ###ın #-dən qüvvəyə minmiş, 2025-ci ilin ####un #-də qüvvədən düşmüşdür.

44. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il ###ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

45. Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericilikdə konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğu qeyd edilir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmasının yalnız göstərilən sübutetmə vasitələri ilə təsdiq olunmalı olduğu nəzərdə tutulmuşdur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə əsaslı hesab edilə bilər.

46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin Qanunun təsiri altına düşən dövrdə iddiaçının qanunsuz hərəkətlərə yol verməsi halının yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlar əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

47. Məhkəmə kollegiyası hesab edir ki, bu dövrü əhatə edən iddia tələbləri üzrə müəyyən edilməli olan halların sübütetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh qeyd edilən halları təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası 2022-ci, 2023-cü və 2024-cü illərdə tərtib olunmuş aktlar üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

48. Bununla belə kollegiya hesab edir ki, 2016-cı, 2017-ci, 2018-ci, 2020-ci və 2021-ci illər üzrə tərtib olunmuş aktlara münasibətdə birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmiş, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, məhkəmə həmin dövrə aid aktların tərtibi zamanı iddiaçının məlumatlandırılmaması, onun iştirakı təmin edilmədən aktların rəsmiləşdirilməsi və bu hallar üzrə cavabdehin təqdim etdiyi sübutların yetərli olmaması, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni “Azəriqaz” İB-nin üzərinə düşməsi və s. hallara istinad etmişdir. Məhkəmə bu halları iddianın həmin hissədə təmin edilməsi üçün kifayət hesab etmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddianın həmin hissədə təmin edilməsinin əsası kimi birinci instansiya məhkəməsinin qeyd etdiyi hallar tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, iddiaçının qanunsuz qaz istifadəsi faktını təsdiq edən aktlar iş materiallarına əlavə olunsa da, məhkəmə həmin aktları nə faktın mövcudluğunun sübutu kimi, nə də zərərin həcminin müəyyən edilməsi üçün həmin aktlarda əks olunmuş məlumatları, o cümlədən qaz cihazlarının sayı, onların texniki göstəriciləri, qaz sərfiyyatı imkanları, qanunsuz istifadə günlərinin sayı və gündəlik istifadə müddəti kimi halları ayrıca araşdırmış, bu hallar üzrə müqayisəli təhlil aparmışdır. Nəticədə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Halbuki, mübahisənin düzgün həlli üçün iş üzrə əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmalı idi.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 2016-cı, 2017-ci, 2018-ci, 2020-ci və 2021-ci illərdə tərtib olunmuş aktların nəzərə alınmaması düzgün hesab edilə bilməz.

51. Zərərin müəyyən edilməsi baxımından da nəzərə alınmalıdır ki, bilə-bilə (qəsdən) qaz qurğusu sahibinin icazəsi olmadan qazdan istifadə edən şəxs, qaz qurğusu sahibinə dəymiş zərərə görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə isə qaz paylayıcısının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ vardır.

52. “Qazdan istifadə Qaydaları”nın mübahisəli münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı həmin qoşulmanı dərhal aradan qaldırmalı, qaz verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun qaydada tələb etməlidir.

53. Belə ki, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində mühüm yer tutur. Bu öhdəliklərin məzmunu hüquq pozuntusuna yol vermiş şəxsin məsuliyyəti ilə müəyyən edilir və pozulmuş hüquq və mənafelərin bərpasına xidmət edir. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan və nəticədə digər şəxsə zərər vuran şəxs həmin zərərə görə mülki hüquqi məsuliyyət daşıyır.

54. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş abunəçinin saldo məlumatlarına və təqdim olunmuş aktlara əsasən müəyyən edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus 100465600100240 abunə hesabı üzrə “Azəriqaz” İB tərəfindən 2016-cı il üçün 1 akt üzrə 172,80 manat, 2017-ci il üçün 2 akt üzrə 287,40 manat, 2018-ci il üçün 1 akt üzrə 746,60 manat, 2020-ci il üçün 2 akt üzrə 1.051,20 manat, 2021-ci il üçün 8 akt üzrə 3.024,00 manat məbləğində itirilmiş qazın həcminə uyğun zərər hesablanmışdır.

55. Kollegiya müəyyən edir ki, həmin aktlar tərtib edildiyi tarixlərdə iddiaçının qazdan qanunsuz istifadə etməsi faktını təsdiq edir. Bu əsasla İB-yə dəymiş zərərin hesablanması ilə bağlı iddiaçının müvafiq quruma - Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə müracət etməsi zəruri hesab edilmişdir. Eyni zamanda iddiaçının 100465600100240 abonent hesabı üzrə mövcud borcun hesablanması həmin quruma həvalə olunmuşdur.

56. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının ##.##.2026-cı il tarixli sorğuya cavabdan, ##.##.2022-ci il tarixinə qədər “Azəriqaz” İB tərəfindən 14 akt üzrə iddiaçıya hesablanmış 1.737,20 manat təşkil etdiyi müəyyən edilmişdir.

57. Belə ki, sözügedən ünvanda həmin illərdə 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi və 1 ədəd 24 kvt gücündə kombi tipli su qızdırıcı növündə qaz qurğularından istifadə olunmşdur. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evi üzrə hesablanma aşağıdakı qaydada aparıla bilər: qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m³ x 12 saat x 30 gün =432 m³; 1 ədəd 24 kvt gücündə kombi tipli su qızdırıcı üçün - 1 x 2,6 m³ x 12 saat x 30 gün = 936 m³; cəmi 1368 m³ təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: Yay aylarında kombi tipli su qızdırıcısından istifadə edilmədiyi nəzərə alınsa, aylıq qaz sərfiyyatı 432 m³ təşkil edə bilər

58. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2016-cı il üzrə: 1 yay x 432 m³ =432 m³ 2017-ci il üzrə: 1 qış x 1368 m³ + 1 yay x 432 m³ = 1800m³ 2018-ci il üzrə: 1 qış x 1368 m³ =1368 m³ 2020-ci il üzrə: 2 qış x 1368 m³ =2736 m³ 2021-ci il yanvar-iyun ayları üzrə: 3.5 qış ayı x 1368 m³ + 2.5 yay x 432 m³ = 5868 m³; iyul-oktyabr ayları üzrə: 2 ay x 432 m³ =864 m³;

59. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla həmin illər üzrə itirilmiş qazın dəyəri: 2016-cı il üzrə: 432 m³ x 0.10 manat =43,20 manat; 2017-ci il üzrə: 1700 m³ x 0.10 manat + 100 m³ x 0.20 manat = 190 manat; 2018-ci il üzrə: 1368 m³ x 0.10 manat = 136,80 manat; 2020-ci il üzrə: 2200 m³ x 0.10 manat + 536 m³ x 0.20 manat = 327,20 manat; 2021-ci il yanvar-iyun ayları üzrə: 2200 m³ x 0.10 manat +3668 m³ x 0.20 manat =953,60 manat; iyul-oktyabr ayları üzrə: 864 m³ x 0.10 manat =86,40 manat olmaqla, cəmi 1.737,20 manat təşkil edə bilər.

60. Belə olan halda, istinad edilən dövr üzrə cavabdeh-qazpaylayıcısı təşkilata dəymiş zərərin 1.737,20 manat məbləğində olduğu müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, 2016-cı, 2017-ci, 2018-ci, 2020-ci və 2021-ci illərdə tərtib olunmuş aktlar əsasında zərərin əvəzi kimi hesablanmış 1.737,20 manat məbləğində pul tələbinin silinməsindən imtina edilməlidir.

61. Kollegiya birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı, ## ####### 2025-ci il tarixli məhkəmə-trasoloji ekspertizasının rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla yanaşı, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Həmin rəydə əks olunmuş nəticələrin mötəbərliyi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli, ziddiyyətlər mövcud olduqda isə bu hallar məhkəmə tərəfindən ayrıca araşdırılmalıdır.

62. Göründüyü kimi, qeyd olunan ekspert rəyinə əsasən boru üzərində müdaxilə nəticəsində yaranmış xarakterik izlər və zədələr aşkar edilməmiş, qaz sayğacından kənar xəttin çəkilməsi halları müəyyən olunmamışdır. Halbuki iş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus ünvanda ##.##.2024-cü il tarixdə yeni G-4T markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Beləliklə, həmin tarixdən sonra boru və sayğac üzərində qanunsuz qoşulmaya dair xarakterik izlərin aşkar edilməməsi məhkəmə kollegiyasının gəldiyi nəticə ilə ziddiyyət təşkil etmir.

63. Bundan əlavə, iddiaçının saldo məlumatlarında göstərilən dövr ərzində ünvan 1 ünvanında yaşamaması və həmin dövrdə qazpaylayıcı müəssisənin xidmətlərindən istifadə etməməsinə dair dəlillər də həm iddiaçının məhkəmə iclasında verdiyi izahatlarla, həm də “xxxx” ASC tərəfindən təqdim olunmuş 090704700010024 abunə kodu üzrə tərtib edilmiş abonent saldo məlumatları ilə təkzib edilir.

64. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən - “09.2016-cı, 05.2017-ci, 11.2017-ci, 02.2018-ci, 02.2020-ci, 03.2020-ci, 01.2021-ci, 02.2021ci, 03.2021-ci, 04.2021-ci, 05.2021-ci, 06.2021-ci, 07.2021-ci və 08.2021-ci aktlar üzrə 1.737,20 manat məbləğində hesablanmış borcun silinməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, həmin hissədə iddia rədd edilməlidir.

65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunmayan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

67. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən - “09.2016-cı, 05.2017-ci, 11.2017-ci, 02.2018-ci, 02.2020-ci, 03.2020ci, 01.2021-ci, 02.2021-ci, 03.2021-ci, 04.2021-ci, 05.2021-ci, 06.2021-ci, 07.2021-ci və 08.2021-ci aktlar üzrə 1.737,20 manat məbləğində hesablanmış borcun silinməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 70,82 manatın 7,82 manatı məbləğində pul iddiaçı İddiaçı tutularaq cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Məhkəmə trasoloji ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin əvəzi kimi 65 manatın 7 manatı məbləğində pul iddiaçı İddiaçı, 58 manatı - cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, X2, Kod 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar