Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-716/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı 3 saylı Asan Mərkəzinin notariusu Cavabdeh qarşı “mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-716/2023 (Açar sözlər:Mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X22 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(004)-4172/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.1966-cı il təvəllüdlü X26 iddiaçı X5 qardaşı olmaqla, xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. 2.İddiaçı xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli ərizəsi ilə 01 aprel 2022-ci il tarixdə vəfat etmiş qardaşı X11 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. 3.İddiaçı qardaşları tərəfindən aldadıldığı üçün, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdeh Bakı 3 saylı Asan Mərkəzinin notariusu Cavabdeh qarşı “mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri 3 saylı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisinin notariusu Cavabdeh tərəfindən təsdiq edilmiş və tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli “mirasın qəbulundan imtina olunması barədə” ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yaşayan xx.xx.1966-cı il təvəllüdlü qardaşı X26 01 aprel 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Qardaşı Abbasın ailəsi olmamış, valideynləri isə xeyli müddət əvvəl ölmüşlər. Onun qanun üzrə vərəsələri onunla birlikdə 7 nəfər bacı-qardaşlardır (X12, X6, X27, X14, X16 və X30). Qardaşı Abbas rəhmətə getdikdən sonra yas mərasimində qardaşları Yolçu və Nuru dedilər ki, qardaşları Abbasdan xeyli miqdarda əmlak, pul miras qalmışdır və ondan qalan bütün əmlakları sağ qalan qardaşbacılar arasında bərabər şəkildə bölünəcəkdir. Bu məqsədlə də Yolçu ona və digər vərəsələrə dedi ki, mirası qəbul etmək üçün əvvəlcədən gedib notariusda ərizə vermək lazımdır. O və digər vərəsələr də onun sözlərinə inanmış və notariusa gedib ərizə yazmaq barədə razılaşmışlar. Onun qeydiyyatı Tərtər rayonunda olsa da, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində, yuxarıda qeyd olunan ünvanda yaşayır. Qardaşı Abbasın dəfnindən təxminən bir ay sonra qardaşı Yolçu bacıları oğlu Elnuru onun yanına göndərmişdir ki, onu Bakı 3 saylı Asan Xidmət Mərkəzində olan Notariusa aparsın ki, orada mirasın qəbul edilməsi barədə ərizə yazsın. Bacısı oğlu Elnur dayısının tapşırığı ilə onu xx.xx.2022-ci il tarixdə oraya aparmış və orada ona bir ərizəyə imza etdirmişlər. Ərizəni bacısı oğlu Elnur ondan almış və dayısı Yolçuya vermək üçün aparmışdır. O, belə başa düşmüşdür ki, bu ərizə qardaşı Yolçu dediyi kimi hər birinin payı barədə olan ərizədir. Lakin notarius tərəfindən ona izah olunmamışdır ki, bu miras paydan tam imtina barədə ərizədir. O, da gözləmişdir ki, bir müddətdən sonra onlara vərəsəlik haqqında şəhadətnamə veriləcəkdir. Lakin həmin hadisədən təxminən bir ay, ay yarım sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında hiss etmişdir ki, Yolçu ilə Nuru, habelə Zabella onunla və digər bacı-qardaşlarla münasibətlərini kəsmişlər. Belə ki, onlarla qardaşları Abbasdan qalmış miras əmlakın taleyi ilə maraqlandıqda onlara heç bir məlumat vermək istəmirdilər. Bunun səbəbi ilə maraqlandıqda məlum olmuşdur ki, qardaşları Yolçu və Nuru onları aldatmışlar, ondan (həm də digər vərəsələrdən) mirasın qəbul edilməsi barədə deyil, mirasdan imtina barədə ərizə (xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi: 14066) almışlar. Əslində o mirasın qəbul edilməsi barədə ərizə vermək istəmişdir. xx.xx.2022-ci il tarixdə yenidən mirasın qəbul edilməsi barədə Abbasın qeydiyyatda olduğu Sahil qəsəbəsində yerləşən 45 saylı Notariat ofisinə ərizə vermək istədikdə məlum oldu ki, artıq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi qardaşı X17 ərizəsi əsasında açılmış və ondan alınmış miras paydan imtina barədə ərizəni, habelə digər vərəsələrdən də aldadılaraq alınmış ərizələri (imtina barədə) də həmin Notariat ofisinə təqdim etmişlər. Onu və digər vərəsələri aldatmaları barədə qardaşlarına dedikdə bildirdilər ki, artıq imtina ərizəsini imzalamısan, onlara heç nə edə bilməz və bütün miras əmlaklar onlara çatacaqdır. 6.Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı cavabdeh Bakı 3 saylı Asan Mərkəzinin notariusu Cavabdeh qarşı “mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən tələblərlə bağlı mübahisələrin həlli qaydası mülki qanunvericilikdə konkret olaraq göstərilmişdir. Buna görə də aşağıdakı səbəblərə əsasən hesab edir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən onun xx.xx.2022-ci il tarixdə vəfat etmiş qardaşı X11 miras qalmış əmlaklardan ona çatası hissəsindən könüllü şəkildə imtina etmişdir. Bu halda ərizəni verməklə vərəsə, öz hüququndan (mirasın ona çatası hissəsindən) imtinanı bəyan edir. Onun ərizəsini dövlətin adından çıxış edən notariat orqanı təsdiq edir. Bununla da vərəsə özünü ərizəsini geri götürmək imkanından məhrum edir. Bu nəinki fərd barəsində, eləcə də, eyni zamanda vərəsə sayılan dövlət barəsində də müəyyənləşdirilən qaydadır. Hesab edir ki, qardaşından miras qalmış əmlakdan qanunvericiliyin tələblərinə müvafiq olaraq könüllü qaydada notariat kontorunda təsdiq olunmuş ərizə vasitəsi ilə digərlərinin xeyrinə imtina etmiş iddiaçı 2 ay müddətdən sonra iradə ifadəsini dəyişərək həmin ərizənin etibarsızlığına dair iddia qaldırması vərəsəlik hüquq normalarının tələblərinə zidd olduğundan əsaslı hesab edilə bilməz. Hazırki halda iddiaçı tərəfindən imzalanmış ərizə birtərəfli əqdlərə aiddir. Həmin əqdin bağlanması üçün yalnız bir tərəfin iradə ifadəsi lazım olan və kifayət edir. Birtərəfli iradə ifadəsinin etibarlılığı əqd bağlamış şəxsin ölümündən və ya fəaliyyət qabiliyyətini itirməsi kimi amillərdən asılı ola bilər. Bütün bunları nəzərə alaraq iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında qeyd etmişdir ki, iddiaçı X5 qardaşı X26 01 aprel 2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Hətta ilk vaxtlar heç kimin xəbəri olmayıb, o öləndən bir neçə gün sonra cəsədi tapılmışdır. X15 qanun üzrə vərəsələri iddiaçı ilə birlikdə 7 nəfər bacı və qardaşları (X12, X7, X27, MəmmədovaZabella Kamil qızı, X16, X30) olmuşdur. Çünki valideynləri dünyasını dəyişmişdi və ailəli deyildi. X26 rəhmətə getdikdən sonra yas mərasimində Məmmədov Yolçu və Məmmədov Nuru demişlər ki, Məmmədov Abbasdan xeyli miqdarda əmlak, pul miras qalmışdır və ondan qalan bütün əmlakları sağ qalan qardaş-bacılar arasında bərabər şəkildə bölünəcəkdir. Eyni zamanda, demişlər ki, mirası qəbul etmək üçün əvvəlcə notariusda ərizə vermək lazımdır. Məmmədov Abbasın yasının 40-cı günü çıxmamış Abbasov Yolçu iddiaçının bacısı oğlu Elnuru iddiaçının yanına göndərir ki, mirasın qəbul edilməsi barədə ərizəyə imza çəkmək məqsədilə onu 3 saylı Asan Xidmət Mərkəzinə aparsın. Beləliklə iddiaçı xx.xx.2022-ci il tarixində oraya gedir və ona deyilir ki, imza çəkdiyi ərizə miras payını qəbul etməsi ilə bağlı ərizədir. Ərizənin miras payını qəbul etməsi ilə bağlı ərizə olması barədə söhbət notariusun əməkdaşı ilə iddiaçı arasında olub. İddiaçı miras payını əldə etməsi ilə bağlı sənədə imza atdığını düşünüb, lakin imzaladığı sənəd miras payından imtina ilə bağlı ərizə olmuşdur. İddiaçı ərizəni imzaladıqdan sonra iddiaçının bacısı oğlu Elnur götürüb və dayısı Yolçuya vermək üçün aparıb. İddiaçı qeyd edir ki, təxminən hadisədən təxminən bir ay, ay yarım sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında qardaşları Nuru və Yolçunun onunla və digər bacı-qardaşları ilə münasibətdə soyuq olduğunu hiss edirdi. Miras payını almaqla bağlı maraqlandıqda isə iddiaçıya heç bir məlumat vermək istəmirdilər. Bunun səbəbi ilə maraqlandıqda məlum olmuşdur ki, Yolçu və Nuru iddiaçını və onun bəzi bacı-qardaşlarını aldatmış, onlardan mirasın qəbul edilməsi barədə deyil, mirasdan imtina barədə ərizə almışlar. Onlar hesab edirlər ki, Sücayət xanımı notariat orqanı aldadıb. Belə ki, notariusun işçiləri xanıma nə ilə bağlı ərizə imzaladığını deməyiblər. İddiaçı ərizəni imzalayan zaman orada qardaşları deyil, bacısı oğlu Elnur olub. Əlavə olaraq iddia tələblərini müdafiə etdiyini və təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. 8.Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, ona demişlər ki, notariusda miras payını qəbul etməklə bağlı ərizəyə imza çəkəcək. Həmin vaxt qardaşları bacısı oğlunu onun yanına göndərir və qovluqda ərizəni də təqdim edir ki, bu ərizəyə imza çəkiləcək. Qardaşlarının imkanı yaxşıdır. Onlara mirasdan payın qəbul edilməsi ilə bağlı ərizə imzalayacaqları deyilsə də, əslində mirasdan imtina ilə bağlı ərizə imzalatdırıblar. Belə ki, onu qardaşları Yolçu və Nuru aldatmışdı. Habelə o, ərizəni notariusda imzaladığı gün ərizə ona verilməmişdir. Ərizəni bacısı oğlu götürüb aparmışdır. Ərizəni onlar sonradan notariusa müraciət etməklə əldə etmişlər. 6 nəfərin imtina edərək mirası 1 nəfərə verməsindən açıq-aydın görünür ki, burada aldadılma var. Eyni zamanda mirasdan imtina edən şəxslər imkansız şəxslərdir. Məmmədov Nurunun isə 50 ha torpaq sahəsi, 10 evi var, eyni zamanda evin kiçik övladı olduğu üçün atasının da bütün əmlakı ona qalıb. Onun böyük qardaşı Ağsaqqallar Şurasının sədridir. Onu qızı saxlayır, heç bir qazancı yoxdur. Necə olur ki, onlar kimi imkansızlar mirasdan imtina edirlər. İzahatına əlavə olaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. 9.Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Onlar hesab edirlər ki, iddia əsassızdır. Notarius işlərin görülməsi zamanı vətəndaşa izah edir ki, nə ilə nəticələnəcək. Belə ki, vətədaşın mirası qəbul etməsi və ya etməməsi öz təşəbbüsü ilə bağlıdır. Notariusun vətəndaşa təsir imkanı və işdə heç bir marağı yoxdur. İmza ilə təsdiq olunmuş ərizənin etibarsızlığına dair iddianın verilməsini əsassız hesab edir. Mirasdan imtina ərizəsindən imtinaya yol verilə bilməz. İddiaçının ərizəsi mirasdan imtina ilə bağlı olub və heç kəs də ona təsir edə bilməz. İddiaçı suala mahiyyəti üzrə cavab vermir. Kiminsə mirasdan imtina edib-etməməsi ilə bağlı notariusun heç bir marağı yoxdur. Belə bir məsələ də var ki, digər vərəsələr də müxtəlif notariuslarda ərizələr veriblər və guya aldadılıblar. Ola bilsin ki, bacı-qardaşlar arasında daha öncədən hansısa razılaşma olub, onlar könüllü şəkildə gəlib ərizə veriblər. Bəlkə də əsl niyyət başqa imiş. Onlar bu məsələlərə dəqiq aydınlıq gətirə bilməzlər. Lakin notarius olaraq hər hansısa bir qanunsuz hərəkətin edilməsi müəyyən olunmamışdır. Ərizədə iddiaçının imzasının olması artıq onun ərizə ilə razılaşmasının sübutudur. 10.Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, notarius tərəfindən aldadılıb. Daha sonra məhkəmədə də həmin formada izahatını verir ki, notarius tərəfindən ona izah olunmayıb. İndi isə deyir ki, onu qardaşı aldadıb, deyib ki, paylar bölünəcək. İddiaçı iddia ərizəsində qeyd etdiyi əsaslarını sonradan dəyişir. Məmmədov Nuru nə xanımla hansısa bir danışıqda iştirak edib, nə də onun notariusa aparılmasında iştirak edib. Xanım notariusdakı ərizəsində miras payından Məmmədov Nurunun xeyrinə imtina etməyib, sadəcə olaraq paydan ümumi imtina edib. İddiaçı əvvəl deyir ki, onu notarius aldadıb, sonra deyir ki, qardaşı aldadıb. Xanım dəqiqləşdirsin ki, onu kim aldadıb, onlar da müdafiələrini ona uyğun qursunlar. Eyni zamanda iddiaçı öz hüququndan istifadə edib, sərbəst surətdə imtina edib. İddiaçı ilə X31 arasında heç bir razılaşma, heç bir danışıq olmayıb. Eyni zamanda Məmmədov Nuru ilə digər bacı-qardaşları arasında da heç bir danışıq olmayıb. İddiada bəhs olunan əmlak barəsində o məlumat almışdır. Bu əmlak "xxxx" MMC-də yerləşən mənzildir. Həmin mənzilə görə ödənişlər edilməyib, mərhumun borcu var. O, belə düşünür ki, tərəflər bu yükü çəkmək istəmədikləri üçün mirasdan imtina ediblər. Nuru bəy də mirası qəbul edib. Mirasın qəbul olunması ilə bağlı Nuru bəylə digər bacı-qardaşları arasında heç bir razılıq olmayıb. Xanım özü də bildirir ki, maddi imkanı zəifdir. O, sadəcə ehtimal edir ki, mənzilin xərclərinin ödənilməməsi məqsədilə mirasdan imtina olunub. Mərhumun münasibətdə olduğu şəxs Məmmədov Nuru olub. Digərləri ilə münasibəti zəif olub. Mərhumun uzun müddət işə getməməsi səbəbilə Nuru bəyə məlumat verilmişdi. Bundan sonra müvafiq orqanların iştirakı ilə mənzilin qapısı açılmış və mərhumun cəsədi mənzildə aşkar olunmuşdur. İbtidai araşdırma orqanları araşdırma apardıqdan sonra mərhum dəfn olunmuşdur. Hətta cənazənin aşkar edilməsindən sonra bütün xərcləri Nuru bəy ödəyib. Ona verilən məlumatlardan belə başa düşür ki, mərhumun Məmmədov Nuru ilə münasibəti olub. Eyni zamanda ola bilsin ki, digər bacı-qardaşları mərhumun mənzil üzrə borcunu ödəmək istəməyiblər, ona görə də mənzildən imtina ediblər. Onlar mənzildən imtina etməyib onu qəbul da edə bilərdilər. Həmçinin qeyd olunur ki, notariusun marağı var idisə, bir notariusun marağı olardı. Necə ola bilər ki, 6 fərqli notariusun marağı var ki, həmin əmlak başqa bir şəxsin mülkiyyətinə keçsin. Miras əmlak "xxxx" MMC-də Alatava küçəsinin kəsişməsində yerləşən : -a 2, blok 2, 3-cü mərtəbə mənzil 109-dur. Mənzilin çıxarışı yoxdur. Mənzilin çıxarışı yoxdur. Ona bildirilənə görə mənzillə bağlı borc kommunal ödənişlərin ödənilməməsinə görə yaranmışdı. MTK ilə tərəf arasında mübahisələr olmuşdur. O səbəbdən də həmin mənzilə çıxarış alınmamışdır. 11.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 oktyabr 2022-ci il tarixli, 2(004)-4172/2022 saylı qətnaməsi ilə (hakim-Orxan Məmmədli) iddia ərizəsi təmin edilməmişdir. 12.İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsinin 28 iyun 2022-ci il tarixli, 796- 05/69 saylı arayışından görünür ki, İddiaçı xx xxxxxxxx 1961-ci ildə Bərdə rayon Qayalı kəndində anadan olmuş, atası X28, anası X13r. 13.İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsinin 29 iyun 2022-ci il tarixli, 804- 05/69 saylı arayışından görünür ki, X26 01 aprel 2022-ci ildə Bakı çəhəri, Yasamal rayonunda ölmüşdür. Bu barədə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 12 aprel 2022-ci il tarixli 416 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. 14.İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsinin 29 iyun 2022-ci il tarixli, 805- 05/69 saylı arayışından görünür ki, X26 01 may 1966-cı ildə Bərdə rayon Qayalı kəndində anadan olmuş, atası X28, anası X4r. 15.İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ciil tarixli, 14066 reyestr nömrəli ərizəsi ilə 01 aprel 2022-ci il tarixdə vəfat etmiş qardaşı X11 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. 16.İş materiallarında olan “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 18 saylı notariat ofisində X15 adına açılmış xx.xx.2022-ci il tarixli,124 reyestr nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsə kimi X30 qeyd edilmişdir. Digər vərəsələr X6, X19, X12, İddiaçı, X14, X27 miras paydan imtina etmişlər. 17.İş materiallarında olan 3 saylı “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin notariusu X8 Yasamal Rayon Məhkəməsinə ünvanladığı 30 avqust 2022-ci il tarixli, 1489 nömrəli məktubunda qeyd edilmişdir ki, vəfat etmiş X15 adına 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisində vərəsəlik işi açılmamışdır. Vərəsəsi olan İddiaçı 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində mirasdan imtina ərizəsi qeydə alınmışdır. 18.İş materiallarında olan X2 8i-13952 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 01 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan qardaşı X26 vəfat etmişdir. X11 miras qalan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün mirası qəbul edir.
19. 3 saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1628 saylı məktubuna əsasən “Asan Xidmət” mərkəzində notariat ofisində X5 xx.xx.2022-ci il tarixdə 8İ/14066 reyestr nömrəli “mirasdan imtina barədə Ərizəsi” təsdiq edilmişdir. Bildiririk ki, 3 saylı “Asan Xidmət” Mərkəzində video görüntülər son 45 günü yadda saxladığından X5 “mirasdan imtina barədə Ərizə”sinin təsdiq edildiyi müddətdə, yəni xx.xx.2022-ci il tarixində saat 11-00-dan 11-30-dək müddətdə olan video görüntülərin çıxarışını təqdim edə bilmirlər. 20.Məhkəmədə şahid qismində ifadə verən X20 qeyd etmişdir ki, dayıları Nuru, Yolçu və İsbəndiyarla münasibəti normaldır. Dayısı İsbəndiyar və o, Bərdədə yaşayırlar. Dayısı Yolçu Bakıda, Nuru isə rayonda yaşayır. Nuru ilə rayonda çox görüşmürlər. Dayıları ilə anası arasında əvvəllər münasibət yaxşı olub. Dayısı Yolçu ona zəng etmişdir ki, özü işə gedir, müəyyən sənədlər var, onları xalasına versin, birlikdə “Asan Xidmət”ə getsinlər, orada işçilər özləri işi həll edəcəklər. Sənədlərin içərisində ölüm kağızı və.s var idi. O, xalasını ora aparmışdır. Sənədləri “Asan Xidmət”ə o, vermişdir. Hansı məsələnin həll olunmasını bilmirdi. Xalası işçilərlə özü danışmışdır. O, nisbətən aralıda olmuşdur. Mirasdan imtina ilə bağlı söhbət olmadı. Hadisə təxminən iyun ayında olub. Oradan çıxandan sonra xalası evə gəlmişdir. Oradan çıxanda hər hansı narazılığın olub-olmamasını bilmir. Dayısının göndərdiyi şəxsə sənədləri vermişdir. 21.Məhkəmədə şahid qismində ifadə verən X6 qeyd etmişdir ki, qardaşı Nuru iddiaçıya və ona demişdir ki, onlara etibarnamə versinlər ki, qardaşı Abbasın əmlakını öz aralarında bölsünlər. Onlar da razılaşmışlar. Onlar notariusa qardaşına etibarnamə vermək məqsədi ilə getmişlər. Mirasdan imtina barədə heç bir məsələ olmayıb. Onlar Bərdədə notariusa etibarnamə vermək məqsədi ilə getmişlər. Notariusa qardaşı Nuru və Yolçu ilə getmişdir. 22.Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə isə qeyd edilən ərizənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. 23.Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizə yazılarkən və təsdiq edilərkən İddiaçı səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli ərizəsi ilə 01 aprel 2022-ci il tarixdə vəfat etmiş qardaşı X11 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Buna görə də qeyd edilən ərizənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. 24.Bundan başqa, iddiaçı iddia ərizəsində mirasın qəbul edilməsilə bağlı Notariusa müraciət etdiyini, lakin imza etdiyi ərizənin mahiyyəti, yəni mirasdan imtina olunması barədə olmasının Notarius tərəfindən ona izah olunmadığını, bacısı oğlu Elnurun onu 3 saylı Asan xidmət mərkəzində olan Notariusa apardığını, imza etdiyi sənədin mirasın qəbul edilməsindən imtina ərizəsi olduğunu bilmədiyini göstərmişdir. Lakin iddiaçı iddia ərizəsində qeyd edilən onun və digərlərinin aldadılması ilə bağlı heç bir hal barədə sübut təqdim etməmişdir. Həmçinin, iddiaçının Asan xidmətə getməsi, mirasdan imtina barədə ərizəni imzalaması öz istəyi ilə könüllü şəkildə olmuş, bu işlərin gedişatında müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X18 iştirakı olmamış və bu məsələ ilə bağlı hər hansı danışığı olmamışdır. Hər hansı bir şəxsin İddiaçı mirasdan imtinaya dair ərizə yazması və onu imzalaması ilə bağlı təsir və təzyiqi məhkəmə iclaslarında öz təsdiqini tapmamışdır. 25.Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli “mirasdan imtina”ya dair ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən ərizənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1243.3, 1256, 1257, 1261, 1262, 1268, 339.2 və 339.4-cü; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
27.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsələrdən iddiaçının qardaşı X6 məhkəmə iclasında şahid kimi ifadə verərək onun dediklərini təsdiq edərək onun da başına belə oyun açdıqlarını bir daha bildirmişdir. Ondan başqa məhkəmə iclasında şahid kimi ifadə vermiş bacısı oğlu Elnur Cahangirov da onun dediklərini bir daha təsdiq etmişdir. Lakin məhkəmə qətnaməsində həmin şahidlərin ifadələrinə heç bir hüquqi qiymət verilməmiş, onların ifadələri belə qeyd edilməmişdir. Bundan başqa cavabdeh olan notarius Cavabdeh tərəfindən ona həmin ərizənin nə barədə olmasının izah edilməməsinin dəqiqləşdirilməsi məqsədi ilə cavabdehin işlədiyi yerdə quraşdırılmış kameraların video görüntüləri (xx.xx.2022-ci il, saat 11:00-11:30-dək olan) tələb edilməmişdir. Əgər həmin videogörüntülərə baxış keçirilsəydi, tam təsdiq olunardı ki, notarius tərəfindən iddiaçıya həmin ərizənin mirasdan tam imtina barədə ərizə olması izah edilməmişdir. Həmin sübutu isə iddiaçıya verməmişlər və bildirilmişdir ki, guya həmin videogörüntülər 45 gün müddətində yaddaşda saxlanılır. Bundan başqa, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində qeyd olunan faktların həqiqət olmasını təsdiq edən şahidlər – qardaşı X2 və bacısı oğlu X9 ifadələrinə məhkəmə tərəfindən qərəzli olaraq heç bir hüquqi qiymət verilməmişdir. Həmin şahidlər məhkəmədə ifadə verərkən yalan ifadə vermələri barədə məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edilmişlər və bu barədə iltizama imza etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş qardaşı İsbəndiyar Məmmədov iddia ərizəsində qeyd etdiyi faktları bir daha təsdiq edərək bildirdi ki, iddiaçı kimi onu da qardaşları Nuru və Yolçu aldatmışlar, miras payın qəbul edilməsi barədə ərizənin əvəzindən, miras paydan imtina barədə ərizəyə imza etdirmişlər. Hətta İsbəndiyar dedi ki, həmin ərəfələrdə qardaşı Yolçu onu Bərdə Asan Xidmət Mərkəzinə dəvət edərək qardaşı Abbasdan qalmış mirasın aralarında bölünməsi barədə ərizəyə imza etdirməsini bildirmişdir. Bu fakt bir daha onu təsdiq edir ki, Nuru və Yolçu eyni qayda ilə digər vərəsələri, o cümlədən də iddiaçını aldatmışlar. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən etiraz daxil olmuşdur.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
30.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 31.Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, izahatında qeyd etmişdir ki, notarius işlərin görülməsi zamanı vətəndaşa izah edir ki, nə ilə nəticələnəcək. Belə ki, vətəndaşın mirası qəbul etməsi və ya etməməsi öz təşəbbüsü ilə bağlıdır. Notariusun vətəndaşa təsir imkanı və işdə heç bir marağı yoxdur. İmza ilə təsdiq olunmuş ərizənin etibarsızlığına dair iddianın verilməsini əsassız hesab edir. Mirasdan imtina ərizəsindən imtinaya yol verilə bilməz. İddiaçının ərizəsi mirasdan imtina ilə bağlı olub və heç kəs də ona təsir edə bilməz. Notariusun kiminsə mirasdan imtina edib-etməməsi ilə bağlı heç bir marağı yoxdur. Digər vərəsələr də müxtəlif notariuslarda ərizələr veriblər və guya aldadılıblar. Notarius olaraq hər hansısa bir qanunsuz hərəkətin edilməsi müəyyən olunmamışdır. Ərizədə iddiaçının imzasının olması artıq onun ərizə ilə razılaşmasının sübutudur. 32.Məhkəmə kollegiyasının əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 33.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək, xəstəliyi ilə əlaqədar işin baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
34. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkilləri məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 35.Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 36.Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 37.Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 38.Maddə 1256.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 39.Maddə 1257.Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 40.Maddə 1261.Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 41.Maddə 1262.Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 42.Maddə 1268. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 43.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 44.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 45.Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 46.Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 47.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 49.Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 50.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 51.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 52.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri
53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 54.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki,hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(004)-4172/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ərizə yazılarkən və təsdiq edilərkən İddiaçı səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. 57.Bundan başqa, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində mirasın qəbul edilməsilə bağlı Notariusa müraciət etdiyini, lakin imza etdiyi ərizənin mahiyyəti, yəni mirasdan imtina olunması barədə olmasının Notarius tərəfindən ona izah olunmadığını bildirsə də, məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmamışdır. Əksinə iddiaçının Asan xidmətə getməsi, mirasdan imtina barədə ərizəni imzalaması öz istəyi ilə könüllü şəkildə olmuş, bu işlərin gedişatında müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X18 iştirakı olmamış və bu məsələ ilə bağlı hər hansı danışığı olmamışdır. 58.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən qətnamədə şahidlər X21 və X2 ifadələrinə qiymət verilməməsi MPM-nin 387.1-ci maddəsinə əsasən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmadığından, bu prosessual pozuntu qətnamənin ləğvinə səbəb ola bilməz. 59.Kollegiya şahid X10 ifadəsinə işdə olan tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab edir ki, həmin ifadə iddianın təmin edilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. Belə ki, imtina barədə ərizə xx.xx.2022-ci ildə verilsə də, şahid xalası olan İddiaçı təxminən iyun ayında notariat kontoruna apardığını bildirmişdir. Bundan əlavə şahidin dayıları ilə əvvəllər münasibətinin yaxşı olmasını bildirməsi, hazırda onların dayısı ilə normal münasibətinin olmamasını göstərir. Digər tərəfdən şahid notariusa gedərkən hansı məsələnin həll olunmasını bilmədiyini, nisbətən aralıda dayandığını, xalasının işçilərlə özünün danışdığını bildirmişdir. 60.Kollegiya şahid X2 ifadəsinə işdə olan tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab edir ki, həmin ifadə iddianın təmin edilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. Belə ki, şahid ifadəsində qardaşı Nurunun iddiaçıya və ona, onlara etibarnamə verilməsini, bunun qardaşı Abbasın əmlakını öz aralarında bölməkləri ilə bağlı olduğunu, notariusa etibarnamə verilməsini üçün getdiklərini qeyd etsə də, iddiaçı iddia tələbi və izahatında qeyd etmişdir ki, qardaşı Yolçu ona və digər vərəsələrə demişdir ki, mirası qəbul etmək üçün əvvəlcədən gedib notariusa ərizə yazmaq lazımdır. Göründüyü kimi şahid ifadəsi ilə iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. 61.Həmçinin, xx.xx.2022-ci il tarixli “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli ərizəsi ilə 01 aprel 2022-ci il tarixdə vəfat etmiş qardaşı X11 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. 62.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün olaraq hesab etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli ərizəsi iddiaçının iradəsinə uyğun və qanunvericiliyin tələblərinin gözlənilməsi ilə bağlanmış, iddiaçının aldadılması, hər hansı şəxsin İddiaçı mirasdan imtinaya dair ərizə yazması və onu imzalaması ilə bağlı təsir və təzyiqi halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 63.Kollegiya video görüntü ilə bağlı apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, 3 saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1628 saylı məktubuna əsasən 3 saylı “Asan Xidmət” Mərkəzində video görüntülər son 45 günü yadda saxladığından X5 “mirasdan imtina barədə Ərizə”sinin təsdiq edildiyi müddətdə, yəni xx.xx.2022-ci il tarixində saat 11-00-dan 11-30-dək müddətdə olan video görüntülərin çıxarışını təqdim edilməsi mümkün deyildir. 64.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 65.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 66.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 67.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 68.Kollegiya hesab edir ki, iddia tələbi təmin eilmədiyindən məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin tələbinə uyğun düzgün olaraq iddiaçıya aid edilmişdir. 69.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(004)-4172/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov