Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7162/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-912/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli AL-1185 saylı “xxxxxxxxxxxxx” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Saman Soren” markalı ** AD *** dövlət qeydiyyat nişanlı NAACD1FEXEP805169 ban, 47660 mühərrik nömrəli gümüşü rəngli avtomobilin mülkiyyətçi olan ASC-yə qaytarılması, cavabdehdən xxxxxxxxxxxxx müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 3061,67 manat əsas, 352,04 manat mükafat və həmin günə hesablanmış 1138,69 manat dəbbə pulu olmaqla, cəmi 4552,4 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ASC ilə X4 arasında bağlanmış xx.xx.2017ci il tarixli AL-1185 saylı “xxxxxxxxxxxxx” müqaviləsinə əsasən ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Saman Soren” markalı ** AD *** dövlət qeydiyyat nişanlı, NAACD1FEXEP805169 ban, 47660 mühərrik nömrəli, gümüşü rəngli avtomobil X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx.xx.2017-ci il tarixdə X4, Cavabdeh və ASC arasında AL-1185(1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2017-ci il tarixli AL1185 saylı “xxxxxxxxxxxxx” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17% hesablanmaqla 32 aylıq müddətə hər ay sabit olaraq 380,55 manat, ümumilikdə isə 12177,36 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Aftandii oğlu tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 832 manat məbləğində olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-912/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. AL-1185 saylı, xx xxxxx 2017-ci il tarixli xxxxxxxxxxxxx müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3061,67 manat əsas borc, 352,04 mükafat, 300 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3743,71 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ASC-yə ödənilməsi, lizinq obyekti olan “Saman Soren” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh geri alınaraq İddiaçı ASC-yə təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qalıq borcun ondan tutulması ilə avtomobilin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə onun və X1 iştirakını təmin etməmiş, avtomobilin X2 təhvil verilməsinə baxmayaraq ondan tələb edilməsinə əhəmiyyət verməmişdir. Avtomobil xx.xx.2017-ci il tarixdə X2 təhvil verilmiş və sonuncunun istifadəsində olduğu halda ondan pulun tutulması və avtomobilin ondan tələb edilməsi əsassızdır. Məhkəmə həm pulun tutulması, həm də avtomobilin qaytarılması barədə ədalətsiz qətnamə qəbul etmişdir. Ödənilən puldan əlavə qalan pulun da onlardan tutulduğu halda avtomobilin də iddiaçı da qalması onun hüquqlarını kobudca pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, avtomobil hazırda da cavabdehin istifadəsindədir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh gəlmədiyinə görə, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin cavabdehə münasibətdə yoxlanılması təşkil edir, belə ki, iddia tələbi qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, lizinq verən İddiaçı ASC ilə lizinq alan X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1185 saylı xxxxxxxxxxxxx müqaviləsinə əsasən lizinq verən müqavilənin predmeti olan “Saman Soren” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alanın sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 ay müddətinə bağlanmış, lizinq ödənişlərinin ümumi məbləği isə 10150 manat müəyyən edilmişdir. Lizinq alan lizinq obyektini lizinq verənin tələbi ilə geri qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktına əsasən “Saman Soren” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil X2 təhvil verilmişdir. xx.xx.2017-ci il tarixdə X4, Cavabdeh və İddiaçı ASC arasında bağlanmış AL- 1185(1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixli AL-1185 saylı “xxxxxxxxxxxxx” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17% hesablanmaqla 32 aylıq müddətə hər ay sabit olaraq 380,55 manat, ümumilikdə isə 12177,36 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 3061,67 manat əsas, 352,04 manat mükafat və həmin günə hesablanmış 1138,69 manat dəbbə pulu, cəmi 4552,4 manat borcu vardır. xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi və müqavilənin ləğv olunması barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 747.1, 747-2, 748-1.12, 748-1.12.4, 748-11.1, 421.1, 421.2, 442, 462, 467, 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə istinad edərək iddianı qismən təmin etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 832 manat (həmin ödənişə kimi sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə olduğu üçün cavabdeh həmin dövr üçün gecikdirilən məbləği ödəmişdir) ödəniş edilmiş, həmin məbləğdən 633,63 manat əsas borc, 138,39 manat mükafat, 59.98 manat dəbbə pulu silinmişdir. Bundan sonra isə avtomobil cavabdehin istifadəsində qalmasına baxmayaraq o, hər hansı ödəniş etməmişdir. Buna görə də iddiaçı müqavilənin ləğv edilməsini, avtomobilin geri qaytarılmasını və avtomobildən faktiki istifadə müddəti üçün əsas borc və mükafat pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə 1138,69 manat məbləğində cərimə borcu tələb etmişdir. Məhkəmə cərimə məbləğini azaldaraq 300 manat müəyyən etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Avtomobilin X2 təhvil verilməsinə baxmayaraq ondan tələb edilməsinin əsasız olması barədə apellyasiya şikayətinin dəlili əhəmiyyətsizdir, belə ki, xx.xx.2017-ci il tarixli müqavilə ilə X1 öhdəlikləri Cavabdeh ötürülmüş və müvafiq aktla avtomobil ona təhvil verilmişdir. Həm pulun tutulması, həm də avtomobilin qaytarılması, habelə ödənilən puldan əlavə qalan pulun da onlardan tutulduğu halda avtomobilin də iddiaçıda qalması onun hüquqlarını kobudcasına pozması barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri də əsassızdır, belə ki, lizinq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, lizinq verən mülkiyyətində olan əşyanı (hazırki halda avtomobili) müəyyən haqla və müəyyən müddətə lizinq alanın istifadəsinə verir (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də nəzərdə tutula bilər), sonuncu isə istifadə müddəti üçün muzd ödəyir. Yəni, lizinq alan əşyadan istifadə etdiyi bütün dövr üçün haqq ödəməlidir, hazırki halda isə avtomobil cavabdehin istifadəsindədir, buna görə də cavabdeh avtomobildən istifadə etdiyi dövr üçün haqq ödəməlidir. İddiaçı qalan dövr üçün haqq tələb etmir, tələb edilən haqq iddianın müqavilə müddəti daxilində qaldırıldığı vaxtla məhdudlaşır. Qalan ödənişləri etməklə avtomobilin cavabdehdə qalması isə müqavilə şərtlərinə əməl edildiyi təqdirdə mümkün ola bilərdi, hazırkı halda isə bu məsələ yalnız tərəflərin qarşılıqlı razılığı ilə baş verə bilər, çünki müqavilə şərtlərinin pozulması iddiaçıya müqavilənin ləğv edilməklə avtomobilin geri tələb edilməsi hüququnu verir. Cavabdehin məhkəmə tərəfindən iştirakının təmin edilməməsi barədə dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, onun qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, poçt xəbərnaməsinə imza edilməklə (Samirə Kazımova adlı şəxs tərəfindən) qəbul edilmişdir (iş.v 51). Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-912/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7162/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7162/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver