Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7180/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhəmmədli oğluna, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh6 qarşı «qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7250/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı SOCAR-ın İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhəmmədli oğluna, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh6 qarşı «qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7250/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadı ilə iddiaçı SOCAR-ın İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhəmmədli oğluna, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh6 qarşı «qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır.
3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı bir neçə cavabdehə qarşı ayrı-ayrı ərazilərdə tikilmiş tikililərin sökülməsinə dair tələb irəli sürmüş və sözügedən tələblərin hər biri ayrı-ayrı cavabdehlərə münasibətdə ayrıca icraat formasında verilməli olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
Şikayətin dəlilləri:
4. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7250/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadını ləğv edib, iddia tələbinin icraata götürülməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı SOCAR-ın İddiaçı tərəfindən iddia ərizəsi təqdim edilmişdir. Ərizədə ünvan 1, 2-ci mədən küçəsi ünvanında yerləşən 24043, 24019, 25046, 25154, 2660 və 25150 nömrəli neft-qaz quyularının mühafizə zonasında cavabdehlər — Cavabdeh1, Cavabdeh2 qız, Cavabdeh3 Məhəmmədəl oğlu, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh6 tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsi, ərazinin boşaldılması və ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən tutularaq “Azneft” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-7250/2025 nömrəli qərardadı ilə “Azneft” İB-nin iddia ərizəsi icraata qəbu edilmədən iddiaçıya geri qaytarılmışdır. Belə ki, hazırkı iş üzrə iddiaçı SOCAR-ın “Azneft” İB tərəfindən təqdim edilən iddia ərizəsi MPMin qeyd olunan tələblərinə cavab verir, iddianın mahiyyəti eyni hüquq pozuntusuna, yəni SOCAR-a (Dövlətə) məxsus ərazidə qanunsuz tikililərin inşasına aiddir. Bu baxımdan iddianın bir neçə cavabdehə qarşı eyni zamanda verilməsi tam əsaslı və prosessual baxımdan mümkündür. Hazırkı işdə cavabdehlərin hamısı eyni ərazi və eyni küçədə qanunsuz tikinti aparmış şəxslərdir. Bu səbəbdən də hesab edirlər ki, onların hər biri eyni hüquqi şəxsə qarşı, eyni hüquq pozuntusu - Dövlət mülkiyyətində olan və SOCAR-ın “Azneft” İB-nin daimi istifadəsinə verilmiş torpaq sahələrinin qanunsuz zəbti ilə bağlı olduğundan, iddianın vahid formada qaldırılması qanunidir və prosessual baxımdan doğrudur.
Tətbiq edilən hüquq normaları:
6. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
7. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
8. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7250/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. İş materiallarından görünür ki, iddiaçı bir neçə cavabdehə qarşı ayrı-ayrı ərazilərdə tikilmiş tikililərin sökülməsinə dair tələb irəli sürmüşdür. Belə ki, iddia ərizəsində cavabdehlərin ünvanı ünvan 1, 2-ci mədən kimi göstərilsə də, elə iddia ərizəsinin məzmununda cavabdehlərin hər birinin evinin ayrı-ayrı koordinatlarda yerləşdiyi, yəni bir küçədə yerləşsə də, ayrı-ayrı evlərdə yaşadıqları göstərilmişdir.
11. Lakin iddiaçı şikayətində göstərir ki, cavabdehlər hamısı eyni ərazi və eyni küçədə qanunsuz tikinti aparmış şəxslər olduğundan iddianın vahid formada qaldırılması qanunidir. Məhkəmə kollegiyası iddiaçının bu dəlilinə münasibət bildirərək qeyd edir ki, qanunvericilikdə bununla bağlı hər-hansı hüquq norması mövcud deyildir. Əksinə, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsində birbaşa qeyd olunmuşdur ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılmalıdır.
12. Buna görə məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin hər birinin ünvanları ayrı olduğundan, onlara qarşı irəli sürülən tələblərin bir icraatda baxılması yolverilməzdir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçı tərəfin müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ vardır.
14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin şikayəti əsassızdır və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı SOCAR-ın İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7250/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov