Məhkəmə qərarları › İş №2(103)-7184/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7184/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7184/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-545/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-545/2021 nömrəli iş üzrə qəbul etdiyi 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “müqavilə öhdəliklərindən irəli gələn pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 1360 manat əsas və dəbbə borcuna görə 680 manat olmaqla, cəmi 2040 (iki min qırx) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün 24.05.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Qətnamə ilə razı olmayan İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-545/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-545/2021 nömrəli iş üzrə qəbul etdiyi 21 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır (Sədrlik edən: Təranə Mahmudova). İddiaçı 17.06.2021-ci il tarixdə qeyd olunan qərardaddan şikayət verərək Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-545/2021 saylı, 18.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 545/2021 nömrəli iş üzrə qəbul etdiyi 21 aprel 2021-ci il tarixli qətnaməsi həmin tarixdə tərəflərin ünvanına göndərilmiş və 26.04.2021-ci il tarixdə Ağamalıyev tərəfindən xəbərnaməyə imza edilməklə şəxsən qəbul olunmuşdur (səh.68). Belə olan halda həmin qətnamədən apellyasiya şikayəti verilməsinin son tarixi (İddiaçı üçün) 26 may 2021-ci il tarixidir. İddiaçı apellyasiya şikayətinin poçt zərfindən görünür ki, apellyasiya şikayəti AZ1132 saylı poçt şöbəsinə 27 may 2021-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq 01 (bir) gün ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-545/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-545/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar