Məhkəmə qərarları › İş №2(103)-7188/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7188/2022

11.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7188/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-276/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rüsum adı hissəsində apellyasiya və kassasiya şikayətlərinə görə: Apellyasiya və kassasiya şikayətlərinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olması təyinatı qeyd edilmiş və 15 manat rüsum ödənilmişdir. Ayrı-ayrı tarixlərdə (xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində) ödənilmiş rüsumlara dair qəbzlər elektron məhkəmə sistemindən əldə edilərək iş materialına əlavə edilmişdir. (iş səh.28). Qeyd edilməlidir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində müəyyən edilmiş, Qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məcəllənin 3.1-cı maddəsinə əsasən Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Yəni, məcəllədə edilmiş dəyişikliklərdən sonra həyata keçirilən prosessual hərəkətlər, münasibətlərin başlanğıc tarixindən asılı olmayaraq ötən zamana deyil, məhz hazırki zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Bu mənada, habelə “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinin dispozitiv şərtinə əsasən, iddianın və işin baxılması üzrə nəticənin tarixindən asılı olmayaraq apellyasiya şikayəti verilən zaman Qanunun müvafiq maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd edilənlərdən əlavə olaraq diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayətinin baxılması üçün göndərilməsi barədə iş üzrə xx.xx.2022-ci il tarixli qərardaddan maraqlı şəxslərin şikayət vermə hüquqları gözlənilməli, onların məlumatlandırılması təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və bu məhkəmə müdafiəsi hüququ hüquqdan sui-istifadəyə məruz qalaraq digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7, 361-366, 397.2, 402-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-276/2022 saylı işi üzrə xx.xx.2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar