Məhkəmə qərarları › İş №2(103)-7189/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7189/2021

22.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7189/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 Rüfət oğlunun, Cavabdeh X5 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1842/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 1678 saylı bağ evinin 19 saylı notariat ofisində 21 noyabr 2019-cu il tarixdə bağlanmış 4Ə-487 nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin - bağ evinin tikilisinin cavabdeh X7, bağ evinin 0,05 ha (5sot) ölçülü torpaq sahəsinin Cavabdeh2 satılması ilə bağlı müqavilə əqdinin etibarsız hesab edilməsinə, 21 noyabr 2019-cu il tarixli 4Ə-487 nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1678 saylı bağ evi ilə bağlı Daşınmaz Əmlakın Dövlət reyestrində cavabdehlər X12 və Cavabdeh2 adlarına aparılmış qeydiyyatın - bağ evinin tikilisi ilə bağlı X12 adına və bağ evinin torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatın ləğv edilərək dövlət reyestrindən çıxarılmasına və dövlət reyestrindən X5 adına verilmiş **********00-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 25.11.2019 qeydiyyat tarixli elektron Çıxarışın ləğv edilməsinə, cavabdeh X12 evdən çıxarılmasına və evin sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1842/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1842/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qeyd edilən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasları və dəlilləri aşağıdakılardan ibarətdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmə qətnamədə etibarnaməyə hüquqi qiymət verərək bildirmişdir: "Hazırkı işdə əsasında bağışlama müqavilələrinin bağlandığı etibarnaməm etibarsız hesab etmək üçün, obyektiv halların heç biri mövcud deyil. Ona görə də, onun əsasında aparılmış bağışlama əməliyyatı etibarlı hesab edilməlidir. ". Apellyasiya instansiyasının nəzərinə çatdırır ki, məhkəmənin qənaəti əsassızdır. Belə ki, etibarriaməyə qiymət verilərkən etibar edənlə etibar edilən arasındakı münasibətlərin xarakteri, işin bu hissəsi üzrə faktiki hallar aydınlaşdırılmalı idi.Etibar edən iddiaçı olmuş, etibar olunan isə bacısıdır. Göründüyü kimi, etibamamənin hüquqiliyinə qiymət verilməsi üçün ailə münasibətləri və bacısı ilə aralarındakı şəxsi münasibətlər aydınlaşdırılmamış, subyektiv amillər nəzərə alınmamış, yalnız obyektiv hallar əsas tutulmuşdur. İşə baxan məhkəmə etibarnaməni bağışlama ilə bağlı iradə İfadəsinin dəlili kimi qəbul etmişdir. Halbuki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir...”. Məhkəmə düzgün qənaətə gəlinməsi üçün etibarnamənin verilməsi məqsədlərini aydınlaşdırmalı və buna hüquqi qiymət verməli idi.Bunun üçün tərəflərin dəlilləri, ailədaxili münasibətlər, qohumluq əlaqələrinin mövcudluğu, işin digər halları, məhkəmədə verdiyi izahatlar sübutların məcmusu qaydasında qiymətləndirilməli idi.Lakin bu, edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onıın digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar)."'.Məhkəmə işə baxarkən Konstitusiya Məhkəməsinin Plenumunun bu hüquqi mövqeyini nəzərə almamışdır.Məhkəmə, qətnamədə etibarnaməni qiymətləndirərkən Mülki Məcəllənin 362.1 -ci maddəsinə istinad edərək göstərmişdir ki, "bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibaramə sayılır.Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. ”.Bildirir ki, təmsil edilən bacısı Cavabdeh1, 3-cü şəxs isə dayısı qızı, hazırkı işdə cavabdeh olan Cavabdeh2dır.Sual olunur ki, əgər evin torpaq sahəsini Azərbaycan vətəndaşı olan dayısı qızına satır, yaxud bağışlayırdısa, bunu Rusiya vətəndaşı olan bacısı və ya dayının övladı Cavabdeh3 vasitəsilə nəyə görə etməli idi ki, elə birbaşa özü edə bilməzdimi? Yaxud, evin tikilisini bacısına bağışlayırdısa, bunu dayı qızının oğlu, hazırkı işdə cavabdeh olan Cavabdeh3 vasitəsilə niyə etməli idi ki? Elə özü birbaşa bağışlaya bilməzdimi? Apellyasiya Məhkəməsinin nəzərinə çatdırır ki, işə baxan məhkəmə işdə cavabdeh olan Cavabdeh2 və onun oğlu Cavabdeh3 ilə bağlı hallara toxunmamışdır, bu halları qiymətləndirməmiş, bunlarla bağlı və bunların işdə iştirakçılığı, iştirakçılıqları ilə bağlı tərtib olunmuş sənədlərlə bağlı iddia ərizəsinin dəlillərinə və işdə verdiyi izahatlara heç bir qiymət verməmişdir.Aydındır ki, bu, məhkəmənin qənaətinə uyğun olmamışdır.Halbuki, məhkəmə işə ədalətli baxmalı, hər bir tərəfin təqdim etdiyi dəlil və sübutları qiymətləndirməli, tərəflərə qarşı bərabər münasibət göstərməli olduğu halda, bunları etməmişdir.Əslində, bunlar işə baxılmanın mühüm prinsipləridir, ümumi və pozulmaz qaydalarıdır.Lakin bu prinsiplərə əməl edilməmişdir. İşə baxılarkən və qətnamə qəbul edilərkən, Konstitusiya Məhkəməsinin aşağıdakı hüquqi mövqeyi əsas tutulmamışdır, halbuki həmin hüquqi mövqeyi iddia ərizəsində açıqlamışdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, "..Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir.Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. ". Bağ evinin 21 noyabr 2019-cu ildə Bakı şəhəri 19 saylı notariat ofisində tərtib və təsdiq olunaraq 4Ə- 487N1İ reyestrlə rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab olunması ilə bağlı tələbinin əsası budur ki, həmin əmlak atası tərəfindən alınıb onun ölümündən sonra miras əmlak kimi mübahisəsiz olaraq adıına rəsmiləşdirilmişdir və bağ evi tam şəriksiz mülkiyyət hüququ ilə adında olub.İddiaçı həmin mülkünü yalnız şərt daxilində bağışlaya biləcəyini bildirmiş, şərtsiz həmin əmlakı bacısına bağışlamaq fikri olmamışdır. Həmin müqavilənin 21 noyabr 2019-cu il tarixdə bağlanmasından da xəbəri olmamış, müqavilənin bağlanmasına və mülkünün bağışlanmasına icazəsi və razılığı olmamışdır.Əgər, onun həmin əmlakın bağışlanmasına şərtsiz razılıq verirdisə, bunu başqaları vasitəsilə niyə həyata keçirirdi ki, elə birbaşa bacısının adına sənədləşdirə, ona bağışlaya bilməzdimi? Hesab edir kİ, işə məhkəmədə baxılarkən bağışlamanın Konstitusiya Məhkəməsinin qərarında ifadə edildiyi kimi, bacısı ilə onun arasındakı hansı “şəxsi münasibətlərin təsiri altında, ailədaxili hansı şəxsi razılaşmaların təsiri altında yaranması aydınlaşdırılmalı idi ki, iş üzrə ədalətli və düzgün qənaətə gəlinə bilinsin. Lakin, məlikəmə bunları aydınlaşdırmamışdır.Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Belə ki, məhkəmə belə bir nəticəyə gəlmişdir ki, "Bağışlama müqaviləsinin şərtlə bağlanmasına, yəni, cavabdehin ona bağışlanan ev müqabilində Rusiya Federeasiyasında sonuncuya məxsus evdə yaşayan iddiaçının ailə üzvlərinin həmin mənzildən istifadəsinin davam etdirilməsi ilə şərtləşdirilməsinə münasibət bildirən, məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən bu hal öz təsdiqini tapmadığından, iddia rədd edilməlidir. ". Bildirir ki, iddianın əsasını təşkil edən bu halın öz təsdiqini tapmaması ilə bağlı məhkəmənin qənaəti iş materialları ilə uyğunsuzdur.İş materialları ilə təsdiq olunur ki, valideynlərinin Rusiyada - Jeleznovodskda mənzilləri olmuşdur.Həmin mənzil vərəsəlik yolu ilə və həm də iddiaçının razılığı ilə payından bacısının xeyrinə imtina etməklə bacısının adına rəsmiləşdirilmişdir.Mənzildə hələ valideynləri sağ ikən onun Rusiyadakı keçmiş həyat yoldaşı övladı ilə birlikdə yaşayırdılar.Daha sonra bacısı onlardan xəbərsiz olaraq onları məlumatlandırmadan məhkəməyə iddia verib və qiyabi qaydada qətnamə çıxarılmasına nail olmaqla onları mənzildən çıxarıb.Bütün bu hallar iş materialları, müvafiq sənədlər, izahatları, həmçinin qiyabi məhkəmə qətnaməsi ilə təsdiq olunur.Belə bir halda, məhkəmə hansı haqla belə bir nəticəyə gəlmişdir ki, "iddianın əsasını təşkil edən bu hal öz təsdiqini tapmadığından, iddia rədd edilməlidir.".Məhkəmə maddi hüquq normasını düzgün təfsir etməmiş, həmçinin, tətbiq olunmalı maddi hüquq normasını tətbiq etməmişdir.Belə ki, qətnamədə məhkəmə bildirmişdir ki, "Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. ".Bildirmək istəyir ki, ' Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır” fikri normanın düzgün təfsir olunmadığını ifadə edir. Mülki Məcəllənin müvafiq normalarına görə, bağışlama müqaviləsi üzrə öhdəlik hər iki tərəfdə yaranır.Əgər müqavilə bağlanırsa, demək ki, hüquq münasibəti yaranır, hüquq münasibəti yaranırsa, onda bu o deməkdir ki, hər iki tərəfin üzərinə düşən və malik olduqları hüquq və vəzifələr vardır, çünki, hüquq nəzəriyyəsindən də məlumdur ki, hüquq münasibətinin məzmununu tərəflərin qarşılıqlı hüquq və vəzifələri təşkil edir. Bağışlama müqaviləsində də məzmun tərəflərin hüquq və vəzifələridir. Hədiyyə alanın da vəzifələri vardır.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin, hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir.Bundan əlavə, Mülki Məcəllənin 673-cü maddəsi müqavilənin formasından asılı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və ya onun icraasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir.673.1.-ci maddədə göstərilir ki, "Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun vaxm qohumlarının biri barəsində kobudcasına pozduqda;673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.”. Göründüyü kimi, normada hədiyyə alanın vəzifələri (başqa sözlə öhdəlikləri) müəyyən edilmişdir. Özü də 673.1.2.-ci maddədə göstərilən vəzifə heç də müqavilədən yaranan öhdəlik kimi ifadə edilməmişdir, burada ailə hüquq münasibətlərinə uyğun olaraq (ailə hüquq münasibətlərindən irəli gələn) hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozulmasından söhbət gedir. Belə bir halda, " Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır” fikri qanunsuz və əsassız bir fikir deyilmi? Diqqət yetirin! Özü də konkret və dəqiq olaraq bildirilir ki, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, “Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır” fikri ilə məhkəmə 670. l.-ci maddəni düzgün təfsir etməmişdir. Həmçinin, mübahisəyə 673.1.2.-ci maddə tətbiq olunmalı olduğu halda tətbiq edilməmiş, iddiaçı ilə bacısı arasındakı ailə hüquq münasibətləri, ailədaxili razılaşmaları araşdırılmamış və aydınlaşdırılmamışdır.Məhz bu səbəblərdən də məhkəmə düzgün olmayan nəticələrə gəlmişdir.Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsi Plenumunun göstərişlərini və hüquqi mövqelərini nəzərə almamışdır.Qətnamədə bildirilir ki, “Daşınmaz əmlakla bağlı bağışlama müqaviləsinin hər bir halda yazılı olması tələbi eyni zamanda hədiyyə verənin hər hansı şərtinin də həmin müqavilədə yazılı əks olunmasını tələb edir, Göründüyü kimi, bağışlama müqaviləsində onun şərtlə bağlanması ilə bağlı hər hansı qeyd yoxdur. İddiaçı belə şərtin tərəflər arasında şifahi şəkildə razılaşdırıldığını qeyd edirsə, deməli bu hissədə həmin halı təsdiq etmək üçün sübut etmə yükü onun üzərinə düşür. Müqavilə etibarnamə əsasında bağlandığından, aydın məsələdir kı, iddiaçı orada həmin şərti qeyd edə bilməzdi. Eyni zamanda, cavabdeh də. həmin şərli özünə qarşı müqaviləyə daxil elməkdə maraqlı olmaya bilərdi. Lakin, belə bir etibaramə verəndə iddiaçı əvvəldən bilə bilərdi və ya bilməli idi ki, cavabdeh həmin şərti müqaviləyə daxil etməyəcək. Oevd edilənlər iddiaçının üzərinə belə bir şərtin ümumiyyətlə razılaşdırılması ilə bağlı təkzibedilməz sübuta(sübutlara) istinad etmək öhdəliyi qoyur. Halbuki, iddiaçı bu halla bağlı heç bır sübut təqdim etməyib. ".Məhkəmənin bu qənaətləri həm iş materialları ilə uyğunsuzdur, həm yanlışdır, həm də Plenumunun hüquqi mövqelərinə ziddir. Əvvəla, “Daşınmaz əmlakla bağlı bağışlama müqaviləsinin hər bır halda yazılı olması tələbi eyni zamanda hədiyyə verənin hər hansı şərtinin də həmin müqavilədə yazılı əks olunması» ilə bağlı hər hansı qeyd yoxdur" qənaəti ilə bağlı bildirmək istəyir ki, bu qənaətə gəlmək üçün müqavilənin real, yaxud konsensual müqavilə olması aydınlaşdırılmalı idi. Bağışlama əqdi ilə əlaqəli normaların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında) hüquqi mövqeyinə görə, mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (MM-in 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (MM-in 668.1.5-ci maddəsi). Göründüyü kimi, iddiaçı ilə cavabdeh bacısı arasında konsensual müqavilə bağlanması ilə bağlı ilkin razılaşma olmuşdur.Lakin real bağışlama müqaviləsi başlamamışdırlar. Qeyd edir ki, iddiaçı bağ evi ilə bağlı hüquqlarını, həmçinin bağışlama yolu ilə özgəninkiləşdiriləsi hüququnu etibarnamə əsasında rəsmi olaraq Cavabdeh1 verərkən bu hüquqlardan istifadəni şərtə bağlamışdır.Bu, onunla təsdiq olunur ki, iddiaçı evi ona birbaşa bağışlamamış və həmin zaman evi birbaşa ona bağışlamağına əngəl olan bir maneə də yox idi.İddiaçıdan xəbərsiz olaraq bağlanılan bağışlama müqaviləsi onu təsdiq edir ki, Cavabdeh1 ailə və vərəsəlik hüquq münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən faktiki olaraq imtina etmiş və bağışlama razılaşması ilə bağlı üzərinə götürdüyü vəzifələrdən faktiki olaraq yayınmışdır. O, iddiaçının Rusiyada yaşayan keçmiş həyat yoldaşını və həmin nikahdan olan yeganə oğlunu evsiz-eşiksiz vəziyyətə salmışdır. Normal məntiqə sığan bir məsələ deyil ki, adında olan, yaxud da haqqı olan əmlakları əlindən əvəzsiz olaraq kimə isə versin, amma doğma övladı üçün bir gün ağlamasın, onun üçün heç bir tədbir görməsin. Bundan əlavə, əgər buradakı bağ evini şərtsiz bağışlamaq fikri var idisə, onda atasının ölümündən sonra Rusiyadakı mənzilə olan payından niyə imtina etməli idi ki? Göründüyü kimi, məhkəmənin qənaətləri ilə işin halları arasında uyğunsuzluqlar vardır. Onu da qeyd edir ki, hətta bağışlanma müqaviləsinə şifahi razılığı olması ehtimal edildikdə belə, Cavabdeh1 öz öhdəliklərinin icrasından boyun qaçırması və aralarındakı şərtləri pozması (işin faktiki halları ilə təsdiq olunur), qanunvericiliyə görə, hüquqi nəticələr doğurur. ikincisi, “Lakin, belə bir etibaramə verəndə iddiaçı əvvəldən bilə bilərdi və ya bilməli idi ki, cavabdeh həmin şərti müqaviləyə daxil etməyəcək. Qeyd edilənlər iddiaçının üzərinə belə bir şərtin ümumiyyətlə razılaşdırılması ilə bağlı təkzibedilməz sübuta (sübutlara) istinad etmək öhdəliyi qoyur.” fikri ilə bağlı bildirmək istəyir ki, gələcəkdə əmlakın bağışlama yolu ilə, sair yollarla özgəninkiləşdirilməsi üçün etibarnamə verilərkən bacı-qardaş münasibətlərinə görə şərtlər yazılı deyil, şifahi olraq müəyyən edilmişdir.Qoy məhkəmə, Azərbaycanda bacı-qardaş arasında bağışlama şərtlərinin yazılı olmasını ifadə edən bir nümunə gətirsin.Varmı belə bir bağışlama müqaviləsi ki, orada şərtlər yazılı olaraq müəyyən edilsin? Bəlkə də vardır, amma barmaq sayları qədər azdır,yaxud da yoxdur.İddiaçı ailədaxili münasibətləri və yaxın qohumluq münasibətlərini əsas tutaraq onunla müəyyən şifahi razılaşmalara getmişdir ki, bunlar da məhkəmə zamanı aydınlaşdırılmalı idi.Lakin, məhkəmə bu şərtlərin müqavilədə əks olunmalı olmasına istinad edərək həm əsassız qətnamə çıxarmış, həm də qanunvericiliyin normasını düzgün tətbiq/təfsir etməmişdir. Bildirir ki, Mülki Məcəllənin 673-cü maddəsi bağışlamaqdan imtinanı müqavilənin yazılı formasından asılı etməmişdir.Bunu müqavilənin formasından asılı olmayaraq ifadə etmişdir. Bu fikir normanın məzmunundan hasil olur. Yəni, hədiyyə verənin hədiyyədən imtina etməsi üçün bunun müqavilədən irəli gəlməsi imperativ şərt deyil. İmtinanın səbəbləri ailə münasibətlərindən irəli gələ bilər, bu üzdən məhkəmədə yaxın qohum olan tərəflər arasındakı münasibətlər, şəxsi razılaşmalar və hədiyyə alanın üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozması halları araşdırmalı, qiymətləndirməli idi.İddiaçı bacısının etibarnamədən sui-istifadə edəcəyini bilməli deyildi. Çünki, o, iddiaçının doğma bacısıdır, səmimı münasibətlıəri olmuşdur.Münasibətlərinin xarakteri belə idi ki, o, bacısından şübhələnə bilməzdi, şübhələnməli də deyildi.Əks halda, bu, ailə münasibətlərinə zidd olardı, yaxın qohumluq əlaqələrinin mahiyyəti ilə uyuşmazdı. Ailə münasibətləri və yaxın qohumluq əlaqələri tərəflər arasında şübhəni, inamsızlığı deyil, etimadı, inamı gərəktirir. Məhkəmə qeyd edilən qənaətə gələrkən Bağışlama əqdi ilə əlaqəli normaların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqeyini nəzərə almamışdır. Həmin qərarda deyilir ki, "Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır... MM-in 670.1-cı maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər... Beləliklə, hədiyyə alan öhdəliklə şənləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra elməlidir.Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3-cil maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. ". Konstitusiya Məhkəməsinin Plenumu bağışlamaqdan imtina ilə bağlı normanı şərh edərək bildirir ki, “...MM-in 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir.Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur.MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina" müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir.Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq тип üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda: o, bağışlama ilə bağlı öhdəlikləri əsassız otaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər... Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama miiqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır.Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur... ". Üçüncüsü, məhkəmə bildirir ki, “Göründüyü kimi, bağışlama müqaviləsində onun şərtlə bağlanması ilə bağlı hər hansı qeyd yoxdur. İddiaçı belə şərtin tərəflər arasında şifahi şəkildə razılaşdırıldığını qeyd edirsə, deməli bu hissədə həmin halı təsdiq etmək üçün sübut etmə yükü onun üzərinə düşür.". Bildirir ki, bağışlama müqaviləsi real deyil, konsensual olaraq bağlanmışdır. Belə ki, etibarnamənin verilməsi, aralarındakı şifahi razılaşmalar, münasibətlərinin xarakteri göstərir ki, müqavilənin real müqavilə formasında deyil, müqavilənin, etibarnamə verilməsi yolu ilə və sonradan konsensual müqavilə forması ilə bağlanmasına dair aralarında razılaşmaları olmuşdur. Əslində etibarnamənin olması, işin digər faktiki halları elə mötəbər sübutdur ki, bu müqavilə şərtlə bağlanmışdır.Belə bir halda, məhkəmənin guya şifahi razılaşmalarının/şərtləşmələrinin sübuta yetirilməməsi ilə bağlı bildirdikləri əsassızdır. Onu da qeyd edir ki, tərəflərin izahatları mülki-prosessual qanunvericilikdə əsas sübut növlərindən biri kimi qeyd edilmişdir. Avropa Məhkəməsinin qərarlarında da tərəflərin izahatları ciddi sübut kimi qəbul edilir, qərarlarda bunlara birbaşa istinad olunur.İşə baxan məhkəmə nə iddiaçının, nədə ki nümayəndəsinin izahatlarını nəzərə almamış, bunlara istinad etməmişdir.İş üzrə digər tələblərinin təmin olunmaması bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı tələbinin 1-ci instansiya məhkəməsində təmin edilməməsi ilə bağlı olmuşdur.Hesab edir ki, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı tələbinin apelyasiya məhkəməsində təmin olunması nəticəsində digər tələblərinin də təmin olunmasının yolu açılacaqdır.Bu üzdən o, digər tələbləri üzrə də » şikayətçidir və 1-ci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə də ləğv edilməsini, həmin hissələrdə də apellyasiya qaydasında baxılmasını və iddia tələblərinin tam şəkildə təmin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "X. Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 16 yanvar 2009-cu il tarixli Qərarında göstərmişdir ki, "Konstitusiyanın 13-cü maddəsinin 1 hissəsində, 29-cu maddəsinin İ, 11 və İİİ hissələrində mülkiyyət hüququnun tanınması və qorunması təsbit olunmuşdur. Konstitusiya normalarına əsaslanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra qüvvədə olan MM) müddəalarında təsbit edilmişdir ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Əşya hüquqlarının pozulmasını ehtimal edən şəxs onların müdafiəsi üçün müvafiq əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiqi, habelə əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması iddiaları ilə məhkəməyə müraciət edə bilər. Qüvvədə olan MM-in 157.2-cı maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin 152.1-ci bəndinə əsasən, "Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin 157.2-ci bəndinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, yuxarıda qeyd etdiyi hallardan, əsaslardan, dəlil və sübutlardan, qanunvericilik normalarından görünür ki, 1-ci instansiya məhkəməsinin qeyd edilən mülki iş üzrə qəbul etdiyi qətnamə əsassızdır, mülki və prosessual qanunvericiliyin tələblərini pozmaqla və düzgün tətbiq etməməklə qəbul edilmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bir sıra faktiki hallar aydınlaşdırılmamış, aydınlaşdırılmış faktiki hallarla bağlı düzgün hüquqi qiymətləndirilmə aparılmamış, iş üzrə düzgün nəticələrə gəlinməmişdir.Bundan əlavə, məhkəmənin gəldiyi nəticə ilə işin faktiki halları arasında ciddi və təkzibedilməz uyğunsuzluqlar vardır və МРМ-nin 385-ci maddəsinə əsasən, “Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi iiçiin əsaslar yaranmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş edərək izahatında bildirmişdir ki, cavabdeh X3 doğma bacısıdır. Ataları X8 13.11.2017-ci il tarixdə vəfat etmişdir. Atasından miras qalmış əmlakla bağlı bacısı ilə onun arasında əmlak mübahisəsi yaranmışdır. Belə ki, onunla Cavabdeh1 atalarının Krasnodarda və Hövsanda evi olub. Atası vəfat etdikdən sonra aralarında razılığa gəliblər ki, Krasnodarda olan ev ona, Hövsandakı ev isə Olgaya qalacaq. O, Hövsandakı evin Olgaya verilməsi barədə etibarnamə vermişdir. Bir müddət sonra isə problem yaranmış, məlum olmuşdur ki, Olga Krasnodarda olan evdə onun ailəsinin istifadə hüquqlarına xitam verdirib, evi isə özgəninkiləşdirib. O, istifadə hüququna xitam verilməsini 2019-cu ilin dekabr ayında etibarnaməni ləğv etdirmək istəyəndə öyrənmişdir. Bu səbəbdən iddia müddəti ötürülməmişdir. Cavabdehin vəkili onların kommunal xərclərini ödəməyidiyi və buna görə də yaranmış borc ilə əlaqədar olaraq Olganın onların istifadə hüquqlarına xitam verdirdiyini bildirsə də, bu yalnış məlumatdır. Belə ki, o, hər zaman kommunal xərcləri ödəmişdir və bu barədə çekləri də mövcuddur. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 Rüfət oğlu iddia ərizəsinə və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh X12 iddiaçının doğma bacısıdır, Rusiya vətəndaşıdır. Onlar bir bacı, bir qardaş olmuşlar. Bacısı 1970-ci ildə, İqor isə xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X13 Sergeyevna 2002-ci il tarixdə, ataları X8 isə 13.11.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 onun dayısı qızıdır, Azərbaycan vətəndaşıdır. Cavabdeh3 isə onun oğludur, o da Azərbaycan vətəndaşıdır. Valideynlərindən miras qalmış əmlakla bağlı bacısı ilə onun arasında əmlak mübahisəsi yaranmışdır və bu mübahisə mülki hüquqları ilə əlaqəlidir, əmlak xarakterlidir. İddiaçı ilə Cavabdeh1 atalarının Krasnodarda və Hövsanda evi olub. Atası vəfat etdikdən sonra aralarında razılığa gəliblər ki, Krasnodarda olan ev İqora, Hövsandakı ev isə Olgaya qalacaq. İqor Hövsandakı evin Olgaya verilməsi barədə etibarnamə vermişdir. Bir müddət sonra isə problem yaranmış, məlum olmuşdur ki, Olga Krasnodarda olan evdə onun ailəsinin istifadə hüquqlarına xtam verdirib, evi isə özgəninkiləşdirib. İddiaçı istifadə hüququna xitam verilməsini 2019-cu ili dekabr ayında etibarnaməni ləğv etdirmək istəyəndə öyrənmişdir. Bu səbəbdən iddia müddəti ötürülməmişdir. Həmçinin, təqdim etdiyi məhkəmə qətnaməsindən də görünür ki, qətnamə qiyabi formada çıxarılmış və onların xəbəri olmamışdır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X12 iddia tələbini və apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirdi ki, iddia tələbinin dəlilləri əsassızdır və həmin ərizə yalnız iddiaçının təfəkkürünün uydurmasına uyğun olaraq tərtib edilmişdir. Belə ki, İddiaçı və Cavabdeh1 mərhum atasından iki miras ev qalmışdır. Bir evi iddiaçı sataraq satışdan əldə olunmuş pul məbləğini tüfeyli həyat tərzi sürməklə xərcləmişdir. Hazırki mübahisələndirilən ev və torpaq sahəsi isə cavabdehə hələ atasının sağlığında verilmişdir. Lakin, cavabdeh xarici ölkənin vətəndaşı olduğu üçün Azərbaycan Respublikasına gələ bilməmiş və həmin vaxtı əmlakla bağlı sənədləşmə işləri iddiaçının adına aparılmışdır və onların arasında bu əmlaklarla bağlı heç bir razılaşma mövcud olmamışdır. Bundan əlavə, cavabdehlər Cavabdeh1 tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçı tərəfindən cavabdehə 27.11.2018-ci il tarixdə etibarnamə verilmiş və cavabdeh əqdi həmin etibarnamə əsasında bağlamışdır. İddiaçı 27.11.2018-ci il tarixdə etibarnamə verilmiş etibarnaməni şəxsən imzalamış, onun məzmunundan xəbəri olmuş, əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olmuş və cavabdehdə iddiaçının iradə ifadəsinə uyğun hərəkətlər etmişdir. Bundan əlavə, iddiaçının vəkili tərəfindən təqdim olunmuş qətnamələrə münasibət bildirərək qeyd etdi ki, İqorun keçmiş həyat yoldaşı və uşağı Krasnodardakı evdə qaldıqları zaman heç bir kommunal xərcləri ödəmirdilər. Bununla bağlı olaraq Olga sərhəddən keçmək istəyən zaman kommunal borcu olduğu üçün sərhəd məntəqəsindən buraxılmamış və bundan sonra onların istifadə hüquqlarına xitam verdirmişdir. Bundan əlavə, hazırki iş üzrə iddia müddəti də keçmişdir. Belə ki, etibarnamə 2018-ci ildə verilməsinə baxmayaraq, 3 il müddət ərzində iddiaçı tərəfdən heç bir hərəkət edilməmiş və yalnız bu müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı verilən suallara əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 onun dayısı qızıdır, Azərbaycan vətəndaşıdır. Cavabdeh3 isə onun oğludur, o da Azərbaycan vətəndaşıdır.Torpaq sahəsi xarici ölkə vətəndaşının mülkiyyətinə verilməsi Azərbaycan Respublikası qanunvericiliyində qadağan edildiyindən ona görə də bağ evinin 0,05 ha (5sot) ölçülü torpaq sahəsinin Cavabdeh2 satılması kimi rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 19 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iş materiallarında olan 23.11.2017-ci il tarixdə X12 tərəfindən ünvan 1 ünvanlanmış ərizədən görünür ki, X12 atası X2 miras qalmış əmlakdan ona düşəcək vərəsəlik payını qəbul etmir. Adının vərəsəlik şəhadətnaməsində göstərilməsini istəmir. Ona düşəcək vərəsəlik payından qardaşı X9 xeyrinə imtina edir. Bu barədə gələcəkdə heç bir iddia qaldırmayacaqdır, məhkəməyə müraciət etməyəcəkdir. 03.07.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13.11.2017-ci il tarixdə ölmüş X4 vərəsəsi İddiaçı - Bakı, Hövsan qəs., 1681 saylı bağ evi və miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 14/02/2017 tarixdə X6 verilmiş **********00-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner" b/y-nın bağ evi 1678 ünvanında yerləşən ümumi sahəsi 105.7 kv/m olan bağ evi və ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 14/02/2017 tarixdə X6 verilmiş **********00-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner" b/y-nın bağ evi 1678 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 06.08.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 14352 nömrəli vərəqində qeydiyyata alınmışdır. 20.11.2019-cu il tarixli etibarnamədən görünür ki, (i/v-26) İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evinə dair yüklülük və məhdudiyyət haqqında arayışı (Forma 1), Forma 2 almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girova) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar edir. Səlahiyyətləri ötürmüş - X14, etibar edilən – Cavabdeh3. Etibarnamə 4 il 7 gün müddətinə, 27.11.2023-cü il tarixinədək verilmişdir. Qeyd edilən bu Etibarnaməni İddiaçı adından X14 imzalamışdır. İddiaçı ilə X14 arasında bağlanmış 21.11.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, (i/-25) İddiaçı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evini X10, 0,05 ha torpaq sahəsini isə Cavabdeh2 bağışlamışdır.Qeyd olunan bu bağışlama müqaviləsini İddiaçı əvəzinə Cavabdeh3 imzalamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, (i/v- 20)Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evi xüsusi mülkiyyət hüququ üzrə X5, 0,05 ha torpaq sahəsi isə Cavabdeh2 adına 25.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarının 122 -128-ci vərəqində olan (tərcümə və təsdiq edilmiş) –Rusiya Federasiyası Stavropol diyarı Jeleznovodsk şəhər məhkəməsinin 10 yanvar 2020-ci il tarixli Qərarından (Qiyabi) görünür ki, iddiaçı Cavabdeh1 öz maraqlarında və yetkinlik yaşına çatmamış Borisov G.İ.maraqlarında hərəkət edən İddiaçı, Borisova V.V. qarşı Stavropol diyarı Jeleznovodsk şəhərində Lenin küçəsi ev 120, mənzil 43 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin tanınması, qeydiyyat uçotundan çıxarılması haqqında iddia ilə 29.11.2019-cu il tarixdə Rusiya Federasiyası Stavropol diyarı Jeleznovodsk şəhər məhkəməsində iddia qaldırmışdır və məhkəməsinin 10 yanvar 2020-ci il tarixli Qərarı ilə iddia təmin olunmuşdur. İş materiallarının 122 -128-ci vərəqində olan Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən məhkəmə qərarı icra olunmuş, iddiaçının arvadı və oğlu (yetkinlik yaşına çatmamış Borisov G.İ.maraqlarında hərəkət edən İddiaçı, Borisova V.V.) Stavropol diyarı Jeleznovodsk şəhərində Lenin küçəsi ev 120, mənzil 43 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin tanınması, qeydiyyat uçotundan çıxarılmasından sonra Cavabdeh1 həmin mənzili başqa şəxsə özgəninkiləşdirmişdir. 19.02.2021-ci il tarixdə İddiaçı tərəfindən ünvan 3 ünvanlanmış ərizədən görünür ki, 27.11.2018 tarixdə ünvan 4ya Federasiyası Vətəndaşı X10, reyestrdə 7E21098 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. 22.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunn zaman 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd edilmiş maddi hüquq normalarının təhlili göstərir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Belə ki, əqdlər təmsilçi vasitəsilə o zaman bağlanıla bilər ki, tərəfin təmsilçiyə verdiyi etibarnamə (vəkalət) hüquqi qüvvəyə malik olsun və həmin təmsilçi etibar edənin adından əqdlər bağlayarkən etibar edən tərəfin iradə ifadəsini müqavilənin qarşı tərəfinə bildirməyə səlahiyyətli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Kollegiya qeyd edir ki, ilk olaraq 27.11.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində İddiaçı tərəfindən cavabdehə, yəni iddiaçının bacısı Rusiya Federasiyası Vətəndaşı X10 verilmiş, reyestrdə 7E21098 nömrə ilə qeyd olunmuş etibarnaməyə qiymət verilərkən etibar edənlə etibar edilən arasındakı münasibətlərin xarakteri, işin bu hissəsi üzrə faktiki hallar araşdırılmalıdır. Belə ki, həmin etibarnamə əsasında cavabdeh X14 İddiaçı verdiyi səlahiyyətləri sonradan 20.11.2019-cu il tarixli etibarnamə ilə qohumu Cavabdeh3 ötürmüş, yəni sonuncu Etibarnaməni İddiaçı adından X14 imzalamışdır.Daha sonra isə İddiaçı ilə X14 arasında bağlanmış 21.11.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, (i/-25) İddiaçı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evini X10, 0,05 ha torpaq sahəsini isə Cavabdeh2 bağışlamışdır.Qeyd olunan bu bağışlama müqaviləsini İddiaçı əvəzinə Cavabdeh3 imzalamışdır. Beləliklə, müəyyən olunduğu kimi, etibar edən iddiaçı olmuş, etibar olunan isə iddiaçının bacısıdır.Göründüyü kimi, etibamaməyə hüquqi qiymət verilməsi üçün ailə münasibətləri və bacısı ilə iddiaçı arasınkı şəxsi münasibətlər aydınlaşdırılmamış, subyektiv amillər nəzərə alınmamış, yalnız obyektiv hallar əsas tutulmuşdur.İşə baxan 1-ci instansiya məhkəməsi etibarnaməni bağışlama ilə bağlı iradə İfadəsinin dəlili kimi qəbul etmişdir. Halbuki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir...”. Məhkəmə düzgün qənaətə gəlinməsi üçün etibarnamənin verilməsi məqsədlərini aydınlaşdırmalı və buna hüquqi qiymət verməlidir.Bunun üçün tərəflərin dəlilləri, ailədaxili münasibətlər, qohumluq əlaqələrinin mövcudluğu, işin digər halları, məhkəmədə verdiyi izahatlar sübutların məcmusu qaydasında qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onıın digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar)."'. Lakin 1-ci instansiya məhkəməsi işə baxarkən Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyini nəzərə almamışdır.Belə ki, 1-ci instansiya məhkəməsi qətnamədə etibarnaməni qiymətləndirərkən Mülki Məcəllənin 362.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, "bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibaramə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. ”. Belə ki, yuxarıda qeyd olunduğu kimi, təmsil edilən iddiaçı, təmsil edən iddiaçının bacısı Cavabdeh1, 3-cü şəxs isə dayısı qızı, hazırkı işdə cavabdeh olan Cavabdeh2dır. Məhkəmə araşdırması zamanı cavabdeh tutarlı dəlil göstərməmişdir ki, əgər iddiaçı evin torpaq sahəsini Azərbaycan Respublikası vətəndaşı olan dayısı qızına (Cavabdeh2) satır, yaxud bağışlayırdısa, bunu Rusiya vətəndaşı olan bacısı və ya dayının övladı Cavabdeh3 vasitəsilə nəyə görə etməli idi ki, elə birbaşa özü edə bilməzdimi? Yaxud, evin tikilisini bacısına bağışlayırdısa, bunu dayı qızının oğlu, hazırkı işdə cavabdeh olan Cavabdeh3 vasitəsilə niyə etməli idi ki? Elə özü birbaşa bağışlaya bilməzdimmi? Məhkəmənin belə münasibətləri araşdırmaq vəzifəsi isə qeyd edildiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, "..MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. ". Bağ evinin 21 noyabr 2019-cu ildə Bakı şəhəri 19 saylı notariat ofisində tərtib və təsdiq olunaraq 4Ə-487N1 reyestrlə rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab olunması ilə bağlı iddiaçının tələbinin əsası budur ki, həmin əmlak iddiaçının atası tərəfindən alınıb onun ölümündən sonra miras əmlak kimi mübahisəsiz olaraq adıına rəsmiləşdirilmişdir və bağ evi tam şəriksiz mülkiyyət hüququ ilə adında olub.İddiaçı həmin mülkünü yalnız şərt daxilində bağışlaya biləcəyini bildirmiş, şərtsiz həmin əmlakı bacısına bağışlamaq fikri olmamışdır. Həmin müqavilənin 21 noyabr 2019-cu il tarixdə bağlanmasından da iddiaçının xəbəri olmamış, müqavilənin bağlanmasına və mülkünün bağışlanmasına icazəsi və razılığı olmamışdır. Əgər, onun həmin əmlakın bağışlanmasına şərtsiz razılıq verirdisə, bunu başqaları vasitəsilə niyə həyata keçirirdi ki, elə birbaşa bacısının adına sənədləşdirə, ona bağışlaya bilməzdimi?.Kollegiya hesab edir kİ, işə məhkəmədə baxılarkən bağışlamanın bacısı ilə iddiaçı arasındakı hansı “şəxsi münasibətlərin təsiri altında, ailədaxili hansı şəxsi razılaşmaların təsiri altında yaranması aydınlaşdırılmalı idi ki, iş üzrə ədalətli və düzgün qənaətə gəlinə bilinsin. Lakin, məlikəmə bunları aydınlaşdırmamışdır. İş materialları ilə təsdiq olunur ki, iddiaçı ilə cavabdehin valideynlərinin Rusiyada - Jeleznovodskda mənzilləri olmuşdur.Həmin mənzil vərəsəlik yolu ilə və həm də iddiaçının razılığı ilə payından bacısının xeyrinə imtina etməklə bacısının adına rəsmiləşdirilmişdir. Mənzildə hələ valideynləri sağ ikən iddiaçının Rusiyadakı keçmiş həyat yoldaşı övladı ilə birlikdə yaşayırdılar. Daha sonra bacısı iddiaçıdan, onun arvadı və oğlundan xəbərsiz olaraq, onları məlumatlandırmadan məhkəməyə iddia verib və qiyabi qaydada qətnamə çıxarılmasına nail olmaqla onları mənzildən çıxarıb.Bütün bu hallar iş materialları, müvafiq sənədlər, izahatları, həmçinin qiyabi məhkəmə qətnaməsi ilə təsdiq olunur. Belə ki, iş materiallarının 122 -128-ci vərəqində olan (tərcümə və təsdiq edilmiş) – Rusiya Federasiyası Stavropol diyarı Jeleznovodsk şəhər məhkəməsinin 10 yanvar 2020ci il tarixli Qərarından (Qiyabi) görünür ki, iddiaçı Cavabdeh1 öz maraqlarında və yetkinlik yaşına çatmamış Borisov G.İ.maraqlarında hərəkət edən İddiaçı, Borisova V.V. qarşı Stavropol diyarı Jeleznovodsk şəhərində Lenin küçəsi ev 120, mənzil 43 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin tanınması, qeydiyyat uçotundan çıxarılması haqqında iddia ilə 29.11.2019-cu il tarixdə Rusiya Federasiyası Stavropol diyarı Jeleznovodsk şəhər məhkəməsində iddia qaldırmışdır və məhkəməsinin 10 yanvar 2020-ci il tarixli Qərarı ilə iddia təmin olunmuşdur. İş materiallarının 122-128-ci vərəqində olan Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən məhkəmə qərarı icra olunmuş, iddiaçının arvadı və oğlu (yetkinlik yaşına çatmamış Borisov G.İ.maraqlarında hərəkət edən İddiaçı, Borisova V.V.) Stavropol diyarı Jeleznovodsk şəhərində Lenin küçəsi ev 120, mənzil 43 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin tanınması, qeydiyyat uçotundan çıxarılmasından sonra Cavabdeh1 həmin mənzili başqa şəxsə özgəninkiləşdirmişdir. Beləliklə, iş materiallarına əsasən 20.11.2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evinə dair yüklülük və məhdudiyyət haqqında arayışı (Forma 1), Forma 2 almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girova) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmə barədə Səlahiyyətləri, etibar edilən – Cavabdeh3 etibar etmiş və Etibarnamə 4 il 7 gün müddətinə, 27.11.2023-cü il tarixinədək verilmişdir. Etibarnaməni İddiaçı əvəzinə X14 imzalamışdır.Həmin Etibarnamə əsasında isə İddiaçı ilə X14 arasında bağlanmış 21.11.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, (i/-25) İddiaçı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evini X10, 0,05 ha torpaq sahəsini isə Cavabdeh2 bağışlamışdır.Qeyd olunan bu bağışlama müqaviləsini İddiaçı əvəzinə Cavabdeh3 imzalamışdır.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, (i/v-20)Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evi xüsusi mülkiyyət hüququ üzrə X5, torpaq sahəsi isə Cavabdeh2 adına 25.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1678 bağ evini və 0.05 ha torpaq sahəsini İddiaçı əvəzinə Cavabdeh3 20.11.2019-cu il tarixli etibarnamə verməklə özgəninkiləşdirmiş, həmçinin, bundan bir neçə gün sonra , yəni 29.11.2019-cu il tarixdə isə Stavropol diyarı Jeleznovodsk şəhərində Lenin küçəsi ev 120, mənzil 43 ünvanda yerləşən yaşayış sahəsindən İddiaçı arvadı və oğlunun istifadə hüququna xitam verilməsinin tanınması, qeydiyyat uçotundan çıxarılması haqqında Rusiya Federasiyası Stavropol diyarı Jeleznovodsk şəhər məhkəməsində iddia qaldırmışdır və məhkəməsinin 10 yanvar 2020ci il tarixli Qərarı ilə iddia təmin olunmuşdur. İddiaçı Cavabdeh1 tərəfindən razılaşmaya əməl edilmədiyindən xəbərdar olmuş və 19.02.2021-ci il tarixdə İddiaçı tərəfindən ünvan 3 ünvanlanmış ərizədən görünür ki, 27.11.2018 tarixdə ünvan 4ya Federasiyası Vətəndaşı X10, reyestrdə 7E21098 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Beləliklə göstərilənlər iddiaçının iddia tələbinin əsaslı olmasını bir daha təsdiq etdiyi halda cavabdeh bunları təkzib edəcək sübut təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, bağışlama əqdi ilə əlaqəli normaların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarındakı (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında) hüquqi mövqeyinə görə, mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (MM-in 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (MM-in 668.1.5-ci maddəsi).Göründüyü kimi, iddiaçı ilə cavabdeh bacısı arasında konsensual müqavilə bağlanması ilə bağlı ilkin razılaşma olmuşdur.Lakin real bağışlama müqaviləsi başlamamışdırlar.İş materialları və tərəflərin izahatından görünür ki, iddiaçı bağ evi ilə bağlı hüquqlarını, həmçinin bağışlama yolu ilə özgəninkiləşdiriləsi hüququnu etibarnamə əsasında rəsmi olaraq Cavabdeh1 verərkən bu hüquqlardan istifadəni şərtə bağlamışdır.Bu, onunla təsdiq olunur ki, iddiaçı evi ona birbaşa bağışlamamış və həmin zaman evi birbaşa ona bağışlamağına əngəl olan bir maneə də yox idi.İddiaçıdan xəbərsiz olaraq bağlanılan bağışlama müqaviləsi onu təsdiq edir ki, Cavabdeh1 ailə və vərəsəlik hüquq münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən faktiki olaraq imtina etmiş və bağışlama razılaşması ilə bağlı üzərinə götürdüyü vəzifələrdən faktiki olaraq yayınmışdır. Cavabdeh heç nə ilə əsaslandıra bilməmişdir ki, iddiaçının Hövsan qəsəbəsindəki bağ evini cavabdehə bağışlamaq fikri var idisə onda iddiaçı atasının ölümündən sonra niyə Rusiya Federasiyasındakı mənzilə pay hüququndan imtina edirdi. Daha sonra Mülki Məcəllənin 673-cü maddəsi bağışlamaqdan imtinanı müqavilənin yazılı formasından asılı etməmişdir.Bunu müqavilənin formasından asılı olmayaraq ifadə etmişdir. Bu fikir normanın məzmunundan hasil olur. Yəni, hədiyyə verənin hədiyyədən imtina etməsi üçün bunun müqavilədən irəli gəlməsi imperativ şərt deyil. İmtinanın səbəbləri ailə münasibətlərindən irəli gələ bilər. İşin hallarından müəyyən olunur ki, tərəflərin münasibətlərinin xarakteri belə olmuşdur ki, iddiaçı cavabdeh bacısı olduğundan ona inanmışdır. Stavropol diyarı Jeleznovodsk şəhərində Lenin küçəsi ev 120, mənzil 43 ünvanda yerləşən yaşayış sahəsindən İddiaçı arvadı və oğlunun istifadə hüququna xitam verilməsinin tanınması, qeydiyyat uçotundan çıxarılması haqqında Rusiya Federasiyası Stavropol diyarı Jeleznovodsk şəhər məhkəməsində cavabdehin iddiasının təmin olunmasına dair 10 yanvar 2020-ci il tarixli Qərardan məlumatı olduqda isə iddiaçı Cavabdeh1 tərəfindən razılaşmaya əməl edilmədiyini başa düşmüş və 19.02.2021-ci il tarixdə İddiaçı Bakı şəhəri 19 saylı notariat ofisində 27.11.2018 tarixdə X10 verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə ərizə təqdim etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bağışlamaqdan imtina ilə bağlı normanı şərh edərək bildirir ki, “...MM-in 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir.Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur.MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina" müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir.Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq тип üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda: o, bağışlama ilə bağlı öhdəlikləri əsassız otaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər... Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama miiqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır.Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur... ". Etibarnamənin verilməsi, aralarındakı şifahi razılaşmalar, münasibətlərinin xarakteri göstərir ki, müqavilənin real müqavilə formasında deyil, müqavilənin, etibarnamə verilməsi yolu ilə və sonradan konsensual müqavilə forması ilə bağlanmasına dair tərəflər aralarında razılaşmaları olmuşdur. Əslində etibarnamənin olması, işin digər faktiki halları elə mötəbər sübutdur ki, bu müqavilə şərtlə bağlanmışdır.Kollegiya onu da qeyd edir ki, tərəflərin izahatları mülkiprosessual qanunvericilikdə əsas sübut növlərindən biri kimi qeyd edilmişdir. Kollegiya həmçinin, hesab edir ki, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı tələbinin apelyasiya məhkəməsində təmin olunması iddiaçının digər tələblərinin də təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "X. Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 16 yanvar 2009-cu il tarixli Qərarında göstərmişdir ki, "Konstitusiyanın 13-cü maddəsinin 1 hissəsində, 29-cu maddəsinin İ, 11 və İİİ hissələrində mülkiyyət hüququnun tanınması və qorunması təsbit olunmuşdur. Konstitusiya normalarına əsaslanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra qüvvədə olan MM) müddəalarında təsbit edilmişdir ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Əşya hüquqlarının pozulmasını ehtimal edən şəxs onların müdafiəsi üçün müvafiq əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiqi, habelə əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması iddiaları ilə məhkəməyə müraciət edə bilər. Qüvvədə olan MM-in 157.2-cı maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin 152.1-ci bəndinə əsasən, "Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin 157.2-ci bəndinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, yuxarıda qeyd etdiyi hallardan, əsaslardan, dəlil və sübutlardan, qanunvericilik normalarından görünür ki, 1-ci instansiya məhkəməsinin qeyd edilən mülki iş üzrə qəbul etdiyi qətnamə əsassızdır, mülki və prosessual qanunvericiliyin tələblərini pozmaqla və düzgün tətbiq etməməklə qəbul edilmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bir sıra faktiki hallar aydınlaşdırılmamış, aydınlaşdırılmış faktiki hallarla bağlı düzgün hüquqi qiymətləndirilmə aparılmamış, iş üzrə düzgün nəticələrə gəlinməmişdir və МРМ-nin 385-ci maddəsinə əsasən, “Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1842/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 1678 saylı bağ evinin tikilisinin cavabdeh X7 bağışlanması, bağ evinin 0,05 ha (5sot) ölçülü torpaq sahəsinin isə Cavabdeh2 özgəninkiləşdirilməsi ilə bağlı 21 noyabr 2019-cu il tarixli 4Ə-487 nömrəli Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilsin. Həmin müqavilələr əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1678 saylı bağ evinin tikilisi ilə bağlı X12 adına və bağ evinin torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyat ləğv edilərək dövlət reyestrindən çıxarılsın. Dövlət reyestrindən X5 adına verilmiş **********00-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 25.11.2019 qeydiyyat tarixli Çıxarış ləğv edilsin. Cavabdeh X12 Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 1678 saylı bağ evindən (və 0.05 ha.torpaq sahəsindən) çıxarılsın və həmin əmlak iddiaçının sahibliyinə qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar