Məhkəmə qərarları › İş №2(103)-7207/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7207/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7207/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddiа ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 2922/2020 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz sahibliyində olan 3,754,3 qram qızıl-zinət əşyaları cavabdehdən alınaraq ona təhvil verilməsi, əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi ziyana görə isə 10.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh X2 saxlanılan girov qoyulmuş çəkisi 583 əyar üzrə - 132 ədəd (2727,1 qram), 585 əyar üzrə - 41 ədəd (613,2 qram), 750 əyar üzrə - 32 ədəd (414 qram), cəmi 3,754,3 qram qızıl-zinət əşyalarının girovdan azad edilərək İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2922/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X2 saxlanılan girov qoyulmuş ümumi çəkisi 583 əyar üzrə - 132 ədəd (2727,1 qram), 585 əyar üzrə - 41 ədəd (613,2 qram), 750 əyar üzrə - 32 ədəd (414 qram), cəmi 3754,3 qram qızıl-zinət əşyalarının girovdan azad edilərək İddiaçı qaytarılması qət etmişdir. Qeyd olunan qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan iddia tələbləri ilə bağlı İddiaçı cavabdeh qismində ləğv prosesində olan “X13” ASC-yə qarşı “girov müqaviləsinin ləğv edilməsi və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsinə Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə xitam verilmişdir. Qeyd olunan tələblə bağlı ləğv prosesində olan “X13” ASC-yə qarşı irəli sürülməlidir. Belə ki, ləğv prosesində olan “X13” ASC müvafiq məhkəmə qərarı ilə müflis elan olunmuş və onun barəsində iflas prosedurunun başlanılmasına dair qərar qəbul edilmiş, lakin hüquqi şəxs kimi ləğv edilməmiş və bununla da məhkəmədə cavabdeh və ya iddiaçı qismində iştirakı məhdudlaşdırılmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının həddləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinyət əşyalarına aid hissədə dəyişdirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)-1833/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Ləğv prosesində olan “X13” ASC-yə qarşı “kredit xətti müqavilələrinin xitamı, kredit müqavilələri üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, girov müqavilələrinin ləğvi və girov predmetinin girovdan azad edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Ləğvetmə prosesində olan “X13” ASC-nin cavabdeh İddiaçı qarşı “kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-330/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Həmin iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-5010/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh LPO “X13” ASC-yə qarşı kredit xətti müqavilələrinin xitamı, kredit müqavilələri üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, girov müqaviləsinin ləğvi və girov predmetlərinin girovdan azad edilməsi tələbinə dair iddiası hissəsində iş üzrə icraata xitam verilmiş, LPO “X13” ASC-nin İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi barədə tələbi hissəsində mülki iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-10008/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan “X13” ASC-nin ləğvedicisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-1833/2017 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə iddiaçı ləğv prosesində olan “X13” ASC-nin cavabdeh İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-2435/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-330/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 294.1.1-ci bəndinə əsasən, girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən “X13” ASC-yə girov müqaviləsi əsasında qoyduğu qızıl-zinyət əşyaları onun mülkiyyətidir. Lakin qeyd olunan qızıl-zinyət əşyalarının əyarı və çəkisi barədə yalnız bir sənəd mövcuddur ki, o da Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-5010/2018 saylı qərarında göstərilmişdir. Həmin qərarda göstərilmişdir ki, xx.xx.2016-cı il tarixli akta əsasən, girov qoyulmuş 583 əyar qızılın çəkisi – 1865,60 qram, 585 əyar qızılın çəkisi 442,60 qram, 750 əyar qızılın çəkisi 428,60 qram göstərilib, bu da cəmi 2736,8 qram təşkil edir. İddiaçının artıq tələb etdiyi 1017,50 qram qızıl-zinyət əşyalarının iddiaçıda olması halı isə iş materialları və sübutlar ilə öz təsdiqini tapmır. Belə olan halda girovdan azad edilərək İddiaçı qaytarılmalı olan qızıl-zinyət əşyaları 583 əyar qızıl – 1865,60 qram, 585 əyar qızıl çəkisi - 442,60 qram, 750 əyar qızıl çəkisi - 428,60 qram, cəmi 2736,80 qram müəyyən edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-5010/2018 saylı qərarı ilə İddiaçı cavabdeh LPO “X13” ASC-yə qarşı kredit xətti müqavilələrinin xitamı, kredit müqavilələri üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, girov müqaviləsinin ləğvi və girov predmetlərinin girovdan azad edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Bankın adından ləğvedici və ya onun vəkil etdiyi səxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəliklərini və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İddiaçı ünvanlanmış məktubunda ərizəçiyə izah edilmişdir ki, ərizəçinin Bank qarşısında öhdəliyinə xitam verilmişdirsə girov əşyalarının qaytarılması üçün Banka rəsmi müraciət etmək, əgər müraciət əsasında tələb təmin olunmazsa ərizəçinin girov əşyalarının qaytarılması və vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Belə olan halda iddiaçının X1rşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranır. Belə ki, həmin hüququn məhdudlaşdırılması iddiaçının hüquqlarının məhkəmə müdafiəsindən məhrum edilməsi anlayışına gəlir. Bu isə istər Azərbaycan Respublikası daxili hüquq normalarının, istər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarının tələblərinə ziddir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2922/2020 saylı qətnaməsi qızıl zinyət əşyalarının müəyyən edilməsi hissəsində dəyişdirilməli, İddiaçı qaytarılmalı olan qızıl-zinyəty əşyaları 583 əyar qızıl – 1865,60 qram, 585 əyar qızıl çəkisi - 442,60 qram, 750 əyar qızıl çəkisi - 428,60 qram, cəmi 2736,80 qram müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2922/2020 saylı qətnaməsi qızıl zinyət əşyalarının müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı qaytarılmalı olan qızıl-zinyət əşyaları 583 əyar qızıl – 1865,60 qram, 585 əyar qızıl çəkisi - 442,60 qram, 750 əyar qızıl çəkisi - 428,60 qram, cəmi 2736,80 qram müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar