Məhkəmə qərarları › İş №2(103)-7224/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7224/2020

30.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7224/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 nümayəndəsi Vaqif Əlimradovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “orderin və reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 490 №-li bağ sahəsi ilə bağlı mübahisə qaldırılıb və 2 tələb irəli sürülüb: 1) Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13/585 №-li qərarına əsasən X1 və İstismarı Birliyi tərəfindən Cavabdeh1 adına verilmiş 17 №-li order etibarsız hesab edilsin; 2) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ******* №-li, RX seriyalı reyestr çıxarışı etibarsız hesab edilsin və reyestr qeydi dövlət reyestrindən çıxarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin order və reyestr çıxarışı etibarsız hesab edilsin və qeyd dövlət reyestrindən çıxarılsın. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına görə əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-nin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı işdə əmlak hüquqları ilə bağlı mübahisə olmadığına görə işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçı orderi və reyestr çıxarışını mübahisləndirir, bu sənədlərin qanunvericiliyin pozulması ilə verildiyini iddia edir. Həmin sənədləri verən orqanlar inzibati orqan olduğuna görə mübahisə inzibati mübahisə sayılır. İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Göründüyü kimi, inzibati mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Ona görə də Mülki-Prossesual Məcəllənin 261.0.1-ci maddəsinin göstərişi tətbiq edilməli, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “orderin və reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, inzibati mübahisənin həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar