Məhkəmə qərarları › İş №2(103)-7243/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7243/2021

16.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7243/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı1, üçüncü şəxs Əliabbas Rüstəmovun iştirakıilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “reyestr çıxarışının və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsində irəli sürülmüş “reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” tələbə aid hissədə iş üzrə icrata xitam verilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, iddiaçı reyestr çıxarışını mübahisələndirir, bu sənədin qanunvericiliyin tələblərinin pozulması ilə verildiyini iddia edir. Bu zaman iddiaçı reyestrdəki qeydin aparılmasına əsas olan hər hansı mülki-hüquqi əqdi mübahisələndirmir. Reyestr çıxarışını verən orqan inzibati orqan olduğuna görə hazırkı mübahisə inzibati mübahisə sayılır. İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinin tələbinə görə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Ona görə də məhkəmə Mülki-Prossesual Məcəllənin 261.0.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq üzrə icraata xitam verilməsini qərara alıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar