Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-725/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Cavabdeh oğlnun və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2739/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 927479 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X13 Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 614249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X9 Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Moskva vilayəti Baş VVAQ İdarəsinin Reutov şəhər dairəsi üzrə VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-ИК № 710393 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göürünür ki, xx.xx.2018-ci il təvəllüdlü X12 Rusiya Federasiyasında doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Moskva vilayəti Baş VVAQ İdarəsinin Reutov şəhər dairəsi üzrə VVAQ şöbəsi tərəfindən verilmiş V-ИК № 566281 nikahın pozulması haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 13 aprel 2023-cü il tarixində pozulmuş, bu Rusiya Federasiyası Moskva vilayəti Baş VVAQ İdarəsinin Reutov şəhər dairəsi üzrə VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Rusiya Səhiyyə Nazirliyinin "xxxx" X16 X1 görünür ki, Cavabdeh xx.xx.2021-dən xx.xx.2021-dək C81.1 Hockin limfoması, nodulyar skleroz, tip 1, sağda çanaq, retroperitoneal, qasıq-oma limfa düyünlərinin, sümük iliyinin zədələnməsi ilə, İVB mərhələ BEACOPP14 sxeminə uyğun olaraq 6 PKT kursu , 1A sinif qrupu əsası ilə stasionar müalicə olmuşdur. Rusiya Federasiyasının xx.xx.2023-cü il tarixli, 2-233/219/2023 əmrdən görünür ki, yetkinlik yaşına çatmamış uşaqların xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 saxlanılması üçün xx.xx.2023-cü ildən başlayaraq və X4 yetkinlik yaşına çatmasına qədər aylıq olmaqla bütün növ gəlirlərinin və digər qazancının ½ hissəsində alimentlər tutulmuş, X4 yetkinlik yaşına çatmasına qədər aylıq olmaqla bütün növ gəlirlərinin və digər qazancının 1/3 hissəsi həcmində alimentlər tutulmuşdur. X7 yetkinlik yaşına çatmasına qədər aylıq olmaqla bütün növ gəlirlərinin və digər qazancının 1/4 hissəsi həcmində alimentlər tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının xx.xx.2023-cü il tarixli, 2-233/219/2023 əmrinin dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2018ci il təvəllüdlü X8 hər ay asabit pul məbləğin də hər birinə 235 manat olmaqla ümumilikdə 705 manat alimentin tutulmasına dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh ilə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. İddiaçı ilə Cavabdeh arasında birgə nikahlarından doğulmuş övladlarının kimin yanında yaşaması barədə razılıq əldə olunmuşdur. İddiaçı hal-hazırda azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X12 ünvan 1 ünvanında yaşayırlar. Hesab edir ki, uşaqların anasına daha çox bağlı olduğu və onun tərbiyəsi və təhsili ilə daha çox anası məşğul olduğu üçün onun üstün mənafeyi naminə uşaqların yaşayış yeri anasının yanında müəyyən olunmalıdır. Göstərilən xüsusatları nəzərə alaraq uşağın saxlanılması üçün İddiaçı hər ay övladlarına xx.xx.2011-ci il X9 xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2018ci il təvəllüdlü X8 görə 235 manat ümumilikdə 705 manat sabit pul məbləğində alimenti Cavabdeh tutulmalıdır. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasıya prosesində iştirak etmiş və barışıq sazişi əldə olunmamışdır. İddiaçı X5 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Öz izahatında bildirdi ki, tərəflərin birgə nikahının Rusiya Federasiyasında pozulmasına və uşaqlar ananın himayəsində saxlanılaraq aliment təyin edilmısinə baxmayaraq, həmin qərarların Azərbaycan Respublikasının ərazisində tanınması üçün müraciət edilməmişdir. Uzun müddətdir ki, uşaqlar ananın himayəsindədir. Cavabdeh uşaqların xərclərində iştirak etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında onkoloji xəstəlikdən əziyyət çəkdiyini, Rusiya Federasiyasında baş tutumuş məhkəmə proseslərindən məlumatı olmadığını bildirdi. Eyni zamanda qeyd etdi ki, iddiaçı azyaşlı uşaqlarını onunla görüşməyə şərait yaratmır. Bununla bağlı artıq mediasiyaya müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmirlər, belə ki, iddiaçı tərəfindən iddia ərizəsi düzgün tərtib edilməmişdir. Belə ki, cavabdehdən alimentin tutulması barədə Rusiya Federasiyasında qəbul edilmiş məhkəmə əmri lazımi qaydada tanıdılmadığı, Azərbaycan Respublikası ərazisində qanuni qüvvəyə minmədiyi halda, həmin əmrlə tutulan alimentin məbləğinin dəyişdirilməsini tələb edirlər. Bu isə yolverilməzdir. Digər tərəfdən iddiaçı mediasiya təşkilatına uşağın himayəyə verilməsi və aliment tələbi ilə müraciət etdiyi halda, məhkəmədə yalnız aliment tələbi ilə çıxış edir. Cavabdeh uşaqlarını uzun müddətdir görmür. Hətta uşaqlarının harada olmasından xəbərsizdir. Ağır xəstəlikdən əziyyət çəkir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2739/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2024-cü il tarixdən başlayaraq, (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla) İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə iddia tələbinin Rusiya Federasiyası Reutov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-233/219/2023 əmrində müəyyən edilən alimentin dəyişdirilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə Azərbaycan Respublikasında tanınmadığından onun hüquqi qüvvəsi yoxdur. Bu səbəbdən də iddia tələbinə alimentin artırılması tələbi kimi deyil, alimentin təyin edilməsi kimi baxılması məqsədə müvafiqdir. Məhkəmə cavabdeh tərəfin etirazının dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbində alimentin artırılması kimi qaldırılsa da, tərəflərin, o cümlədən cavabdehin izahatı, mülki işin materialları ilə təsdiq edilir ki, birgə nikahdan anadan olmuş azyaşlı uşaqlar ananın yanında və himayəsindədirlər və ata uşaqların xərclərində iştirak etmir. Məhkəmə hesab edir ki, iddia tələbinə alimentin təyin edilməsi kimi baxılması iddia tələbindən kənara çıxma kimi qəbul edilməməlidir. Məhkəmə bu qənətə gələrkən onu da nəzərə alır ki, azyaşlı uşaqların mənafeyi ilə əlaqədar iddia tələbinin formal əsaslarla rədd edilməsi ədalət prinsipinə ziddir. Məhkəmə cavabdehin atanın uşaqları ilə görüşə bilməməsi və bu səbəbdən xərclərində iştirak etməməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh öz izahatında etiraf etmişdir ki, uşaqla ünsiyyət tələbi ilə bağlı mediasiya təşkilatına qısa müddət öncə müraciət etmişdir. Halbuki, aliment tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl də cavabdehin uşaqlara ünsiyyət hüququna yaradılan maneələri aradan qaldırılmasını tələb etmək hüququ mövcud idi. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin uşaqlarla ünsiyyətdə olmasına iddiaçı tərəfindən maneələr yaradılması ayrı iddianın predmeti olmaqla, alimentin təyin edilməsi ilə bağlı tələbin rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, təyin ediləcək alimentin məbləği barədə hissədə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin daha yüksək məbləğdə aliment ödəmək imkanın olması barədə sübutlar təqdim edilmədiyindən, cavabdehin xəstəlikdən əziyyət çəkməsi də nəzərə alınmalı, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq, (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla) İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2-ci maddələrinə, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 119, 217.4, 234.2.1, 458.1, 458.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2739/2024 nömrəli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı ona qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının xx.xx.2023-cü il tarixli 2233/219/2023 əmrinin dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X6 saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 235 manat olmaqla ümumilikdə 705 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq guya onunla birgə nikahlarından doğulmuş övladlarının kimin yanında yaşaması barədə razılıq əldə olunmuş və guya iddiaçı hal-hazırda azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X12 ilə ünvan 2 ünvanında yaşayırlar. Daha sonra qeyd etmişdir ki, uşaqların anasına daha çox bağlı olduğu və onların tərbiyəsi və təhsili ilə daha çox anası məşğul olduğu üçün, onun üstün mənafeyi naminə uşağın yaşayış yeri anasının yanında müəyyən olunmalıdır. Belə ki, iddiaçı birgə nikah dövründə doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü, X11 və xx.xx.2018-ci il təvəllüdlü X2 himayəsinə verilməsi və aliment tələbinə dair mediasiyaya müraciət etmiş, lakin o, bu tələblə razılaşmayaraq uşaqları ilə ünsiyyətə mane olmamasını və onun himayəsində qalmalarını tələb etmişdir. Qeyd edir ki, o, uşaqlarını uzun müddətdir görmür, çünki övladları iddiaçı ilə birlikdə Rusiya Federasiyasında yaşayırlar. O, bir ata kimi uzun müddətdir iddiaçının maneələrinin nəticəsi olaraq uşaqları ilə ünsiyyət qura bilmir, onların tərbiyəsində, təhsilində iştirak edə bilmir. İddiaçı ilə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamağa çalışsa da buna imkan verməmiş, vatsap üzərindən bütün nömrələri bloklanmışdır. Uşaqlarına psixoloji təsir edərək onunla ünsiyyətinə mane olmuşdur. Göründüyü kimi iddiaçı hazırda Rusiya Federasiyasında uzun müddətdir ki, yaşasa da, iddia ərizəsində qeyd etmişdir ki, uşaqlarla birlikdə Azərbaycan Respublikasında yaşayır və onların tərbiyəsi ilə özü məşquldur. Lakin qeyd edir ki, bu həqiqətə uyğun deyildir, iddiaçı Rusiya Federsiyasında yaşayır və məhz orada yaşadığı müddət ərzində də məhkəməyə nikahın pozulması və aliment tələbi ilə bağlı müraciət etmiş və əsassız və qanunsuz qərarlar qəbul edilmiş, eləcə də bu məhkəmə prosesləri ilə bağlı ona heç bir rəsmi bildiriş və məlumat verilməmiş, beləliklə də, qanunvericiliyin tələbinə uyğun olaraq hüquq və vəzifələri pozulmuşdur. Hazırda barəsində alimentlə bağlı səsləndirdikləri ittihamlar həqiqətə uyğun deyildir. Birinci instansiya məhkəməsi, qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, işin faktiki halları həqiqətə müvafiq qaydada müəyyən edilmədiyindən ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Öz izahatında bildirdi ki, tərəflərin birgə nikahının Rusiya Federasiyasında pozulmasına və uşaqlar ananın himayəsində saxlanılaraq aliment təyin edilməsinə baxmayaraq, həmin qərarların Azərbaycan Respublikasının ərazisində tanınması üçün müraciət edilməmişdir. Uzun müddətdir ki uşaqlar ananın himayəsindədir. Cavabdeh uşaqların xərclərində iştirak etmir. Göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili özü də izahatında bir daha təsdiq edir ki, iddiaçı tərəfindən aralarında nikahın pozulması və uşaqların ananın himayəsində saxlanılmasına dair qətnamə Rusiya Federsiyasında qəbul edilmiş Azərbaycan Respublikasında tanınmamışdır. Digər tərəfdən, iddia ərizəsindən və iddiaçının məhkəmə iclasında izahatından da göründüyü kimi, iddiaçı ilkin mediasiya prosesinin keçirilməsi zamanı eyni iddia tələbləri ilə yenidən müraciət etmiş, onların arasında bu tələblərlə bağlı barışıq əldə olunmaması səbəbindən məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının vəkili tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarxidə ərizə ilə müraciət edərək Moskva vilayəti, Reytov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2233/219/203 saylı əmri ilə alimentin əmr edilməsini qeyd etmiş, eləcə də, həmin məhkəmə əmrinin dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 705 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində “maddi hüquq normalarına deyil” cavabdehin nümayəndəsinin və vəkilinin çıxışına birmənalı yanaşmamış, məhkəmə iddia tələbinin Rusiya Federasiyası Reutov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2233/219/2023 əmrində müəyyən edilən alimentin dəyişdirilməsi hissəsi ilə bağlı həmin əmrin qanunvericiliyin tələblərinə uyğun şəkildə Azərbaycan Respublikasında tanınmadığından onun hüquqi qüvvəsi olmadığını, bu səbəbdən də iddia tələbinə alimentin artırılması tələbi kimi deyil, alimentin təyin edilməsi kimi baxılmasının məqsədəmüvafiq olması qənaətinə mövqe nümayiş etdirmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş işin halları və qənaətini formalaşdıran sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə kifayətlənmiş, onu hüquqi cəhətdən əsaslandırmamışdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehin uşaqların onun himayəsində qalmasına razılıq verdiyini qeyd etmiş, eləcə də, məhkəmənin nəzərinə çatdılırmışdır ki, nikahın pozulması zamanı cavabdehin bundan xəbəri olmuş, alimenti ödəməkdən yayınmışdır. Məhkəmə cavabdeh tərəfin etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində alimentin artırılması kimi qaldırılsa da, tərəflərin, o cümlədən cavabdehin izahatı, mülki işin materialları ilə təsdiq edilir ki, birgə nikahdan anadan olmuş azyaşlı uşaqlar ananın yanında və himayəsindədirlər və ata uşaqların xərclərində iştirak etmir. Məhkəmə hesab edir ki, iddia tələbinə alimentin təyin edilməsi kimi baxılması iddia tələbindən kənara çıxma kimi qəbul edilməməlidir. Məhkəmə bu qənətə gələrkən onu da nəzərə alır ki, azyaşlı uşaqların mənafeyi ilə əlaqədar iddia tələbinin formal əsaslarla rədd edilməsi ədalət prinsipinə ziddir. Məhkəmə cavabdehin atanın uşaqları ilə görüşə bilməməsi və bu səbəbdən xərclərində iştirak etməməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh öz izahatında etiraf etmişdir ki, uşaqla ünsiyyət tələbi ilə bağlı mediasiya təşkilatına qısa müddət öncə müraciət etmişdir. Halbuki, aliment tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl də cavabdehin uşaqlara ünsiyyət hüququna yaradılan maneələri aradan qaldırılmasını tələb etmək hüququ mövcud idi. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin uşaqlarla ünsiyyətdə olmasına iddiaçı tərəfindən maneələr yaradılması ayrı iddianın predmeti olmaqla, alimentin təyin edilməsi ilə bağlı tələbin rədd edilməsi üçün əsas ola bilməz. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutlar əlaqələndirilməmiş, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməmişdir. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olmayan tanınmamış məhkəmə əmrinə istind edərək dəqiqləşdirmə barədə ərizə ilə təkrar məhkəməyə müraciət etmiş və “Rusiya Federasiyasının xx.xx.2023-cü il tarixli, 2-233/219/2023 əmrdən görünür ki, yetkinlik yaşına çatmamış uşaqların xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 saxlanılması üçün xx.xx.2023-cü ildən başlayaraq və X4 yetkinlik yaşına çatmasına qədər aylıq olmaqla bütün növ gəlirlərinin və digər qazancının ½ hissəsində alimentlər tutulmuş, X4 yetkinlik yaşına çatmasına qədər aylıq olmaqla bütün növ gəlirlərinin və digər qazancının 1/3 hissəsi həcmində alimentlər tutulmuşdur. X7 yetkinlik yaşına çatmasına qədər aylıq olmaqla bütün növ gəlirlərinin və digər qazancının 1/4 hissəsi həcmində alimentlər tutulmuşdur” kimi həmin məhkəmə əmrinə istinadən dəyişdirilməsini xahiş etmişdir. Eləcə də məhkəmə qətnamə qəbul edən zaman cavabdehin ağır onkoloji xəstəlikdən əziyyət çəkməsini, onun həyat şəraitini nəzərə almamış, həddindən artıq yüksək miqdarda alimentin tutulmasını qət etmiş, iddiaçının əsassız olaraq cavabdeh barəsində səsləndirdiyi halları səthi araşdırmış və qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli 2(005)-2739/2024 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında iddiaçı ilə ayrıldıqdan sonra övladlarının saxlanmasında iştirak etmədiyini, onkoloji xəstə olduğunu, ailə sürücüsü işləməklə aylıq 600 manat əmək haqqı, xəstəliyi ilə bağlı hər ay 150 manat vəsait almasını bildirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1.Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. -Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Maddə 458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən, cavabdeh qətnamənin bütövlükdə ləğv edilərək iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı, yalnız iddianın təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2739/2024 nömrəli qətnaməsi alimentin təyin edilməsi hissəsində dəyişdirilərək sabit pul məbləğində təyin olunmuş alimentin miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflərin ailə nikah münasibətləri pozulduqdan sonra iddiaçı Rusiya Federasiyasının aidiyyəti məhkəməsinə cavabdehə qarşı aliment tələbinə dair müraciət etmiş, lakin həmin məhkəmə aktı Azərbaycan Respublikasında tanınmadığından, cavabdeh isə Azərbaycan Respublikasında yaşadığından icrası mümkün olmamış, iddiaçı cavabdehə qarşı aliment tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqdan sonra iddiaçı ilə birgə nikahından olan övladlarının saxlanmasında iştirak etməyən cavabdeh fərdi qaydada işləməklə qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən xarakter daşıyır. Onkoloji xəstə olduğundan, övladları ilə ünsiyyətdə ola bilmədiyindən, xarici ölkənin məhkəmə aktı Azərbaycan Respublikasında tanımadığından iddiaçının aliment tələbinin tam həcmdə təmin edilməməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, bu dəlillər cavabdehi valideynlik vəzifələrinin icrasından azad edilməsi üçün əsas ola bilməz. Belə ki, uşaqları ilə ünsiyyət hüququ məhdudlaşan valideynin pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququ, səhhətində problem olan şəxsin müalicə olunmaq hüququ vardır. Aliment institutunun təyinatı isə ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Övladlarının saxlanması üçün aliment tutulması barədə Azərbaycan Respublikasında icrası mümkün olmayan xarici məhkəmənin aktının mövcud olmasını bilən, bu aktın icrasının təmin edilməsi üçün heç bir tədbir görməyən, hazırda isə övladlarının saxlanması üçün minimum həddən aşağı həddə təyin olunan alimetin tutulmasına da etiraz edən cavabdehin apellyasiya şikayətinin dəlilləri onun uşaqlarının saxlanmasında könüllü qaydada iştirak etmək niyyətinin olmaması qənaətinə gəlinməsi üçün əsasdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri cavabdehi iddiaçı ilə birgə nikahlarından olan uşaqları saxlamaq vəzifəsindən azad edilməsi üçün əsas olmadığından, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqelərə əsasən, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməli olduğundan apellyasiya şikayəti qismən təmin edilərək qətnamə tərəflərin birgə nikahlarından olan uşaqların saxlanması üçün təyin olunan alimentlə bağlı hissədə dəyişdirilərək sabit pul məbləğində təyin olunmuş alimentin miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2739/2024 nömrəli qətnaməsi alimentin təyin edilməsi hissəsində dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla) İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-725/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-725/2025
18.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver