Məhkəmə qərarları › İş №2(103)-726/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-726/2020

02.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-726/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Rüfət Bədirlinin, cavabdeh Aqil Quliyevin, onun və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 21 saylı notariat ofisinin vəkili Eynar Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri 21 saylı notariat kontoru və qeyriləri) alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-598/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (üçüncü şəxs Bakı şəhəri 21 saylı notariat kontoru), Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin (bundan sonra – mübahisəli bağ evi) satılması ilə əlaqədar xx xxxx 2017ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsinin; ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar xx xxxxxx 2017-ci il tarixdə həmin notariat kontorunda tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin; ünvan 2 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar xx xxxxxx 2017-ci il tarixdə eyni notariat kontorunda tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ilin may ayında övladının müalicəsinə külli miqdarda pul lazım olduğu üçün özünə məxsus olan daşınmaz əmlakları – ünvan 1 ünvanında yerləşən mənzilini; ünvan 3 ünvanında yerləşən mənzilini; mübahisəli bağ evini və həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsini satmaq qərarına gəlmiş, bununla əlaqədar ev alqı-satqısı ilə məşğul olan şəxslərə, həmçinin də mənzillərin yerləşdiyi ərazi üzrə mənzil-istismar sahəsinin əməkdaşlarına müraciət etmişdir. Bir müddət keçdikdən sonra Mənzil İstismar Sahəsinin rəisi Qalib adlı şəxs onunla əlaqə saxlayaraq əmlaklarını potensial almaq qabiliyyətində olan bir şəxsi tanıdığını bildirmiş və Bakı şəhərində anadan olmuş və hal-hazırda Rusiya Federasiyasının vətəndaşı olan Cavabdeh ilə onu tanış etmişdir. Minəvvər-xanım onunla söhbətdə mənzilini və bağ evini almaqda maraqlı olduğunu, həmçinin bu əmlakları almaq imkanı məhdud olarsa,ona kömək məqsədi ilə hər iki mənzilini dəyəri 340 000 manat, bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini isə dəyəri 1 000 000 manat olmaqla satmaqda kömək edəcəyini bildirmişdir. Ona təcili pul lazım olduğundan bununla razılaşmış, bu səbəbdən də həm mənzillərin və həm də bağ evinin satılmasının təşkil edilməsi üçün Minəvvər-xanıma Bakı şəhəri 28 saylı notariat kontorunda etibarnamələr vermişdir. Satışa qoyduğu əmlaklara görə Minəvvər-xanım ona 1 340 000 manat ödəməli olmuş, lakin mənzillərin və bağ evinin satılmasına baxmayaraq pul ödəməmiş və hər dəfə müxtəlif bəhanələrlə ödənişi gecikdirmişdir. Onda olan məlumata əsasən Minəvvər-xanım bağ evini əvvəlcədən borclu olduğu Aqil adlı şəxsə satmış, ünvan 4 və 35 ünvanında yerləşən mənzilləri isə anasının adına özgəninkiləşdirmişdir. Hazırda cavabdeh və onun anası həmin mənzillərdə yaşayırlar. Aralarında hüquq münasibətlərinin yarandığı ilk gündən Cavabdeh qanunvericiliyin tələblərini pozmuş və bununla da onun hüquqlarına zidd hərəkətlər etmişdir. Aldığı məlumata görə Minəvvər-xanım bağ evini Aqil adlı şəxsə 68 000 manata satmışdır, halbuki, evin qiyməti 1 000 000 manat dəyərindədir. Bu hərəkəti ilə Minəvvər-xanım Aqilə olan borcunu bağlamış, onu isə aldatmışdır. Onun bu hərəkətlərinin qeyri-qanuni olduğunu evi ucuz qiymətə əldə etmiş Aqil də başa düşməli idi. Mənzillərin və bağ evinin satılması üçün cavabdehə etibarnamələr verməsinə, mənzillərin və bağ evinin satılmasına, lakin satışdan əldə edilən vəsaitlərin ona ödənilməməsinə, həmçinin mənzillərin və bağ evinin həqiqi dəyərindən dəfələrlə aşağı qiymətə satılmasına və göstərilən hallar nəticəsində hüququnun pozulmasına görə iddiasının əsaslı olduğunu hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən X10, Bakı şəhəri 21 saylı notariat ofisi, X13 və X14 iş üzrə üçüncü şəxslər qismində tanınmışlar. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-598/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasınıxahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırmamış, əmlakların bazar dəyərini müəyyən etməmiş və buna dair vəsatətlərini nəzərə almamışdır. Habelə, əmlakların alqısatqısından əldə olunan vəsait ona ödənilməmiş və müqavilələr bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-9531/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-606/19 saylı qərarı ilə X6, X9, Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusunun kassasiya şikayətləri qismən, X4 və Cavabdeh kassasiya şikayəti tam təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı zamanı X13 və X7 cavabdeh qismində cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)- 5041/19 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6443/19 saylı qərarı ilə cavabdehlər Aqil Quliyevin, Münəvvər Məhərrəmovanın və Elmira Hüseynovanın, üçüncü şəxs Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusunun kassasiya şikayətləri qismən təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən – xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində mübahisəli bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışın etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş 68 000 manat pulun Cavabdeh alınıb X11 qaytarılması hissəsində ləğv edilməsi qərara alınmış və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Yeni apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, mübahisəli bağın dəyəri 700000 manatdır. Həmin evin alqı-satqısı barədə ona məlumat verilməmişdir. Pulu təhvil almaq üçün Banka təqdim etmək zərurətini bildirdiyi üçün Münəvvərə öz adından etibarnamə vermişdir. Bağın açarı mühafizəçidən alınmış və bağda tikinti işləri aparılmamışdır. Aqil Quliyevin mobil telefon nömrəsini xatırlamır. Münəvvərlə Türkiyədə bağlanmış müqavilələr yalandır. Münəvvər pul verəcəyi üçün sənədi imzalamışlar və pulu götürməkdən ötrü Türkiyəyə getmişlər. Sənəddə adları qeyd edilən şirkətlər ona 600000 manat pul verəcəkdilər. Alqı-satqı dövründə ***-***-**-** GSM nömrəsi onun istifadəsində olmuşdur. İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, alqı-satqı edildiyi gün İddiaçı ilə cavabdeh Aqil Quliyev arasında telefon əlaqəsi olmadığı sorğuya verilmiş cavabla təsdiqlənilmişdir, bu səbəbdən sonuncunun vicdanlı alıcı olmadığı öz təsdiqini tapmışdır. Mübahisəli bağın 68000 manata əldə edildiyi şübhəlidir. Münəvvərin adına verilmiş etibarnaməni iddiaçı imzalamışdır. İddiaçı mübahisəli bağ evinin qanunsuz alqısatqısına dair polisə şikayət etmiş, araşdırma aparılmış, lakin xx.xx.2017-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Adına etibarnamə verilmiş şəxs sui-istifadə edərək iddiaçının razılığı olmadan mübahisələndirilən müqaviləni imzalamışdır. Mübahisə üzrə qarşılıqlı razılıq əldə edilməmişdir. İddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh Aqil Quliyev apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, azı 2 dəfə iddiaçı tərəfindən nümayəndəyə bağ evinə dair etibarnamə verilmişdir. Bağ sahəsi alınarkən iddiaçı ilə telefonla əlaqə saxlayaraq bağ sahəsinin satılması ilə əlaqədar onunla danışmış, alqı-satqının şərtləri barədə mülkiyyətçiyə məlumat vermiş və adət ənənəyə uyğun olaraq halallıq almışdır. Bağ evinin alqı-satqısından sonra bağ evinin təhlükəsizlik kodları, internetdən istifadə kodları ilə bağlı iddiaçı ilə telefonla danışmışdır. Notariat kontorunda olarkən öz istifadəsində olan mobil nömrədən iddiaçıya zəng etmişdir. İddiaçının nümayəndəsindən sonuncunun adına verilmiş etibarnaməyə əsasən qanunun tələblərinə uyğun müqavilə bağlayaraq mübahisəli bağı satın aldığından əqdin etibarsızlığına əsas yoxdur. İddiaçı ilə qarşılıqlı razılığa gəlmək mümkün olmamışdır. Cavabdeh Aqil Quliyev apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Cavabdeh Aqil Quliyevin vəkili apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, təmsil etdiyi şəxs alqı-satqıdan sonra iddiaçı ilə telefon əlaqəsi saxlayaraq internetdən istifadə üçün modem şifrəsini və darvazanın şifrəsini xahiş etmişdir. Sorğuya cavab məktubunda mobil telefon nömrələri arasında əlaqə olmadığı göstərilsə də, lakin iddiaçı Aqil Quliyevlə telefonla danışdığını təsdiqləmişdir, bu səbəbdən sorğuya verilən cavab şübhəlidir. Əmlakın aşağı qiymətə satın alınmasına dair qadağa olmadığı üçün mübahisələndirilən müqavilənin etibarsızlığı üçün əsas yoxdur. Belə ki, iddiaçı tərəfindən cavabdeh Münəvvərin adına qanunvericiliyin tələblərinə uğun notarial qaydada təsdiq edilmiş etibarnamə verilmişdir. Cavabdeh Aqil Quliyevin vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qismən ləğv edildiyindən hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisəli bağ evinin alqı-satqısına və cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə kollegiyası ilk növbədə bu hissədə mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 182-ci maddəsinin tətbiqini düzgün saymır və qeyd edir ki, mülki qanunvericiliyin tələbinə müvafiq olaraq həmin maddə daşınar əşyalarla bağlı əldə edənin vicdanlı olub-olmamasına qiymət vermək üçün tətbiq oluna bilər. Hazırkı işdə isə mübahisə predmeti olan bağ evi daşınar deyil, daşınmaz əmlakdır. Bundan başqa, iddiaçı istinad etdiyi kimi, mübahisəli evin qiymətinin 1 000 000 manat olması və bu qiymət barədə A.Quliyevin məlumatlı olmasına dair işə baxan məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Müqavilə məbləğinin iddiaçıya verilməməsi əqdin etibarsızlığı üçün deyil, vurulmuş ziyanın ödənilməsi barədə etibarnamə üzrə nümayəndə Cavabdeh qarşı müstəqil iddia qaldırmaq üçün əsas verir. İşə yenidən baxan məhkəmə apellyasiya baxışının predmeti olan hissədə qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il qərarında şərh olunan göstərişlərin də yerinə yetirilməsini təmin etməli, işin həmin hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin bununla bağlı dəlillərini ətraflı araşdırmalı, işdə iştirak edən şəxslərin, əsasən də iddiaçının və cavabdehlər Cavabdeh və A.Quliyevin məhkəmə iclasında iştiraklarını təmin etməli, mübahisənin sülh yolu ilə həllinin mümkünlüyü məsələsini müzakirə etməli, işin həqiqi hallarının müəyyən edilməsi istiqamətində qanunla nəzərdə tutulan bütün tədbirləri görməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il qərarında isə qeyd edilmişdir ki, iddiaçının mənzilin satılmasından və ya hansı qiymətə satılmasından məlumatının olub-olmamasının qiymətləndirilməsi baxımından həmin halın araşdırılmasını, həmçinin alqı-satqı müqaviləsi əsasında bağ evinin alıcıya təhvil verilib-verilmədiyinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş nəticəsi üçün əhəmiyyət kəsb edən bu halı araşdırmamışdır. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş hallarına əsasən, mübahisəli bağ evi iddiaçıya məxsus olmuşdur. İddiaçı 28 saylı notariat kontorunda təsdiq edilmiş xx xxx 2017-ci il tarixli, daha sonra xx xxx 2017-ci il tarixli etibarnamələrə əsasən həmin bağ evi və yerləşdiyi torpaq sahəsi üzərində sərəncam vermək hüququ da daxil olmaqla bütün səlahiyyətləri həyata keçirməyi Münəvvər-xanım Məhərrəmovaya 1 il müddətinə etibar etmiş. İddiaçının adından xx xxx 2017-ci il tarixli etibarnamələr əsasında hərəkət edən Münəvvər-xanım Məhərrəmova Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə görə mübahisəli bağ evini və onun yerləşdiyi torpaq sahəsini 68000 manata Aqil Quliyevə (40 000 manata ev, 28 000 manata isə torpaq sahəsi qiymətləndirilmişdir) satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mübahisəli bağ evi və yerləşdiyi torpaq sahəsi Aqil Quliyevin adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və ona xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Apellyasiya baxışı zamanı “Azercell Telecom” X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2467 saylı məktubuna əsasən, ***-***-**-** GSM nömrəsinin müqavilə sahibi Aqil Quliyevdir; xx.xx.2020-ci il tarixli, 1746 saylı cavab məktubuna əsasən, ***-***-**-** GSM nömrəsindən ***-***-**-** GSM nömrəsi nömrələr arasında qərarda xx xxxx 2017-ci ildən xx xxxx 2017-ci ilədək olan müddət ərzində danışılar qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 351.3, 359.1, 421.2, 567, 646.1 və 646.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, mübahisəli bağ evinə dair alqı-satqı müqaviləsi iddiaçının veridiyi etibarnamə əsasında onun iradəsinə uyğun bağlandığından, əmlak alıcıya təhvil verildiyindən satış əsasında İddiaçı hüquqlarının və qanunla qorunan mənafələri pozulmamışdır. Qeyd edilənlərə əsasən, mübahisəli bağ evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya mübahisəli bağ evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut növü təqdim etməmişdir. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı üçün onun etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda A.Quliyev bağladığı əqdə münasibətdə vicdanlı olduğunu, müqavilə bağlayarkən əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmadığını, bağ evini əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırdığını və ona faktiki sahibləndiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, A.Quliyevin bu dəlillərinin əksini sübut etmək onun deyil, əqdi mübahisələndirən və A.Quliyevin vicdanlı əldə edən olmadığını iddia edən iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. "Könül Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin”. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. İşdən görünür ki, mübahisəli bağ evinə dair alqı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilmiş, hər-hansı nöqsana yol verilməmişdir. Müqavilələr rəsmiləşdirilərkən İddiaçı X1 vermiş olduğu etibarnamədə etibar edilmiş səlahiyyətlər notarius tərəfindən yoxlanılmış, sonuncunun İddiaçı adından əqdlərin rəsmiləşdirilməsinə dair tam səlahiyyətli olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnamələrdə verilmiş səlahiyyətlər geniş formada olmuş və onun iradə ifadəsi ilə bağlı hər hansı səlahiyyət məhdudlaşdırılmamışdır. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. İddia tələbindən göründüyü kimi, iddiaçı mülkiyyətində olan bağ sahəsinin satmaq niyyətinin olmasını və bu səbəblə də, cavabdehə etibarnamələr verdiyini inkar etmir. Məhkəmə iclasında verdiyi izahatında Banka təqdim etmək üçün nümayəndənin adına etibarnamə veridiyini bildirsə də, bu halı, habelə etibarnamənin hüquqi qüvvəyə malik olmamasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. İddiaçı müqavilənin bağlanması anında ona mane olan hər hansı halların mövcud olmasına deyil, müqavilənin bağlanmasından sonrakı hallarla bağlı, yəni əmlakların aşağı qiymətə satılması və satılmasından əldə olunmuş pul vəsaitinin ona verilməməsinə əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. Bu əsasa istinad edərək iddiaçı həmin müqavilənin etibarsızlığını mübahisələndirir. Bu baxımdan kollegiya hesab edir ki, mübahisəli bağın satılması zamanı iddiaçının məlumatının olmaması inandırıcı deyildir. Digər tərəfdən, bağ evinin qiymətinin ******* manat olmasını göstərən iddiaçı bu hala dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçının sifarişinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin “xxxxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilməsi həyata keçirilmiş və xx.xx.2017-ci il tarixə olan vəziyyətinə görə bağ evinin bazar dəyəri 246450 manat, likvid dəyəri isə 221800 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli bağ sahəsi ilkin olaraq X8 mülkiyyətində olmuş, xx.xx.2013-cü il tarixli dəyişmə müqaviləsinə əsasə iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən mənzillə dəyişdirilmişdir. Həmin müqavilənin 4-cü bəndindən müəyyən edilir ki, tərəflər dəyişdirilməli olan bağ evini və mənzili 100 000 manat qiymətləndirmişlər. Kollegiya 4 il ərzində bağ sahəsinin dəyərinin 10 qat bahalaşmasını inandırıcı hesab etmir. Apellyasiya baxışı zamanı “AB Consulting” X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 091/Mİ/20 saylı qiymətləndirmə rəyinə əsasən, X9 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.12 torpaq sahəsi və üzərində yerləşən 139,4 kv.m ümumi sahədən ibarət 768E nömrəli bağ evinin xx xxxx 2017-ci il tarixinə qiyməti 260000 manat, hal-hazıra olan bazar qiyməti 270000 manat təşkil edir. Göründüyü kimi, bağ evinin qiyməti heç də iddiaçının göstərdiyi qiymətdə olmadığı dəfələrlə təsdiqlənir. Bundan başqa, bağ evinin real dəyərindən aşağı qiymətə satılması müqaivlənin etibarsızlığı üçün əsas sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq, alqı-satqı müqaviləsinin bağlanması zamanı müqavilənin mümhüm şərti olan qiyməti də könüllü surətdə razılaşmalarını müəyyən etmişdir. Bu hüquqi mövqe, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq onlar əqdi bağlamalıdırlar. Hazırkı işdə isə Aqil Quliyevdə əqdin legitimsizliyi barədə hər hansı şübhə olmamış, müqavilə bağlanan zaman reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş və o, əqd üzrə üzərinə düşən öhdəliyi icra edərək bağ sahəsi əldə etmiş və həmin evə dair hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Müqavilə məbləğinin iddiaçıya verilməməsi ilə bağlı dəlilə gəldikdə isə Ali Məhkəmənin xx.xx.2019-cu il qərarında qeyd olunduğu kimi, bu hal iddiaçıya əqdin etibarsızlığı üçün deyil, vurulmuş ziyanın ödənilməsi barədə etibarnamə üzrə nümayəndə Cavabdeh qarşı müstəqil iddia qaldırmaq üçün əsas verir. Bundan başqa, mübahisəli bağ evinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh A.Quliyevə təhvil verilmiş olması və hazırda onun sahibliyində olması da nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-598/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - xx xxxx 2017-ci ildə Bakı şəhəri 21 saylı Notariat Kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) daşınmaz əmlakın dövlət reystrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin dəyəri qismində 500 (yüz) manat İddiaçı tutularaq “AB Consulting” X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar