Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7279/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məhəmməd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-9723/2015 nömrəli qətnaməsindan Cavabdeh verdiyi apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanış faizlərin tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9723/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanış faizlərin tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə dair” iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh qeyd olunan qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Bakı Apelyasiya məhkəməsinin hakimi Şeyda Məhərrəmovanın icraatında İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı eynilik təşkil edən “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanış faizlərin tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə dair” mülki iş üzrə xx xxxxxxx 2020ci il tarixli məhkəmə iclasında xəttşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyinə dair məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi mülki işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, mülki işin materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və mülki iş üzrə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.4-ci maddəsinə əsasən məhkəmədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə mülki işi baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(004)-9723/2015 saylı qətnaməsi ləğv olunsun. Mülki iş üzrə iddia baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7279/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7279/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver