Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7283/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 Abuzər qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin faktiki mülkiyyətə qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı1, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin faktiki mülkiyyətə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK məxsus binanın 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 152.8 kv.metr olan 173 saylı mənzilinə dair aşağıdakı müqavilələr bağlanıb: - 13 mart 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışınə əsasən, mənzil Cavabdeh1 MTK tərəfindən alıcı İddiaçı2 satılıb və mənzilin 65.704 manat pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib; - 13 mart 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən mənzil Cavabdeh1 MTK tərəfindən alıcı Zamiq Hüseynova satılıb və mənzilin 76.400 manat pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib; - 13 mart 2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən mənzil Cavabdeh1 MTK tərəfindən alıcı İddiaçı1 satılıb və mənzilin 76.400 manat pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib; - 29 avqust 2009-cu il tarixli müqaviləyə, maliyyə arayışına əsasən mənzil Cavabdeh1 MTK tərəfindən əvvəlcə 55.008 manata alıcı Rəna Zeynalovaya; eyni tarixli müqaviləyə, maliyyə arayışına əsasən 55.008 manata Oktay Abdullayevə; eyni tarixli müqaviləyə, maliyyə arayışına əsasən 55.008 manata Cavabdeh2 satılıb və mənzilin pay haqqı onlar tərəfindən tam məbləğdə ödənilib.
2. Cavabdeh1 MTK-nin sədri Cahangir Alışovun 07 avqust 2013-cü il tarixli ərizəsinə görə o, sözügedən binada yerləşən 173 saylı mənzili İddiaçı1 satıb və hazırda həmin mənzilə görə heç bir iddiası yoxdur.
3. Həmçinin, Cavabdeh1 MTK-nin sədri Cahangir Alışovun 13 avqust 2013-cü il tarixli digər ərizəsində o, 76.400 manat pulu Zamiq Hüseynovdan alıb və gələcəkdə ona qarşı heç bir iddiasının olmayacağını, əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürəcəyini bildirib.
4. Daha sonra, Zamiq Hüseynov 03 fevral 2016-ci il tarixli ərizəsində göstərilmişdir ki, o, 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən 173 saylı mənzili Cavabdeh1 MTK-dan satın alıb, sonra həmin mənizili İddiaçı1 satıb.
5. Eyni zamanda, işdən müəyyən edilir ki, mübahisəli 173 saylı mənzilə kommunal xidmətlərin göstərilməsi üçün Cavabdeh2 ilə ayrı-ayrı qurumlar tərəfindən müvafiq müqavilələr bağlanıb və orada sayğaclar quraşdırılıb.
6. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nin İddiaçı2 və digərlərinə qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, sözügedən müqavilələr və maliyyə arayışları etibarsız hesab edilsə də, sonradan İddiaçı2 apellyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2012-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv eilərək, Cavabdeh1 MTK-nin iddiası rədd edilib.
7. Qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsi ilə Zamiq Hüseynovun Cavabdeh1 MTK və digərlərinə qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək, Cahangir Alışovdan vurulmuş zərərə görə 76.400 manat, illik 5 faiz hesablanmaqla 3.820 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 80.250 manat pulun tutulub Zamiq Hüseynova ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib.
8. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh2 və digərlərinə qarşı iddiası təmin edilərək, “sözügedən mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin İddiaçı1 mülkiyyətinə qaytarılması” qət edilib. Sonradan həmin işə dəfələrlə apelyasiya və kassasiya qaydasında baxılıb və sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla İddiaçı1 iddiası rədd edilib.
9. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Cahangir Alışov 01 avqust 2005-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MTK-nin 15 yanvar 2007-ci ildən 11 mart 2011-ci il tarixədək rəsmi qaydada, sonuncu tarixdən 15 may 2017-ci ilədək isə faktiki olaraq və 15 may 2017-ci ildən yenidən rəsmi qaydada sədri vəzifəsində işləməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu qeyriləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək kooperativ tərəfindən ünvan 1 ünvanda 2006-cı ilin oktyabr ayından inşasına başlanılmış 2 girişli 16 mərtəbəli binadan müqavilə və pul vəsaitlərinin ödənilməsi haqqında maliyyə arayışlarına əsasən ayrı-ayrı şəxslərə mənzillər satıb, dəyəri ödənilmiş mənzilləri ilkin alıcıların məlumatı olmadan yenidən başqa şəxslərə sataraq onlardan müxtəlif məbləğlərdə pul qəbul edib adlarına rəsmiləşdirməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərin əmlakını ələ keçirmək məqsədilə, 2010-cu ilin əvvəlindən faktiki olaraq kooperativin səlahiyyətli nümayəndəsi, qeyd edilən mənzillərin faktiki satışını həyata keçirən vəzifəli şəxs olan Habil Fətəliyev və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, təkrar satışlar üzrə mənzillərin guya alıcılara kooperativ tərəfindən ilkin olaraq, yaxud əvvəlki alıcıların adından satılması haqqında özü və qeyrilərinin köməkçiliyi ilə yalan vədlər verib, bir sıra hallarda qabaqcadan əlbir olduğu Oruc Məmmədov, Mehti Mehtiyev və qeyrilərini qəsdən mənzil alıcılarına qanunsuz satılan mənzillərin əvvəlki sahibləri kimi təqdim edib aldatmaqla, kooperativin inşa etdiyi binanın həyətində yerləşən ofisdə rəsmi sənəd olan müqavilə və maliyyə arayışlarının məzmununa mənzillərin alıcılara qanuni əsaslarla satılması barədə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib, kooperativin dairəvi möhürü ilə sənədlərin qanuni şəkildə təsdiq edilməsi görüntüsü yaratmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı saxta möhürlə təsdiq etməklə şəxsən və ya qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə vəzifə saxtakarlığı edərək, bir sıra hallarda mənzili təkrar satdığı şəxsləri inandırmaq üçün onların həmin mənzilə qəsdən köçürülməsini təmin edib, mənzilin ilkin alıcıları olan qanuni sahiblərini faktiki olaraq əmlak hüquqlarından məhrum edərək, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, kopperativ tərəfindən inşa olunan həmin binadan 3 otaqlı, 152,8 kv.m sahəli 173 nömrəli mənzili 13 mart 2007-ci il tarixli müqavilə ilə Zamiq Hüseynova satdığı və mənzilin dəyəri tam ödənildiyi halda, 2009-cu ilin avqust ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını Vaqif Zeynalova yalandan bildirib, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, sonuncunun arvadı Rəna Zeynalovanın adına rəsmiləşdirilmiş 29 avqust 2009-cu il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Vaqif Zeynalova satılması adı ilə ondan həmin tarixdə binanın həyətində 55.000 manatı alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakına külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmiş, bundan başqa, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, cinayətdən xəbərsiz olan Vaqif Zeynalovun özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 2012-ci ildə Cavabdeh2 satmasına şərait yaradaraq, sonuncunun adından və onun pul vəsaitinə mənzili almaq məqsədilə müraciət etmiş Oktay Abdullayevə mənzilin digər sahibinin olmamasını, tam qanuni əsasla satılmasını yalandan bildirərək, onun tərəfindən Vaqif Zeynalova 52.000 manat ödənilməklə və sənədlərin rəsmiləşdirilməsi xərcləri adı ilə əlavə olaraq 3.000 manat aldatmaqla alaraq, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Oktay Abdullayevin adına rəsmiləşdirilməklə tarixi “29 avqust 2009-cu il” kimi göstərilmiş saxta müqavilə və maliyyə arayışını təqdim edərək, 2016- 2017-ci illərdə isə sənədləşdirmə üçün zəruri xərclərin ödənilməsi adı ilə Cavabdeh2 Oktay Abdullayevə göndərdiyi əlavə olaraq 3.000 manat pulu sonuncudan şəxsən alıb və mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, tarixi “29 avqust 2009-cu il” kimi göstərilmiş saxta müqavilə və maliyyə arayışını təqdim edib, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Cavabdeh2 cəmi 58.000 manat vəsaitini özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmiş, həmçinin cinayət əməlini müəyyən müddətdə gizlətmək məqsədilə mənzili sonuncuya təhvil verib, mənzilin ilkin alıcısı Zamiq Hüseynovun həmin mənzili 2009-cu ilin noyabr ayında 76.400 manata satdığı İddiaçı1 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə isə Cavabdeh1 MTK inşa etdiyi binada qanuni sahibləri olan 109 mənzili saxta müqavilə və maliyyə arayışları əsasında 123 nəfərə yenidən sataraq həmin şəxslərə məxsus ümumilikdə 5.974.361,85 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməklə, cəmi 29 fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərini törətmişdir. Qeyd olunan mənzilin müxtəlif şəxslərə satılması ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı1 17 yanvar 2018-ci il tarixdə zərərçəkmiş şəxs, mülki iddiaçı qismində, Cavabdeh2 07 dekabr 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində, Vaqif Zeynalov 08 dekabr 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınıblar. İddiaçı2, Ruzigar Əhmədov və Orhan Akdoğan cinayət işi üzrə hər hansı formada iştirak etməyib və Oktay Abdullayev isə ibtidai istintaq zamanı şahid qismində dindirilib. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) 1-ci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat
10. İddiaçı2 Cavabdeh1 MTK qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, sonuncu tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.metr olan 141 saylı mənzili, həmin binanın 2-ci blok, 9-cu mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,78 kv.metr olan 181 saylı mənzili, həmin binanın 2-ci blok, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv.metr olan 173 saylı mənzili üzərində onun sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi; onun həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gedişgəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi; habelə Cavabdeh1 MTK ilə Ruzigar Əhmədova arasında ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 141 saylı mənzilinə dair bağlanmış 29 iyun 2010- cu il tarixli; həmin binanın 181 saylı mənzilinə dair Orhan Akdohanla bağlanmış 18 iyun 2010-cu il tarixli; həmin mənzilə dair Yusif Özerlə bağlanmış 23 iyun 2015-ci il tarixli; həmin binanın 173 saylı mənzilinə dair Zamiq Hüseynovla bağlanmış 13 mart 2007-ci il tarixli; İddiaçı1 ilə bağlanmış 13 mart 2007-ci il tarixli; Oqtay Abdullayevlə bağlanmış 20 avqust 2009cu il tarixli; Cavabdeh2 ilə bağlanmış 29 avqust 2009-cıı il tarixli; Rəna Zeynalova ilə bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə müqavilə şərtləri ilə bağlı razılıq əldə etdikdən sonra aralarında 13 mart 2007-ci il tarixdə bağlanmış üç mənzilə dair ayrı-ayrı üç müqaviləyə əsasən sonuncu ünvan 4 ünvanda tikilmiş yaşayış binasının 141; 181 və 173 saylı mənzillərini onun mülkiyyətinə verib, o isə həmin mənzillərin tam dəyərini Cavabdeh1 MTK ödəyib. Mənzillərin hər birinə görə tərəfindən Cavabdeh1 MTK-nə 84.040 ABŞ dolları, ümumilikdə isə üç mənzilə görə 252.120 ABŞ dolları pul ödəyib və sonuncu həmin məbləği almasına dair onun adına müvafiq maliyyə arayışları verib. Bir müddət sonra Cavabdeh1 MTK həmin mənzilləri ona təhvil vermək istəmədiyini bildirib və hətta ona qarşı həmin müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə məhkəmədə əsassız iddia qaldırıb və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilib və bağlanan müqavilələr və maliyyə arayışları etibarsız hesab edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2012-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilib. Cavabdeh1 MTK onun həmin mənzillərə görə qanuni və əsaslı müqavilələr bağladığını, mənzillərin tam dəyərini ödədiyini bilsə də, həmin mənzilləri bu günədək ona təhvil vermək istəmir və mənzillərdə təmir işləri aparılmasına, mənzillərə sərbəst surətdə daxil olmasına maneələr yaradır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 MTK digər cavabdehlərlə də həmin mənzillərə dair müqavilələr bağladığı məlum olub. Belə ki, həmin binada ona məxsus 173 saylı mənzilə dair Zamiq Hüseynovla 13 mart 2007-ci il tarixli, İddiaçı1 ilə 13 mart 2007-ci il tarixli, Oqtay Abdullayevlə 20 avqust 2009-cu il tarixli, Cavabdeh2 ilə 29 avqust 2009-cu il tarixli, Rəna Zeynalova ilə 29 avqust 2009cu il tarixli, 181 saylı mənzilə dair Yusif Özerlə 23 iyun 2015-ci il tarixli və 141 saylı mənzilə dair Ruzigar Əhmədova ilə 29 iyun 2010-cu il tarixli müqavilələr bağlayıb. Sonradan həmin müqavilələrin görünüş üçün bağlandığı məlum olub. Belə ki, ona məxsus 173 saylı mənzilə dair onunla eyni gündə, yəni 13 mart 2007-ci il tarixdə Zamiq Hüseynovla və İddiaçı1 ilə də müqavilələr bağlanıb. Halbuki, həmin vaxt mənzil yalnız ona satılıb və mənzilə dair başqa şəxslərlə müqavilə bağlanmayıb. Sadəcə olaraq Cavabdeh1 MTK mənzilləri ona təhvil verməmək üçün saxta müqavilələr bağlayıb. 173 saylı mənzillə bağlı iki il sonra eyni tarixdə, yəni 29 avqust 2009-cu ildə Oqtay Abdullayev, Cavabdeh2 və Rəna Zeynalova ilə üç ayrı-ayrı müqavilələrin bağlanması bir daha göstərir ki, Cavabdeh1 MTK bu müqavilələri alıcıları aldadaraq bağlayıb və onlara qarşı dələduzluq edib.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.İ.Əyyubov) iddia təmin edilərək, Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 141; 181 və 173 saylı mənzilləri üzərində İddiaçı2 sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin Cavabdeh1 MTK qadağan edilməsi, Cavabdeh1 MTK ilə Ruzigar Əhmədova arasında ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 141 saylı mənzilinə dair bağlanmış 29 iyun 2010-cu il tarixli; həmin binanın 181 saylı mənzilinə dair Akdoğan Orhanla bağlanmış 18 iyun 2010-cu il tarixli; həmin mənzilə dair Yusif Özerlə bağlanmış 23 iyun 2015-ci il tarixli, həmin binanın 173 saylı mənzilinə dair Zamiq Hüseynovla bağlanmış 13 mart 2007-ci il tarixli, İddiaçı1 ilə bağlanmış 13 mart 2007-ci il tarixli, Oqtay Abdullayevlə bağlanmış 20 avqust 2009-cu il tarixli, Firuzə Heybətovla bağlanmış 29 avqust 2009-cu il tarixli və Rəna Zeynalova ilə bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli 173 saylı mənzil ilk öncə 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən Zamiq Hüseynova, sonra isə onun razılığı ilə İddiaçı2 satılıb. Daha sonra, Zamiq Hüseynov və İddiaçı1 ilə bağlanmış müqavilələr ləğv və ya etibarsız hesab edilmədən 29 avqust 2009-cu il tarixli müqaviləyə əsasən sözügedən mənzil Rəna Zeynalovaya, sonradan eyni tarixli müqavilələrlə Oktay Abdullayevə və Cavabdeh2 satılıb. Göründüyü kimi, Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan mənzillər barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh2 ilə etibarsız, hazırki halda isə əhəmiyyətsiz əqd bağlayıb. Bu baxımdan İddiaçı2 cavabdehlərə qarşı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 337-349, 354.2, 421-424-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.
15. Həmin qətnamədən cavabdehlər İddiaçı1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. b) 2-ci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat
16. İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında ünvan 5 ünvanında yerləşən, Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152.8 kv.m olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, sözügedən mənzildən Cavabdeh2 çıxarılması və həmin mənzilin onun faktiki mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 mart 2007-ci il tarixdə Cavabdeh1 MTK ilə Zamiq Hüseynov arasında bağlanmış müqaviləyə əsasən sonuncu MTK-da pay mülkiyyətiçisi statusu əldə etmişdir. MTK-dan aldığı payı mülkiyyətçi kimi Zamiq Hüseynov ona satmış və cavabdeh MTK ilə onun arasında bağlanmış ilkin tarixə dair, yəni 13 mart 2007-ci il tarixə müqavilə bağlanmış, MTK-ya borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmiş, həm müqavilə, həm də maliyyə arayışı MTK-nın sədri Cahangir Alışov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Aldığı mənzilin təmir edilməsinə 2016-ci ilə qədər cavabdeh MTK-nın rəhbərliyi tərəfindən icazə verilməmiş, bu müddətdən istifadə edən MTK rəhbərliyi mənzilləri təkrarən başqa şəxslərə satmışdır. 2016-cı ildən mənzilləri təmir etməyə icazə verilmiş və o, mülkiyyətində olan mənzili təmir etməyə başlamaq istəyərkən aldığı mənzilin başqaları tərəfindən təmir edildiyini görmüş, lakin mənzilin sahibini tapa bilməmişdir. Sonradan mənzilin Cavabdeh2 satıldığını öyrənmişdir. Cavabdeh MTK-nin sədri X4 notarial qaydada verdiyi ərizəyə əsasən ona mənzili satdığını, həmin mənzilə dair heç bir iddiasının olmadığını, gələcəkdə də olmayacağını qeyd etməsinə baxmayaraq, 2013-cü ildə ona mənzilin satılmasını öz ərizəsi ilə qeyd edən Cahangir Alışovun sədrlik etdiyi MTK onun mülkiyyətində olan mənzili 29 avqust 2009-cu il tarixli müqavilə ilə təkrarən X5, daha sonra R.Zeynalovanın adından X6, sonuncu dəfə isə Cavabdeh2 satmışdır və hazırda mənzil sonuncunun istifadə və sahibliyindədir. Cavabdeh MTK-nin sədri onun aldığı mənzili təkrarən qeyd olunan şəxslərə satan zaman mənzilin daha öncədən ona satılmasını, yəni faktiki olaraq mənzilin onun mülkiyyətində olmasını bilmiş, buna görə də mənzili təkrarən başqasına satan zaman bağlanmış müqaviləni sadəcə pul əldə etmək üçün bağlamışdır. Cavabdeh MTK müqavilə tərəfini pay sahibi etmək məqsədi güdmədən, sadəcə pul qazanmaq üçün mənzilə dair dəfələrlə müqavilə bağlamış, nəticədə bağlanmış müqavilənin mahiyyətinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan qarşı tərəfi aldatmaqla uydurma əqd bağlamışdır.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.M.Abbasova) iddia təmin edilərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 7 ünvanda yerləşən yaşayış binasının 173 saylı mənzilinə dair bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin İddiaçı1 faktiki mülkiyyətinə qaytarılması qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında 13 mart 2007-ci il tarixli müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə görə, Cavabdeh1 MTK ünvan 7 ünvanda yerləşən yaşayış binasının 173 saylı mənzilini payçı İddiaçı1 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib mənzilin ümumi dəyəri olan 76.400 manat pulu Cavabdeh1 MTK ödəməyi öhdəsinə götürüb. 13 mart 2007-ci il tarixli maliyyə arayışına əsasən mənzilin pay haqqı tam məbləğdə İddiaçı1 tərəfindən ödənilib və sonuncu həmin müqaviləyə və maliyyə arayışına istinad edərək hazırki iddianı qaldırıb. Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan sözügedən mənzil üzərində sərəncam verməklə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh2 ilə etibarsız, hazırki halda isə əhəmiyyətsiz əqd bağlayıb. Bundan əlavə, qanunda başqa qayda nəzərdə tutulmadığı üçün hazırki tələblərə də iddia müddəti şamil edilməli və İddiaçı1 tərəfindən ötürülmüş müddət bərpa edilməklə iddia təmin olunmalıdır.
20. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 752.1, 752.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.
21. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(001)-327/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, mübahisəli mənzil tərəfindən qanuni əsasla alınmış, mənzili təmir etdirərək, uzun müddətdir ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Yasamal Rayon Məhkəməsində İddiaçı2 həm İddiaçı1, həm də ona qarşı mübahisəli mənzilə dair müqavilələrin etibarsızlığı barədə iddia qaldırmışdır. Həmin işdən müəyyən edilir ki, İddiaçı2 və İddiaçı1 aid müqavilələr eyni tarixə təsadüf edir, belə olan halda həmin şəxslərdən daha öncə kiminlə müqavilənin bağlanıldığını müəyyən etmək qeyri-mümkündür. Mülki Məcəllənin 452-ci maddəsinin tələbinə əsasən iddiaçının mənzilə dair ona qarşı iddia qaldırmaq hüququ aradan qalxmış, iddianı MTK-ya qarşı qaldıra bilər. Həmçinin mənzilin vicdanlı əldə edilməsi barədə qanunvericiliyin tələbləri pozulmuşdur. Daha əvvəl İddiaçı1 müqavilənin ləğv edilməsi, mənzilin ona qaytarılması barədə iddia qaldırmış, rayon məhkəməsi iddianı təmin etsə də, yuxarı instansiya məhkəmələri tərəfindən qətnamə ləğv edilərək, iddia rədd edilmişdir. İddia müddəti ilə bağlı normalar da pozulmuşdur.
23. İddiaçı1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(004)- 87/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, mübahisəli 173 saylı mənzilin ona satılması barədə MTK ilə bağlanmış 13 mart 2007-ci il tarixli müqavilə var, həmin mənzillə bağlı Yasamal Rayon Məhkəməsinin icraatında mülki iş olmasından sonradan xəbəri olmuşdur. O, həmin mənzilin Cavabdeh2 adlı şəxsə satılması barədə müqaviləni Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq mübahisələndirmiş və iddiası təmin edilmişdir, həmin iş üzrə qanuni qüvvəyə minmiş qərar qəbul edilənə qədər bu işin dayandırılmasını xahiş etmişdir. MTK-nın təsisçiləri Habil Fətəliyev və Cahangir Alışov barəsində cinayət işi başlanılmış, həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı2 tərəfindən isə mübahisəli 173 saylı mənzilin dəyərinin ödənilməsini təsdiq edən sənəd olmadığından sonuncu zərərçəkmiş şəxs qismində tanınmamışdır.
24. Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(004)-87/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli mənzili aldıqdan dərhal sonra təmir edərək mənzilə köçmüş və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin dəyərini tam ödəmiş, mülkiyyətçi də mənzili ona təhvil vermişdir, məhkəmə isə əsassız yerə həmin əqdi etibarsız hesab etmişdir. İddiaçı2 və İddiaçı1 aid müqavilələr eyni tarixə təsadüf edir, belə olan halda həmin şəxslərdən daha öncə kiminlə müqavilənin bağlanıldığını müəyyən etmək qeyri-mümkündür. Mülki Məcəllənin 452-ci maddəsinin tələbinə əsasən iddiaçının mənzilə dair ona qarşı iddia qaldırmaq hüququ aradan qalxmışdır, iddianı MTK-ya qarşı qaldıra bilər. Həmçinin mənzilin vicdanlı əldə edilməsi barədə qanunvericiliyin tələbləri pozulmuşdur. O, mənzilə dair müqavilə bağlanan anda və orada yaşadığı müddətdə mənzili özgəninkiləşdirənin, iddiaçının və digər cavabdehlərin hüquqları barədə hər hansı şübhə etməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. v) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli 2(103)- 8133/2021 saylı qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin faktiki mülkiyyətə qaytarılması tələbinə dair 2(103)-6959/2021 saylı və İddiaçı2 cavabdehlər İddiaçı1, Cavabdeh2 və qeyrilərinə qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız hesab edilməsi barədə 2(103)-8133/2021 saylı mülki işlər bir icraatda birləşdirilmişdir.
27. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) Cavabdeh2 apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılıb, habelə İddiaçı1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 MTK tərəfindən ünvan 8 ünvanda inşa edilmiş yaşayış binasının 173 saylı mənzili üzərində İddiaçı2 sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, onun mənzildən istifadə etməsi, mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, mənzildə təmir-tamamlama işlərinin aparılması üçün ona şəraitin yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi; habelə həmin mənzilə dair Zamiq Hüseynovla bağlanmış 13 mart 2007-ci il və İddiaçı1 ilə bağlanmış 13 mart 2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissələrində ləğv edilib, həmin hissələrdə iddianın rədd olunması qət edilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli 173 saylı mənzil Cavabdeh2 və Vaqif Zeynalovdan əvvəl İddiaçı1 satılıb, sonuncu ilə bağlanmış müqavilə ləğv və ya etibarsız hesab edilmədən həmin mənzil 29 avqust 2009-cu il tarixli müqavilə ilə Rəna Zeynalovaya, sonradan eyni tarixli müqavilə ilə Oktay Abdullayevə və daha sonra isə Füruzə Heybətovaya satıla bilməzdi. Bundan başqa, iddia, İddiaçı1 tərəfindən daha əvvəl qaldırıldığından, üstünlük də ona verilməli və mübahisəli 173 saylı mənzilə dair onunla bağlanmış müqavilə etibarlı sayılmalıdır.
29. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 752.1, 752.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. c)Kassasiya instansiya məhkəməsindəki icraat
30. Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya insansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-3671/2022 saylı 06 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli 2(103)-321/2022 saylı qətnaməsi qismən - İddiaçı1 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 7 ünvanda yerləşən yaşayış binasının 173 saylı mənzilindən Cavabdeh2 çıxarılması və həmin mənzilin İddiaçı1 faktiki mülkiyyətinə qaytarılması” hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmış və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
32. İşi yeni apelyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı1 Cavabdeh2 qarşı iddia tələblərini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli 173 saylı mənzilin Cavabdeh2 əvvəl İddiaçı1 satıldığı, sonuncu ilə bağlanmış müqavilə ləğv və ya etibarsız hesab edilmədən həmin mənzilin yenidən Füruzə Heybətovaya satılmasının yolverilməz olduğu, başqa sözlə mənzilə dair Cavabdeh2 ilə bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün etibarsız sayıldığı qənatinə gəlsə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməməsinin səbəblərini qətnamədə əsaslandırmayıb. Hazırki halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni Cavabdeh2 hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, işin mübahisə olunmayan hallarına görə Cavabdeh2 mənzili müqavilə əsasında əldə edib, müqaviləyə, maliyyə arayışına əsasən mənzili satın almaq üçün qabaqcadan 55.008 manat pay haqqı ödəyib və etirazına görə mənzilin təmirinə 80.000 manat xərc çəkib. Hazırda, Cavabdeh2 sözügedən mənzili öz vəsaiti hesabına təmir etdirməklə, ailə üzvləri ilə birlikdə xeyli müddətdir ki, həmin mənzildə yaşadığını göstərib iddiaya etiraz edir. İddiaçı1 da iddiasında mənzilin Cavabdeh2 tərəfindən təmir olunduğunu inkar etmir və sonuncunun ailə üzvləri ilə birlikdə mənzildə həqiqətən 2016-cı ildən yaşadığını iddia edir. Proses iştirakçılarının izahatı
33. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
34. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi.
35. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
41. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
42. Maddə 452.1. Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.
43. Maddə 752.2. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya baxışının hədləri
47. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
49. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
50. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-321/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi qismən - İddiaçı1 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 7 ünvanda yerləşən yaşayış binasının 173 saylı mənzilindən Cavabdeh2 çıxarılması və həmin mənzilin İddiaçı1 faktiki mülkiyyətinə qaytarılması” hissələrində ləğv edildiyindən, hazırda həmin hissədə yoxlanılır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti qismən təmin edilməklə, həmin qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
52. Hazırda İddiaçı1, sözügedən mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini, sözügedən mənzildən Cavabdeh2 çıxarılmasını və həmin mənzilin faktiki mülkiyyətinə qaytarılmasını iddia edir.
53. Cavabdeh2 isə mənzili 29 avqust 2009-cu il tarixli müqaviləyə, eyni tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MTK-dən əldə etdiyini, mənzilin pay haqqı olaraq 55.008 manat pulu ödədiyini, mənzili əldə etdikdən dərhal sonra orada 80.000 manat dəyərində təmir işləri aparıb ora köçdüyünü və hazırda ailə üzvləri ilə birlikdə orada yaşadığını göstərib, iddiaya etiraz edir.
54. Müəyyən edilmişdir ki, mübahisəli 173 saylı mənzil 13 mart 2007-ci il tarixli müqavilə əsasında MTK tərəfindən Zamiq Hüseynova satılmış və onun tərəfindən dəyəri tam ödənilmişdir, daha sonra 2009-cu ildə sonuncu həmin mənzili İddiaçı1 satmış, sonuncu tərəfindən mənzilin dəyəri tam ödənilmiş, İddiaçı1yla müqavilə elə Zamiq Hüseynovla bağlanmış tarixə (xx.xx.2007-ci il) bağlanılmışdır. Bundan başqa həmin mənzil 2009-cu ildə X3 adına rəsmiləşdirilməklə Vaqif Zeynalova, həmçinin X1, Vaqif Zeynalovun özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 2012-ci ildə 29 avqust 2009-cu il tarixli müqavilə əsasında Cavabdeh2 satmışdır.
55. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, mübahisəli mənzil ilk dəfə Zamiq Hüseynova satılmış, onun tərəfindən isə İddiaçı1 satılmışdır (MTK-nın direktoru verdiyi ərizədə bu halı özü də təsdiq etmişdir). Daha sonra Zamiq Hüseynov və İddiaçı1 ilə bağlanmış müqavilələr ləğv və ya etibarsız hesab edilmədən 29 avqust 2009-cu ildə X5, sonradan eyni tarixli sənədlərlə X6 və sonra Cavabdeh2 satılmışdır.
56. Qeyd olunan hallar aparılmış istintaqla da müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 və Vaqif Zeynalovun zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarlarda mübahisəli mənzil qanuni sahibi olan mənzil kimi (İddiaçı1 nəzərdə tutulmuşdur) qeyd edilərək, onlara satılması adı ilə sonuncuların pulunun talanması göstərilmişdir. Buradan da müəyyən edilir ki, mübahisəli mənzil Cavabdeh2 və Vaqif Zeynalovdan əvvəl İddiaçı1 satılmış, sonuncu ilə bağlanmış müqavilə ləğv və ya etibarsız hesab edilmədən 29 avqust 2009-cu ildə X5, sonradan eyni tarixli sənədlərlə X6 və sonra isə Cavabdeh2 satılmışdır.
57. Hazırkı işin tərəfləri arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. ”
59. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
60. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli mənzil İddiaçı1 məxsus olmuşdur və onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxslər arasında onun iradə ifadəsi olmadan qeyd edilən müqavilələr bağlana bilməzdi.
61. Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh2 ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır.
62. Həmçinin hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqinə dair Kollegiya qeyd edir ki, Cavabdeh2 münasibətdə həmin normanı tətbiq etməklə iddianı rədd etmək olmaz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
63. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir.
64. Hazırkı işin hallarından da müəyyən olunduğu kimi, dəyəri ödənilməklə mübahisəli mənzilə dair ilkin olaraq müqavilə Zamiq Hüseynovla bağlanmış, o isə İddiaçı1 satmış və həmin müqavilələrə əsasən MTK mənzili inşa edərək sonuncuya təhvil verməyi öhdəsinə götürmüşdür.
65. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
66. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
67. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
68. Bu kateqoriyadan olan işlərə baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də nəzərə alınmalıdır, çünki həmin mövqe işə baxan məhkəmələr üçün məcburidir.
69. Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 mart 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Eyni zamanda, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh "xxxx" MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir... Göründüyü kimi, satıcı "xxxx" MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir... Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, E.Bağırlı ilə "xxxx" MTK arasında bağlanmış 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK həmin binada dəyəri ödənilmiş üç otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz "xxxx" MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə E.Bağırlıya təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə bilən tələb nəzərə alınmalıdır.”
70. Göründüyü kimi, Konstitusiya baxışının predmeti olmuş mülki işdə də, hazırkı işdə olduğu kimi, söhbət MTK tərəfindən mənzil bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından gedir və Konstitusiya Məhkəməsi işə baxmış məhkəmələr tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzilin dəyəri ilkin alыъı tərəfindən ödənildikdən sonra həmin alıcı əmlaka (mənzilə) sahiblik və istifadə etmək hüququnu əldə edir və belə olan halda, MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi, yəni sonradan mənzilə dair başqa şəxslə alqı-satqı müqaviləsi bağlaması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır.
71. Göründüyü kimi, MTK tərəfindən mənzil artıq İddiaçı1 satıldığı üçün digər şəxslərə satıla bilməzdi, Mülki Məjəllənin 452.1-ci maddənin hazırki halda cavabdehə münasibətdə tətbiq edilməsi yolverilməzdir.
72. Baxılan iş üzrə Cavabdeh2 452.1-ci maddəyə istinad edərək, apelyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.
73. Cavabdeh2 iddia müddəti ilə bağlı dəlilinə münasibətdə isə Kollegiya aşağıdakıları qeyd edir.
74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
75. Əvvəla qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi, icra edilənlərin qaytarılması yolu ilə mümkündür. Bu kateqoriya işlərdə müddətin axımının başlanma anı məhz əhəmiyyətsiz əqdin icrasına başlanması anı ilə müəyyən olunur. Bu müddətin axımı subyektiv faktorla (maraqlı şəxsin hüquqlarının pozulduğunu bildiyi vaxtla) yox, əqdin icrasına başlanmasını xarakterizə edən obyektiv hallarla bağlıdır. Belə hüquqi tənzimləmə onunla bağlıdır ki, bu əqdlər, məhkəmə tərəfindən əhəmiyyətsiz sayılıb-sayılmamasından asılı olmayaraq, əhəmiyyətsizdir və əqdin tərəfləri və üçüncü şəxslər üçün heç bir hüquqi nəticə doğurmur. Deməli, nə qədər ki, iddianın verilməsi hüququ əhəmiyyətsiz əqdin icrasının nəticələrinin əmələ gəlməsi ilə bağlıdır və bu nəticələrin aradan qaldırılması məqsədini güdür, deməli məhkəmə müdafiəsi üçün müddətin əvvəli də məhz belə əqdin icrasına başlandığı anla bağlıdır. Məhkəməyə müraciət edən iddiaçı özünün öhdəliklə (vədlə) yox, hərəkət, yəni icra ilə bağlı pozulmuş hüququnu müdafiə edir. Buradan da belə aydın olur ki, iddiaçının hüququnu MTK ilə Cavabdeh2 arasında bağlanmış əqd yox, əqdin icrası pozur.
76. Əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (iddia müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi, əmlakın təhvil verilməsi və s.) gündən başlanır.
77. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir.
78. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılmasına ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan (o cümlədən mənzil) əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə iddia müddəti tətbiq oluna bilməz.
79. Hazırkı iş üzrə isə mübahisələndirilən müqavilə əvəzedilməz əşya olan mənzilin alğısatqısına dair bağlanmışdır, odur ki, iddia müddətilə bağlı cavabdehin dəlilləri əsassızdır.
80. İşi yeni apelyasiya baxışına qaytarankən kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, apelyasiya instansiya məhkəməsi sözügedən müqaviləni etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməyib və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmayıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair müqaviləni etibarsız hesab edərkən, Cavabdeh2 həmin mənzilə görə ödədiyi 55.008 manat pulun ona geri qaytarılmasını həll etməyib və nəticədə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməməklə Mülki Prosessual Məcəllənin 386, 418.1, 418.2-ci maddələrinin tələblərini pozub. Bu prosessual pozuntu isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
81. Göründüyü kimi, əvvəlki apelyasiya məhkəməsinin qətnaməsi yalnız Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə uyğun olaraq restitusiya tətbiq edilmədiyi üçün ləğv edilmişdir.
82. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, belə olan halda restitusiya tətbiq olunur.
83. Hazırki halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni Cavabdeh2 hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir.
84. Kollegiya hesab edir ki, birinci intsansiya məhkəməsi tərəfindən restitusiya məsələsi həll olunmadığından 01 mart 2021-ci il tarixli qətnamə ləğv edilməlidir.
85. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 9 ünvanında yerləşənCavabdeh1 MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə etibarsız olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla müqavilə üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, Cavabdeh2 tərəfindən mənzili satın almaq üçün ödənilmiş 55.008 manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan alınaraq оna qaytarılmalıdır.
86. Мübahisəli mənzil Cavabdeh2 sahibliyindədir. Həmin sahiblik isə qanunsuzdur.
87. İddiaçı Cavabdeh2 mənzildən çıxarılması və mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini tələb etməkdə haqlı olmuşdur.
88. Cavabdeh2 mənzilin təmirinə 80.000 manat xərc çəkməsi ilə bağlı Kollegiya qeyd edir ki, bu hal əqdin icrası ilə bağlı deyildir, təmir xərci müstəqil mübahisənin predmeti olmaqla, hazırda bununla bağlı ayrıca tələb yoxdur və Cavabdeh2 əsaslandırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı iş üzrə 01 mart 2021ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 9 ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilsin. Mənzilin dəyəri olaraq ödənilmiş 55.008 manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan tutularaq Cavabdeh2 qaytarılsın. Cavabdeh2 ünvan 9 ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzildən çıxarılsın və mənzil İddiaçı1 faktiki mülkiyyətinə qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.