Məhkəmə qərarları › İş №2(103)-7291/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7291/2020

08.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7291/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-840/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Höküməli qəsəbəsi, Yeni yaşayış massivi ev 0 mənzil 0 Abonent kodu: **********08250 olan İddiaçı adına hesablanmış 825 manat cərimə pulunun silinməsi və sərf etdiyi təbii qaza görə smart tipli qaz kartına yüklədiyi pulların, yəni 700 manat pulun smart tipli qaz kartına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-840/2020 saylı qətnaməsi ilə (hakim Rəhimli Lalə) iddia qismən təmin edilmiş, Cavabdeh İB qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib,iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi qətnaməni 16iyun 2020-ci il tarixdə elan etdiyi halda,apellyasiya şikayətinə əlavə olunmuş rüsumla bağlı olan qəbzin tarixi ondan çox əvvəl,yəni 29aprel 2019-ci il tarixlidir ki,bu hal da özü-özlüyündə qəbzdə göstərilmiş pul vəsaitinin məhz hazırki iş üzrə apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu olması istisna olunur. Ümumiyyətlə,işdən görünür ki,iddia ərizəsi birinci instansiya məhkəməsinə 02dekabr 2019-cu il tarixdə daxil olmuşdur.Yəni,iddiaçının hələ hazırki iddia ilə məhkəməyə müraciət etmədiyi halda,cavabehin artıq qətnamədən apellyasiya şikayətinə görə dövlət rüsumu ödəməsi faktiki olaraq mümkün deyildir. Qeyd edilənlərə əsasən,məhkəmə kollegiyası hesab edir ki,həmin qəbz hazırki apellyasiya şikayəti üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan,apellyasiya qeyri-mümkün hesab edilməli,mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366-cı maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-840/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar