Məhkəmə qərarları › İş №2(103)-7293/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7293/2022

24.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7293/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Bakı şəhərı 5* saylı notarıat ofısınin xüsusi notariusu Kənan Rəhmanova, Bakı şəhərı 6 saylı notariat ofisinin xüsusi notariusu X6 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması, vəsiyyətnamə, mirasda məcburi pay, vəsiyyətnamənin və məcburi paydan imtinanın etibarsızlığı, mirasın bölüşdürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh*, Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Bakı şəhərı 5* saylı notarıat ofısınin xüsusi notariusu Kənan Rəhmanova, Bakı şəhərı 6 saylı notariat ofisinin xüsusi notariusu X6 qarşı “vəsiyyətnamələrin, miras əmlakdan imtina barədə ərizələrin etibarsız hesab edilməsi və miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər Sovetinin texniki İnventarlaşdırma bürosu tərəfindən *7.*2.*974-cü il tarixdə X3 adına Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrində qeydiyyata alınmışdır.

2. X8 ilə Cavabdeh3 28 sentyabr *978-ci il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Orconikidze rayon VVADQ şöbəsində rəsmiləşdirilmiş, nikahlarından xx xxxxxxx *979-cu il tarixdə Hacıəli, xx xxxxxx *98*-ci il tarixdə Zaur, xx xxxxxx *984-cü il tarixdə Yeganə adını verdikləri uşaqları dünyaya gəlmişlər.

3. Bakı şəhəri 6 saylı notariat ofisində ** may 2**8-ci il tarixdə rəsmiləşdirilmiş və reyestrdə 2V-99 № ilə qeydə alınmış vəsiyyətnaməyə görə, X8 özünün bütün daşınar və daşınmaz əmaklarını qızı Cavabdeh* vəsiyyət etmişdir.

4. Bakı şəhəri 6 saylı notariat ofisində *8 aprel 2*2*-ci il tarixdə rəsmiləşdirilmiş və reyestrdə 2V-*79 № ilə qeydə alınmış vəsiyyətnaməyə görə, X8 özünün bütün daşınar və daşınmaz əmaklarını qızı Cavabdeh* vəsiyyət etmişdir.

5. Bakı şəhəri 5* saylı notariat ofisində 26 aprel 2*2*-ci il tarixdə rəsmiləşdirilmiş və reyestrdə 2V-**/77 № ilə qeydə alınmış vəsiyyətnaməyə görə, X8 özünün "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitlərini qızı Cavabdeh* vəsiyyət etmiş və oğlu İddiaçı ondan miras qalmış əmlaklardan pay almaq hüququndan mərhum etdiyini göstərmişdir.

6. X8 **.*9.2*2*-ci il tarixdə Bakı şəhərində ölmüş, bu barədə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən *6.**.2*2*-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir.

7. İddiaçı Bakı şəhəri ** saylı notariat ofisinə ** dekabr 2*2*-ci il tarixdə ünvanladığı ərizədə, **.*9.2*2*-ci il tarixdə ölmüş atası Hacıbala Ağayevin mirasını - Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evini qəbul etdiyini, ondan başqa digər vərəsələrin – Cavabdeh3, Cavabdeh* və Cavabdeh2 olduğunu bildirmiş, fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

8. Cavabdeh* Bakı şəhəri ** saylı notariat ofisinə 27 dekabr 2*2*-ci il tarixdə ünvanladığı ərizədə, **.*9.2*2*-ci il tarixdə ölmüş atası Hacıbala Ağayevin mirasını qəbul etdiyini, ondan başqa digər vərəsələrin – Cavabdeh3, İddiaçı qızının və Cavabdeh2 olduğunu, *8 aprel 2*2*-ci il tarixli 2V-*79 №-li vəsiyyətnaməyə əsasən daşınar və daşınmaz əmlaka dair və 26 aprel 2*2*-ci il tarixli 2V-**/77 №-li vəsiyyətnaməyə əsasən "xxxx" ASC-də hesabda olan pul vəsaitlərinə dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamələrinin verilməsini xahiş etmişdir.

9. Cavabdeh3 Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 8İ-438 № ilə qeydə alınmış 2*.*2.2*22-ci il tarixli ərizəsində göstərmişdir ki, **.*9.2*2*-ci il tarixdə ölmüş əri X2 irs qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən ona çatası məcburi paydan vəsiyyət üzrə vərəsə olan qızı Cavabdeh* xeyrinə imtina edir.

10. Cavabdeh2 Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 8İ-439 № ilə qeydə alınmış 2*.*2.2*22-ci il tarixli ərizəsində göstərmişdir ki, **.*9.2*2*-ci il tarixdə ölmüş atası X2 irs qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən ona çatası məcburi paydan vəsiyyət üzrə vərəsə olan Cavabdeh* xeyrinə imtina edir.

11. İddiaçı Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusuna ünvanladığı *9.*3.2*22-ci il tarixli ərizəsində, X2 miras qalmış əmlakların bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında mübahisə olduğundan, mirasla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtana olunması barədə qərar verilməsini xahiş etmişdir.

12. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu *2.*3.2*22-ci il tarixli **6 saylı “Notariat əməliyyatının aparılmasından imtina” barədə qərarla, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduğu üçün notariat əməliyyatı aparılmasından imtina etmişdir.

13. ünvan 6 ünvanladığı *2.*8.2*22-ci il tarixli məktubda göstərilmişdir ki, X* Yeganə Hacıbala qızının adına **.*5.2**8-ci il tarixdə 2V-99 və *8.*4.2*2*-ci il tarixdə 2V- *79 reyestrlə vəsiyyətnamələr verilmiş, lakin 2V-99 reyestrli vəsiyyətnamə vəsiyyətedənin iradəsinə uyğun olaraq şəxsi iradəsi əsasında ləğv edilmişdir.

14. "xxxx" ASC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış *2.*8.2*22-ci il tarixli məktubda göstərilmişdir ki, X3 adına olan 3388***944792*59*2*8 nömrəli hesabda 3** AZN və 43875**944792*59*2*8 nömrəli hesabda * AZN vəsait mövcuddur.

Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə aktları

15. İddiaçı Cavabdeh*, X4, Cavabdeh3, Bakı şəhəri 5* saylı notariat ofisinin xüsusi notariusu Kənan Rəhmanova, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq olunaraq reyestrdə 2V-*79№ ilə qeydə alınmış, bütün daşınar və daşınmaz əmakların vəsiyyət edilməsi barədə *8 aprel 2*2*-ci il tarixli və Bakı şəhəri 5* saylı notariat ofisi tərəfindən təsdiq edilərək reyestrdə 2Y-**/77M ilə qeydə alınmış, "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitləri barədə mərhum X3 adından Cavabdeh* adına imzaları ilə təsdiq edilmiş vəsiyyətnamələrin, özlərinin məcburi payından Cavabdeh* xeyrinə imtinaları barədə Bakı şəhəri ** saylı notariat ofisində Cavabdeh3 8İ-438 № ilə qeyd edilmiş 2*.*2.2*22-ci il tarixli və Cavabdeh2 reyestrdə 8İ-439№ ilə qeyd edilmiş 2*.*2.2*22-ci il tarixli ərizələrinin etibarsız sayılması,**.*9.2*2*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 miras qalmış, daşınmaz əmlakın Dövlət reyestrindən *7.*2.*974-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin və "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitlərinin miras şərikləri - arvadı Cavabdeh3, oğlu Cavabdeh2, oğlu İddiaçı, qızı Cavabdeh* arasında ¼ hissədə bərabər paylarla bölünməsi və “Daşınmaz əmlakin dövlət kadastrı və reyestri” publik hüquqi şəxsi tərəfindən çıxarışın verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, **.*9.2*2*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş atası X2 Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, *-ci Bül- Bülə küçəsi ev 8 ünvanında yerləşən həyət evi və "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitləri miras qalmış, mərhumun ölümündən sonra *-ci növbəli 4 vərəsəsi arvadı Cavabdeh3, oğlu Cavabdeh2, o və mərhumun qızı Cavabdeh* miras əmlakın qəbul edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisinə müraciət edib orada notariat işi açdırmışlar. Miras əmlakla bağlı notariusa müraciət edərkən burada ona bildirmişlər ki, ölən şəxsin vərəsələrindən Cavabdeh* adına vəsiyyətnamə qoyulmuş, eyni zamanda digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 onlara düşən məcburi miras paydan Cavabdeh* xeyrinə imtina barədə notariusa ərizələr vermişlər. Hesab edir ki, vəsiyyətnamə, miras əmlakdan imtina barədə ərizələr etibarsız hesab edilməli və miras əmlaklar qanun üzrə vərəsələr arasında bərabər bölünməlidir. Təqdim edilmiş notariat işinin içərisində olan, *8 aprel 2*2*-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X** tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-*79№ ilə təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, miras qoyan özünün bütün daşınar və daşınmaz əmaklarını qızı Cavabdeh* vəsiyyət etmişdir. Mərhum atasının sağlığında daima onun qayğısına qalmış, bir övlad kimi həmişə yanında olmuş və köməklik göstərmişdir. Hələ atası sağlığında mülkiyyətində olan evdən 2**6-cı ildə öz razılığı ilə * otaqlı ev ayırıb ona vermişdir. Onun razılığı ilə fərdi həyət evinin bir otağının qarşısında yerləşən torpaq sahəsində tərəfindən tikinti işləri aparılmış, ailə üçün öz vəsaiti hesabına lazımı şərait yaradılmışdır. Hazırda mərhum atası tərəfindən ona ayrılmış * otaqdan başqa əlavə 3 otaq, hamam, tualet tikmişdir. Burada sonradan inşa edilmiş onun ailəsinin istifadəsində olan cəmi 4 otaq, sanuzel-hamam və tualetdən 5 nəfər ailə tərkibi ilə o, arvadı X**, qızı X*6, X*4 və X*2 birlikdə yaşayır və istifadə edirlər. Mərhum atası 2**8-ci ildə bacısı Cavabdeh* tərəfindən təzyiqlərə məruz qalmış, onu iflic vəziyyətinə salmışdır ki, miras əmlakları ələ keçirsin, həmin vaxtı o bundan xəbərdar olandan sonra aralarında bacısı ilə mübahsələr yaranmış və atasını qısa vaxtda müalicə elətdirib həyata qaytarmışdır. 2*2*-ci ildə isə bacısı onu atasına yaxın buraxmamış, xəstəliklərini ondan gizlətmişdir. Səbəb yenə də mirasın ələ keçirilməsi olmuş və o, ən nəhayət vəsiyyətnamələri atasına təzyiqlər göstərərək yazdırmış, öz niyyətinə çatmışdır.

17. Cavabdeh* iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Zaur ümumiyyətlə atasının sağlığında onun qayğısına qalmamış, atası öldükdən sonra da onun ölümündə bacısını və anasını təqsirli bilmişdir.

18. Cavabdeh X7 da iddia tələbinin əsassız olduğunu bildirmişdir.

19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2*22-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, mərhum X2 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə İddiaçı */8 hissədə, Cavabdeh* 7/8 hissədə miras paylarının tanınması, mərhum X2 miras qalmış "xxxx" ASC-nin bank hesabında olan 3** manat məbləğində pul vəsaitinə İddiaçı */8 hissədə, Cavabdeh* 7/8 hissədə miras paylarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət olunmuş, eyni tarixli qərardadla iddiaçının “Daşınmaz əmlakin dövlət kadastrı və reyestri” publik hüquqi şəxsi tərəfindən çıxarışın verilməsi” tələbi üzrə icraata xitam verilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

56.1. Həm iddiaçı, həm də cavabdeh tərəflər mərhumun birinci növbəli vərəsələridirlər. İşə əlavə edilən sənədlərdən aydın olur ki, mərhumun miras əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, *-ci Bülbülə küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən və "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitindən ibarətdir. Həmin miras əmlak barədə mərhum ayrı-ayrılıqda notarial tərtib edilmiş vəsiyyətnamələr vermişdir. Sonradan mərhum, əvvəlki vəsiyyətnaməni eyni məzmunlu olan sonrakı vəsiyyətnamə ilə ləğv etdirmişdir. 56.2. Məhkəmə tərəfindən mötəbərliliyi yoxlanılan *8.*4.2*2*-ci il tarixli və 26.*4.2*2*-ci il tarixli vəsiyyətnamələrdir. 56.3. Məhkəmə birtərəfli əqd olan vəsiyyətnamələrə və məcburi paydan imtina barədə ərizələrə maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi vəsiyyətnamələrin və miras əmlakdan imtina barədə ərizələrin etibarsız hesab edilməsi hissəsində əsassızdır. Belə ki, iddiaçı tərəf mərhumun yazdığı notarial vəsiyyətnamələrin əslində onun iradəsini əks etdirmədiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, mübahisələndirilən vəsiyyətnamələr mərhumun iradə ifadəsini əks etdirir və onların etibarsız hesab edilməsi üçün hər hansı bir səbəb yoxdur. 56.4. Bunun davamı olaraq qeyd edilməlidir ki, vərəsələr - xx.xx.*948-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.*979-cu il təvəllüdlü Cavabdeh2 miras əmlakda olan məcburi paydan digər vərəsə Cavabdeh* xeyrinə imtina etmələri barədə şəxsən təqdim etdikləri notarial ərizələrin də etibarsız hesab edilməsinə dəlalət edən hər hansı bir əsas yoxdur. 56.5. İşdən görünür ki, tərəflər arasında miras əmlakın bölünməsi ilə bağlı ixtilaf mövcuddur. 56.6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin *29* və *32*.*-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.*-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2*2*-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *29*-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.*-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. 56.7. Ona görə də, məhkəmə hesab edir ki, miras əmlakın bölünməsi məsələsinə məhkəmə qaydasında qiymət verilməli və miras əmlak məhkəmə qaydasında bölünməlidir. 56.8. Miras əmlakın bölünməsi məsələsinə qiymət verərkən məhkəmə mərhumun yazmış olduğu iki vəsiyyətnaməsini əsas götürür. Həmin vəsiyyətnamələrin məzmununa görə mərhum özünün daşınar və daşınmaz əmlakını Cavabdeh* vəsiyyət etmiş, İddiaçı isə pay almaq hüququndan məhrum etmişdir. 56.9. Məhkəmə onu da qeyd edir ki, miras əmlak olan fərdi yaşayış evi *974-cü il tarixində mərhumun adına rəsmləşdirildiyinə, mərhumla Cavabdeh3 nikahı *978-ci il tarixində bağlandığına görə miras əmlak birgə nikah dövründə əldə edilmiş əmlak sayılmır və tam həcmdə miras aktivi hesab edilməlidir. 56.10.Məhkəmə hesab edir ki, iddia tələbi mərhum X2 miras qalmış, daşınmaz əmlakın Dövlət reyestrindən *7.*2.*974-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, * -ci Bülbülə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin və "xxxx" ASC-də adına açılmış hesabda olan pul vəsaitlərinin miras şərikləri arasında ¼ hissədə paylara bölünməsi hissəsində qismən əsaslıdır. 56.11. Belə ki, Mülki Məcəllənin **59.*-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... Həmin Məcəllənin **7*.*-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin **76.*-ci maddəsinə görə, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin **93-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93 və *2**-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” *8 yanvar 2*2*-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. 56.12.Hazırkı işdə iddiaçı miras qoyanın birinici növbəli vərəsəsidir və onun miras əmlakdan məcburi pay almaq hüququ var. 56.13.Müəyyən edilmişdir ki, miras qoyanın birinci növbəli vərəsələrinin sayı 4 nəfər olmaqla, arvadı - xx.xx.*948-ci il təvəllüdlü Cavabdeh3, oğlu - xx.xx.*979-cu il təvəllüdlü Cavabdeh2, oğlu - xx.xx.*98*-ci il təvəllüdlü İddiaçı və qızı xx.xx.*984-cü il təvəllüdlü Cavabdeh*dır. İddiaçı miras əmlakın vərəsələr arasında bərabər paylarla – ¼ hissədə bölüşdürülməsini tələb etsə də, miras qoyan tərəfindən verilmiş vəsiyyətnamələrdən görünür ki, miras qoyan X8 bütün miras əmlakını qızı Cavabdeh* vəsiyyət etmiş və oğlu İddiaçı miras qalmış əmlakdan pay almaq hüququndan mərhum etdiyini göstərmişdir. Digər iki vərəsə isə özlərinə aid məcburi paydan Cavabdeh* xeyrinə imtina etmişlər. Belə olan halda məhkəmə iddiaçıya məcburi paydan düşən hissənin verilməsi qənaətinə gəlir. İddiaçıya verilməli olan məcburi payın həcmi vəsiyyətnamə olmasaydı almalı olduğu payın yarısı həcmində, yəni */8 hissədə müəyyən edilməlidir. 56.14.Beləliklə məhkəmə hesab edir ki, İddiaçı mərhum X2 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə */8 hissədə və "xxxx" ASC-nin bank hesabında olan 3** manat məbləğində pul vəsaitinə */8 hissədə pay hüququ tanınmalıdır. 56.15.Məhkəmə həmçinin təqdim olunmuş vəsiyyətnamələri və məcburi paydan imtina barədə ərizələri nəzərə alaraq qeyd edir ki, Cavabdeh* mərhum X2 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə 7/8 hissədə və “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin bank hesabında olan 3** manat məbləğində pul vəsaitinə 7/8 hissədə pay hüququ tanınmalıdır.

21. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 324.*-ci, 337-ci, 346-cı, **79.*-ci , **79.2-ci, **8*.*-ci, **8*.2-ci, **88-ci, *2*2.*-ci, *2*2.2-ci, “Notariat” haqqında Qanunun 45-ci və 47-ci maddələrinə istinad etmişdir.

22. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, vəsiyyətnamənin tərtibində iştirak edən şəxslərin prosesə cəlb olunmaları barədə söylədiklərinə əhəmiyyət vermədiyini, ətraflı əraşdırma aparmadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

23. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh*, Cavabdeh3 və X7 birinci instansiya məhkəməsində verdikləri izahatla (§ *7-*8) eyni məzmunda izahatlar verərək şikayətin əsassız olduğunu bildirmiş, həmçinin qeyd etmişlər ki, X8 ağıl zəifliyindən yox, gözdən əlil olmasından əziyyət çəkmiş, Zauru tam könüllü iradəsi ilə mirasından məhrum etmişdir. Çünkü Zaur ona övladlıq etməmiş, ümumiyyətlə qayğısına qalmamışdır. Məcburi paylarından Yeganə Ağayevanın xeyrinə ona görə imtina etmişlər ki, Hacıbala Ağayevə məhz o baxmış, onun bütün əziyyətini Yeganə çəkmişdir. Həmin imtinaları könüllü və istəyərək etmişlər.

25. İşə baxılmasının vaxtı (yeri) barəsində məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər Bakı şəhərı 5* saylı notarıat ofısınin xüsusi notariusu Kənan Rəhmanov və Bakı şəhərı 6 saylı notariat ofisinin xüsusi notariusu X**, eləcə də “Daşınmaz əmlakin dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin nümayəndəsi məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbayca Respublikasının Konstitusiyası

26. Maddə *3 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə *52.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Maddə *52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 324.*, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

32. Maddə 337.* və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.

33. Maddə **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

34. Maddə **33.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

35. Maddə **46. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

36. Maddə **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Maddə **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); **59.*.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; **59.*.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; **59.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

38. Maddə **6*. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

39. Maddə **66. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

40. Maddə **67. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

41. Maddə **68. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

42. Maddə **76.*. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

43. Maddə **76.2. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.

44. Maddə **77. Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar.

45. Maddə **79.*. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

46. Maddə **79.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

47. Maddə **8*.*. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

48. Maddə **8*.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

49. Maddə **83.*. Əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.

50. Maddə **83.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.

51. Maddə **83.3. Əgər vəsiyyət edən nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.

52. Maddə **83.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır.

53. Maddə **83.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir.

54. Maddə **88. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.

55. Maddə **93. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

56. Maddə **94. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

57. Maddə **95. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

58. Maddə **96. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

59. Maddə *2*2.*. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

60. Maddə *2*2.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

61. Maddə *2*3.*. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

62. Maddə *2*3.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

63. Maddə *2*3.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

64. Maddə *22*.*. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: *22*.*.*. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; *22*.*.2. notariat orqanına ərizə verməklə; *22*.*.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.

65. Maddə *222. Əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır.

66. Maddə *225.*. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

67. Maddə *225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

68. Maddə *225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

69. Maddə *229. Vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər.

70. Maddə *23*. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.

71. Maddə *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

72. Maddə *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

73. Maddə *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

74. Maddə *246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

75. Maddə *32*.*. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

76. Maddə *32*.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

77. Maddə *32*.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

78. Maddə 47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.

79. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

80. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

81. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

82. Maddə 8*. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

83. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

84. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

85. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.*.*. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.*.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.*.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.*.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

86. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2* may 2***-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

88. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddiaçının iddia tələbinin təmin olunmaması (qismən təmin olunmaması) ilə bağlı hissəsi üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü cavabdehlər qətnamədən şikayət verməmiş, iddiaçı isə qətnamənin ləğvini istəsə də, onun iradə ifadəsi faktiki olaraq iddia tələblərinin tam təmin olunması ilə bağlı qətnamə çıxarılmasına yönəlmişdir. Başqa sözlə, qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

89. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə (mübahisələndirilən hissədə) razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.

90. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

91. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

92. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

93. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mərhum atasının həyatının son dövründə əqli zəifliyi olmuş, cavabdehlər də bundan istifadə edərək ona mübahisəli vəsiyyətnamələri yazdırmışlar və vəsiyyətnamələr mərhum atasının iradə ifadəsini əks etdirmir.

94. Başqa sözlə iddiaçının əsas tələbi, vəsiyyətnamələrin etibarsızlığı ilə bağlıdır və buna görə də əqdlərin etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və mübahisələndirilən vəsiyyətnamələrə hüquqi qiymətin verilməsi zəruridir; belə ki, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır (§ 66).

95. Hər hansı əqdin (o cümlədən vəsiyyətnamənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (§ 3*,32).

96. İddiaçının etibarsız hesab olunmasını tələb etdiyi vəsiyyətnamələrin səlahiyyətli şəxs tərəfindən verildiyi mübahisə mövzusu deyildir; vəsiyyətnamələrin, onlar üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə qanunla nəzərdə tutulmuş qaydada tərtib edilmədiyi də işin halları ilə təkzib olunur.

97. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

98. İddiaçının, “özlərinin məcburi payından Cavabdeh* xeyrinə imtinaları barədə Cavabdeh3 və Cavabdeh2 ərizələrinin etibarsız sayılması” tələbi üzrə gəlinən nəticə ilə bağlı isə kollegiya əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir – çünkü adı çəkilən şəxslər həmin imtina ərizələrinin onların sərbəst iradə ifadələri olduğunu məhkəmə prosesində də bəyan etmişlər.

99. Digər tərəfdən qeyd olunmalıdır ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.

100. Sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir (§ 26-29).

101. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər (§ 3*).

102. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz.

103. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.

104. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93 və *2**-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” *8.**.2*2*-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.

105. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, məcburi pay vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında “mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi” qiymətləndirmişdir.

106. Bu kontekstdə kollegiya nəzərə alır ki, əslində iddiaçı müvafiq tələb hüququnu irəli sürməmiş, məcburi payının ona verilməsini istəməmişdir – bununla belə qətnamə iddianın təmin edildiyi hissədə yoxlanılmadığından (cavabdehlər qətnamədən şikayət vermədiklərindən), kollegiya həmin tələbi irəli sürməmiş olmamasını onun ziyanına şərh etmir.

107. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(***)-25**/2*22 saylı iş üzrə 25 avqust 2*22-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar