Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7298/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının «xxxxx» MMC-yə və qeyrilərinə qarşı «ipoteka müqavilələrinə xitam verilməsi, hərracın nəticələrinin etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(004)-3518/2020 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri cavabdeh Respublika Xammal və Əmtəə Birjasının «xxxxx» MMC-yə və qeyrilərinə qarşı «ipoteka müqavilələrinə xitam verilməsi, hərracın nəticələrinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 5A saylı binanın, 4 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərin satılması üçün açıq hərracın keçirilməsinin Azərbaycan Respublikası Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qadağan olunması, qeyd olunan ipoteka predmetlərinə dair xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçiriləcək hərracın dayandırılması, hərrac keçirildiyi təqdirdə onun nəticələrinin icra edilməsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2(004)- 3518/2020 saylı qərardadı ilə (hakim Fərid Əyyubov) ərizə təmin olunmuş, mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 5A saylı binanın, 4 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərin satılması üçün açıq hərracın keçirilməsinin Azərbaycan Respublikası Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qadağan olunmuş və qeyd olunan ipoteka predmetlərinə dair xx.xx.2020-ci il tarixdə keçirilmiş hərracın (hərrac baş tutmuşdursa) nəticələrinin icra edilməsi dayandırılmışdır. Qərardaddan Cavabdeh2 QSC şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(004)-3518/2020 saylı qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e- 2(004)-3518/2020 saylı qərardadı ləğv olunmuş, iddianın təmini barədə ərizə təmin olunmamışdır. İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil qeyd edilən qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(004)-3518/2020 saylı qərardadı təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: İddiaçı şikayəti - iddianın təmin olunması barədə ərizədə göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin iddianın təmini tədbirinin ləğv olunması barədə qərardadın əsassız olmasını, prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini və s. göstərmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) şikayəti müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onlan hərracın nəticələrini mübahisələndirmişlər, çünki hərrac kifayət qədər qanun pozuntuları ilə keçirilmişdir. Hesab edir ki, hərracın nəticələri etibarsız sayılmalı, ipotekalara xitam verilməlidir. Lakin, hərraclar keçirilir və ipoteka qoyulmuş əmlaklarla bağlı sənədləşmə işləri aparıldıqdan sonra onlar üçüncü şəxslərin mülkiyyətinə keçəcək, beləliklə hazırki iddiaları təmin olunarsa qətnamənin icrasında kifayət qədər çətinliklər yaranacaqdır. Eyni zamanda əmlakların sonradan digər şəxslərə də təkrar özgəninikləşdirlməsi həyata keçirilə bilər. Lakin, məhkəmə iddianın təmini tədbirini ləğv edərkən bu hallara hüquqi qiymət verməmiş, sadəcə iddianın təmini tədbirinin qətnamənin icrasını dayandırılmasını göstərmişdir. Ən azından məhkəmə daşınmaz əmlakın dövlət reyestrində ipoteka qoyulmuş əmlaklara hüquqların dövlət qeydiyyatına alınmasını qadağan edə bilərdi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni, proses iştirakçısının izhaatını dinləyib,şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı,qərardadı ləğv edilərək mülki şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-3518/2020 saylı qərardadında iddianın təmini tədbiri kimi – mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 5A saylı binanın, 4 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərin satılması üçün açıq hərracın keçirilməsinin Azərbaycan Respublikası Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qadağan olunmuş və qeyd olunan ipoteka predmetlərinə dair xx.xx.2020-ci il tarixdə keçirilmiş hərracın (hərrac baş tutmuşdursa) nəticələrinin icra edilməsi dayandırılmışdır. Məhkəmə sonradan Cavabdeh2 QSC-nin şikayəti üzrə özünün qeyd edilən qərardadını ləğv etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. MPM-in 157.1və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər.İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı). İddia ərizəsindən də görünür ki, iddiaçının tələblərindən biri də hərracın nəticələrinin mübahisələndirilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi ilkin olaraq iddianın təmin olunması barədə ərizəni təmn etsə də, sonradan tələbkarın şikayəti üzrə əvvəlki qərardadını ləğv etmiş, lakin bunun əsaslarını kifayət qədər əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi qərardadda iddianın təmini tədbirinin qanuni qüvvədə olan başqa məhkəmə qərarının icrasının dayandırılmasını göstərmişdir ki, bu hal əvvəldən də məhkəməyə məlum idi. Hətta, qeyd edilən əsas qəbul edilən olsa belə, mülki prosessual qanunvericilik (MPM-nin158-ci mad) iddianın təmini tədbiri qismində digər tədbirləri də müəyyən etmidir (məsələn, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və s.) İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, onlan hərracın nəticələrini mübahisələndirmişlər və hərracın kifayət qədər qanun pozuntuları ilə keçirilməsi iddia etmişlər. Hesab edir ki, hərracın nəticələri etibarsız sayılmalı, ipotekalara xitam verilməlidir. Lakin, hərrac keçirilir və ipoteka qoyulmuş əmlaklarla bağlı sənədləşmə işləri aparıldıqdan sonra onlar üçüncü şəxslərin mülkiyyətinə keçəcək, beləliklə hazırki iddiaları təmin olunarsa qətnamənin icrasında kifayət qədər çətinliklər yaranacaqdır. Eyni zamanda məlakların sonradan digər şəxslərə özgəninikləşdirlməsi də həyata keçirilə bilər. Lakin, məhkəmə iddianın təmini tədbirini ləğv edərkən bu hallara hüquqi qiymət verməmiş, sadəcə qətnamənin icrasının dayandırılmasını göstərmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış,şikayətə baxarkən iddianı təmin etmə tədbinin ləğvini şərtləndirən halların mövcud olubolmamasını ətraflı yoxlamamış,onlara hüquqi qiymət verməmiş,bu da düzgün olmayan qərardadın çıxarılması ilə nəticələnmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli,mülki iş Cavabdeh2 QSC tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən,işdə iştirak edən şəxslərin dinlənilmə hüquqları təmin olunmaqla,iddianın təmini tədbirinin tam ləğvinə qanuni əsasların mövcudluğu,habelə işin digər diqqətəlayiq halları tam və hərtərəfli araşdırılmalı,nəticədə qanuni və əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və qeyrilərinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının «xxxxx» MMC-yə və qeyrilərinə qarşı «ipoteka müqavilələrinə xitam verilməsi, hərracın nəticələrinin etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(004)-3518/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e- 2(004)-3518/2020 saylı qərardadı ləğv edilsin, mülki iş Cavabdeh2QSC tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-7298/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7298/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver