Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-73/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “sərhədlərin müəyyən edilməsi, maneənin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi, tikililərin əvvəlki texniki pasportda olan vəziyyətinin bərpa edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (Suraxanı rayon İcra Hakimiyyətinin 3-cü şəxs qismində göstərildiyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Pravda (indiki M.Bəydəmirov) küçəsində olan 579,8 kv.m həyətyanı torpaq sahəsində yerləşən 33 nömrəli evin və onun yerləşdiyi 579,8 kv.m həyətyanı torpaq sahəsinin sərhədlərinin xx.xx.1992-ci il tarixli texniki pasportda göstərilən ölçülərə uyğun müəyyən edilməsi, Cavabdeh tərəfindən xx.xx.1992-ci il tarixli akta və Suraxanı rayon İcra hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2127 nömrəli Sərəncamında göstərilən bölgüyə və sərhədlərə zidd aparılmış qanunsuz tikililərin sökülməsi və əvvəlki xx.xx.1992-ci il tarixli texniki pasportda olan vəziyətinə və ölçülərinə uyğun bərpa edilməsi, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Pravda (indiki M.Bəydəmirov) küçəsində olan 579,8 kv.m həyətyanı torpaq sahəsində yerləşən 33 nömrəli evin və yerləşdiyi 579,8 kv.m həyətyanı torpaq sahəsinin xx.xx.1992-ci il tarixli akt və Suraxanı rayon İcra hakimiyyətinin başçısı tərəfindən imzalanmış xx.xx.1992-ci il tarixli 2127 nömrəli Sərəncama əsasən “Pravda küçəsinə təzə alaqapı açılmaqla və 3 metr yol qoyulması şərtilə su hovuzunun ortasından mərz qoyulmaqla” sərhədlərinin müəyyən edilməsi, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Pravda (indiki M.Bəydəmirov) küçəsində olan 579,8 kv.m həyətyanı torpaq sahəsi və orada yerləşən 33 nömrəli evə xx.xx.1992-ci il tarixli akta və Suraxanı rayon İcra hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2127 nömrəli Sərəncamında göstərilən bölgüyə uyğun çıxarışın verilməsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 312,9 kv.m, yaşayış sahəsi 95 kv.m-dən ibarət 33 nömrəli ev atası Quliyev Balarəhimə məxsus olmuş, atası vəfat etdikdən sonra miras əmlak mərhum qardaşı oğlu Cavabdeh ilə arasında faktiki bölgü aparılmaqla 4 otağı onun, 2 otağı özünün mülkiyyətinə verilmiş, lakin ev təkcə 6 otaqdan deyil, ümumi sahəsi 312,9 kv.m olduğundan digər sahələr aralarında bölünməmiş və uzun illər bu səbəblə aralarında mübahisələr yaranmışdır. Mübahisəli fərdi yaşayış evi 2 mərtəbədən ibarətdir, hər dəfə miras əmlakdan tərəflərin istifadəsi və ya hər hansı bir səbəbdən mənzillə bağlı hərəkətlər edilməsi bilavasitə onun üçün çətinliklər yaradır ki, bu çətinliklərin səbəblərindən biri cavabdehin hüquqdan sui-istifadəsidir. Belə ki, xx.xx.1992-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Bülbülə qəsəbə icra nümayəndəsi Mahirə Alxazova, texnik Arif Şıxıyev, ağsaqqal X5 qəsəbəsi, Pravda küçəsi 33 nömrəli evin sakini Quliyeva Gülnişan Möhtəşəm qızının həyət bölgüsü haqqında ərizəsi əsasında həmin ünvanda olmuş, araşdırma nəticəsində bu mülkdə 2 ailənin qeydiyyatda olduğu (özü, 3 nəfər ailə üzvü, Quliyeva Gülnişan - 5 nəfər tərkibdə) müəyyən olunmuş, hər iki ailə başçısının iştirakı və qarşılıqlı razılığı ilə həyət aşağıdakı qaydada bölünmüşdür: “Pravda küçəsinə təzə alaqapı açılsın və 3 metr yol qoyulması şərtilə su hovuzunun ortasından mərz qoyulsun.” Bu bölgü aktla rəsmiləşdirilmiş və Bülbülə qəsəbə icra nümayəndəsi Mahirə Alxazova tərəfindən təsdiq edilmişdir. xx.xx.1992-ci il tarixli akt əsasında Suraxanı rayon İcra hakimiyyətinin başçısı tərəfindən xx.xx.1992-ci il tarixli 2127 nömrəli sərəncam imzalanmış, sərəncama əsasən o, Bülbülə qəsəbəsi, Pravda (indiki M.Bəydəmirov) küçəsi ev 33 ünvanında 579,8 kv.m həyətyanı sahədə yerləşən yaşayış sahəsi 32,0 kv.m, yardımçı sahəsi 11,8 kv.m olan bir mərtəbəli 2 otaqlı yaşayış evinin, Quliyeva Gülnişan Möhtəşəm qızı Bülbülə qəsəbəsi, Pravda (indiki M.Bəydəmirov) küçəsi ev 33 ünvanda 579,8 kv.m həyətyanı sahədə yerləşən yaşayış sahəsi 63,0 kv.m, yardımçı sahəsi 63,0 kv.m olan bir mərtəbəli 4 otaqlı yaşayış evinin mülkiyyətçisi kimi tanınmışdır. xx.xx.1992-ci il tarixli akt və Suraxanı rayon İcra hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən “Pravda küçəsinə təzə alaqapı açılmaqla və 3 metr yol qoyulması şərtilə su hovuzunun ortasından mərz qoyulması” nəzərdə tutulsa da, Cavabdeh bu tələbə əməl etmədən aktda və sərəncamda göstərilən ölçülərdən fərqli şəkildə qanunsuz tikinti quraşdırma işləri apararaq ona aid edilməyən sahələri də zəbt etməklə onun mülkiyyət və istifadə hüquqlarını məhdudlaşdırmışdır. Bakı şəhəri 10 saylı DNK-da xx xxxx 1994-cü il tarixdə təsdiq olunaraq reyestrdə M-3-455 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi ilə Quliyeva Gülnişan Möhtəşəm qızı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Pravda (indiki M.Bəydəmirov) küçəsində 579,8 kv.m həyətyanı torpaq sahəsində yerləşən 33 nömrəli evin yaşayış sahəsi 63,0 kv.m, yardımçı sahəsi 63,0 kv.m olan bir mərtəbəli 4 otaqlı yaşayış evini Cavabdeh bağışlamışdır. Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Pravda (indiki M.Bəydəmirov) küçəsində 579.8 kv.m həyətyanı torpaq sahəsində yerləşən 33 nömrəli ev xx xxxxxx 1992-ci ildə onunla Quliyeva Gülnişan Möhtəşəm qızının adına ilkin qeydiyyatdan keçsə də xx.xx.1992-ci il tarixli aktla mülkiyyətçisi kimi tanındığı Bakı şəhəri, Bülbülə qəsəbəsi, Pravda (indiki M.Bəydəmirov) küçəsində 579.8 kv.m həyətyanı torpaq sahəsində yerləşən 33 nömrəli evin və həyətyanı torpaq sahəsinin sərhədləri sonrakı 1994-cü ildən mülkiyyətçi olmuş Cavabdeh tərəfindən pozulmuşdur. Suraxanı rayon İcra hakimiyyəti tərəfindən təsdiq edimiş layihə sənədlərinə baxarkən görünür ki, Cavabdeh 3 metr əvəzinə 6 metr məsafədə evdən yola hissəni zəbt edərək yolun öz həyətinə olan hasara qapı qoymaq əvəzinə onun istifadəsində olan torpaq sahəsinə düşən hissəsinə qapı qoymuş, nəticədə birgə istifadə edilməli yolu tamamilə qanunsuz olaraq zəbt etmişdir. Layihə sənədlərinə əsasən Cavabdeh Bülbülə qəsəbə icra nümayəndəliyinin hasarından və nümayəndəliyə girişdən 3 metr məsafə qoymaq şərtilə öz həyətinə Pravda küçəsindən qapı açmalı və həyət aralarında hovuzun ortasından mərz çəkilməklə bölünməlidir. Hazırda vəziyət belədir ki, Cavabdeh layihədə göstərilən yerin əvəzinə, Pravda küçəsindən deyil, dalan hissədən onun həyətyanı sahəsinə düşən hissəni yol kimi, həm də 3 metr əvəzinə 6 metr enində yolu zəbt etmiş, həyətinə giriş qapısını öz həyətyanı sahəsinə deyil, onun həyatyanı sahəsinə düşən hissəyə açaraq, faktiki olaraq həyətyanı sahəni 6 metr enində zəbt etmişdir. Cavabdehlə aralarındakı xx.xx.1992-ci il tarixli akta əsaslansalar yol 3 metr olmalı və birgə istifadə edilməlidir. Cavabdeh həyətyanı qapısını yolun sonunda öz həyətyanı hasarından qoymalı və onun da bu yoldan istifadəsinə və həyatyanı sahəsinə girməsinə şərait yaratmalı, yol Pravda küçəsinə açılmalı və birgə istifadə olunmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Pravda (indiki M.Bəydəmirov) küçəsində olan 579,8 kv.m həyətyanı torpaq sahəsində yerləşən 33 nömrəli evin və onun yerləşdiyi 579,8 kv.m həyətyanı torpaq sahəsinin sərhədlərinin xx.xx.1992-ci il tarixli texniki pasportda göstərilən ölçülərə uyğun müəyyən edilməsi, evin və yerləşdiyi 579,8 kv.m həyətyanı torpaq sahəsinin xx.xx.1992-ci il tarixli akt və Suraxanı rayon İcra hakimiyyətinin başçısı tərəfindən imzalanmış xx.xx.1992-ci il tarixli 2127 nömrəli Sərəncama əsasən “Pravda küçəsinə təzə alaqapı açılmaqla və 3 metr yol qoyulması şərtilə su hovuzunun ortasından mərz qoyulmaqla” sərhədlərinin müəyyən edilməsi, iddiaçının ödədiyi dövlət rüsumunun 10 manat hissəsinin Cavabdeh tutulub İddiaçı verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, əmlakın faktiki vəziyyətinə uyğun olmayan ekspert rəyinə istinad etməsi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanımüxtəlif tarixlərdə məhkəmə iclasları keçirilərək prosessual hərəkətlər edilmiş, ekspertiza rəyləri alınmış, xx.xx.2019-cu il tarixdə keçirilən iclasda İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etdiyi müəyyən olunduğundan işin icraatı onun hüquq varis(lər)i müəyyən edilənədək dayandırılmış, mərhumun adına vərəsəlik işinin açıldığı və xx.xx.2020-ci il tarixdə X3 vərəsəlik şəhadətnaməsi verildiyi barədə məlumat əldə edildikdən sonra icraat təzələnməklə adı çəkilən şəxs iddiaçının prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. xx xxxxxxx 2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına gələn Cavabdeh nümayəndəsi Vüqar Quliyev iddiaçının vərəsələri ilə barışdıqlarını və onun prosessual varisi olan Surat Quliyevanın iddiadan imtina barədə ərizə verdiyini bildirməklə həmin ərizəni məhkəməyə təqdim etmiş, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının prosessual hüquq varisinin iddiadan imtinası qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının prosessual hüquq varisinin iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı prosessual hüquq varisi X2 iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-353/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manatı Cavabdeh, 100 (yüz) manatı isə İddiaçı hüquq varisi X1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-73/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-73/2020
15.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver