Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7303/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(004)-1641/2021 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayət ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 204A, M18, mənzil 1 üçün artıq ödənilmiş 3128 manat, banka ödənilmiş kreditin faiz məbləği 2922,48 manat, sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat, ümumilikdə 7150,48 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması, “göstərilmiş kommunal xidmətlərə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22.11.2019-cu il tarixli ********* nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1641/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilən şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1641/2021 saylı, 14.06.2021-ci il tarixli qərardadı ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığından, geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1641/2021 saylı, 14.06.2021-ci il tarixli qərardadından şikayət verərək, ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(004)- 1641/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1641/2021 saylı, 14.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanılmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanmasından şikayət verildikdə, 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1641/2021 saylı, 14.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7303/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7303/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver