Məhkəmə qərarları › İş №2(103)-7305/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7305/2022

21.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7305/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 itirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(009)-1807/2022 saylı qətnaməsindən 3-cü şəxslər X2 nümayəndəsi (vəkili) Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum X5 miras əmlak kimi qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4193 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və 82,18 kv.m-dən ibarət bağ evinə, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva prospekti 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və xx.xx.2004-cü ildə təsis edilmiş "xxxx" MMC-yə dair mirasın qanunla müəyyən edilmiş qəbulu müddətinin üzrlü səbəbdən ötürməsini nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(009)-1807/2022 saylı qətnaməsi iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən 3-cü şəxslər X2 və X3 nümayəndəsivəkili Vəkil3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iclasında işə baxılarkən iddiaçının nümayəndəsi və vəkili vəsatət təqdim edərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı2, X10, İddiaçı1 ilkin iddia üzrə cavabdehlər X7, X8, X9, X4 2 Saylı Bakı ASAN xidmət mərkəzinin Notariat ofisinin və 1 Saylı Bakı ASAN xidmət mərkəzinin Notariat ofisinə ƏDK DƏDRX 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağışlama müqavilələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi və vərəsə payının müəyyən edilməsi tələbinə dair” ilikin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar X2 qarşılıqlı iddi va üzrə cavabdehlər İddiaçı2, X6, İddiaçı1, X1, 1 Saylı Bakı ASAN xidmət mərkəzinin Notariat ofisinə, Bakı şəhər 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “bağışlama müqavilələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi, vərəsə payının müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddiası, həmçinin X3 cavabdehlər İddiaçı2, X6, İddiaçı1rta qarşı “pul” tələbinə dair mülki iş vardır və hazıkı mülki iş həmin işlə birləşdirilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyasının iclasında tərəflər mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan yuxarıda sözügedən 2(103)-3529/2022 saylı mülki işə birləşirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Hazırkı mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan yuxarıda sözügedən 2(103)-3529/2022 saylı mülki işlə birləşdirilərək 2(103)-3529/2022 nömrə altında bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar