Məhkəmə qərarları › İş №2(103)-7308/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7308/2020

05.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7308/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil3, Qarşılıqlı iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Həsənağa oğluna qarşı "müqavilənin etibarsız hesab edilməsi və maddi ziyan" tələbinə dair, həmçinin qarşılıqlı iddiaçı Cavabdeh1 Həsənağa oğlunun "xxxx" MTK-ya qarşı "mənzilin təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi ziyanın ödənilməsi və s." tələbinə dair iddiaları mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(010)-1726/2020-008 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Həsənağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “xxxx” MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MTK ilə Cavabdeh1 Həsənağa oğlu arasında xx xxxxx 2016-ci il tarixli müqavilələr bağlanılmışdır. Belə ki, “xxxx” MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 65 saylı mənzilə dair xx xxxxx 2016-cı il tarixli müqavilə imzalanmış və müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m sahəsi üçün 500 manat təyin edilmiş, cəmi 104.6 kv.m sahə üçün 52300 manat təşkil etmişdir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52300 (əlli iki min üç yüz manat) məbləğində pul ödənilmişdir. Bundan başqa “xxxx” MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ məhəllə 4048/49 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzilə dair xx xxxxx 2016-cı il tarixli müqavilə də bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri bir kv.m sahəsi üçün 500 manat təyin edilmiş, cəmi 104,6 kv.m sahə üçün 52300 manat təşkil etmişdir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətinin 100%-i miqdarında, yəni 52300 (əlli iki min üç yüz) manat məbləğində pul ödənilmişdir. Müqavilələr formal olaraq bağlanmışdır. Çünki həmin müqavilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təkidi ilə məcburiyyət qarşısında qalaraq bağlanılmışdır. Müqavilənin bağlanmasının əsas səbəbləri isə tam başqadır. Belə ki, Cavabdeh1 Həsənağa oğlu Bakı şəhər prokurorluğunun keçmiş əməkdaşı Samir adlı şəxsdən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Araşdırma nəticəsində Samir adlı şəxs həbs edilmiş və sonuncunun bacanağı olan İldirim adlı şəxs MTK rəhbərliyinə müraciət edərək onun Cavabdeh1 tanımasını və onun sözünü eşitməsini bildirərək razı salıb, şikayətini geri götürməsini xahiş etmişdir. MTK rəhbərliyi Cavabdeh1 şikayətinin geri götürməsini xahiş etmiş, sonuncu isə bildirmişdir ki, Samirlə onun arasında başqa pul söhbətləri vardır. Həmin pul söhbətlərində də onun başqa bir tanışı da vardır ki, pul ona məxsusdur. Bir sözlə, bu pul söhbətləri onun tanışına aid olan məsələdir. Həmin pul söhbətləri onun tanışı ilə əlaqəli olduğundan, Azər həmin adama girov kimi əmlak göstərməlidir. Əgər girov kimi əmlak göstərilsə, Cavabdeh1 Samir adlı şəxsi şikayətini geri götürməklə bir həftəyə buraxdıracağına söz verir. Cavabdeh1 və Cavabdeh2 MTK rəhbərliyini məcbur edərək (xahiş mənasında) bildirmişlər ki, mənzillərin verilməsi ilə bağlı müqavilə bağlanılsın və o, müqaviləni tanışına (pul sahibinə) göstərməklə, ona pulun əvəzi kimi mənzilləri göstərib şikayəti geri götürəcəyinə razılıq alacaq. Eyni zamanda digər Cavabdeh2 MTK rəhbərliyini belə bir müqavilə bağlamağa vadar etmişdir. Belə olan halda Samirə məxsus “avtomaşın yuma və təmizləmə” yeri və Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ məhəllə 4048/49 ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 65 saylı mənzili və həmin yaşayış binasının 2-ci blok 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzili ilə bağlı Cavabdeh1lə müqavilə bağlanılaraq girov kimi sonuncuya verilmişdir. Cavabdeh1 ortada olan digər şəxs inansın deyə, həmçinin bu mənzillərlə bağlı başqa şübhə yaranmasın deyə hər iki müqavilə bağlanılarkən pulun ödənilməsinin göstərilməsini xahiş etmişdir. Eyni zamanda, digər Cavabdeh2 heç bir problemin olmayacağını bildirmişdir. Müqavilələr formal olaraq bağlanmışdır. Sadəcə, ortada olan adam bilməli idi ki, aralarında olan pul söhbətinə görə iki müqavilə bağlanılmışdır. Bir neçə aydan sonra isə həmin müqavilələr elə öz aralarında ləğv ediləcəkdi. MTK rəhbərliyi onun dediyi kimi razılaşaraq müqavilələri bağlamışdır. Müqavilələr tərtib edilib bağlanılarkən Elçin Əsədov, Zahid Nəcəfov, Rəsul Əhmədov, Bəxtiyar və İldırım adlı şəxslər onların yanında olmuşlar. Daha sonra Cavabdeh1 Samir ilə bağlı olan şikayətini vaxtında geri götürməmişdir. Cavabdeh2 MTK rəhbərliyinə bildirmişdir ki, Cavabdeh1 şikayətini vaxtında geri götürmədiyi üçün həmin müqavilələr öz aralarında ləğv olunacaqdır. Bu hadisələrdən bir müddət keçdikdən sonra MTK rəhbərliyi fikirləşmişdir ki, Cavabdeh1 artıq öz öhdəsinə götürdüyü sözü yerinə yetirmədiyindən müqavilələr ləğv olunmuş kimidir. Daha sonra, xx xxxxxx 2019-cu il tarixdə ünvana göndərilən bildiriş nəticəsində məlum olmuşdur ki, Cavabdeh1 “xxxx” MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məlumdur ki, Cavabdeh1 onda olan müqavilələrdən istifadə edərək pul tələb etmişdir. Halbuki, Cavabdeh1 “xxxx” MTK-dan göstərilən mənzilləri almamışdır. Bununla bağlı o, “xxxx” MTK-ya hər hansı bir formada pul ödənişi etməmişdir. Əgər mənzillərlə bağlı pul ödəniş edilsəydi, Cavabdeh1 əlində ödəniş qəbzləri olmalı idi. Həmçinin, bununla bağlı MTK tərəfindən ona maliyyə arayışı təqdim edilməli idi. Bu səbəbdən də xx xxxxx 2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2016-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilinin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilinin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilinin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi və Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 10.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilin təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən “xxxx” MTK-nın Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blokunun 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzilinin və Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blokunun 14-cü mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzilinin naturada ona təhvil verilməsi, həmin mənzillərin plan-cizgilərinin, eləcə də mənzillərin açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; mülkiyyət hüququ ilə ona məxsus olan və “xxxx” MTK tərəfindən inşa edilən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllədə yerləşən yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzildən və Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzilindən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulmasının cavabdehin üzərinə qoyulması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 50.000 manat məbləğində mənəvi ziyanın “xxxx” MTK-dan alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MTK ona qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, guya müqavilə üzrə 104.600 manat pulu MTK-ya ödəməmişdir. xx xxxxx 2016-cı il tarixdə “xxxx” MTK ilə onun arasında mənzil sahəsinin alınması ilə əlaqədar iki müqavilə bağlanmışdır. Müqavilələrə əsasən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzili və Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzili onun tərəfindən alınmışdır. Mənzillərin dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş və bununla bağlı İddiaçı tərəfindən xx xxxxx 2016-cı il tarixdə mənzillərə dair borcun olmaması barədə maliyyə arayışları verilmişdir. Lakin buna baxmayaraq, MTK mənzilləri ona təhvil vermək istəmir. Qanunvericiliyin tələblərinə baxmayaraq, “xxxx” MTK tərəfindən mənzillər bir mülkiyyətçi olaraq ona təhvil verilməmişdir, mənzili ona verməkdən imtina edirlər, bəhanələr tapırlar. Hazırda mülkiyətindən məhrum olduğundan stres və sarsıntı keçirir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-1726 /2020 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında xx xxxxx 2016-cı il tarixdə bağlanmış Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-1726 /2020 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələr xx xxxxx 2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Müqavilə bağlandığı gündən artıq 3 il 11 ay vaxt keçmişdir. Göründüyü kimi, iddia müddəti keçmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən 1 il ərzində irəli sürülə bilər. Məhkəmə mübahisələndirilməyən maliyyə arayışlarına düzgün hüquqi qiymət verməmiş, formal olaraq göstərnişdir ki, MTK-nın ümumi yığıncağının qərarı da qəbul edilməmişdir. Həmin qərarın olmaması müqavilənin etibarsızlığına əsas ola bilməz, çünki onun MTK-ya mənzillərlə bağlı heç bir borcu olmamışdır. Hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, xx xxxxx 2016-cı il tarixdə “xxxx” MTK ilə onun arasında mənzil sahəsinin alınması ilə əlaqədar iki müqavilə bağlanmışdır. Müqavilələrə əsasən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzili və Bakı şəhəri Suraxanı rayonu Qaraşuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzili onun tərəfindən alınmışdır. Mənzillərin dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş və bununla bağlı İddiaçı tərəfindən xx xxxxx 2016-cı il tarixdə mənzillərə dair borcun olmaması barədə maliyyə arayışları verilmişdir. Hazırda MTK həmin maliyyə arayışlarını mübahisələndirməmişdir. Lakin buna baxmayaraq, MTK ona mənzili təhvil vermək istəmir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının vəkili Vəkil3 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xx xxxxx 2016-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m sahəsi üçün 500 manat təyin edilir, cəmi 104.6 kv.m sahə üçün 52300 manat təşkil edir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52.300 məbləğində pul ödənilmişdir. Bundan başqa, “xxxx” MTK ilə Cavabdeh1 arasındaBakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü məhəllə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzilə dair xx xxxxx 2016-cı il tarixli müqavilə də bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri bir kv.m sahəsi üçün 500 manat təyin edilir, cəmi 104,6 kv.m sahə üçün 52.300 manat təşkil edir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52300 (əlli iki min yüz) manat məbləğində pul ödənilimişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-317/2017 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq xx xxxxx 2016-ci il tarixdən hökm çıxarıldığı günədək həbs qətimkan tədbiri qismində saxlanıldığı 9 (doqquz) ay, 14 (on dörd) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qalan 07 (yeddi) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 2 il sınaq müddəti müəyyən edilmişdir. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs X6 zərərçəkmiş şəxs Cavabdeh1 183.000 ABŞ dolları məbləğində pulunu onun etibardan sui-istifadə etməklə ələ keçirərək ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmin iş üzrə məhkəmə prosesinin gedişində Cavabdeh1 ona vurulmuş zərərin əvəzi olaraq ona əmlaklar verildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmadığını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 sorğusuna əsasən ona ünvanlanmış xx xxx 2020-ci il tarixli, 1(101)-317/2017 saylı məktubu ilə Cavabdeh1 şikayət və tələbinin olmaması ilə bağlı ərizənin və sonuncunun istintaq dövründə xx.xx.2016-ci il tarixdə şahid qismində dindirilməsi barədə protokolun surəti təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxx 2016-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X3 iştirakı ilə X2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin İstintaq idarəsinin mühim işlər üzrə müstəntiqi X8 xx xxx 2016-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 227 və 230-cu maddələrinə riayət etməklə Cavabdeh1 şahid qismində dindirmiş və bu barədə xx xxx 2016-ci il tarixli 159 №-li şahidi əlavə dindirmə protokolu tərtib etmişdir. Həmin protokolda Cavabdeh1 müstəntiqin sualına cavab olaraq göstərmişdir ki, xx xxxxx 2016-ci il tarixdə X6 barəsində Binəqədi rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçildikdən sonra sonuncunun İldırım adlı qohumu onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. O, İldırımı əvvəllər tanımamış və bir dəfə Samirin yanında görmüşdür. İldırım Azər ilə söhbət edərək Samirin ona olan borcunu ödəyəcəyini bildirmişdir. O isə İldırıma Samirin ona 183.000 ABŞ dolları borcu olduğunu demişdir. İldırım ona bu qədər pulunun olmadığını bildirmiş və əvəzində bir neçə əmlak təklif etmişdir. İldırım söhbət zamanı bildirmişdir ki, 6 ay ərzində Azər 150000 manat pulu ödədikdən sonra bütün əmlakları geri qaytaracaqdır. Azər isə buna razılaşmış və daha sonra birlikdə notariusa getmişlər. İldırım Bakı şəhəri Qaraçuxur qəsəbəsində yerləşən yeni tikilmiş binada 2 ədəd 3 otaqlı mənzili, Samirin yaşadığı mənzilin yaxınlığında olan 1 ədəd avtoyuyucu və Bakı şəhəri Yeni Yasamal qəsəbəsində 60 kv.m ölçüdə qeyri-yaşayış obyektini onun adına keçirmişdir. Bundan sonra Cavabdeh1 Notariat X1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə öhdəliklər qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən icra olunmamışdır, yəni onun tərəfindən kooperativə pay haqqı ödənməmişdir. Məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini başqa əqdi pərdələmək üçün bağlanmış əhəmiyyətsiz əqdlər kimi qiymətləndirmiş və əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş normalara istinad etməklə ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh1 X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)- 317/2017 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs olmuş və bu cinayət işi üzrə ona təqsirləndirilən şəxs tərəfindən 183.000 ABŞ dolları zərər vurulmuşdur. Həmin cinayət işi üzrə barışıq əldə edilməsi məqsədilə təqsirləndirilən şəxs S.Nəsirovun qohumları ilə zərərçəkmiş şəxs Cavabdeh1 arasında razıllaşma olmuş, həmin razılaşmanın şərtlərinə görə cinayət nəticəsində vurulmuş ziyanın əvəzi olaraq bir neçə daşınmaz əmlak (o cümlədən hazırkı iş üzrə mübahisələndirilən iki mənzil) Cavabdeh1 mülkiyyətinə verilməli, o, təqsirləndirilən şəxsə qarşı tələbi və şikayətinin olmaması barədə ərizə verməli, bundan sonra altı ay müddətində Cavabdeh1 vurulmuş ziyanın əvəzi olaraq ona 150000 manat pul ödənilməli, pul ödənildikdən sonra həmin daşınmaz əmlakların hamısı (o cümlədən, hazırkı iş üzrə mübahisələndirilən iki mənzil) Cavabdeh1 tərəfindən geri qaytarılmalı idi. Bu razılaşma əsasında, xx xxxxx 2016-cı il tarixdə iddiaçı xxxx MTK ilə qarşılıqlı iddiaçı Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı və həmin binanın 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 65 saylı mənzilləri hər birinin qiyməti 52.300 manat (hər kv.metri 500 manat) olmaqla, Cavabdeh1 satılmışdır. Bununla bağlı qarşılıqlı iddiaçı Cavabdeh1 mənzillərin dəyərinin tam ödənilməsinə dair eyni tarixli maliyyə arayışı da verilmişdir. Həmin müqavilə bağlandıqdan 2 gün sonra – xx xxx 2016-cı il tarixdə Cavabdeh1 cinayət işi üzrə təqsirləndirilən şəxs olan X2 barəsində olan cinayət işi üzrə ona dəymiş zərərin tam ödənilməsi, təqsirləndirilən şəxsə qarşı tələbi və şikayətinin olmamasına dair notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-317/2017 saylı hökmündən görünür ki, zərərçəkmiş şəxs Cavabdeh1 həmin cinayət işi üzrə ona dəymiş ziyanın əvəzi olaraq ona əmlaklar verildiyini bildirərək, təqsirləndirilən şəxs X4 qarşı tələbi və şikayəti olmadığını bildirmişdir. İşin yuxarıda qeyd edilən halları həm iddiaçının iddia ərizəsindən və onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan, həm də qarşılıqlı iddiaçının 1(101)- 317/2017 saylı cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, həmçinin iş materiallarında olan digər sübutlarla təsdiq olunur. Beləliklə müəyyən edilmişdir ki, iddiaçı xxxx MTK ilə qarşılıqlı iddiaçı Cavabdeh1 arasında iki ədəd mənzilin alqı-satqısına dair bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilələr əslində real alqı-satqı müqavilələri olmamaqla, digər bir əqdin – cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Cavabdeh1 dəymiş ziyanın əvəzinin ödənilməsinin təminatı kimi bağlanmışdır. Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış və iddiaçı tərəfindən mübahisələndirilən mənizilin alqı-satqısına dair xx xxxxx 2016-cı il tarixli müqavilələr mülki-hüquqi baxımdan uydurma və ya yalan əqdlər kimi qiymətləndirilə bilməz. Çünki həmin müqavilələri bağlamaqda tərəflərin məqsədi hər hansı başqa bir əqdi pərdələmək, yaxud görünüş yaratmaq deyil, real mövcud olan borcun ödənilməsinin təmin edilməsi olmuşdur. Başqa sözlə, həmin müqaviləni bağlayarkən satıcı qismində çıxış edən xxxx MTK alıcı qismində çıxış edən Cavabdeh1 ödənilməli olan pul məbləğinin qaytarılmasının təminatçısı kimi çıxış edərək, inşa etdiyi binadakı iki mənzili sonuncunun adına özgəninkiləşdirməklə, həmin pul məbləğinin qaytarılmayacağı təqdirdə, bu mənzillərin Cavabdeh1 mülkiyyətinə keçməsinə öz razılığını bildirmişdir. İş materialları ilə 1(101)-317/2017 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs olan Cavabdeh1 dəymiş ziyanın ödənilməsi müəyyən edilməmiş, həmin cinayət işi üzrə ifadə verərkən Cavabdeh1 ona vurulmuş ziyanın əvəzinə ona əmlaklar verildiyini bildirmişdir. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, tərəflər arasında Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci və 14-cü mərtəbələrində yerləşən 65 və 75 saylı mənzillərin alqı-satqısına dair xx xxxxx 2016-cı il tarixdə bağlanmış müqavilələr formal olaraq əmlakın alqı-satqı müqaviləsi kimi bağlansa da, mahiyyət etibarı ilə mövcud borcun etiraf edilməsinə dair müqavilələr olmuş və həmin müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh1 ödənilməli olan pul məbləğinin əvəzi olaraq onun mülkiyyətinə verilmişdir. Azərbayjan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci və 14-cü mərtəbələrində yerləşən 65 və 75 saylı mənzillərin alqı-satqısına dair xx xxxxx 2016-cı il tarixdə bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə dair mübahisə həll edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi deyil, həmin Məcəllənin 354.2-ci maddəsi nəzərə alınmalıdır. Həmin maddənin dispozisiya şərtinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Kollegiya iddiaçı xxxx MTK-nın Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci və 14-cü mərtəbələrində yerləşən 65 və 75 saylı mənzillərin alqı-satqısına dair xx xxxxx 2016-cı il tarixdə bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə əsas verən halar barədə müqavilə bağlandığı andan məlumatlı olmasnı, həmin müqavilələrin bağlanmasından 3 ildən artıq müddət keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən Mülki Məjəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər ötürülmüşdür. Həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Bu baxımdan kollegiya hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi tələbi və həmin tələbdən irəli gələn digər iddia tələbi (10.000 manat maddi zərərin ödənilməsi) təmin edilə bilməz. İş üzrə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin iddia tələbinin əsasını tərəflər arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli alqısatqı müqavilələri təşkil edir. Həmin müqavilələrin etibarsız hesab edilməsinə dair ilk iddia əsassız hesab edildiyindən, bu müqavilələr hüquqi qüvvəsini saxlayırlar. Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı həmin müqavilələr əsasında onun mülkiyyətinə keçmiş mənzillərin ona təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci və 14-cü mərtəbələrində yerləşən 65 və 75 saylı mənzillər xx xxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə qarşılıqlı iddiaçının mülkiyyətinə keçmişdir. Lakin İddiaçı tərəfindən mənzillər naturada cavabdehə təhvil verilməmişdir. AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Bununla yanaşı, kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi 50.000 manat mənəvi zərərin ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı hazırkı iş üzrə iddiaçı xxxx MTK-nın qanunsuz hərəkətləri nəticəsində onun mənəvi və psixoloji sarsıntılar keçirdiyini bildirmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edliən qanunvericilik aktlarından və onların icrası məcburi xarakter daşıyan hüquqi şərhlərindən görünür ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı qarşılıqlı iddiaçının apelyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normaları baxımından hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində qarşılıqlı iddiaçıya zərərin vurulması sübut olunmadığından həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə mənzillərə dair plan-çizginin, mənzillərin naturada təhvil verilməsi, açarların təhvil verilməsi, mənzillərdən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması və istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Qarşılıqlı iddiaçı Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1726/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MTK-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Həsənağa oğluna qarşı "müqavilənin etibarsız hesab edilməsi və maddi ziyan" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar