Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7314/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-1748/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 505 manat əsas borcun və 30 manat dövlət rüsumunun, 535 manat tutulub Baş Mühafizə İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2017-ci il tarixli 228 nömrəli müqaviləyə əsasən Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 22, mənzil 7 ünvanda yerləşən mənzil mühafizəyə qəbul olunmuş və xx.xx.2019-cu il tarixinə kimi qorunmuşdur. Lakin mühafizə haqqı vaxtında ödənilməyindən 505 manat debitor borc yaranmışdır ki, bu da əməkdaşlara əmək haqqı verilməsində, X5 və büdcəyə ödəmələrdə müəyyən çətinliklər yaratmışdır. Cavabdeh Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinin tələblərini və müqavilənin şərtlərini pozaraq 505 manat məbləğində mühafizə haqqını vaxtında ödəməmişdir. Borcun vaxtında ödənilməsi haqqında tərəflərindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq bu günə kimi borcun ödənilməsi üçün cavabdeh tərəfindən heç bir tədbir həyata keçirilməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-1748/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzilin mühafizəsi ilə bağlı yaranmış 505 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 535 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı tərəflə xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən aylıq mühafizə haqqı 35 manat olmaqla, siqnalizasiya qurğusu onun tərəfindən alınaraq, saz vəziyyətdə quraşdırılmışdır. Sonradan qurğunun batareyasında nasazlıq olmuş, lakin həmin nasazlıq aradan qaldırılmamışdır. O, dəfələrlə Mühafizə İdarəsinə bu barədə məlumat verməsinə baxmayaraq, nasazlıq aradan qaldırılmamış, yeni siqnalizasiya quraşdırılmamışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı və ya müqavilə şərtlərinin yerinə yetirilməsi zamanı müqavilə vaxtından əvvəl pozula bilər. Müqavilənin pozulmasını təklif edən tərəf 3 ay qabaqcadan xəbərdar etməlidir. Müqavilə şərtlərindən görünür ki, tərəflərə müqavilə şərtləri pozulduğu halda onu pozmaq hüququ verilmişdir. Eyni zamanda xəbərdarlıq müddəti də müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən siqnalizasiya vasitəsinin təmir edilməməsi səbəbindən cavabdeh tərəfindən ödənişlər edilməmiş, beləliklə iddiaçı tərəfindən müqavilənin pozulması üçün zəmin yaranmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi, izahatında ona verilən suallaram cavab olaraq qeyd etdi ki, siqnalizasiyanın işləməməsi ilə bağlı Mühafizə İdarəsinə müraciət etməsi ilə bağlı sübutları mövcud olmasa da, onun müraciətləri olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, idida tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdehin ünvanına quraşdırılmış siqnalizasiya tam yararlı vəziyyətdə olmuş, qeyd olunan qurğunun yararsızlığı ilə bağlı Mühafizə İdarəsinə cavabdeh tərəfindən heç bir məlumat daxil olmamışdır. Xahiş etdi ki, apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)- 1748/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər NazirliyiBaş Mühafizə İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2019-cu iltarixli məktubundan görünür ki, Cavabdeh yaranmış borcun qısamüddət ərzində ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BaşMühafizə İdarəsinin hissələri tərəfindən Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin köməyiilə vətəndaşların mənzillərinin mühafizəsi haqqında xx.xx.2017-ci il tarixli nümunəvimüqavilədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizəidarəsi tərəfindən Cavabdeh məxsus Bakı şəhəri Suraxanı rayonu,Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzili mühafizəyə qəbulolunmuşdur. İş materiallarına əlavə edilmiş qiymət cədvəlindən görünür ki, Bakı şəhəri Suraxanırayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzilin mühafizə olunmasıüçün aylıq xidmət haqqı 35 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BaşMühafizə İdarəsi Suraxanı rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci iltarixli Əmrdən görünür ki, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi xx.xx.2017-ci il tarixli100-1610-3217 nömrəli məktubu, Cavabdeh xx.xx.2017-ci il tarixlimüraciət ərizəsini və tərəflər arasında razılaşdırılmış müqavilə və qiymət cədvəlini nəzərəalınaraq 2017-ci il tarixdən, Suraxanı Rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi ev 22 mənzil7 ünvanında yerləşən Cavabdeh məxsus mənzil günün istənilənvaxtı MMM xidməti ilə mühafizəyə qəbul edilsin (ist-günü:ist-siz). Xidmət 26- 72radioçağrışlı avtomarşrut ilə həyata keçirilməsi, təsdiq edilmiş qiymət cədvəlinə əsasənhəmin obyektdən hər ayın 15-dək ƏDV ilə birlikdə 35 manat 00 qəpik mühafizə haqqınınalınmasını təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BaşMühafizə İdarəsi Suraxanı rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu iltarixli Əmrdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22saylı evin, 7 saylı mənzilin mühafizədən çıxarılması, həmin tarixədək mühafizə haqqınınalınması təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BaşMühafizə İdarəsi Suraxanı rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci iltarixli arayışdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Suraxanırayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzil Suraxanı RMŞtərəfindən xx.xx.2017-ci il tarixli 228 saylı nömrəli müqavilə əsasında aylıq mühafizəhaqqı 35 manat olmaqla mühafizəyə qəbul edilmişdir. Cavabdehməxsus mənzil Şöbənin xx.xx.2019-cu il tarixli 218 nömrəli əmri ilə mühafizədənçıxarılmışdır. Vətəndaş Cavabdeh mənzilin mühafizə haqqını ödəmədiyinə görə2018-ci il üçün 145 manat, 2019-cu il üçün isə 360,50 manat ümumilikdə xx.xx.2020-ci iltarixə kimi 505.50 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 389.2, 389.3, 390.2, 398.1, 399.1, 399.3, 399.4, 425.1,425.2, 442, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlərNazirliyi Baş Mühafizə İdarəsi ilə Cavabdeh arasında AzərbaycanRespublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin hissələri tərəfindənMərkəzləşdirilmiş mühafizə məntəqələrinin köməyi ilə vətəndaşların mənzillərininmühafizəsi haqqında xx.xx.2017-ci il tarixli nümunəvi müqavilə bağlanmışdır. Həminmüqaviləyə əsasən Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 22 saylıevin, 7 saylı mənzil Suraxanı RMŞ tərəfindən xx.xx.2017-ci il tarixli 228 saylı nömrəlimüqavilə əsasında aylıq mühafizə haqqı 35 manat olmaqla mühafizəyə qəbul edilmişdir.Cavabdeh məxsus Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığyolu küçəsi, 22 saylı evin, 7 saylı mənzil xx.xx.2019-cu il tarixli 218 nömrəli əmr iləmühafizədən çıxarılmışdır. Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, Zığqəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzilin mühafizə haqqını ödəmədiyinəgörə 2018-ci il üçün 145 manat, 2019-cu il üçün isə 360,50 manat ümumilikdə xx.xx.2020-ci il tarixə kimi 505.50 manat borcu yaranmışdır. Buna görə də, iddia təminolunaraq Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, Zığqəsəbəsi, Zığ yolu küçəsi, 22 saylı evin, 7 saylı mənzilin mühafizəsi ilə bağlı yaranmış505 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu,cəmi 535 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Daxili İşlər NazirliyiBaş Mühafizə İdarəsinin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)- 1748/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7314/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7314/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver