Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7329/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Bakı şəhəri 19 saylı Notariat Kontoru və Cavabdeh1na qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamənin nəticə hissəsində bir sıra göstərişlər qət olunub. Apellyasiya şikayətində əvvəlcə qətnamə tam mübahisələndirilsə də sonradan cavabdeh apellyasiya şikayətinə düzəliş edilib və qətnamənin bir hissəsini mübahisələndirib. Qətnamənin mübahisələndirilən hissəsi Cavabdeh3 290.000 manatın alınaraq Amin Aberimansour və Aynaz Hacıyevaya qaytarılmasına aid hissədir. Apellyasiya şikayətində həmin hissəsinin dəyişdirilməsi, 290.000 manat əvəzinə 258.000 manat tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunub. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mübahisə Yasamal rayonu, İlqar İsmayılov küçəsi, ev № 37-də yerləşən 7 №-li mənzillə bağlıdır. Mənzilə dair 2 dəfə alqı-satqı müqaviləsi bağlanıb. 1-ci müqavilə xx.xx.2022-ci ildə, 2-ci müqavilə xx.xx.2022-ci ildə bağlanıb. Cavabdeh3 1-ci müqavilə üzrə alıcı, 2-ci müqavilə üzrə satıcıdır. O, mənzili 1-ci müqavilə üzrə 250.000 manata alıb, 2-ci müqavilə üzrə 290.000 manata satıb. Hazırkı işdə hər 2 müqavilənin etibarsız sayılması tələb olunub. Yasamal RM 1-ci müqaviləni etibarsız sayıb, 2-ci müqavilənin etibarsız sayılması barədə tələbi rədd edib. Məhkəmə ona əsaslanıb ki, 2-ci müqavilə üzrə alıcı vicdanlı əldə edəndir. 1-ci müqavilə etibarsız sayıldığına görə həmin müqavilə üzrə alıcının (Cavabdeh3) vəzifəsidir ki, mənzili müqavilənin əks tərəfinə - satıcıya qaytarsın. Bu qayda Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilib. Lakin mənzil artıq başqa şəxsin (2-ci müqavilə üzrə alıcının) mülkiyyətində olduğuna görə 1-ci müqavilə üzrə alıcı (Cavabdeh3) mənzili 1-ci müqavilə üzrə satıcıya qaytara bilmir. Belə halda mənzilin dəyəri ödənilməlidir. Bu qayda Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən olunub: “... alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə ... onun dəyərini pulla ödəməlidir”. Göründüyü kimi, “dəyər” ifadəsində istifadə olunub. Ona görə də 1-ci müqavilə üzrə alıcının (Cavabdeh3) vəzifəsidir ki, mənzili dəyərini 1-ci müqavilə üzrə satıcıya ödəsin. Yasamal RM 290.000 manatın ödənilməsini qət edib, yəni məhkəmə hesab edib ki, mənzilin dəyəri bu qədərdir. 1-ci müqavilə üzrə alıcı (Cavabdeh3) hesab edib ki, onun qaytarmalı olduğu pulun məbləği daha az - 258.000 manat olmalıdır, çünki çəkdiyi xərclər var. Lakin Cavabdeh3 çəkdiyi xərclər nəzərə alına bilməz, çünki Mülki Məcəllənin 337.5-ci maddəsinə görə Cavabdeh3 üzərinə düşən vəzifə mənzilin məhz dəyərini əks tərəfə ödəməkdir. Cavabdeh3 mənzili 2-ci müqaviləyə əsasən 290.000 manata satıb. Apellyasiya icraatı zamanı onun vəkili bildirdi ki, hesab edirlər ki, mənzilin dəyəri məhz 290.000 manatdır. Ona görə də mənzilin dəyərinin 290.000 manatdan az olduğu müəyyən edilə bilməz. 1-ci müqavilə üzrə satıcılar (290.000 manatı almalı olan şəxslər) qətnaməni mübahisələndirməyiblər, yəni dəyərin çox olduğunu iddia etməyiblər. Belə vəziyyətdə mənzilin dəyərinin 290.000 manatdan çox olduğu da müəyyən edilə bilməz. Beləliklə, qətnamənin mübahisələndirilən hissəsində, yəni 290.000 manatın Cavabdeh3 tutulmasına aid olan hissəsində Yasamal RM düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7329/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7329/2022
25.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver