Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7333/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı maneənin aradan qaldırılması, daşınmaz əmlaklar üzrə payların naturada ayrılması, maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə QƏTNAMƏ İş № 2(103)-7333/2022 (Açar sözlər: payın naturada ayrılması, dəymiş ziyan) Bakı şəhəri 30 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsivəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı maneənin aradan qaldırılması, daşınmaz əmlaklar üzrə payların naturada ayrılması, maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022ci il tarixli 2(004)-87/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 6 saylı evin 3 saylı 10 saylı mənzilləri İddiaçı və X2 ümumi birgə mülkiyyətindədir. Məhkəmə hesab etmişdir ki, tərəflər haqlı olaraq, öz paylarının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, keçirilmiş məhkəmə tikintitexniki ekspertizaları ilə müəyyən edilmişdir ki, ünvan 6 saylı evin 3 saylı mənzildən İddiaçı payına düşən 40.1 kv.m. və X2 payına düşən 80.1 kv.m., 10 saylı mənzildən İddiaçı payına düşən 37,5 kv.m və X3 payına düşən 187,57 kv.metr təcrid şəklində Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən naturada bölünməsi texniki cəhətdən mümkündür. Tədqiq olunan mənzillərin ayrılması qaydası və ölçüləri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 137 ünvanında yerləşən 120,2 kv.m ümumi sahəsi olan 3 saylı mənzilin ona məxsus 40,1 kv.m sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızı bacısıdir. ünvan 1 ünvanında olan 120,2 kv.m ümumi sahəsi olan 3 nömrəli mənzilin 80,1 kv.m sahəsi Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızına, 40,1 kv.m sahəsi isə ona məxsusdur. Belə ki, ataları Cəfərov Sabir rəhmətə getdikdən sonra bu əmlakı aralarında bölərək payları müəyyən etmişlər. Bir müddət bu əmlakı ümumilikdə kirayə verib hər birinin payına mütənasib kirayə haqqı alsalar da, son zamanlar bacısı Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızı paylı mülkiyyətdə olan əmlakdan istifadəsinə - əmlakın kirayə verilməsinə mane olur, imkan vermir. Ona görə də hal-hazırda mübahisəli mənzilə olan paylarının müəyyən naturada bölünməsi zərurəti yaranmışdır.
4. Cavabdeh İddiaçı qarşı maneənin aradan qaldırılması, daşınmaz əmlaklar üzrə payların naturada ayrılması, maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən sahənin ön qapısından istifadə hüququnun olması, bu hüququn reallaşmasına maneə törətməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ünvan 6 saylı evin 3 saylı mənzilinin ona məxsus 80,1 kv.m və cavabdehə məxsus 40.1 kv.m. hissələrinin (payların), ünvan 6 saylı evin 10 saylı mənzilinin ona məxsus 187.57 kv.m. və cavabdehə məxsus 37.5 kv.m. hissələrinin (payların) aralarında naturada ayrılması, 3.400 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən sahənin qapısından istifadə hüququnun olması, bu hüququn reallaşmasına maneə törətməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, qeyd olunan əmlakın 80.1 kv.m. (Cavabdeh aid) və 40.1 kv.metrlik (İddiaçı aid) hissələrinin (payların), habelə, eyni küçədə yerləşən 137 saylı evin 10 saylı mənzilinin 187.57 (Cavabdeh aid) və 37.5 kv.metr (İddiaçı aid) hissələrinin (payların) tərəflər arasında naturada ayrılması, bölgünün xx.xx.2021-ci il tarixli, 10/1999 saylı ekspert rəyinə əlavə olunmuş sxemlərdəki kimi aparılması, arakəsmələrin hörülməsinin cavabdehin vəsaiti hesabına həyata keçirilməsi, 25.100 manat məbləğində vurulmuş maddi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddiaçı yaşayış sahəsinin onun təqsiri üzündən kirayəyə verilə bilinməməsi ilə əsaslandırılır. Cavabdeh İddiaçı dedikləri tamamilə yalandır, özü əmlakın kirayəyə verilməsinə (əvvəllər verilən qaydada) maneə törədir. Onun əmlakdan istifadənin məhdudlaşdırılmasına yönələn hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. ünvan 2 ünvanda yerləşən 120.2 kv.metrdən ibarət yaşayış evinin 80.1 kv.metr hissəsi onun, 40.1 kv.metr hissəsi isə cavabdeh İddiaçı adına mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən RX seriya ******* nömrə ilə qeydə alınmışdır. Uzun müddət birgə istifadədə olmasına baxmayaraq hazırda cavabdeh müxtəlif maneələr və bəhanələr gətirərək mülkiyyət hüququnun həyata keçirilməsinə əngəl yaradır. Tərəflər arasında 120.2 kv.metrdən ibarət olan yaşayış evinin bölgüsündə mübahisə yaranmışdır. Belə ki, cavabdeh İddiaçı Zərgərpalan küçəsi, ev 137, mənzil 3 ünvanda yerləşən sahənin qapılarını bağlayaraq oraya gedib-gəlməsinə, əmlakdan istifadəsinə maneə yaradır. Heç bir məntiqə uyğun gəlməyən tələblər irəli sürərək ona fiziki və psixi təziqlər göstərir. Cavabdeh əvvəlki vəziyyəti dəyişdirərək ön giriş qapısının ona məxsus olmasını bildirir, əmlakın bu hissəsinə yiyələnməyə çalışır (daha yüksək məbləğdə kirayə haqqı almaq üçün). Halbuki, bugünə qədər əmlakın 40.1 kv.metr hissəsindən yararlanan cavabdeh giriş-çıxış kimi arxa qapıdan istifadə etmişdir. Cavabdeh mübahisəli yerdə özbaşına təmir işləri aparır. Ona aid hissədə öz bildiyini edir, qapının kilidlərini dəyişdirir, o cümlədən görüntülərin qeydə alınması üçün quraşdırılmış kameraları sökür, maddi ziyan vurur. Bu barədə aidiyyəti hüquq-mühafızə orqanlarına müraciətlər edilmiş, barəsində qanuni tədbir görülməsini xahiş edilmişdir, lakin verilmiş cavablara əsasən mübahisənin mülki xarakterli olması bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Mübahisəli sahə həmişə icarəyə verilmiş və ön qapıdan heç bir məhdudiyyət olmadan istifadə edilmişdir. Hazırda cavabdeh Zərgərpalan küçəsinə baxan ön qapını bağlayaraq evin istifadəsinə imkan vermir və mövqeyini ona məxsus olan 40.1 kv.metr sahənin bu qapı tərəfə düşməsi ilə əsaslandırır. Habelə, ona evin başqa hissəsindən yeni qapı açmağı məsləhət görür. Bu isə tamamilə qəbuledilməzdir. Bundan başqa, tərəflərə ünvan 4 ünvanda yerləşən 225.07 kv.metrdən ibarət mübahisəli yaşayış evi vardır. Bu mənzilin 187.57 kv.metr hissəsi onun, 37.5 kv.metr hissəsi isə cavabdeh İddiaçı adına mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən RX seriya ******* nömrə ilə qeydə alınmışdır. Hesab edir ki, eynilə qeyd olunan yaşayış evi üzrə də paylar naturada bölünməlidir. Daşınmaz əmlak icarəyə verilməmişdən qabaq hər iki tərəfin sahəsi müəyyən edilərək arakəsmələr şəkilində bölünmüşdür. Hazırda 10 saylı mənzil razılıq əsasında icarəyə verilmişdir, 3 saylı mənzilin əvvəlki qaydada icarəyə verilməsinə isə cavabdeh imkan vermir. Mübahisənin yaranmasından ünvan 2 ünvanında yerləşən sahənin yenidən icarəyə verilməsinədək 1 il 4 ay vaxt keçmiş, bu vaxta qədər tərəflər arasında heç bir razılaşma olmamış, İddiaçı təqsiri üzündən ünvan 2 ünvanda yerləşən 120.2 kv.metrdən ibarət sahə 21,06.2022-ci ilədək icarəyə verilməmiş, bununla da xeyli miqdarda ziyan çəkmişəm. 1 il 4 ay ərzində sahənin boş qalması səbəbindən 24.000 manat gəlirdən məhrum olmuşdur. Habelə, cavabdehin gördüyü qanunsuz işlərin aradan qaldırılması üçün tikinti materialları və ustalara 1.000 manat məbləğində xərc çəkmişdir. Görüntünün qeydə alınması üçün nəzərdə tutulmuş kameraların yararsız hala salınmasına görə 70 manat pul, tərəfimdən məhkəmənin hesabına ödənilmiş 30 manat rüsum cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığından bu ziyanı A.Q.Cəfərova ödəməlidir. Bundan başqa, əmlak tərəflər arasında naturada ayrılarkən həyata keçiriləcək tikinti-təmir işləri, o cümlədən arakəsmələrin hörülməsi cavabdeh İddiaçı vəsaiti hesabına həyata keçirilməlidir. Çünki, aparılmış təmir işləri cavabdeh S.Cəfərovanın qanunazidd hərəkətləri nəticəsində bərbad hala salınmış, arakəsmələr sökülmüş, onun təqsiri üzündən əmlakın əvvəlki kimi idarə edilməsində problem yaranmışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 137 ünvanında yerləşən 120,2 kv.m ümumi sahəsi olan 3 saylı mənzilin İddiaçı məxsus 40,1 kv.m sahəsi və ümumi sahəsi 225,07 kv.m. olan 10 saylı mənzilin 37,5 kv.m sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılması və iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 137 ünvanında yerləşən 120,2 kv.m ümumi sahəsi olan 3 saylı mənzilin iddiaçı X4 məxsus 80.1 kv.m. sahəsi və ümumi sahəsi 225,07 kv.m. olan 10 saylı mənzilin 187,57 kv.metr sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılması və iddiaçıya verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülmsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsi, 2-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2, 220.3-ci maddələrinin, Mülki Prossesual Məcəllənin 101.7. 103.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və qarşlıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir.
10. Apelyasiya şikayətini qarşılqılı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və onun nümayəndəs-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
14. Maddə 29. 1-ci bəndi Hər kəsin mülkiyyət hüququ vardır.
15. Maddə 29. 2-ci bəndi Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 220.1 Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
19. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
20. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək qarşılqılı iddianın tam təmin edilməsini xahiş etdiyindən, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qarşıllı iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, qarşılıqlı iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
31. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, 0967029№-li Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 120.2 kv.m olan 3 saylı mənzilin 40.1 kv.m İddiaçı və 80.1 kv.m X2 ümumi birgə mülkiyyətindədir.
32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, 0968550№-li Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi 225,07 kv.m. olan 10 saylı mənzilin 37,5 kv.rn İddiaçı və 187,57 kv.m X2 ümumi birgə mülkiyyətindədir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/1999 saylı, xx.xx.2021- ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan ünvanda yerləşən mənzillərə baxış keçirilən zaman həmin mənzillərin təyinatına uyğun istifadə olunmadığı yəni, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu, həmçinin tədqiq olunan tikililərdə konstruktiv dəyişikliklər edildiyi və texniki pasport sənədində qeyd olunan ölçülərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda qərardadın 1-ci və 2-ci sualları üzrə tədqiqat aparılmamışdır. ünvan 6 ünvanında yerləşən 3 və 10 saylı mənzillərin mülki iş materiallarında olan **********31-05101-093001 və **********31-05101-093005 reyestr nömrəli texniki pasport sənədlərinə əsasən tərəflərin qeydə alınmış xüsusi mülkiyyətində olan sahələrinə uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Bölgü variantları rəyə əlavə olunmuş sxemlərdə ətraflı göstərilmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 6 saylı evin 3 saylı mənzildən İddiaçı payına düşən 40.1 kv.m. və X2 payına düşən 80.1 kv.m., 10 saylı mənzildən İddiaçı payına düşən 37,5 kv.m və X3 payına düşən 187,57 kv.metr təcrid şəklində Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən naturada bölünməsi texniki cəhətdən mümkündür.
35. Bunun üçün tədqiq olunan ünvanda yerləşən 3 saylı mənzilinə aid texniki pasportda göstərilən 6 və 7 saylı otaqların arasında olan arakəsmədən 2,15m aralı əvvəllər mövcud olan hal-hasırda sökülmüş arakəsmələr yenidən bərpa olunmaqla və 4 və 5 saylı tikililər arasında olan qapı bağlanmalıdır. Belə bölgü zamanı 3 saylı mənzildən İddiaçı 5, 6, 7, 9 saylı otaqlar, X5 1-4, 8, 10 saylı otaqlar düşür. Eyni zamanda, 10 saylı mənzilinə aid texniki pasportda göstərilən 4 və 5 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə 1,10 m enində və 90° altında divara gədər arakəsmə yaradılmalı və 4-5 saylı tikililər arasında olan qapı bağlanmalıdır. Belə bölgü zamanı 10 saylı mənzildən İddiaçı 1 saylı otağı bir hissəsi, 2-4 saylı otqlar, X5 1 saylı otağın digər hissəsi, 5-9 saylı otaqlar düşür.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
36. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş 10/2052 saylı, xx.xx.2022ci il tarixli ekspert rəyi, 10/1999 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə münasibətdə qoyulmuş suallar dana əhatəli şəkildə cavablandırıldığına görə həmin ekspert rəyi üzrə təklif olunan bölgü variantını tətbiq edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir və rəyin həqiqiliyinə olan təminat, onun “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyildir və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilməlidir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
39. Belə ki, ilkin ekspert rəyi üzrə bölgü aparılarkən (mənzil 3) İddiaçı xüsusi mülkiyyətində olan 40,1 kv.m. sahə bilavasitə pəncərəsi olmayan, təbii işıqla təmin olunması mümkün olmayan gün işıgı görməyən 1 balaca və 5 xırda (hər birinin sahəsi 8 kv.m dən azdır) sahələrin birləşdirilməsi ilə müəyyən edilmişdir. Həmçinin, ekspert bu sahələrin (mənzil 3) naturada bölgüsünü müəyyən edərkən 5 qapının bağlanmasını və 4 qapının açılmasının lazım olmasını qeyd etmişdir. Sonuncu eskpert rəyində isə bu sahənin texniki pasport sənədlərində olan sxemdən də göründüyü kimi cəmi bir qapının (arakəsmə) bağlanması ilə hər iki mülkiyyətçinin sahələrinin real və səmərəli şəkildə bölgüsü mümkünlüyü qeyd olunmuşdur. Belə olan halda hər iki mülkiyyətçiyə ayrılmış sahələrə bilavasitə gün işigı düşməklə pəncərə ilə təmin olunmuş olurlar.
40. Məhkəmə kollegiyası, həmçinin, qarşılqlı iddianın təmin olunmayan digər hissələrinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddiaçı bu hissədə iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
41. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
42. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2022 saylı iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov