Məhkəmə qərarları › İş №2(103)-7338/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7338/2020

05.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7338/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “ortaq divarın üstündə tikilmiş tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-1/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 15 və 17 saylı evlər arasındakı ortaq divar üstündə yerləşən tikilinin sökülərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti şərtlərinə uyğun olaraq yenidən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı evi atası ona 1990- 1991-ci illərdə almış və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Sonradan xx.xx.2010-cu ildə ******* saylı çıxarış almışdır. Onun icazəsi olmadan qonşusu Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 17 saylı evdə yaşayan Cavabdeh şəhərdə olmadığından istifadə edib və ortaq divarı zəbt edib üstündə evinin divarını tikmişdir. Dəfələrlə xəbər göndərmiş və narazı olduğunu bildirsə də, heç bir xeyri olmamışdır. Neçə illər keçib ancaq bu illər ərzində arasındakı çoxlu söz-söhbət olub, indidə aralarında tez-tez münaqişələr olur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, hazırkı iş üzrə cavabdeh qismində Cavabdeh göstərmiş, məhkəmə zalında aydın olmuşdur ki, qonşu evin mülkiyyətçisi X6r. Ona görə də cavabdeh qismində X9 göstərilərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 15 ev 17 saylı evlər arasındakı ortaq divar üstündə yerləşən tikilinin X3 hesabına sökülərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti şərtlərinə uyğun olaraq yenidən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi İddiaçı məxsus 15 saylı evlə cavabdeh X5 məxsus 17 saylı ev arasındakı ortaq divar üstündə yerləşən tikilinin X3 hesabına sökülərək ortaq divarın qanunvericiliyin tələblərinə uyğun yenidən bərpa edilməsi, məhkəmə xərcinin əvəzi olaraq, 100 manat məbləğində pul vəsaitinin cavabdeh X2 tutularaq, Dövlət Xəzinədarlığı Agentliyinə keçirilməsi (kod:210005 VOEN **********, müxbir hesab:AZ41NABZ**********0000003944, sfift bik:ctreaz22 Məhkəmə Ekspertiza Mərkəzi VOEN:**********, hesab N: AZ34CTRE********************) və ödənilmiş 10 manat dövlət rüsumunun X2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 17 saylı ev və həmin evə aid 381.2 kv.m torpaq sahəsi xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən X4 məxsus olmuş, həmin torpaq sahəsinin qonşularla razılaşdırılmış bölgü sxeminə əsasən 1/3 hissəsi həyat yoldaşı Cavabdeh istifadəsinə verilərək, həmin torpaq sahəsində yerləşən evi xx.xx.1997-ci il tarixdə həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilmiş, xx.xx.2015-ci ildə isə bağışlama müqaviləsi əsasında onun adına rəsmiləşdirilmişdir. Ev indiki vəziyyətdə necədirsə, 1997-ci ildə də həmin vəziyyətdə almışlar. İddiaçının sökülməsini tələb etdiyi tikililər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatda alınaraq, onun mülkiyyət hüquqları tanınmaqla ona Çıxarış verilmişdir. İddiaçının evi ilə onun evi arasında heç bir ortaq divar olmayıb. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İş materiallarında olan ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evi ½ hissədə İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanındakı fərdi yaşayış evini X5 bağışlamışdır. ******* saylı Çıxarışın və **********42-10301 saylı Texniki Pasportun surətindən görünür ki, həmin fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14845 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 17 saylı yaşayış evinin 1-ci mərtəbəsində yerləşən mətbəx tikilisinin və sanitar qovşağının, eləcə də 2-ci mərtəbənin bütünlüklə texniki pasportda əks olunmadığı, həmçinin 2-ci mərtəbədə yerləşən tikilinin bir hissəsinin (5,0 metr) iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəddində mövcud olan ortaq divarın üzərində inşa edildiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiqolunan yaşayış evinin 1-ci mərtəbəsindəki sanitar qovşağının, mətbəx tikilisinin, eləcə də 2-ci mərtəbədəki tikililərin inşa edilməsinə dair müvafiq icazə sənədləri olmadığından, həmin tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Çıxarışdan görünür ki, ünvan 3 ünvanındakı fərdi yaşayış evi (ümumi sahəsi 128.3 kv.m, torpaq sahəsinin ölçüsü 0.01084 ha) tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 316 nömrəli reyestr kitabının 29470 nömrəli vərəqində ********** qeydə alma nömrəsi ilə xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, mübahisəli tikililər cavabdeh X3 mülkiyyətindədir. Kollegiya onu da qeyd edir ki, mübahisəli tikililərin adına qeydə alınması barədə cavabdeh reyestr xidmətinə işə birinci instansiya məhkəməsində baxılarkən müraciət etmiş və bu barədə məhkəməyə məlumat verərək, yeni sənədləri (çıxarış və texpasport) xx.xx.2020-ci il tarixdə alacağını bildirmiş, məhkəmə də bu məqsədlə məhkəmə prosesini xx.xx.2020-ci il tarixə təxirə salmış, lakin göstərilən tarixdə cavabdeh adına yeni çıxarış və texniki pasport təqdim edə bilmədiyindən (məhkəmə bunun səbəblərini aydınlaşdırmamışdır), məhkəmə işə baxılmasını yekunlaşdıraraq, məlum qətnaməni çıxarmışdır. Lakin, göründüyü kimi, mübahisəli tikililərə cavabdehin hüquqları xx.xx.2020ci il tarixdə qeydə alınaraq, sonuncuya mülkiyyət sənədi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, iddiaçının tələbi əsassızdır. Belə olan halda, Kollegiya hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh X5 qarşı “ortaq divarın üstündə tikilmiş tikilinin sökülməsi tələbinə dair” iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar