Məhkəmə qərarları › İş №2(103)-7349/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7349/2021

22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7349/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Üçüncü şəxs X3 vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nzami Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(007)-2224/2021 saylı qərardadından Cavabdeh3 tərəfindən verilən şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkilon iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin olunmuş, Toyota Camri markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməməsi üçün üzərinə həbs qoyulmuş,sahiblik və istifadəni özündə əks etdirən mülki hüquqi əqdlərin bağlanması cavabdehə və digər şəxslərə qadağan edilmiş, qərardadın icrasının Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinə həvalə edilməsi, qalan hissədə ərizənin təmin olunmaması, qərardadın dərhal icra olunması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh3 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Toyota Camri markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən dəyəri tam ödənilməklə əldə olunmuşdur. O, ümumiyyətlə iddiaçını tanımır. Avtomobilin vicdanlı alıcısıdır və qanuni mülkiyyətçisidir. Avtomobilə heç bir aidiyyəti olmayan şəxsin əsassız iddiası ilə bağlı həmin həbs qoyulması bir mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Bundan başqa o, həmin avtomobildən yaxın adamlarını xəstə ailə üzvlərini xəstəxanaya aparıb-gətirmək üçün istifadə edir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərardadının ləğv olunmasını, iddiaçının nümayəndəsi və vəkili Vəkilon iddianın təmin tədbiri barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Apellyasiya baxışı zamanı üçüncü şəxs X3 vəkili və nümayəndəsi X4 Cavabdeh3 tərəfindən verilmiş şikayətin təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2224/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması ilə iddianı təmin etmə tədbiri görülə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2224/2020 saylı, 06.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar