Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7353/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4717/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsinə qarşı tikilinin qanunsuz hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən zirzəmiyə giriş-çıxış qapısının, o cümlədən həmin zirzəmi üzərində aparılmış tikintinin özbaşına hesab edilməsi, həmin özbaşına tikililərin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətdə bərpa edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4717/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4717/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının icraatın dayandırılması hissəsində ləğv olunmasını və mülki işə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərardadı əsassız və qanunsuzdur. Məhkəmə tərəflərin vəsatətlərini tam həll etmədən, ilkin sübutlar əldə etmədən, iddia tələbindən kənara çıxmaqla işin hallarına uyğun gəlməyən suallar qoymuş, bununla da prosessual pozuntuya yol vermişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə qanunsuz olaraq giriş açıldığını və həmin girişin onun qeyri-yaşayış sahəsinin qabaq meydançasına düşdüyünü iddia edir və bağlanmasını tələb edir. Məhkəmə isə öz qərardadında işin əsas məğzindən kənara çıxaraq qeyri-yaşayış sahəsinin çıxışında, yəni pilləkən qəfəsində lahiyədən kənar tikili mövcud olub-olmamasının araşdırılması məsələsini qoyur. Təqdim edilmiş fotolardan bəlli olur ki, pilləkən qəfəsində yüngül konstruksiyalı günlük quraşdırılmışdır, bu örtük isə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxışın məhdudlaşdırmır və sairə. Göründüyü kimi hakim ekspert qarşısında natamam sual qoymaqla iddiaçının mənafeyinə uyğun hərəkət edir. habelə, ekspertə qoyulmuş suallardan əlavə ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərməsi təklif olunmur. Zəruri sənədlər əldə etmədən ekspertizanın keçirilməsi isə əsaslı görünmür. Ən əsası məhkəmə nəzərə almamışdır ki, İddiaçı hazırkı iddia ilə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Hakim tələmtələsik iş üzrə icraatı dayandırdığından işin obyektiv həlli üçün irəli sürülən dəlillər öyrənilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4717/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 255.0-cı maddəsinə əsasən iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda ... ekspertin rəyi ... məhkəməyə təqdim edilənədək. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə ekspertiza təyin olunduğu halda icraatının dayandırılması mülki prosessual qanunvericiliyin müddəalarından irəli gəlir. Belə olan halda birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi ilə əlaqədar olaraq icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün hər hansı əsas görmür. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4717/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7353/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7353/2023
04.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver