Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7355/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili-nümayəndəsi Vəkil4, Cavabdehlər Cavabdeh2 və X6 vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh7 Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Cavabdeh10nə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə,Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş X13 İdarəsi cəlb edilməklə “bağışlama müqavilələrinin, alğı-satqı müqaviləsinin və onlara əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(007)-74/2021 saylı qərardadından iş üzrə Cavabdeh7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh7 Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Cavabdeh10nə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə,Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş X13 İdarəsi cəlb edilməklə “bağışlama müqavilələrinin, alqı-satqı müqaviləsinin və onlara əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş 4Ə-154 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın və ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair ünvan 2 4Ə-180 reyestrnömrəli bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsinə; ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzil və İsmayıllı rayonu, İvanovka kəndi Krasnoarmeyskaya küçəsi 82 saylı fərdi yaşayış evinin mərhum X2 miras qalmış əmlakın siyahısına daxil edilməsinə; ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilin və İsmayıllı raonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 saylı fərdi yaşayış evinin, dairəsi müəyyən edilmiş vərəsələr arasında hərəsi 1/3 hissə olmada miras paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qanuni nümayəndəsi Nümayəndəsi və vəkili X3 iddia tələbinin həcminin artıtılmasına dair 25.10.2019-cu il tarixli ərizə verərək yuxarıda irəli sürülmüş iddia tələbi ilə yanaşı əlavə olaraq Bakı şəhəri 9 saylı nolariat ofisini və Cavabdeh7 iş üzrə cavabdeh kimi cəlb edilməsini və 26.07.2019-cu il tarixli iddia ərizəsinə əlavə olaraq, X4 mülkiyyətində olan “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz L270 CDİ” markalı ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi, həmçinin “BMC” markalı ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X8 ilə Cavabdeh7 arasında bağlanmış 28.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında aparılmış qeydiyyatın ləğv edilməsi, qeyd edilən nəqliyyatvasitəsinin də miras əmlakın siyahısına daxil edilməsi və 1/3 hissədə İddiaçı miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qanuni nümayəndəsi Nümayəndə məhkəməyə vəsatətlə müraciət edərək, 13.08.1969-cu ildə Bakı şəhərində doğulmuş, 27.02.2019-cu il tarixdə vəfat etmiş X5 Türkiyə Respublikasında məxsus olan daşınmaz əmlaklar (mənzillər, qeyri-yaşayış binaları, torpaqlar və s.) barədə məlumat, həmçinin bu məlumatları təsdiq edən sənədlərin surətlərinin verilməsi, eləcə də 13.08.1969-cu il təvəllüdlü X5 məxsus olmuş daşınmaz əmlaklar sonradan özgəninkiləşdirilmiş (alqı-satqı, bağışlama, dəyişmə və s.) olduğu halda hansı tarixdə, hansı əsasla və kimin adına özgəninkiləşdirilməsi barədə məlumatları və bu məlumatları təsdiq edən sənədlərin surətlərinin verilməsi xahişi ilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına sorğu verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(007)-74/2021 saylı qərardadı ilə İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh7 Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Cavabdeh10nə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə,Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş X13 İdarəsi cəlb edilməklə "bağışlama müqavilələrinin, alğı-satqı müqaviləsinin və onlara əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair 2(007)-74/2021 nömrəli mülki iş üzrə məhkəmə tapşırığı verilməsi və tapşırığın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəsilə Türkiyə Respublikası, Ədliyyə Nazirliyi Səlahiyyətli Məhkəməsinə həvalə edilməsi, məhkəmə tapşırığı icra edilənədək iş üzrə icraat dayandırılması; tapşırığın icrası ilə bağlı Türkiyə Respublikası, Ədliyyə Nazirliyi Səlahiyyətli Məhkəməsi tərəfindən aşağıdakı hərəkətlər yerinə yetirilməsi: 13.08.1969-cu ildə Bakı şəhərində doğulmuş, 27.02.2019-cu il tarixdə vəfat etmiş X5 Türkiyə Respublikasında məxsus olan daşınmaz əmlaklar (mənzillər, qeyri-yaşayış binaları, torpaqlar və s.) barədə məlumat, həmçinin bu məlumatları təsdiq edən sənədlərin surətlərinin verilməsi, eləcə də 13.08.1969-cu il təvəllüdlü X5 məxsus olmuş daşınmaz əmlaklar sonradan özgəninkiləşdirilmiş (alqı-satqı, bağışlama, dəyişmə və s.) olduğu halda hansı tarixdə, hansı əsasla və kimin adına özgəninkiləşdirilməsi barədə məlumatların və bu məlumatları təsdiq edən sənədlərin surətlərinin verilməsi təmin edilməsi, məhkəmə tapşırığının icra edildikdən sonra müvafiq sənədlər Azərbaycan Respublikası Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh7 şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, başqa dövlətin ərazisindən sübutlar toplanması məqsədi ilə məhkəmə tapşırığı o halda verilə bilər ki, bu sübutlar iddianın predmetinə aid olan tələblər üzrə sübutlar aid olmuş olsun. İddiaçı qanuni nümayəndəsi Nümayəndə Valyeryevnanın isə iddia tələblərində Türkiyə Respublikasında yerləşən hər-hansı əmlaka dair tələb irəli sürülməmişdir. Digər tərəfdən məhkəmə qərardadından göründüyü kimi, miras qoyan X4 hələ öz sağlığından özgəninkiləşdirilmiş olduğu halda hansı tarixdə, hansı əsasla və kimin adına özgəninkiləşdirilməsi barədə məlumatların və bu məlumatları təsdiq edən sənədlərin surətlərinin verilməsi tələb edilmişdir. Göründüyü kimi məhkəmə tapşırığı hazırda məhkəmə baxışının predmetinə aid olmayan tələblər üzrə verilmişdir. Həmçinin məhkəmə tapşırığı vasitəsi ilə sübut əldə edildiyi halda belə həmin sübutlar iş üzrə sübutlar kəsb edə bilməyəcəkdir. Belə ki, İddiaçı ilə atalıq müəyyən edilmişdir. Onun qanuni nümayəndəsi Nümayəndə isə rəsmi nikahda olmamışdır. Buna görə də miras qoyan R.Əhmədovun sağlığında əldə etdiyi və özgəninkiləşdirildiyi əmlakların nə İddiaçı və nə də ki, onun qanuni nümayəndəsi Nümayəndə aidiyyəti yoxdur və belə əmlaklar miras əmlakı kütlərinə daxil olmayacaqdır. Göründüyü kimi, məhkəmə əsassız olaraq başqa dövlət ərazisində sübut toplamaq adı ilə bələ 19 iyun 2019-cu il tarixdə, yəni 2 ildən artıq bir müddət ərzində, icraatına daxil olmuş işin baxılmasının uzadılmasına xidmət edən qərardad qəbul etmişdir. Belə ki, işin baxılması məhkəmənin səhvi ucbatından uzanmış və hazırda aşkar şəkildə uzadılmaqla davam edir. Bundan başqa göründüyü kimi, Cavabdeh7 mülkiyyətində olan «BMC» markalı, **-NK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair iddianı təmin etmə tədbiri görünmüş və məhkəmənin işə baxılmasına əsassız və lüzumsuz olaraq həddindən artıq bir müddətə uzatması nəticəsində iddanı təmin etmə tədbirinin də müddəti uzanır və bu da qanuni əsaslarla mülkiyyətçi olan Cavabdeh7 hüquqlarının pozulmaqla davam etməsi ilə nəticələnir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(007)-74/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və X6 vəkilinümayəndəsi Vəkil1 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən, İddiaçı vəkili-nümayəndəsi Vəkil4 şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası prosesiştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını və şikayəti araşdırıraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, 13.08.1969cu ildə Bakı şəhərində doğulmuş, 27.02.2019-cu il tarixdə vəfat etmiş X5 Türkiyə Respublikasında məxsus olan daşınmaz əmlaklar barədə məlumat, həmçinin bu məlumatları təsdiq edən sənədlərin surətlərinin verilməsi, eləcə də 13.08.1969-cu il təvəllüdlü X5 məxsus olmuş daşınmaz əmlaklar sonradan özgəninkiləşdirilmiş olduğu halda hansı tarixdə, hansı əsasla və kimin adına özgəninkiləşdirilməsi barədə məlumatları və bu məlumatları təsdiq edən sənədlərin surətlərinin verilməsi üçün onun qeydiyyat və yaşayış yeri üzrə Türkiyə Respublikası, Ədliyyə Nazirliyi Səlahiyyətli Məhkəməsinə məhkəmə tapşırığı verilməsi zərurəti mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 83.4-cü maddəsinə əsasən rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə müvafiq olaraq həyata keçirilir. Həmin Qanunun 91-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində və beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrini Məhkəmə-Hüquq Şurası və müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi isə birbaşa həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.6-cı maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, Türkiyə Respublikası, Ədliyyə Nazirliyi Səlahiyyətli Məhkəməsinə məhkəmə tapşırığı verilməsi zərurəti mövcud olduğundan, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Türkiyə Respublikası ərazisində mərhumun mülkiyyətində əmlakların olub-olmamasının müəyyən edilməsi hazırkı işin mahiyyətinə bir başa aidiyyəti var. Belə ki, əmlaklar müəyyən edildiyi halda həmin əmlaklar mümkün ola biləcək miras kütləsinə aid ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh7 şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(007)-74/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 254, 263-269, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh7 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(007)-74/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7355/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7355/2021
22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver