Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7360/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1948/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinə quraşdırılmış olan sayğacın oğurlanması ilə bağlı müraciət etmişdir.
2. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1446/2021 nömrəli qətnaməsi ilə Cavabdeh İB tərəfindən İddiaçı **********04940 saylı abonent hesabına hesablanmış 1951,20 manat məbləğində borc silinmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 6806/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 1446/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. 31.01.2022-ci il tarixli, ******* saylı təbii X1nın pozulması haqqında aktda abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Həmin akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3, orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə, nəzərə alınmışdır. Nəticədə itirilmiş qazın bərpası üçün 5400 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
5. 30.04.2021-ci il tarixli, ******* saylı təbii X1nın pozulması haqqında aktda abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Həmin akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3, orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə, nəzərə alınmışdır. Nəticədə itirilmiş qazın bərpası üçün 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
6. 30.12.2021-ci il tarixli, ******* saylı təbii X1nın pozulması haqqında aktda abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Həmin akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə, nəzərə alınmışdır. Nəticədə itirilmiş qazın bərpası üçün 5400 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
7. 29.10.2021-ci il tarixli, ******* saylı təbii X1nın pozulması haqqında aktda abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Həmin akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə, nəzərə alınmışdır. Nəticədə itirilmiş qazın bərpası üçün 5040 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
8. 30.11.2021-ci il tarixli, ******* saylı təbii X1nın pozulması haqqında aktda abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Həmin akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə hesabat aparılmış. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 5400 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
9. 30.09.2021-ci il tarixli, ******* saylı təbii X1nın pozulması haqqında aktda qeyd edilmişdir ki, abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Həmin akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə, nəzərə alımışdır. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 1944 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
10. 30.06.2021-ci il tarixli, ******* saylı təbii X1nın pozulması haqqında aktda abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Həmin akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə, nəzərə alınmışdır. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 1944 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
11. 31.08.2021-ci il tarixli, ******* saylı təbii X1nın pozulması haqqında aktda abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir. Həmin akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilrəindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə, nəzərə alınmışdır. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 1944 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 2763 manat borcun silinməsini “Azərqaz” İstehsalat Birliyinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvana qaz itkisinin yarandığı müəyyən edilmiş, 1951,20 manat məbləğində borc hesablanmışdır. Qaz sayğacı 2018-ci ildə oğurlanmış, bu barədə Cavabdeh İB və Polis İdarəsinə müraciət etmişdir. Həmin vaxtdan etibarən mənzilə yeni sayğac quraşdırılmamış və təbii qazdan istifadə edilməmişdir. O, Xəzər rayon məhkəməsinə müraciət edərək əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir. Xəzər rayon məhkəməsinin 2(003)-1446/2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək Cavabdeh İB tərəfindən onun **********04940 saylı abonent hesabına hesablanmış 1951,20 manat məbləğində borc silinmişdir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6806/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1446/2021 saylı mülki iş üzrə qəbul etdiyi 14 aprel 2021-ci il tarxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenidən dəfələrlə Cavabdeh İB-ə müraciət edərək qaz sayğacının quraşdırılmasını xahiş etmiş, lakin bu vaxtadək hələ də sayğac quraşdırılmamışdır. Uzun müddət həmin ünvanda yaşayış olmamışdır. ASAN Xidmət Mərkəzinə müraciət etdikdə onun borcu olduğunu bildirdilər. Cavabdeh İB-ə yenidən müraciə etdikdə ona bildirmişlər ki, borcla bağlı aktlar tərtib edilib, halbuki evdə yaşayış olmayıb. Onun tərtib edilən aktlardan xəbəri olmayıb və 2763 manat məbləğində borc hesablanmışdır.
14. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları, bina 1, mənzil 494 (abunə kodu **********04940) ünvanına əsassız hesablanmış 3002,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1948/2022 saylı qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia təmin edilmişdir.
16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.
17. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməklə, “Azərqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları, bina 1, mənzil 494 (abunə kodu **********04940) ünvanına əsassız hesablanmış 3002,40 manat borc silinməlidir.
18. Məhkəmə öz mövqeyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 4.2-ci bəndinə, 4.3 - 4.9-cu bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh apellyasiya şikayəti verərək, Xəzər rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(003)-1948/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qərar verilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə onların əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəflərindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarındatam bildirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
23. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetinin qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.
32. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «X1»nın:
33. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
34. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
35. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
36. “X1”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
37. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
38. 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
AR Mülki Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacı 2018-ci ilin may ayında oğurlanmış, iddiaçı bununla bağlı polisə müraciət etmiş, bununla bağlı polis tərəfindən araşdırma aparılaraq qərar qəbul edilmişdir. Lakin görünən odur ki, həmin müddətdən sonra cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus ünvanda yeni qaz sayğacı quraşdırılmamış, bu barədə iddiaçının müraciətləri cavabsız qalmışdır. Bununla da cavabdeh təşkilat faktiki olaraq abonent olan iddiaçının təbii qazla təmin edilməsini dayandırmışdır. Nəticədə iddiaçı qaz xəttinə sayğacdan kənar olaraq qoşulmuşdur.
45. Cavabdeh təşkilat hansı səbəbdən 2018-ci ildən hazıradək keçən müddət ərzində iddiaçıya məxsus ünvanda sayğacın quraşdırılmadığını ağlabatan əsaslarla izah etməmişdir.
46. Əksinə, həmin ünvanda qaz xəttinə qanunsuz qoşulmağa görə mütəmadi olaraq aktlar tərtib etməklə kifayətlənmişdir.
47. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.1-ci bəndində istehlakçıya təbii qazın verilməsinin dayandırılmasının konkret əsasları müəyyən edilmişdir. Həmin qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacından istifadənin mümkün olmaması qazın verilməsinin dayandırılmasının əsası kimi nəzərdə tutulmamışdır.
48. Bu mənada kollegiya hesab edir ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının oğurlanması ona qazın verilməsinin dayandırılması üçün əsas ola bilməzdi.
49. “X1”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
50. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
51. Göstərilən sahəvi normaların təhlili onu deməyə əsas verir ki, yaranmış vəziyyətdə iddiaçıya qazın verilməsi bərpa edilməklə, sayğac quraşdırılana qədər olan müddət ərzində qazın dəyəri sayğac oğurlandığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalı idi.
52. Bunun əvəzində isə cavabdeh təşkilat davamlı şəkildə iddiaçıya qanunsuz istifadəyə görə aktlar tərtib etməklə kifayətlənmişdir.
53. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, qeyd edilən aktlar qanunvericiliyin tələblərini pozmaqla tərtib olunduğundan, həmin aktlar əsasında iddiaçıya hesablanmış borc məbləği silinməlidir.
54. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddiaçıya məxsus ünvanda sayğac oğurlandıqdan sonra ona eyni əsasla əvvəllər də aktlar əsasında 1951,20 manat borc hesablanmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 1446/2021 nömrəli qətnaməsi ilə Cavabdeh İB tərəfindən İddiaçı **********04940 saylı abonent hesabına hesablanmış 1951,20 manat məbləğində borc silinmiş, qeyd edilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
55. Buna baxmayaraq, cavabdeh təşkilatın nümayəndələri qətnamə ilə borc silindikdən sonra da eyni əsaslarla aktlar tərtib etməkdə davam etmişlər.
56. Kollegiya hesab edir ki, sayğacın oğurlandığı tarixdən başlayaraq, iddiaçının qaz xəttinə qanunsuz qoşulmaqla qazdan istifadə etməsinə görə hesabat yuxarıda qeyd edilən formada (əvvəlki aylar üzrə orta sərfiyyat nəzərə alınmaqla) aparılmalı idi.
57. Yuxarıda şərh edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olmuş, birinci instansiya məhkəməsi həmin iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
58. Həmçinin, İddiaçı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinə quraşdırılmış olan sayğacın oğurlanması ilə bağlı müraciət etmiş və Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
59. Hazırkı apellyasiya şikayətində cavabdeh təşkilatın iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. hallara istinad etməsi isə ümumiyyətlə başadüşülən deyil. Belə ki, iddiaçı məhz bu ünvanda sayğacın quraşdırılmaması səbəbindən qaz xəttinə qanunsuz qoşulduğunu bildirmiş və bu hal məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır. Belə olan halda, hansı sayğacın klapanından söz getməsi aydın deyildir.
60. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh tərəfindən İddiaçı hesablanmış 3002,40 manat məbləğində borcun silinməsinə dair gəldiyi nəticə əsaslı olmuşdur.
61. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir.
62. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
63. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan, MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1948/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.