Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7362/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi və pulun geri qaytarılması tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3043/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alğı-satqı müqaviləsi əsasında istifadəsində olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evində təbii qazdan istifadə edir. Həmin bağ evinə Cavabdeh İB tərəfindən **********00180 nömrəli abonent kodu verilmiş və bağ evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Elster G-25 RVG EK-220 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent saldosunun birinci vərəqəsində sayğacın quraşdırılması xx.xx.2018-ci il tarix göstərilsə də, həmin saldodan sayğacın 2018-ci ilin fevral ayında quraşdırılması müəyyən olunur. (iş vərəqə 22). X5 tərəfindən tərtib olunmuş İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə aid olan **********00180 nömrəli abonentin saldosundan görünür ki, “ayın əvvəlinə borc” qrafasında 2012-ci ilin aprel ayına 4103,80 manat borcun olduğu, “ödəniş” və “o cümlədən qeyri ödənişlər” qrafalarında həmin borcun ödənildiyi, 2012-ci ilin dekabr ayında “ayın əvvəlinə borc” qrafasında həmin tarixə heç bir borcun olmaması qeyd edilmişdir. **********00180 nömrəli abonentin saldosundan və xx.xx.2017-ci il tarixli, 2407 saylı, xx.xx.2017-ci il tarixli, 261 saylı, xx.xx.2017-ci il tarixli, 1588 saylı, xx.xx.2018-ci tarixli, 1640 saylı, xx.xx.2018-ci tarixli, 2039 saylı və xx.xx.2020-ci il tarixli, 2084 saylı “Qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktların surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə qaz sərfiyyatına görə 2017-ci ilin avqust ayında 2826 manat, 2017-ci ilin sentyabr ayında 35,60 manat, 2017-ci ilin oktyabr ayında 447,40 manat, 2017-ci ilin noyabr ayında 1308,20 manat, 2017-ci ilin dekabr ayında 1288,80 manat, 2018-ci ilin yanvar ayında 314 manat, 2018-ci ilin fevral ayında 554 manat, 2018-ci ilin mart ayında 78,60 manat və 2018-ci ilin avqust ayında 1131,60 manat olmaqla, cəmi 7984,20 manat borc hesablanmmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X1rşı “borcun silinməsi və pulun geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə (abonent kodu **********00180) əsassız olaraq hesablanmış 4103,80 manat borcun silinməsi və 2017-ci ilin avqust ayindan 2018-ci ilin avqust ayına kimi əsassız yazılmış cərimələrə görə ödənilmiş 7984,20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alğı-satqı müqaviləsi əsasında istifadəsində olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evində təbii qazdan istifadə edir. Həmin bağ evinə Cavabdeh İB tərəfindən **********00180 nömrəli abonent kodu verilmiş və bağ evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Elster G-25 RVG EK- 220 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən tərtib olunan və ona məxsus **********00180 nömrəli abonentin saldosunda 2022-ci ilin fevral ayı üçün 6241,80 manat borc göstərilmişdir. Həmin borcun haradan, hansı əsasla yaranması məlum deyil. Abonentin saldosundan görünür ki, hesablanmış 6241,80 manat borcun 4103,80 manatı saldonun “o cümlədən qeyri ödənişlər” qrafasında göstərilib. Həmin məbləğ, 2012-ci ilin aprel ayında “o cümlədən qeyri ödənişlər” qrafasında göstərilib. Bu məbləğ həmçinin saldonun 2012-ci ilin aprel ayının “ödəniş" qrafasındada göstərilmişdir və 2012-ci ilin dekabr ayında “ayın əvvəlinə borc” qrafasında onun həmin tarixə cavabdeh qarşısında heç bir borcunun olmaması görünür. Belə çıxır ki, cavabdeh 10 il sonra 2022-ci ilin fevral ayında həmin məbləği yenidən borc kimi tələb edir. Baxmayaraq ki, saldoya əsasən həmin borc 2012-ci ilin aprel ayında ödənilmişdir. Hətta borc ödənilməmiş olsaydı belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən 5 il müddətinin keçməsinə görə tələb qüvvəsini itirmiş olur. Bunda başqa, abonentin saldosunan məlum olmuşdur ki, ‘Azəriqaz” İstehsalat Birliyi tərəfindən “qazdan istifadə qaydalarının pozulmasına dair” çoxsaylı aktlar tərtib edilərək cərimələr yazılmışdır. Belə ki, 2017-ci ilin avqust ayında 2826 manat, 2017-ci ilin sentyabr ayında 35,60 manat, 2017-ci ilin oktyabr ayında 447,40 manat, 2017-ci ilin noyabr ayında 1308,20 manat, 2017-ci ilin dekabr ayında 1288,80 manat, 2018-ci ilin yanvar ayında 314 manat, 2018-ci ilin fevral ayında 554 manat, 2018-ci ilin mart ayında 78,60 manat və 2018-ci ilin avqust ayında 1131,60 manat olmaqla, cəmi 7984,20 manat cərimə yazılmışdır. Tərtib olunan aktlardan və əsassız olaraq hesablanmış cərimələrdən xəbəri olmamışdır və yuxarıda qeyd edilən məbləği tam şəkildə Cavabdehnə ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3043/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə (abonent kodu **********00180) hesablanmış 4103,80 (dörd min üç manat 80 qəpik) manat borcun silinməsi cavabdeh X4 həvalə edilməsi, cavabdeh X2 artıq ödənilmiş 4496,70 (dörd min dörd yüz doxsan altı manat 70 qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı qaytarılmаsı, iddia tələbi qalan hissədə təmin edilməməsi, cavabdeh X2 dövlət rüsumuna görə 106 (yüz altı) manat tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə 2012-ci ilin aprel ayında qazdan istifadə üzrə 4103,80 manat borc hesablanmış və həmin borc məbləği iddiaçı tərəfindən ödənilmişdir. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən heç bir hüquqi əsas olmadan həmin borc məbləği 2022-ci ildə yenidən iddiaçının abonent saldosuna daxil edilməklə əsassız olaraq ondan tələb edilmişdir. Qaz sayğacının olmadığı və işləmədiyi müddətdə iddiaçıya məxsus bağ evinə qaz sərfiyyatına görə hesablanmış məbləğ aylıq 387,50 manat olmaqla 9 ay ərzində 3487,50 manat təşkil etməli idi (2325,40/6=387,5x9ay=3487,50 AZN). Halbuki, cavabdeh təşkilat tərəfindən qaz sərfiyyatına görə 7984,20 manat borc hesablanmışdır və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, 4496,70 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. (7984,20-3487,50=4496,70 AZN) Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18 və 26 maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1 və 551.2.1 və Mülki Prosessual Məcəllənin 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsinii xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, AKT iddiaçının qaz sayğacı olmadığı dövrdü hesablanmış təbii qazın cihazlara görə hesabatları əsasında tərtib edilmişdir. Həmin hesabatlara əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsasla da borc məbləği 5198,40 manat təşkil etmişdir. Lakin, birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə cərimə borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. Mübahisələndirdiyi qətnamənin nəticə hissəsindən nəzər görünür ki, cavabdehdən təbii qazdan istifadəyə görə borcun silinməsi, qət edilmişdir. Bu isə nə sayğacdan kənar əlavə xətt vasitəsilə nə də sayğaca müdaxilə vasitəsilə istifadə deyildir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclası barədə işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavadehin nümayəndəsi üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmiş, bu səbəbdən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnamə təmin edilmiş hissədə yoxlanılır. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
4.2. məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.3. apellysiya intansiya məhkəməsi qətnaməni dəyişdirə bilər;
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə 2012-ci ilin aprel ayında qazdan istifadəyə görə 4103,80 manat borc hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında tərəflərin iştirakı ilə iddiaçının abonent saldosu tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin borc məbləği iddiaçı tərəfindən ödənilmişdir. (iş vərəqə 20). Həmin 4103,80 manat məbləğində pulun 2012-ci ildə ödənilməsi cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında mübahisəli məbləğin, yəni 4103,80 manatın yenidən abonent saldosunda 2022-ci ildə göstərilməsini izah edə bilməmişdir. Kollegiya hesab edir ki, cavabdeh təşkilat tərəfindən heç bir hüquqi əsas olmadan həmin borc məbləği 2022-ci ildə yenidən iddiaçının abonent saldosuna daxil edilməklə (iş vərəqə 23) əsassız olaraq ondan tələb edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı və qanuni olmuşdur. Lakin məhkəmə iddianın X2 artıq ödənilmiş 4496,70 (dörd min dörd yüz doxsan altı manat 70 qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı qaytarılması hissəsində hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olmamışdır. Belə ki, iddiaçının adına abonent saldosundan görünür ki, qaz sayğacının olmadığı və işləmədiyi müddəti 7 ay olduğu halda, birinci instansiya məhkəməsi bu müddətin 9 ay olmasını göstərmiş və iddiaçıya məxsus bağ evinə qaz sərfiyyatına görə hesablanmış aylıq 387,50 manat məbləğinin 9 ay yzrə 3487,50 manat təşkil etməsini düzgün hesablamamışdır. Abonent saldosundan görünür ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək yazılmış cərimələrə görə hesablanmış məbləğ 8006,2 (5928+2078,2) manat təşkil edir. Həmin məbləğlərin hansı meyarlarla müəyyən edilməsi iş materiallarından görünmür. Abonent saldosundan görünür ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək iddiaçıya məxsus bağ evində qaz sayğacı olmamışdır. Sayğac 2018-ci illin fevral ayında quraşdırılmışdır (iş vərəqə 22) İddiaçıya məxsus bağ evində qaz sayğacının olmadığı və işləmədiyi müddəti 7 ay olmuş (2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək) və kollegiyanın qənaətinə görə qaz sərfiyyatına görə hesablanmış orta aylıq məbləğ 729 manat təşkil edir. Belə ki, abonent saldosuna əsasən 2019-cu ilin iddiaçının həmin il üzrə qaz sərfiyyatı (sayğac işləyərkən) 8750,2 manat göstərilmişdir. Orta sərfiyyatı müəyyən etmək üçün həmin məbləğ 12 aya bölünür. Belə olan halda aylıq 729 manat orta sərfiyyat müəyən edilir ki, bu da ümumilikdə 7 ay üçün 5104 manat təşkil edir ( 7 x 729 manat= 5104). Həmin saldodan görünür ki, 2022-ci ilin may ayından sonra (iş vərəqə 23) abonentin ayın sonuna olan borcu 0(sıfır) göstərilmişdir. Deməli, borc 0(sıfar) göstərildiyi halda abonent tərəfindən cərimələr üzrə hesablanmış məbləğ 8006,20 (5928+2078,2) manat ödənilmişdir. Cərimə üzrə hesablanmış məbləğlərin ödənilməsini, abonent saldosunda borcun olmamasını məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi təsdiq etmişdir. İddiaçı iddia tələbində cərimələr üzrə 7984,2 manat artıq ödənilməsini qeyd edir. (Halbuki bu rəqəm 8006,20 manat təşkil edir.) Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək yazılmış cərimələrə görə ödənilmiş 7984,20 manat məbləğindən sayğac işləyməyən 7 ay üçün hesablanmış orta sərfiyyatın cəmi 5104 manat çıxıldıqdan sonra 2880,2 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. (7984,2- 5104=2880,2) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
X3 nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3043/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdehndən artıq ödənilmiş 2880,2 (iki min doqquz yüz iki manat) manat məbləğində pul vəsaiti alınıb İddiaçı qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov