Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7363/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Hümmətov Nurəddin Hüseyn oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4214/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı oglu Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hesablanmış 507 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin yanvar ayında fəhlələr gəlib tualetin şaxtasında yerləşən su sayğacını çıxarmaq, suyu blokda çəkilən yeni xəttə qoşmaq işinə başlamışdır. Sayğac çıxarılarkən göstəricinin aktlaşdırılmasını tələb etsələr də fəhlələr buna ixtiyarlarının olmadığını bildirmişdir. Xətai rayon Sukanal idarəsinə zəng etdikdə, müştəri xidmətlərindən bildirildi ki, bu məsələni su nəzarətçisi ilə həll etməlidirlər. Nəzarətçi Etibar İmanquliyev bildirmişdir ki,sayğacda göstərici 312dir, halbuki evdəki hesab-fakturada xx.xx.2018-ci il tarixə göstərici 304 olmuşdur. Ondan akt tərtib olunmasını xahiş etmişdir. Sayğacın plombu da üstündə olmuşdur. Heç bir narazılıq olmamışdır. Nəzarətçi ona narahat olmamasını, sayğacı çıxaranların onların işçiləri olmadığını, yaxınlıqda tikilən binanın fəhlələri olduqlarından, akt tərtib etmək hüquqlarının olmadığını bildirmiş, sayğacın çıxarılmasına və yeni xəttə qoşulmasına icazə verilməsini xahiş etmişdir. Bundan sonra icazə vermiş və fəhlələr işlərini görüb getmişlər. Lakin, xx.xx.2019cu il tarixdən bu günə qədər ünvanına gələrək su təhcizatını dayandırmış, köhnə sayğacın göstəricisinin 312 deyil, 1285 olduğunu və 507 manat borcun olduğunu bildirmişdirlər. Evin müqavilə nömrəsi 15945694, abonent kodu isə **********210-dur. İstehlakçılardan Mehdizadə Telman Salman oglu 1-ci Qarabağ müharibəsinin qazisi, ağır dərəcəli əlil, yəni güzəştlidir. Onlara qarşı bu cür dələduzluq edilərək borc yüklənməsi barədə dəfələrlə Xətai rayon Sukanal idarəsinin rəisinə, Cavabdeh ASC-nin sədrinə şikayətlər yazsalar da, borc silinməmişdir. Dəxli olmayan cavablr verilmiş, hətta bir neçə dəfə sukanal idarəsinin rəisinin göstərişi ilə su təchizatı bərpa edilmişdir. Evdə 3 körpə qızı var. Qızlarından biri beyin insultlu, epilepsik və sair ağır xəstədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4214/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın təmin edilməsi, İddiaçı oglunun yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********210) hesablanmış 507 (beş yüz yeddi) manat borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilməsi, Cavabdeh ASCdən 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1, 9-cu maddələrinə, “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 2, 23, 30, 31-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarın 8.1.8, 8.9-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18 və 26-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qeyd olunan maddi hüquq normaları tətbiq edilməli halda tətbiq edilməmişdir. Maddənin tələbinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqiaktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Normanın tələbindən göründüyü kimi istehlakçıya verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli ola n vəsaitin həcmi suölçən cihazın göstəricinə uyğun aparılır. İş materiallarından göründüyü kimi, iddiaçıya məxsus ünvanın su xəİi üzərinə xx.xx.2011-ci il tarixində ilkin göstəricisi “1” m3 olan mexaniki su sayğacı quraşdırılmışdır. Həmin sayğac xx.xx.2019-cu il tarixində çıxarılarkən üzərindəki göstərici 1285 m3 olmuşdur. Abonent bazası ilə dəqiqləşmə aparılarkən 979 m (979 m x 0.50 manat= 489.50 manat) sərfiyatın abonentin şəxsi vərəqəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bu sərfiyyata görə sayğac göstəricisinə əsasən iddiaçıya 489.50 manat borc hesablanmışdır. Həmin borc iddiaçının sayğac üzrə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməsi nəticəsində yaranmış, lakin iddiaçı tərəfindən dəyəri ödənilməmiş borc məbləğidir. Bu hal abonent hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Aylar üzrə sərfiyyata baxdıqda sayğac dəyişdirilən günədək , yəni xx.xx.2019-cu ilədək aylar üzrə sərfiyyatın 2-3 m arasında dəyişdiyini, həmin tarixdən yeni sayğac quraşdırıldıqdan sonra sərfiyyatın artaraq 10-16 m olduğunu görmək mümkündür. Bu fakt bir daha həmin borcun iddiaçının istifadəsi nəticəsində yarandığını təsdiq edir. Digər tərəfdən məhkəmə yeni quraşdırılmış sayğac üzrə yaranmış 17.5 manat borcu da əsassız olaraq silmişdir. Məhkəmə qeyd olunan halları araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi Hümmətov Nurəddin Hüseyn oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 4.1 bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
11. Maddə 9 məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
“Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun
12. Maddə 2. Qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir.
13. Maddə 23.1. su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. Həmin Qanunun 30-cu maddəsinə əsasən verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafıq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
14. Maddə 31 tələblərinə əsasən: Su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi suölçən cihazların göstəricilərinin qeydə alınması, onların quraşdırılması, təmiri, dəyişdirilməsi, çıxarılması, yerlərinin dəyişdirilməsi, onlara xidmət göstərilməsi və onlardan göstəricilərin silinməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı cihazının yanına buraxılmaq hüququna malikdir. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarının “Sudan istifadə Qaydaları”nın
15. Maddə 8.1.8 istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər.
16. Maddə 8.9 suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci və 8.1.9-cu yarımbəndləri istisna olmaqla) STKM tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun
17. Maddə 3. istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
18. Maddə 18. istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4214/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin Müştəri xidmətləri departamenti tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ərizəçinin müraciətinə baxılmış və bildirilmişdir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaiarı”na əsasən aparılır. Mənzilin su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı (kod-**********210) xx.xx.2019-cu il tarixinə kimi 850019 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır. Həmin tarixdən qeyd edilən sayğac son göstəricisi 1285 m3 olmaqla sökülmüş və yerində 18119631 nömrəli mexaniki tipli sayğac quraşdırılmışdır. Hazırda sayğac göstəricisi 52 m3 olmaqla su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabında 501,46 manat borc var. Qeyd edilən borc 850019 və 18119631 nömrəli sayğacların göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Yaranmış borcun ödənilməsi xahiş olunur.
29. İş materiallarında olan Cavabdeh ASC-nin Müştəri xidmətləri departamenti tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ərizəçinin müraciətinə baxılmış və bildirilmişdir ki, qeyd edilən sayğac son göstəricisi 1285 m3 olmaqla istismardan çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları idarəsinin Suölçən Cihazların Kalibrləmə laboratoriyasına göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən sayğacın istismara yararlı olmadığı və üzərindəki göstəricinin 1285 m3 olması müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixində 850019 nömrəli mexaniki tipli su sayğacı son göstəricisi 1285 m3 olmaqla sökülmüş və yerində 18119631 nömrəli mexaniki tipli sayğac quraşdırılmışdır. Hazırda sayğac göstəricisi 52 m3 olmaqla su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabınızda 501,46 manat borc var. Qeyd edilən borc 850019 və 18119631 nömrəli sayğacların göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Yaranmış borcun ödənilməsi xahiş olunur.
30. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hesab fakturadan görünür ki, abonent E.Zaqrabyana Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, m 21 ünvanında sudan istifadə üzrə 507 manat borcun hesablanması barədə bildiriş göndərilmişdir.
31. İş materiallarında olan Xətai rayon Sukanal İdarəsi tərəfindən E.Zaqrabyana ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixinə abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 500,53 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcunun yarandığı, 7 iş günu müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borcun və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi bildirilmişdir.
32. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 416/2011 saylı, xx.xx.2011-ci ıl tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Mehdi- Zadə Telman Salman oğlunun cavabdehlər Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Zaqrabyan Eİza Avanesovnaya qarşı “icarə müqaviləsinin ləğv edilməsi və yeni içarə müqaviləsinin bağlanması tələbinə dair” iddiasının təmin edilməməsi qət olunmuşdur. Məhkəmə baxışı zamanı aşağıdakılar müəyyən edilmişdir: - Bakı şəhəri Xətai rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 06 aprel 2005-ci il tarixli 147570 saylı vəsiqənin surətindən müəyyən edilir ki, Mehdi-Zadə Telman Salman oğlu ikinci qrup əlil kimi qeydiyyatdadır. - Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 98 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2010-cu il tarixli, 586 saylı arayışdan görünür ki, Zaqrabyan Elza Avanesovna xx.xx.1990-cı il tarixdən ünvan 1 ünvanından qeydiyyatdan çıxmışdır. - Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 98 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 19 may 2010-cu il tarixli,85 saylı arayışından müəyyən edilir ki, xx.xx.1991-ci ildən Mehdi-Zadə Telman Salman oğlu, xx.xx.1993-cü ildən oğlu Mehdi- Zadə Salman Telman oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bina yerli İcra Hakimiyyətinə məxsusdur, sahibi isə Zaqrabyan Elza Avanesovnadır. - Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin M/543 saylı, xx.xx.2009-cu il tarixli məktubunun surətindən görünür ki, kirayəçinin ailə üzvü olmadığı üçün Mehdi-Zadə Telman Salman oğlu ilə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 21-ci mənzilinə dair icarə müqaviləsi bağlanılmasından imtina edilmiş, mənzilin keçmiş kirayəçisi Zaqrabyan Elza Avanesovnayla qohumluq mönasibətlərini təsdiq edən sənəd təqdim olunarsa məsələyə mahiyyəti üzrə baxılacağı tövsiyyə olunmuşdur.
33. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1661/2011 saylı xx.xx.2011- ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(01l)- 416/2011 saylı, xx.xx.2011-ci ıl tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, İnqilab İsmayılov küçəsi, ev 56, mənzil 21-ə dair Zaqrabyan Elza Avanesovnanın adına bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi və Mehdi-Zadə Telman Salman oğlu ilə həmin mənzilə dair icarə müqaviləsinin bağlanılması qət olunmuşdur. Apellyasiya baxışı zamanı müəyyən edilmişdi ki: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, ərizəçi Mehdi-Zadə Telman Salman oğlunun Zaqrabyan Elza Avanesovnanın Unaniyans Astxik Levonovnanın doğma qızı olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir. - Bakı şəhəri, Şaumyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ No 292431 saylı, 26 dekabr 1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Mehdiyev Salman Mehrəli oğu ilə Unaniyans Astxik Levonovna xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuşlar.
34. Apellyasiya məhkəməsi xüsusilə qeyd etmişdir ki, tərəflər iddiaçının ailə üzvləri il| birlikdə xx.xx.1989-cu ildən etibarən mübahisəli mənzilə köçərək bugünədək orada yaşamaqda davam etdiyi, eləcə də xx.xx.1991-ci il tarixdən etibarən mənzil üzrə qeydiyyata düşdüyünü mübahisələndirmirlər. İş üzrə mübahisələndirilməyən hal həmçinin ondan ibarətdir ki, Ermənistanın təcavüzkar siyasətinin nəticəsi kimi başlanılmış münaqişə ilə əlaqədar olaraq Unaniyans Astxik Levonovna və Zaqrabyan Elza Avanesovna daimi olaraq Azərbaycan Respublikasından köçüb getmişlər. xx.xx.1990-cı il tarixdən etibarən isə Zaqrabyan Elza Avanesovna mübahisəli mənzilə olan qeydiyyatdan çıxmışdır. Göstərilən işin faktiki hallarına qiymət verməklə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ailə üzvləri ilə birlikdə 1989- cu ildən etibarən bugünədək mübahisəli mənzildə ailə təsərrüfatı aparmaqla yaşadığı birmənalı müəyyən olunur. İşin bu halı iddiaçının ailə üzvlərinin bəzilərinin müxtəlif vaxtlarda mənzildə qeydiyyatda olmaları faktı, eləcə də oğlu Mehdizadə Salman Telman oğlunun bu gün də mənzildə qeydiyyatda olması ilə bir daha öz təsdiqini tapır.
35. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, İnqilab İsmayılov küçəsi, ev 56, mənzil 21-ə dair ətrafli abonent kartından görünür ki, qeyd olunan mənzildə 850019 nömrəli su sayğacının göstəriciləri xx.xx.2015-ci il tarixdən ayda bir dəfə oxunmağa başlanmışdır. Həmin sayğacın dəyişdirilmək üçün çıxarıldığı xx.xx.2019-cu il tarixində son göstərici 304 m3 olaraq qeyd edilmişdir. Kartdan göründüyü kimi, iddiaçı (ailəsi) qanunsuz sudan istifadədə maraqlı olmamış, mütəmadi olaraq sudan və kanalizasiya xidmətlərindən istifadə üçün ödənişləri etmişdir.
36. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli borc cavabdeh ASC tərəfindən hesablandığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi ünvan 1 üzrə iddiaçıya 2019cu il üçün hesablanılmış 507 manat məbləğində borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
38. Həmçinin, cavabdeh ASC tərəfindən mübahisəli borcun necə yarandığı və hansı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılmasını cavabdeh tərəf əsaslandıra bilməmiş və borcun hesablanmasının mənbəyi məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı qanunsuz sudan istifadədə maraqlı olmamış, mütəmadi olaraq ödənişləri etmişdir. Hazırda cavabdeh mötəbərliyini sübut edə bilmədiyi əsasla iddiaçıdan əlavə ödəniş tələb edir ki, bu da qəbul oluna bilməz.
39. Bundan başqa məhkəmə kollegiyasl, iddiaçının ünvan 1-ə heç bir aidiyyətinin olmaması, bu səbəbdən də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması barədə cavabdehin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, həmin dəlillər əsassız olmaqla, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla, o cümlədən, müvafiq məhkəmə aktları ilə təkzib olunmuşdur. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4214/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.