Məhkəmə qərarları › İş №2(103)-737/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-737/2023

09.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-737/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: «aktların etibarsız hesab edilməsi və aktlara əsasən hesablanmış borcun silinməsi» hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktların etibarsız hesab edilməsi və aktlara əsasən hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1757/2022 saylı işi üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçının cavabdeh tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2012-ci il tarixli, 015676 saylı; xx.xx.2012-ci il tarixli, 041939 saylı; xx.xx.2013-cü il tarixli, 051000 saylı; xx.xx.2015-ci il tarixli, 086919 saylı; xx.xx.2016-cı il tarixli, 090293 saylı; xx.xx.2016-cı il tarixli, ******* saylı; xx.xx.2016-cı il tarixli, ******* saylı; xx.xx.2017-ci il tarixli, ******* saylı;xx.xx.2018-ci il tarixli, ******* saylı Aktlar mərhum anası X1 adına olan **********00020 saylı qaz sayğacının yerləşdiyi və istifadə edildiyi mənzilin sakinləri tərəfindən hər hansı kənar müdaxilə etməsini təsdiq edən sübut olmadığı üçün həmin tərtib edilmiş aktların əsassız olduğundan etibarsız hesab edilməsi, xx.xx.2012-ci il tarixli, 015676 saylı Akta əsasən hesablanmış 134.40 manat cərimənin, xx.xx.2012-ci il tarixli, 041939 saylı Akta əsasən hesablanmış 291.60 manat cərimənin, xx.xx.2013-cü il tarixli, 051000 saylı Akta əsasən hesablanmış 86.40 manat cərimənin, xx.xx.2015-ci il tarixli, 086919 saylı Akta əsasən hesablanmış 86.40 manat cərimənin, xx.xx.2016-cı il tarixli, 090293 saylı Akta əsasən hesablanmış 302.40 manat cərimənin, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən hesablanmış 172.80 manat cərimənin, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən hesablanmış 135.70 manat cərimənin, xx.xx.2017-ci tarixli ******* saylı Akta əsasən hesablanmış 151 manat cərimənin və xx.xx.2018-ci il tarixli, ******* saylı Akta əsasən hesablanmış 863.40 manat cərimənin qanunsuz və əsassız olmaqla mərhum anası X1 adına olan **********00020 saylı abonent kodlu qaz sayğacının üzərinə borc kimi köçürülmüş ümumi 2399,20 manat cərimə borcunun silinməsi barədə iddiasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(006)-1757/2022 saylı işi üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli ******* saylı Akta əsasən hesablanmış 151 manat və xx.xx.2018-ci il tarixli ******* saylı Akta əsasən hesablanmış 863.40 manat məbləğində cərimələrin İddiaçı mərhum anası X1 adına olan **********00020 saylı abonent kodundan silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8; Azərbaycan Respublikası Konstitusiyanın 60; Mülki Məcəllənin 373.2; Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edilmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İ-ME seriyalı 636591 saylı Doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1958-ci il təvəllüdlü X6 atası X11, anası X2r; - AZ-İİ seriyalı 221948 saylı Ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür; - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 38 saylı arayışına əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 17 saylı evdə qeydiyyatda olmaqla yaşayır; - xx.xx.2016-cı il tarixli, 090293 saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı və xx.xx.2018- ci il tarixli ******* saylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən cavabdehin əməkdaşları tərəfindən X3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və baxış zamanı təbii qazdan sayğacdan kənar istifadə olunması aşkar olunmuşdur; - xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli Tələbnamələrə əsasən xx.xx.2016-cı il tarixli, 090293 saylı Akta əsasən 302.40 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən 172.80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən 165,1 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən 135.70 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı Akta əsasən 151 manat, xx.xx.2018-ci il tarixli ******* saylı Akta əsasən 863,40 manat borc hesablanmışdır; - Abonentin saldosunun "Qalıq və aktlar” adlı qrafasına əsasən cavabdeh tərəfindən X3 2012ci ilin yanvar ayına 134,40 manat, noyabr ayına 291,60 manat, 2013-cü ilin yanvar ayına 86,40 manat, 2015-ci ilin yanvar ayına 86,40 manat, 2016-cı ilin mart ayına 302,40 manat, sentyabr ayına 172,80 manat, noyabr ayına 165,10 manat, dekabr ayına 135,70 manat, 2017-ci ilin yanvar ayına 151 manat, 2018-ci ilin yanvar ayına 863,40 manat borc hesablanmışdır (səh.5, 6, 7, 9, 13-20, 92-108). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 2(006)-1757/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndi, S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının qanunlarına uygunlugunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386,1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həmçinin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır.iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır.Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı həmin ünvanda anasının və qardaşının yaşadığını, hər ikisinin rəhmətə getdiyini, müdaxiləni qardaşının etdiyini, 2016-cı ildə qardaşı rəhmətə getdikdən sonra borcu ləğv etdirdiyini, lakin borcun silinmədiyini, qardaşının borcu olduğunu bildiyini və 7 ildir ödəniş etdiyini, lakin 2017-2018-ci illər üçün borcun onun üzərinə yazılması ilə razı olmadığını bildirmişdir.

5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, ümumiyyətlə apellyasiya şikayəti üzrə tələb aydın olmasa da, şikayət qətnamənin qismən ləğv olunmasına yönəldiyindən ona mahiyyəti üzrə baxılması və qiymət verilməsi zərurətindən irəli gəlir, apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən (aidiyyəti olmayan və ziddiyyətli) dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

8. Belə ki, iddiaçının pozuntu törətməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır.

9. Mülki Məcəlləninin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur.

10. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. Məcəllənin 1129.1-1129.3-cü maddələrə əsasən: Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir; İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir; Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər.

12. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Həmin Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. 14.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1757/2022 saylı işi üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar