Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7379/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqının yarısının ödənilməsi” tələbinə dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4906/2023 nömrəli işi üzrə 20 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 99 ünvanında yerləşən, ümumi sahəsi 298 m2 olan qeyri-yaşayış binasından əldə olunan icarə haqqının yarısının ona ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4906/2023 nömrəli işi üzrə 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153-cü maddələrinə istinadən qeyd edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3798/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “icarə haqqının yarısının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 99 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 2021-ci ilin sentyabr ayından qətnamə qəbul edilən tarixə qədər ona çatacaq icarə haqqının yarı hissəsi payının verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən tərəflərin heç biri apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədən görünür ki, İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmələrdə mahiyyətsiz iddialar qaldıraraq onun atasından miras qalmış qeyriyaşayış sahəsinə vərəsəlik şəhadətnaməsi almasına mane olur və bu səbəbdən həmin sahədən gəlir əldə edə bilmir. Hazırkı iddia ərizəsindən də görünür ki, İddiaçı yenə eyni cavabdehə qarşı, eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəməyə müraciət etmişdir. Belə olan halda, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan bu iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. İddiaçı şikayət vermiş, Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edərək qanunvericiliyin tələblərinə müvafiq olaraq işə baxılmasını xahiş etmişdir. Şikayətdə Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu i tarixli Fərmanına əsasən istinadən qeyd edilmişdir ki, məhkəmə cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim etdiyi “sübutları” qiymətləndirirək onlar tərəfdən təqdim edilən sübutları görməzdən gəlmişdir. Məhkəmənin işə qərəzli yanaşması elə əvvəldən heç bir əsas olmadan müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizəmizi təmin etməməklə başlamış, iddia tələbini belə oxumadan hüquqi nəticəyə gəlmək qanunsuzdur. Belə ki, cavabdehin təqdim etdiyi qətnamə üzrə iddia tələbi məhz 2021-ci ilin sentyabr ayından həmin iş üzrə qətnamə qəbul edilənədək icarə haqqının bölüşdürülməsi olmuşdur ki, hazırki iddia tələbində tarix qeyd etmədiyindən həmin mülki iş üzrə qətnamə qəbul edildikdən sonrakı tarixlər üzrə icarə haqqının bölüşdürülməsi tələbi olmuşdur. Cavabdeh hər hüququndan sui-istifadə edərək ona çatmalı olan miras əmlakdan onun məhrum olmağına səbəb olmuşdur. Belə ki, ilkin olaraq ləyaqətsiz vərəsə hesab edilməsinə dair əsassız iddia vermiş və son məhkəmə instansiyasına qədər şikayətlər etsə də, iddia tələbi təmin edilməmişdir. Habelə atasının ölüm tarixinin dəyişdirilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və son olaraq Ali məhkəmə qərarı ilə iddia təmin edilməmişdir. Hazırda da Yasamal rayon Məhkəməsinə notarius tərəfindən verlən imtina qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və hazırda Yasamal rayon Məhkəməsinin icraatındadır. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin (hakim Tural Məmmədov) hələ keçən ildən qanuni qüvvəyə minmiş 2(010)-3798/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı hazırkı mülki iş üzrə eyni məzmunlu atadan miras qalmış icarə haqqının yarısının ödənilməsi tələbinə dair iddiası, eləcə də həmin məhkəmənin MTT (010)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı hazırkı iş üzrə eyni məzmunlu qeyri yaşayış sahəsindən istifadənin Cavabdeh qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin görülməsinə dair verdiyi ərizə təmin edilməmişdir. Məhz qeyd edilən əvvəlki məhkəmə aktlarının preyudisiallığı nəzərə alanaraq işə baxmış birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini icraata qəbul etməməkdə və geri qaytarmaqda haqlı olmuşdur. Şikayətçinin qeyd edilən dəlilini əsassız hesab edir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin icraatında olmuş 2(010)-3798/2022 saylı mülki iş materiallarına əlavə edilmiş iddia ərizəsindən göründüyü kimi, iddiaçı məhkəmədən mərhum atası X2 məxsus Baki şəhəri, Nərimanov rayonu, X5 prospekti, 99 ünvanında yerləşən qeyriyaşayış sahəsinə 2021-ci ilin sentyabr ayından qətnamə qəbul edilan tarixə qədər ona catacaq icarə haqqının yarı hissəsinin payının verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, hazırkı iş üzrə isə nəinki mahiyyətcə,hətta hərfən eyni qaydada formalaşdırdığı iddia tələbini məhkəməyə təqdim etmişdir. O ki, qaldı hazırkı iddiada əvvəlki iddiadan fərqli olaraq tutulmalı olan icarə haqqının tutulma dövrünün göstərilməməsinə, yəni pul məbləğinin hansı tarixdən tutulmasının göstərilməməsinə, nəzərə alınmalıdır ki, pul məbləğinin tutulma tarixi iddia tələbinin həcminə aid məsələ olduğundan bu, iddia predmetinin mahiyyətcə eyni olmasını aradan qaldıran hal deyildir. Başqa sözlə, iddia tələbinin artırılması və ya azaldılması iddianın predmetinin dəyişdirilməsi demək deyildir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4906/2023 nömrəli işi üzrə 03 noyabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Kollegiya hesab edir ki, pul məbləğinin tutulma tarixinə və məbləğinə (iddianın həcminə və ya fərqli əsasına) dair iddia ərizəsinin tələb və əsaslandırıcı hissəsində fərqli dəlillər olmadığından hazırki iddia tələbinin başqa əsasla verilməsi müəyyən edilmir. İddiaçı iddia tələbinin əsasının fərqli əsasla verilməsinə dair şikayətində dəlillər irəli sürsə də, şikayətinə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə əlavə etməmiş, hətta şikayətdə belə, bu xüsusatlara dair məxsusi aydınlıq gətirməmiş, yalnız ümumi olaraq - iddia tələbində tarix qeyd etmədiyindən həmin mülki iş üzrə qətnamə qəbul edildikdən sonrakı tarixlər üzrə icarə haqqının bölüşdürülməsi tələbinin olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir.153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4906/2023 nömrəli işi üzrə 20 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7379/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7379/2023
06.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver