Məhkəmə qərarları › İş №2(103)-7385/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7385/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7385/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X8 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndələri X11 və X10 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-359/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı və ilk iddia üzrə Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız əldə edilmiş pul vəsaitinin və əldən çıxmış faydanın qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh MMC-dən mərhum X3 tərəfindən ticarət obyektinin alğı-satqısı üçün ödənilmiş 40280 ABŞ dolları və həmin obyektin təmiri üçün ödənilmiş 6804 manat pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə, habelə həmin məbləğlərin cavabdehə ödənildiyi tarixdən başlayaraq ödənildiyi günə kimi bank uçot dərəcəsi nəzərə alınmaqla və iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və sənədlərin surətlərinin çıxarılması ilə bağlı ödənilmiş 20 manat məbləğində notariat haqqının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ilk iddia tələblərini onunla əsaslandırmışdır ki, mərhum X3 ilə Cavabdeh MMC arasında BakıSumqayıt şossesinin 7-ci km-də inşa ediləcək “Ər-Riyad” Ticarət Mərkəzində 33/2 saylı, 9-cu xəttdə 18-ci binanın 2-ci mərtəbəsində yerləşən 27 kv.m sahəsi olan ticarət sahəsinin alğı-satqısı barədə 07 aprel 2008-ci il, AZ-100/1721 saylı müqavilə bağlanmışdır. Həmin ticarət sahəsinin hər kvadrat metri üçün 2350,00 ABŞ dolları, cəmisi 63450 ABŞ dolları məbləğində satış haqqı müəyyən olunmuşdur. Bu müqavilənin 3-cü bəndində tərəflərin öhdəlikləri kimi müəyyən olunmuşdur ki, müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq Ticarət Mərkəzi inşa edilib istifadəyə verilməli, alıcı olan anası mağazanın tam dəyərini ödədikdən və Ticarət Mərkəzinin inşası başa çatdıqdan sonra ticarət sahəsinin açarları və mülkiyyət hüququ barədə sənəd ona təhvil verilməlidir. Alıcının ödəniş qrafikinə uyğun olaraq anası satıcı MMC-yə 07 aprel 2008-ci il tarixdə 13500 ABŞ dolları, 06 iyun 2008-ci il tarixdə 3090 ABŞ dolları, 10 iyul 2008-ci il tarixdə 1420 ABŞ dolları, 20 sentyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları, 28 oktyabr 2008ci il tarixdə 1420 ABŞ dolları pul ödəmişdir. Həmin ödənişlər Cavabdeh MMC-nin ona verdiyi kassa mədaxil orderləri ilə təsdiq olunur. Bundan əlavə, 17 noyabr 2008-ci il tarixdə "xxxx" MMC ilə X3 arasında Cavabdeh MMC-dən satın aldığı ticarət sahəsinin təmiri barədə AZ-100/675 saylı podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə "xxxx" MMC öhdəsinə götürmüşdür ki, anasının mülkiyyətinə veriləcək ticarət sahəsini 3402 manata təmir edəcəkdir. 17 noyabr 2008-ci il tarixli, AZE 1268 saylı kassa mədaxil orderi ilə həmin məbləğ "xxxx" MMC-yə ödənilmişdir. Bununla bərabər bacısı X18 ilə Cavabdeh MMC arasında da 07 aprel 2008-ci il tarixli ticarət sahəsinin alğı-satqısı barədə AZ- 100/1720 saylı müqavilə bağlanılmışdır. O, 05 iyul 2010-cu ilə kimi həmin alğı-satqı üzrə 19430 ABŞ dolları ödəmişdir. Onunla "xxxx" MMC arasında da alacağı ticarət sahəsinin təmiri barədə podrat müqaviləsi bağlanılmışdır. Bu müqavilə üzrə o, "xxxx" MMC-yə 3402 manat ödəmişdir. 05 iyul 2010-cu ildə bacısı X18 ərizə ilə Cavabdeh MMC-yə müraciət edib ticarət sahəsindən imtina etdiyini bildirərək, ticarət sahəsinin alğı-satqısı və təmiri üçün ödədiyi 19430 ABŞ dolları və 3402 manat pulu X1 hesabına köçürülməsini xahiş etmişdir. Həmin ödənişlər 30 iyul 2010-cu il tarixdə X1 hesabına köçürülmüşdür. Hər iki ticarət sahəsi Cavabdeh MMC-nin mülkiyyətində qaldığı üçün Cavabdeh MMC onların təmiri üçün ödənilmiş pul məbləğlərini də əsassız mənimsəmişdir. X3 18 iyul 2013-cü ildə vəfat etmişdir. Onun ölməsi 24 iyul 2013-cü il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 633672 saylı Ölüm haqqında Şəhadətnamə ilə təsdiq olunur. 13 mart 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu H.H.Məmmədov tərəfindən ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları birinci növbə vərəsə sayılırlar. İddiaçı X1 iki vərəsəsi qalmışdır. Onlar İddiaçı və bacısı X14r. Hər ikisi qanunla müəyyən olunmuş qaydada anasının mirasını qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. X1 ölümündən sonra bacısı X12 ərizəsi ilə ondan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki 8 saylı evin 24-cü mənzili miras əmlak kimi İddiaçı mülkiyyətinə verilmiş və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. X1 mirasını qəbul edən zaman onun Cavabdeh MMC ilə ticarət sahəsinin alğı-satqısı barədə məlumatları olmamışdır. Bu yaxınlarda anasının vaxtı ilə yaşadığı evdə təmir işləri apardıqda bu barədə sənədlər aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. O, qanun üzrə birinci növbəli vərəsə kimi anasından miras qalmış mənzili mülkiyyətinə keçirdiyinə görə onun bütün əmlakını, habelə ondan miras qalmış öhdəliklər üzrə hüquq və vəzifələri də qəbul etmişdir. Cavabdeh MMC ilə bağlanmış alğı-satqı müqaviləsi anasının ölməsi səbəbindən baş tutmadığından, onun ödədiyi pul məbləği cavabdehdə qala bilməz, həmin məbləğ vərəsəlik qaydasında ona çatmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən Cavabdeh MMC alğı-satqı və podrat müqavilələrinə əsasən mərhum X3ndan əldə etdiyi pul məbləğlərinə münasibətdə əsassız varlanmış şəxsdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o, şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş olsun. X1 cavabdehə ödədiyi pul məbləğinin onda qalmasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə görə isə əsassız əldə etmə götürülən faydaya da aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hesab edir ki, ticarət sahəsinin alğı-satqısı və təmiri ilə bağlı cavabdehə ödənilən məbləğlər ödənilən tarixdən başlayaraq ona qaytarılan günə kimi bank uçot dərəcəsinə müvafiq olaraq hesablanmalı və ona ödənilməlidir. İlk iddia üzrə Cavabdeh MMC ilk İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı ilkin iddiasının rədd olunması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 23170 ABŞ dolları məbləğində əsas borcun və 84570,5 ABŞ dolları məbləğində dəbbə pulunun alınaraq Cavabdeh MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh MMC qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 23 yanvar 2008-ci il tarixli, 066 saylı Sərəncamına əsasən Cavabdeh MMC-nin müraciəti, memarlıq və tikinti şöbəsinin 428A saylı, 26 sentyabr 2007-ci il tarixli rəyi nəzərə alınıb, qüvvədə olan mövcud hüquqi normativ aktlara və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq Cavabdeh MMC-yə Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, JN-0037 KOD30801006 və JN-0119 KOD 30801006 saylı Dövlət aktları ilə Xırdalan şəhəri ərazisində 12.83 ha torpaq sahəsində ticarət və iaşə kompleksinin tikintisinə icazə verilmişdir. Qəbul komissiyasının qərarına əsasən Xırdalan şəhərində Cavabdeh MMC tərəfindən ticarət və iaşə kompleksinin tikintisi başa çatmışdır. İddiaçı X3 ilə Cavabdeh MMC arasında 7 aprel 2008-ci il tarixdə AZ-100/1721 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə görə Cavabdeh MMC cavabdeh X7 “ƏR-RİYAD” Ticarət Mərkəzində 9-cu xəttdə, 18-ci binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 27 kv. m olan 33/2 nömrəli mağazanı 1 kv.m üçün 2350 ABŞ dolları olmaqla, cəmi 63450 ABŞ dolları məbləğinə satmışdır. Lakin, həmin müqavilə üzrə öhdəlik X9 tərəfindən layiqincə tam icra edilməmişdir. Cavabdeh MMC ilə X6 övladı cavabdeh İddiaçı bacısı X18 arasında da 07.04.2008-ci il tarixdə AZ-100/1720 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X15 “ƏR-RİYAD” Ticarət Mərkəzində 9-cu xəttdə, 18-ci binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 27 kv. m olan 33/1 nömrəli mağazanın 1 kv. m üçün 2350 ABŞ dolları olmaqla, cəmi 63450 ABŞ dolları məbləğinə satılmışdır. Lakin, alıcı X12 müraciəti əsasında sözügedən mağaza geri qaytarılmış və X12 onlarla bağladığı müqavilə üzrə ödədiyi 19 430 ABŞ dolları və təmir üçün ödədiyi 3402 manat məbləği X3 ilə bağlanmış 07.04.2008-ci ildə AZ-100/1721 saylı müqavilə üzrə ödənişin üzərinə köçürülmüşdür. Bununla da, X9 ilə bağlanmış müqavilə üzrə ödənilməli olan 63450 ABŞ dolları məbləğindən 40280 ABŞ dolları məbləği ödənilmiş, qalıq borc 23170 ABŞ dolları təşkil etmişdir. Cavabdeh X6 iddiaçı Cavabdeh MMC-yə ödənilməmiş borcu 23170 ABŞ dolları təşkil edir. Lakin, X9 vəfat etdiyindən bu günədək borc ödənilməmişdir. Qanunvericiliyə əsasən vərəsənin və yaxud da qanuni nümayəndəsinin təyin edilməsi tələbi olmadığından bu günədək X6 vərəsəsinin təyin edilməsi gözlənilmiş və qalıq 23170 ABŞ dolları və gecikdirilmiş günlərə görə hesablanmış peniya (cərimə) tələb olunmamışdır. Belə ki, bağlanmış müqavilələrin ayrılmaz hissəsi olan 2 saylı əlavənin 2-ci bəndinə əsasən İddiaçı (X9) ödənişin hər gecikdirilmiş günü üçün 0,1 % dəbbə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, İddiaçı (X9) həmin müqavilə üzrə öhdəliyini layiqincə icra etməmiş və onun 84 578,5 ABŞ dolları məbləğində dəbbə pulu borcu yaranmışdır. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC həmçinin, ərizə ilə məhkəməyə müraciət edib, İddiaçı ilk iddiasına iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh İddiaçı 07 aprel 2008-ci ildə bağlanmış AZ-100/1721 nömrəli müqavilə üzrə 36 ay müddətinə hər ay 2350 ABŞ dolları ödəməklə, cəmi 63450 ABŞ dolları məbləğində pul ödəməli idi. Lakin, cavabdeh müqavilə üzrə öhdəlikləri layiqincə tam icra etməmiş və müqavilə üzrə ödənilməli qalan 23170 ABŞ dolları məbləğini ödəməmişdir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı iddiası əsassızdır və Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmaq məqsədi ilə əsassız varlanmaq niyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Odur ki, İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətini tətbiq etməklə, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İlk iddia üzrə İddiaçı onun tələblərinə iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh MMC-nin ərizəsinə dair məhkəməyə təqdim etdiyi izahatında göstərmişdir ki, onun qaldırdığı iddianın predmetini 18 iyul 2013-cü ildə vəfat etmiş X1 miras kütləsinə daxil olan pul vəsaitinin qanunsuz müqavilə ilə əldə edən və saxlayan Cavabdeh MMC tərəfindən geri qaytarılması tələbi təşkil edir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1155-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsələrin mülkiyyəti sayılır. O, 13 mart 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X3ndan qalmış mirası qəbul etdiyinə görə, X1 ticarət sahəsinin alğı-satqısı və təmiri üçün Cavabdeh MMC-yə ödədiyi məbləğ də onun mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun huququnun hər hansı pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti 10 il təşkil edir. X3 18 iyul 2013-cü ildə vəfat etmişdir. O, mərhumun mirasını 13 mart 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qəbul etmişdir. Onun tələbinə iddia müddəti şamil edilsə belə, 10 illik iddia müddətinin 13 mart 2024-cü il tarixdə bitəcəkdir. İş materiallarında olan bacısı X12 Cavabdeh MMC-yə yazdığı 5 iyul 2010-cu il tarixli ərizədən görünür ki, cavabdeh MMC tərəfindən ona veriləcək ticarət sahəsindən imtina edərək həmin ticarət sahəsinin alğı-satqısı və təmiri üçün ödədiyi 19430 ABŞ dolları və 3402 manat pulu X1 həmin MMC-də olan hesabına köçürməyi xahiş etmişdir. Bu məbləğlər 30 iyul 2010-cu ildə anasının hesabına köçürülmüşdür. Bu, anasının hesabına sonuncu ödəniş olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti 10 il təşkil edir. İddia müddətinin başlanması son ödəniş tarixindən götürülsə belə, 30 aprel 2020-ci il tarixdə məhkəmədə iddia qaldırıldığına görə tələbi üzrə 10 illik müddəti keçməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-359/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsi ilə qət edilmişdir: “İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız əldə edilmiş pul vəsaitinin və əldən çıxmış faydanın qaytarılması tələblərinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 40280 (qırx min iki yüz səksən) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin.Cavabdeh MMC-nin İddiaçı qarşı alğısatqı müqaviləsi üzrə əsas borcun və əsas borca hesablanmış dəbbə pulunun tutulması barədə qarşılıqlı iddiası rədd edilsin. İlk iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ödənilmiş tələbin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülsün, 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı İddiaçı, 20 (iyirmi) manatı Cavabdeh MMCyə aid edilsin, dövlət rüsumu ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən Cavabdeh MMC-nin qarşılıqlı iddia qaldırılması ilə bağlı ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin.” Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, iddia tələblərinin təmin edilməməsi hissəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(006)-359/2021 saylı qətnaməsinin ləğv edilməsini, həmin tələblərinin də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini və qarşı tərəfin apellyasiya şikayətinə mülahizəsini ilk iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır. Həmçinin, qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti verərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(006)- 359/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd olunması, Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC apellyasiya şikayətini özünün iddia ərizəsi və iddia müddətinin tətbiqinə dair ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndələri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(006)- 359/2021 saylı qətnaməsi ləğv edilərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul olunmalıdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı mərhum X3 ilə Cavabdeh MMC arasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək “Ər- Riyad” Ticarət Mərkəzində 33/2 saylı, 9-cu xəttdə 18-ci binanın 2-ci mərtəbəsində yerləşən 27 kv. m sahəsi olan ticarət sahəsinin alğı-satqısı barədə 07 aprel 2008-ci il, AZ-100/1721 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən həmin ticarət sahəsinin hər kvadrat metri üçün 2350,00 ABŞ dolları, cəmi 63450 ABŞ dolları məbləğində satış haqqı müəyyən olunmuşdur. Müqavilənin 3-cü bəndində tərəflərin öhdəlikləri kimi müəyyən olunmuşdur ki, müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq Ticarət Mərkəzi inşa edilib istifadəyə verilməli, alıcı mağazanın tam dəyərini ödədikdən və Ticarət Mərkəzinin inşası başa çatdıqdan sonra ticarət sahəsinin açarları və mülkiyyət hüququ barədə sənəd ona təhvil verilməlidir. Cavabdeh MMC-nin ona verdiyi kassa mədaxil orderləri ilə müəyyən edilmişdir ki, alıcının ödəniş qrafikinə uyğun olaraq X2 MMC-yə 07 aprel 2008-ci il tarixdə 13500 ABŞ dolları, 06 iyun 2008-ci il tarixdə 3090 ABŞ dolları, 10 iyul 2008-ci il tarixdə 1420 ABŞ dolları, 20 sentyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları, 28 oktyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları pul ödəmişdir. Həmçinin müəyyən edilmişdir ki, 17 noyabr 2008-ci il tarixdə "xxxx" MMC ilə X3 arasında Cavabdeh MMC-dən satın aldığı ticarət sahəsinin təmiri barədə bağlanmış AZ- 100/675 saylı podrat müqaviləsinə əsasən "xxxx" MMC X6 mülkiyyətinə veriləcək ticarət sahəsini 3402 manata təmir etməyi öhdəsinə götürmüş, T.Məmmədova tərəfindən də həmin məbləğ "xxxx" MMC-yə ödənilmiş, buna dair həmin tarixdə AZE 1268 saylı kassa mədaxil orderi verilmişdir. İş materiallarından daha sonra görünür ki, X6 digər qızı X18 ilə Cavabdeh MMC arasında da 07 aprel 2008-ci il tarixli ticarət sahəsinin alğı-satqısı barədə bağlanmış AZ- 100/1720 saylı müqaviləyə əsasən də o, 05 iyul 2010-cu ilə kimi həmin alğı-satqı üzrə 19430 ABŞ dolları ödəmiş, "xxxx" MMC arasında da alacağı ticarət sahəsinin təmiri barədə podrat müqaviləsi bağlanılmış, sonuncu müqavilə üzrə də "xxxx" MMC-yə 3402 manat ödəmişdir. 05 iyul 2010-cu ildə X18 ərizə ilə Cavabdeh MMC-yə müraciət edib ticarət sahəsindən imtina etdiyini bildirərək, ticarət sahəsinin alğı-satqısı və təmiri üçün ödədiyi 19430 ABŞ dolları və 3402 manat pulu X1 hesabına köçürülməsini xahiş etmiş, həmin ödənişlər 30 iyul 2010-cu il tarixdə X1 hesabına köçürülmüşdür. İşin materiallarından həmçinin görünür ki, X9 18 iyul 2013-cü ildə vəfat etmiş,13 mart 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu H.H.Məmmədov tərəfindən İddiaçı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı mərhum X3 ilə Cavabdeh MMC arasında inşa ediləcək “ƏrRiyad” Ticarət Mərkəzində yerləşən ticarət sahəsinin alğı-satqısı barədə 07 aprel 2008-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən həmin ticarət sahəsinin hər kvadrat metri üçün 2350,00 ABŞ dolları, cəmisi 63450 ABŞ dolları məbləğində satış haqqı müəyyən olunmuşdur.Müqavilənin 3-cü bəndində tərəflərin öhdəlikləri kimi müəyyən olunmuşdur ki, müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq Ticarət Mərkəzi inşa edilib istifadəyə verilməli, alıcı mağazanın tam dəyərini ödədikdən və Ticarət Mərkəzinin inşası başa çatdıqdan sonra ticarət sahəsinin açarları və mülkiyyət hüququ barədə sənəd ona təhvil verilməlidir.İşin materiallarından həmçinin görünür ki, iddiaçının X3 18 iyul 2013-cü ildə vəfat etmiş,13 mart 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən İddiaçı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda ilk İddiaçı mərhum X1 vərəsəsi kimi anasının cavabdehə 2008 və 2010-cu illərdə ödədiyi pul məbləğinin qaytarılmalı olmasını iddia edir, tələbini belə əsaslandırır ki, yuxarıda qeyd edilən X3 ilə Cavabdeh MMC arasında inşa ediləcək “ƏrRiyad” Ticarət Mərkəzində ticarət sahəsinin alğı-satqısı barədə 07 aprel 2008-ci il tarixli müqavilə daşınmaz əmlakın alqı-satqısına dair müqavilə olmasına baxmayaraq notarial qaydada təsdiq edilməmişdir, odur ki, əhəmiyyətsiz əqddir, cavabdeh MMC əsassız varlanmışdır və tələbin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394, 449.1, 1091, 1091.1, 1091.2-ci maddələinə istinad edir. Cavabdeh MMC-nin isə qarşılıqlı iddia tələblərində istinad etdiyi işin halları və maddi hüquq normaları belə əsaslandırılmışdır: Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən 07 aprel 2008-ci il tarixli müqaviləyə əsasən hazırkı cavabdeh İddiaçı mərhum anası müqavilə üzrə 36 ay müddətinə hər ay 2350 ABŞ dolları ödəməklə, cəmi 63450 ABŞ dolları məbləğində pul ödəməli idi. Lakin, müqavilə üzrə öhdəliklər tam icra etməmiş və müqavilə üzrə ödənilməli qalan 23170 ABŞ dolları məbləğ ödənilməmişdir.(Cavabdeh MMC-nin ona verdiyi kassa mədaxil orderləri ilə müəyyən edilmişdir ki, alıcının ödəniş qrafikinə uyğun olaraq X2 MMC-yə 07 aprel 2008-ci il tarixdə 13500 ABŞ dolları, 06 iyun 2008-ci il tarixdə 3090 ABŞ dolları, 10 iyul 2008-ci il tarixdə 1420 ABŞ dolları, 20 sentyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları, 28 oktyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları pul ödəmişdir.Həmçinin, X6 digər qızı X18 ilə Cavabdeh MMC arasında da 07 aprel 2008-ci il tarixli ticarət sahəsinin alğısatqısı barədə bağlanmış AZ-100/1720 saylı müqaviləyə əsasən də o, 05 iyul 2010-cu ilə kimi həmin alğı-satqı üzrə 19430 ABŞ dolları ödəmişdir.Ümumilikdə 40.280,0 ABŞ dolları ödənilmiş, müqavilə üzrə ödənilməli qalan 23.170,0 ABŞ dolları məbləğ isə ödənilməmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci, 373.2-ci və 373.3cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Odur ki, İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətini tətbiq etməklə, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. 1-ci instansiya məhkəməsi ilk iddia üzrə gəldiyi nəticəni (təmin olunmuş hissə üzrə) iddia tələbi ilə oxşar məzmunda əsaslandırmişdır. Həmçinin, 1-ci instansiya məhkəməsi cavabdehə ödənilmiş məbləğlərin ödənilən tarixdən başlayaraq iddiaçıya qaytarılan günə kimi faizlərlə hesablanaraq iddiaçıya ödənilməli olmasına dair tələbi (ilk iddianın rədd olunduğu hissə) həmin tələb mülki qanunvericiliyiə uyğun əsaslandırılmadığından rədd etmişdir. Eyni zamanda, 1-ci instansiya məhkəməsi Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, MMC-nin bu iddiasının əsasını İddiaçı anası mərhum X9 tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməməsinə əsaslanaraq müqavilə üzrə qalan 23170 ABŞ dolları məbləğinin və bu məbləğə hesablanmış 84570,5 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsi təşkil edir.Məhkəmə yenə də hesab etmişdir ki, tərəflər arasında bağlanılmış əqdin qanunla müəyyən olunmuş formasına əməl olunmadığına görə həmin əqd əhəmiyyətsiz əqddir və tərəflər üçün heç bir hüquq və vəzifə yaratmır. Kollegiya qeyd edir ki, İddiaçı mərhum X3 ilə Cavabdeh MMC arasında inşa ediləcək “ƏrRiyad” Ticarət Mərkəzində yerləşən 27 kv. m sahəsi olan ticarət sahəsinin alğı-satqısı barədə 07 aprel 2008-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən həmin ticarət sahəsinin hər kvadrat metri üçün 2350,00 ABŞ dolları, cəmisi 63450 ABŞ dolları məbləğində satış haqqı müəyyən olunmuşdur. Müqavilənin 3-cü bəndində tərəflərin öhdəlikləri kimi müəyyən olunmuşdur ki, “İcraçı” müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq Ticarət Mərkəzi inşa edilib istifadəyə verilməli, alıcı mağazanın tam dəyərini ödədikdən və Ticarət Mərkəzinin inşası başa çatdıqdan sonra ticarət sahəsinin açarları və mülkiyyət hüququ barədə sənəd (Kupça) “Alıcı”ya təhvil verilməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” “Bu müqaviləyə və ona 2 saylı əlavəyə uyğun olaraq mağazanın müəyyən edilmiş dəyərini müəyyən edilmiş müddətdə “İcraçı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5-ci bəndində tərəflər razılaşmışlar ki, “Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və “Alıcı” öz öhdəliklərinə tam əməl etdikdən sonra “İcraçı”nın öz üzərinə düşən öhdəliyi bütövlükdə və lazımi qaydada yerinə yetirməsi ilə başa çatır. Beləliklə, tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan Müqavilənin şərtlərindən və məzmunundan görünür ki, həmin Müqavilə daşınmaz əmlakın alqı-satqısına dair nə ilkin müqavilə deyil, nə də daşınmaz əmlakın alqı-satqısına dair müqavilə deyil, əslində inşa ediləcək “ƏrRiyad” Ticarət Mərkəzində ticarət sahəsinin inşası ilə bağlı Podrat müqaviləsidir.Belə ki, Respublikamızda mülki dövriyyənin iştirakçıları arasında inşa ediləcək binalardan, ticarət mərkəzlərindən və.sair mənzil, qeyri-yaşayış sahələri əldə etmək üçün bağlanmış oxşar müqavilələr də notarial qaydada təsdiq olunmamış, həmin müqavilələr Podrat müqaviləsi olaraq təfsir edilir.Yəni əslində Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin notarial qaydada alqı-satqısı da mümkün deyildir, ona görə ki, daşınmaz əmlak onun mülkiyyətçisi tərəfindən özgəninkiləşdirilir və bu halda mülkiyyətçi hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində mövcud olur. İddiaçının anası sağlığında müqaviləni mübahisələndirməmiş və müqavilə pozulmamışdır. Mülki Məcəllənin 404.1.-cü maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 752.1.-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqavilə şərtlərinə və məzmununa görə podrat müqaviləsidir. İddiaçı mərhum X3 ilə Cavabdeh MMC arasında bağlanmış inşa ediləcək “ƏrRiyad” Ticarət Mərkəzində inşa olunmalı ticarət sahəsinə dair qeyd edilən müqaviləyə əsasən cəmi 63450 ABŞ dolları məbləğində satış haqqı müəyyən olunmuşdur. İddiaçının X3 18 iyul 2013-cü ildə vəfat etmiş,13 mart 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən İddiaçı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Hazırda ilk iddiaçı mərhum X1 vərəsəsi kimi anasının cavabdehə 2008 və 2010-cu illərdə ödədiyi pul məbləğinin qaytarılmalı olmasını iddia edir və MMCnin müqavilə öhdəliyini pozması ilə bağlı hər hansı dəlil göstərmədən tələbini yalnız müqavilənin notarial qaydada təsdiq olunmadığından əhəmiyyətsiz əqd olması ilə əsaslandıraraq, nəticədə cavabdehiin əsassız varlanmasını iddia edir. İddiaçı Vəsilə Əsasədova cavabdeh MMC-nin müqavilə öhdəliyini pozmasını iddia etmir, heç bir dəlil irəli sürmür.Əksinə İddiaçı anası mərhum X9 tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, yəni müqavilə üzrə qalan 23170 ABŞ dolları məbləğin Cavabdeh MMC-yə ödənilmədiyi də işin mübahisəsiz halıdır. Kollegiya həmçinin, nəzərə alır ki, İddiaçı mərhum X3 ilə Cavabdeh MMC arasında inşa ediləcək “ƏrRiyad” Ticarət Mərkəzində yerləşən 27 kv. m sahəsi olan ticarət sahəsinin alğı-satqısı barədə 07 aprel 2008-ci il tarixli müqavilə podrat müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1.-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Qeyd edilməlidir ki, iddiaçı mərhum anasının müqavilə üzrə ödədiyi pul məbləğini (əlavə faizləri) anasının vərəsəsi kimi tələb etdiyinə istinad edir.Lakin Mülki Məcəllənin tələblərinə əsasən vərəsəyə yalnız miras aktivləri deyil miras passivləri də keçir. Mülki Məcəllənin 1151.1.-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericiliyin göstərilən normasına əsasən İddiaçı anası mərhum X9 tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı, yəni müqavilə üzrə qalan 23170 ABŞ dolları məbləğin (dəbbə pulunun) Cavabdeh MMC-yə ödənilməsi öhdəliyi yaranmışdır. Xüsusən qeyd edilməlidir ki, İddiaçı Cavabdeh MMC-nin müqavilə öhdəliyini pozması ilə bağlı hər hansı dəlil göstərmədən tələbini yalnız müqavilənin notarial qaydada təsdiq olunmadığından əhəmiyyətsiz əqd olması ilə əsaslandıraraq, nəticədə cavabdehiin əsassız varlanmasını iddia edir. Beləliklə, Kollegiya hesab edir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-yə qarşı əsassız əldə edilmiş pul vəsaitinin və əldən çıxmış faydanın qaytarılması tələblərinə dair iddiası əsassızdır.Həmçinin, müqavilə üzrə inşa edilib təhvil verilməsi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin təmiri üçün ödənilmiş 6804 manat pulun"xxxx" MMCyə ödənildiyi halda həmin məbləğin Cavabdeh MMC-dən tələb edilməsi də əsassızdır.Eyni zamanda digər tələblər əsassız hesab olunduğundan sənədlərin surətlərinin çıxarılması ilə bağlı ödənilmiş 20 manat məbləğində notariat haqqının Cavabdeh MMC-dən ilk iddia üzrə İddiaçı xeyrinə tutulması tələbi də təmin olunmamalıdır. Eyni zamanda yuxarıda qeyd edilən iddia tələbləri rədd edildiyindən, Cavabdeh MMCyə ödənilən məbləğlərin ödənilən tarixdən başlayaraq ona qaytarılan günə kimi bank uçot dərəcəsinə müvafiq olaraq hesablanaraq ona ödənilməli olmasına dair tələb də rədd olunmalıdır. Kollegiya daha sonra Mülki Məcəllənin 752.1, 753.1 və 1151.1-ci maddələrinin tələblərindən (Mülki Məcəllənin 752.1.-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.Mülki Məcəllənin 753.1.-ci maddəsinə əsasən isə Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Mülki Məcəllənin 1151.1.-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.) çıxış edərək qeyd edir ki, İddiaçı anası mərhum X9 tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı, yəni müqavilə üzrə qalan 23170 ABŞ dolları məbləğin Cavabdeh MMC-yə ödənilməsi öhdəliyi yarandığından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı müqavilə üzrə 23170 ABŞ dolları məbləğində əsas borcun tutulması tələbinə dair iddia təmin olunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı mərhum X3 ilə Cavabdeh MMC arasında bağlanmış 07 aprel 2008-ci il tarixli müqavilələrin ayrılmaz hissəsi olan 2 saylı əlavənin 2ci bəndinə əsasən İddiaçı (X9) ödənişin hər gecikdirilmiş günü üçün 0,1 % dəbbə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, İddiaçı (X9) həmin müqavilə üzrə öhdəliyini layiqincə icra etməmiş və onun 84 578,5 ABŞ dolları məbləğində dəbbə pulu borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə üzrə əsas borc 23.170,0 ABŞ dolları və əsas borca hesablanmış dəbbə pulu 1.000,0 ABŞ dolları, cəmi 24.170,0 ABŞ dolları (Ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatla məzənnəyə uyğun olaraq) tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Kollegiya qeyd etməyi vacib hesab edir ki, cavabdeh İddiaçı müqavilə üzrə əsas borc 23.170,0 ABŞ dolları və əsas borca hesablanmış dəbbə pulu 1.000,0 ABŞ dolları, cəmi 24.170,0 ABŞ dolları məbləği ödədiyi halda Cavabdeh MMC-nin yuxarıda qeyd edilən müqavilə üzrə “ƏrRiyad” Ticarət Mərkəzində yerləşən 27 kv. m sahəsi olan ticarət sahəsini İddiaçı təqdim etməsi öhdəliyi yaranır və İddiaçı bu öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə Kollegiyası hesab edir ki, tərəflərin ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. İlki iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-359/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İlk iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə üzrə əsas borc 23.170,0 ABŞ dolları və əsas borca hesablanmış dəbbə pulu 1.000,0 ABŞ dolları, cəmi 24.170,0 (iyirmi dörd min bir yüz yetmiş) ABŞ dolları (Ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatla məzənnəyə uyğun olaraq) tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin iddiası qalan hissədə təmin olunmasın. Tərəflərin ödədiyi dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar