Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7387/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5280/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5280/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” dair məhkəməyə daxil olmuş iddia ərizəsinin (kiçik mübahisələr üzrə iddia ərizəsi) iddiaçıya geri qaytarılması qərara alınmış və ərizənin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması iddiaçıya izah edilmişdir.. Qərardaddan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5280/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5280/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə istinad edərək də cavabdehin sonuncu yaşayış yeri kimi iddia ərizəsini Suraxanı Rayon Məhkəməsinə verməyə haqlı deyil. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1 olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan və MAPS arayışından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə həmin ünvandan qeydiyyatdan çıxarılmış və cavabdehin qeydiyyat ünvanın hazırda hansı ünvan olması məlum deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi cavabdehin sonuncu qeydiyyat ünvanı Balandin-42, yəni inzibati bina olmuş və həmin ünvanda yaşayış olması mümkün deyil. “Qeydiyyatda olmaq” və “yaşamaq” anlayışları fərqli anlayışlardır. “Yaşamaq” hüququ faktın hərəkət növünə aiddir. Bir şəxsin hansısa bir ünvanda pasport qeydiyyatında olması, onun həmin ünvanda yaşaması anlamına gəlmir. İddiaçı tərəfindən isə cavabdehin sırf sonuncu “yaşadığı” ünvanın Suraxanı rayonu olması ilə bağlı iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Həmçinin iddiaçı şikayətində onların hansı məhkəməyə müraciət etməli olduqlarını məhkəmənin göstərə bilmədiyini və pozulmuş hüquqların məhkəmə təminatını itirmiş olduqlarını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şikayətində qeyd etdiyi vəziyyət hakimin ərizəni qəbul etməkdən imtina barədə qərardad çıxarması zamanı mümkün olur və yalnız işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda, məhkəmə iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Hazırki vəziyyətdə şikayətin dəlillərində qeyd olunan hallar, yəni ərizənin məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata qəbul edilməsindən imtina olunması kimi bir vəziyyət mövcud deyil. Əlavə olaraq, hazırki iş üzrə ərizənin qaytarılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır və iddiaçı cavabdehin məlum olan son yaşayış yeri üzrə arayış və s. digər sənəd əldə etməklə məhz cavabdehin məlum olan axırıncı yaşayış yerinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5280/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5280/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7387/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7387/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver